Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə48/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

                                                     

 

  



                                                                            

                                                    

189 

       XV fəsil. Təbiətin qəzəbi 

 

Bütün  gecəni  “qanlı  vadi“y  güclü  leysan  yağışı  yağdı. 



Yer kürəsinin bu hissəsində sanki qıcıqlanma baş vermişdi. 

Şimşək  çaxır,  ildırım  qopur,  güclü  külək  əsir,  ağacların 

şaqqıltısı  böyük  bir  xaotik  səs  çıxardırdı.  Elə  bil  qış 

yenidən  bu  diyara  təşrif  buyurmuşdu.  And  dağlarından 

gələn  soyuq  bütün  ətrafda  hərarətin  kəskin  surətdə  aşağı 

düşməsinə səbəb oldu. 

Yarıçılpaq  olan  araukanlar  leysan  yağışın  ucbatından, 

soyuqdan  qorunmaq  üçün  tonqal  qalamaqdan  da  məhrum 

oldular.  Onlar  qızınmaq  üçün  meşənin  içində  də  tonqal 

qalaya bilmirdilər. Lakin konkistadorların da vəziyyəti heç 

də  ürəkaçan  deyildi.  Qızınmaq  üçün  onlar  kəndlərdəki 

evlərdə tonqal qalamağa müvəffəq olmuşdular. Amma bir-

iki  saatdan  sonra  “qanlı  vadi“də  şiddətli  külək  başlayanda 

demək  olar  ki,  bütün  evlərin  damları  uçulmuş  və  tonqallar 

leysan  yağışların  nəticəsində  sönmüşdü.  Yalnız  iki  evdə 

dam  örtüyü  uçulmamışdı.  Polkovnik  Alonsonun  göstərişi 

ila ağır yaralıların hamısı məhz həmin evlərdə yerləşdirildi. 

Bütün  qayğı  və  nəvaziş  həmin  yaralılara  qarşı  yönəldil-

mişdir.  İsti  yeməklər  hazırlanmışdı  ki,  birdən  gecənin 

ortasında şərq tərəfdəki dağın ətəyindən güclü sel axını baş 

verdi.  Hələ  bu  azmış  kimi  meşə  tərəfdən  də  kənd  selə 



                                                     

 

  



                                                                            

                                                    

190 

məruz qaldı. Kəndin içərisindən keçən yol ani surətdə selin 



altında yoxa çıxdı. Daşqın güclü olduğundan konkistadorlar 

evlərin  yanında  bitən  möhkəm

 

ağacların  yanında  mövqe 



tutmağa  başladılar.  Kəndin  üçdə-iki  hissəsi

 

güclü  selin 



daşqınına  məruz  qalmışdı.  Hətta  iradələri  möhkəm

 

olan 



araukanlar  məcburiyyət  qarşısında  qalıb,  kəndin  mühasirə-

sini yarımçıq qoyub “qanlı vadi“nin mərkəzindəki kəndlərə 

çəkildilər.  

Hər  iki  tərəf  təbii  fəlakətdən  yaxa  qurtarmağa  çalışırdı. 

Kəndin  şimal  tərəfində  mövqe  tutan  araukanlar,  xüsusilə 

möhkəm  zərər  çəkdilər.  Onların  bir  neçə  nəfəri  hətta  selin 

ağuşuna düşərək boğulub ölmüşdülər. 

Axşamdan peyda olan duman küləyin və yağışın təsirin-

dən  yoxa  çıxmışdı.  Polkovnik  əvvəlcədən  planlaşdırmışdı 

ki, hava qaralandan sonra dağın yuxarısında qalmış yaralı-

ları  oradan  çıxarmaq  üçün  7-8  nəfərdən  ibarət  bir  dəstə 

göndərsin.  Lakin  havanın  kəskin  surətdə  dəyişməsindən 

bunu  etmək  mümkün  olmadı.  Hərə  indi  öz  hayında  idi. 

Hamı təbii fəlakətlə mübarizə aparırdı. Kəndə hücum edən 

güclü  sel  konkistadorların  tutduqları  mövqelərə  sarsıdıcı 

zərbələr  endirirdi.  Bir  çox  yerlərdə  ağaclar  güclü  küləyin 

təzyiqinə  tab  gətirməyib,  kökündən  qoparaq  hara  gəldi 

yıxılırdı.  Bir  sözlə,  “qanlı  vadi“də  tufan  tüğyan  edirdi. 

Həmin  tufanın  da  nə  vaxt  səngiməsi  bilinmirdi.  Araukani-



                                                     

 

  



                                                                            

                                                    

191 

yadakı  müharibə  müvəqqəti  olaraq,  təbii  fəlakətlə  əvəz 



olunmuşdu. 

Sabahın  necə  açılması  demək  olar  ki,  bilinmədi. 

Hamının  başı  təbii  fəlakətlə  olan  mübarizəyə  qarışmışdı. 

Necə  ki,  dünən,  eləcə  də  bu  gün  göydəki  topa  buludlar 

günəşin  boylanmasına  imkan  vermirdilər.  Buludların  yeni 

heyəti  cənub  tərəfdən  Araukaniyaya  doğru  şığıyırdı.  Çox 

güman  ki,  bu  gün  yağışların  ardı-arası  kəsilməyəcək.  Bu 

belə  olan  halda,  bu  gün  döyüş  əməliyyatlarını  davam 

etdirmək  mümkün  olmayacaq.  Sadəcə  olaraq,  bunun  üçün 

bütün  imkanlar  məhdudlaşmadı.  Dünənki  döyüş  vaxtı  hər 

iki  tərəfdən  çoxsaylı  yaralananlar  vardı  və  hər  iki  tərəf 

yaralıları yağışdan və küləkdən qorumağa çalışırdılar. 

Konkistadorların  işi  lap  mürəkkəbləşmişdi.  Dünənki 

döyüşdən  sonra  kəndə  gətirdikləri  silahdaşlarının  meyit-

lərini  gecə  ikən  sel  yuyub  aparmışdı.  Yalnız  iki  meyit 

kənddə  ilişib  qalmışdı.  Düzdür,  hazırda  Alonsonu  meyitlər 

yox,  buradakı  yaralılar  və  araukanların  məxfi  halda 

tuqduqları  mövqelər  maraqlandırırdı.  Bundan  əlavə  o, 

fikirləşirdi ki, kapitan Karlın və kapitan Markosun başçılıq 

etdiyi  dəstələr  belə  bir  hava  şəraitində  „qanlı  vadi“yə 

yaxınlaşa biliblər, ya yox? Çox güman ki, onların irəliləyişi 

dayanmışdı. Araukaniyanın hər tərəfində tüğyan edən güclü 

tufan Anqud körfəzində lövbər salmış gəmilərə də sarsıdıcı 



                                                     

 

  



                                                                            

                                                    

192 

zərbələr endirmiş olardı. Gəmilər belə bir havada naməlum 



sahillərə  qeyri-ixtiyari  dəyərək,  qəzaya  uğraya  bilərdilər. 

Belə  bir  havada  gəmiləri  salamat  halda  saxlamaq  çox 

müşkül  bir  iş  sayılırdı.  Şübhə  yox  ki,  körfəzin  şimal 

sahilində  bünövrəsi  yenicə  qoyulmuş  hərbi  fortun  tikintisi 

yarımçıq qalmışdır. Belə bir hava şəraitində işləmək qeyri-

mümkün idi. 

Ümumiyyətlə,  havanın  belə  bir  şəkildə  dəyişilməsi 

nəinki  konkistadorlar  üçün,  hətta  araukanlar  üçün  də 

gözlənilməz  idi.  Sanki  təbiət  öz  qəzəbi  ilə  Araukaniyada 

başlanan  ədalətsiz  müharibənin  gedişatına  son  qoymaq 

istəyirdi.  Qüvvələr  isə  verilən  həyəcan  təbilini  anlamaq 

istəmirdilər.  Hamının  ürəyi  qəzəblə,  gözləri  isə  nifrət 

baxışları ilə dolu idi. 

Artıq 13-14 saat idi ki, burada güclü yağış yağırdı. Hələ 

bilinmirdi yağış nə vaxt dayanacaq. Çünki göyə baxıb bunu 

ayırd etmək çox çətin idi. Göydəki cürbəcür formalı bulud-

lar  bir-biriləri  ilə  toqquşaraq,  gərgin  mübarizəyə  girişmiş-

dilər. 


Yalnız  havanın  qaralmasına  az  qalmış  yağışın  ardı 

kəsildi. Lakin kuləyin gücü heç də zəifləməmişdi. Soyuqluq 

hələ də özünü büruzə verirdi. Göydəki buludlar yenə də öz 

hegemonluğunu  nümayiş  elətdirirdilər.  Bu  o  demək  idi  ki, 

yağışın bir daha yağması labüd idi. Sadəcə olaraq yağışdan 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə