Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə45/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   41   42   43   44   45   46   47   48   ...   138

                                                     

 

  



                                                                            

                                                    

177 

Polkovnikə  nisbətən  Migelin  bütün  üst-başı  qan  idi. 



Hətta öldürdüyü qurbanının qanı onun üz-gözünə də sıçra-

mışdı.  Kənddə  suyun  olmamasından  o,  sir-sifətini  qandan 

təmizləyə bilməmişdi. Migel əvvəlcə üst-başının qan içində 

olduğunu  bəhanə  edərək,  həmin

 

danışıqdan  imtina  etmək 



istədi.  Lakin  buna  görə  Alonso  ondan  inciyə  bilərdi. 

Beləliklə, onlar heç kimin  müşaiyəti olmadan görüş  yerinə 

getdilər. 

Onlar  yolun  bu  biri  tərəfində,  düşmənlərə  təxminən  20 

metr  qalmış  atlarını  saxladılar.  Danışığa  gələn  hinduların 

silahdaşları danışıq yerindən 20-25 metr aralıda dayanmış-

dılar.  Elə  konkistadorlar  da  təxminən  elə  bir  məsafədə 

mövqe tutmuşdular.  

Koro öz köhnə

 

düşmənini görəndə qəzəbdən vəcdə gəldi, 



amma son məqamda özünü saxlamağa məcbur oldu. İmkanı 

olsaydı, dərhal Migelin üstünə hücum çəkərdi. Məsafə uzaq 

olsa  da,  polkovnik  o  dəqiqə  başa  düşdü  ki,  Koro  cavan 

zadəgandan bərk yanıqlıdır, hətta Migelə sualedici nəzər də 

saldı. Migelin üst-başındakı iri qan ləkələri xüsusilə Koro-

nu  hiddətləndirirdi.  Alonsonun  geyimindən  və  xarici 

görünüşündən  düşmənlər  o  dəqiqə  başa  düşdülər  ki,  o,  bu 

dəstənin  başçısıdır.  Koro  üzünü  polkovnikə  tutub  hökmlə 

dedi: 



                                                     

 

  



                                                                            

                                                    

178 

-  Hamınıza  təslim  olmaq  təklif  olunur.  Hər  tərəfdən 



mühasirə  olunmusunuz.  Bundan  sonra  müqavimət  göstər-

məyin heç bir mənası yoxdur. 

-  Biz  bura,  krallığımızın  qurduğu  qayda-qanunların 

bərpa  olunması  üçün  gəlmişik  və  bu  işin  öhdəsindən 

gəlməyincə  geri  dönməyəcəyik.  –  polkovnik  qamətini  şax 

tutaraq iradə ilə dilləndi. - Müqaviməti biz yox... 

-  Hansı  qayda-qanundan  dəm  vurursan?  -  deyə 

polkovnikin sözünü yarımçıq qoyan Koro hüznlə qışqırdı. - 

Bizim  əhalinin  qanını  axıtmaqla  qanun-qayda  yaradırsan. 

Bizim torpağa ayaq basan hər bir yadelli işğalçı amansızca 

burda  məhv  ediləcək.  Silahlı  adamın  heç  birisinə  aman 

verilməyəcək.  Uzun  illər  bundan  əvvəl  yuxarıdakı 

torpaqların  varisləri  sayılan  inklər  bizim  torpaqlara  hakim 

ola bilmədilər. Onlar bura nə qədər əsgər göndərmişdilərsə, 

hamısı  da  bizim  tayfa  tərəfindən  məhv  edilmişdir.  Təslim 

olmasanız belə bir aqibət sizin hamınızı gözləyir. 

-  Qarşındakı  İnk  imperiyasının  əsgərləri  deyil,  -  deyə 

polkovnik  Alonso  başnı  dik  tutaraq  qürurla  diləndi.  -  biz 

qüdrətli  dövlətin  qüdrətli  əsgərləriyik.  Bizim  əsgərlər  isə 

bütün dünyanın sahibidirlər. 

Polkovnikin  qürurla  söylədiyi  sözlər  Koronun  gülüşünə 

səbəb oldu. Onun yanındakı hindu burada gedən söhbətlərə 

heç  bir  reaksiya  vermirdi.  Görünür,  o  silahdaşı  kimi  ispan 



                                                     

 

  



                                                                            

                                                    

179 

dilini  bilmirdi.  Təhqiramiz  tərzdə  gülümsəyən  Koro  özünü 



ələ alaraq ciddi halda dedi: 

-  Biz  uzun  müddətdir  ki,  qüdrətli  dövlətin  qüdrətli 

əsgərlərini  bütün  muharibalərdə  darmadağın  edirik.  Bütün 

Araukaniya dünya sahiblərinin qəbristanlığına çevrilib. İndi 

isə  növbə  sizin  hamınızındır.  Təslim  olmasanız,  hamınız 

məhv  ediləcəksiniz.  Əsir  düşmək  bu  həyatda  yaşamaq 

deməkdir. 

- Bura gələn əsgərlərin hər biri yüksək döyüş qabiliyyə-

tinə  malik  olan  adamlardır.  -  deyə  Alonso  soyuqqanlıqla 

dilləndi. - Əsirlik həyatı onlardan uzaqdır. 

-  Əsirlik  qəbul  edilməsə,  biz  növbəti  dəfə  hücuma 

keçəcəyik.  -  deyə  Koro  qamətini  şax  saxlayaraq  hiddətlə 

dilləndi.  -  Bu  dəfəki  döyüşdə  də  qan  su  yerinə  axıdılacaq. 

Lakin heç kimə aman verilməyəcək. 

- Mənim burada kifayət qədər qüvvəm var ki, sizin bütün 

hücumlarınızı  layiqincə  dəf  edəm.  -  deyə  polkovnik  təm-

kinlə  dilləndi.    -  Qan  su  yerinə  axıdılsa  da,  hücum  edən 

hindunun hər biri amansızcasına məhv ediləcək. Həqiqətən 

də bu dəfəki döyüş vaxtı hec bir adama aman verilməyəcək. 

Mən  çalışırdım  ki,  ixtiyarımızda  olan  hər  bir  yaralı 

döyüşçüyə  həyat  bəxş  edim.  Mən  hamıya  başa  salmaq 

istəyirəm  ki,  bu  muharibəni  davam  etdirməyin  heç  bir 

mənası  yoxdur.  Onsuzda  bu  müharibədə  bütün  araukanlar 



                                                     

 

  



                                                                            

                                                    

180 

məhvə  düçar  olublar.  Müqaviməti  davam  etdirən  hər  bir 



hindu  bütün  Araukaniyada  təqib  olunaraq,  məhv  ediləcək. 

Bu müharibə hamınız üçün sonuncu müharibə olacaq. 

- Bu müharibə, heç vaxt bizim üçün sonuncu ola bilməz, 

-  deyə  Koro  arxayınlıqla  dilləndi.    -  Ona  görə  ki,  biz  öz 

torpağımızda  döyüşürük.  Bizim  tayfa  həmişə

 

azad  yaşayıb 



və  bundan  sonra  da  azad  yaşayacaq.  Azad  yaşamaq  üçün 

biz həmişə ölümə hazırıq. 

-  Sizin  azadlığınızı  heç  kim  əlinizdən  almır.  -  deyə 

polkovnik aludəliklə dilləndi. - Bu torpaqlar bizim krallığın 

taxt-tacına  mənsub  olduğu  üçün  hamınız  bizim  himayəmiz 

altında  olacaqsınız.  Sadəcə  olaraq,  hamınız  bizim  kralın 

qoyduğu  qayda-qanunlara  riayət  etməlisiniz.  Belə  olan 

halda hamınız bu torpaqda azad yaşaya bilərsiniz. 

- Bu torpaqlar əzəldən bizim tayfanın olub. - deyə Koro 

üz-gözünü  turşudaraq  qətiyyətlə  dilləndi.  -  Ulu  babaları-

mızın  əlində  silah  olandan  heç  kim  bizim  torpaqları  zəbt 

edə  bilməmişdir.  Bizim  torpaqlara  ayaq  basanlar,  yalnız 

bizim qayda-qanunlar ilə yaşamalıdırlar. Mən istəsəm sizin 

hamınızı  bu  torpaqda  məhv  edərəm.  Bizim  yaralıları  qətlə 

yetirmədiyinizə  görə  müvəqqəti  olaraq,  hamınıza  bir  neçə 

saatlıq  həyat  bəxş  etmişəm.  Hər  birinizin  əsir  düşməyə 

böyük  şansı  var.  Söz  verirəm  ki,  bir  nəfərdən  başqa  heç 

kimin həyatına qəsd edilməyəcək. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə