Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə42/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   38   39   40   41   42   43   44   45   ...   138

                                                     

 

  



                                                                            

                                                    

165 

düşmənin  400-450  nəfərlik  qüvvəsi  iştirak  edir.  Mənim 



ixtiyarımda  27  nəfər  salamat  əsgər  var,  lakin  on  bir  yaralı 

da  döyüşlərdə  iştirak  etmək  üçün  mənə  müraciət  edibdir. 

Deməli,  araukanlara  qarşı  39  nəfər  döyüşçü  müqavimət 

göstərəcək.  Düşmənin  qüvvəsi  bizdən  10-11  dəfə  çoxdur. 

Bizi məğlubiyyətə uğratmaq heç də asan olmayacaq. 

- Bizdə olan konkistadorların hər biri 10 nəfər  düşmənə 

müqavimət  göstərməyə  qadirdir.  -  deyə  kapitan  Alonso 

ehtirasla dilləndi. - Migel kimi döyüşçülər lap on beş nəfər 

düşmənə  cavab  verə  bilər.  Təəssüflər  olsun  ki,  bizdə  belə 

döyüşçülər azdır. 

-  Migeli  o  səviyyədə  şişirtmək  lazım  deyil.  -  deyə  qraf 

Xuan  öz  etirazını  bildirdi.  -  Sadəcə  olaraq,  döyüş  vaxtı 

onun bəxti, başqalarına nisbətən gətirir. 

- Mən onun necə döyüşdüyünün şahidi olmuşam. - deyə 

kapitan Alonso öz mövqeyini müdafiə etməli oldu. - Döyüş 

vaxtı ən ağır nöqtələrdə iştirak edir və düşmənin əsas qüv-

vəsini özünə cəlb edir. Son döyüşlərdə o, yaman fədakarlıq-

la döyüşərək, bir-birinin ardınca şəxsi igidliklər göstərmiş-

dir. Biz bura köməyə gələndə araukanlar Andrenin atını ox 

ilə  vurmuş  və  bizim  silahdaşımız  piyada  qalmışdı.  Bu 

hadisə  baş  verəndə  artıq  hamı  qabaqda  idi.  Lakin  bu  vaxtı 

Migel  öz  silahdaşına  kömək  etmək  üçün  geriyə  dönür.  Öz 

həyatını  risqə  qoyan  Migel  leytenant  Andreni  düşmən 



                                                     

 

  



                                                                            

                                                    

166 

əhatəsindən  sağ-salamat  çıxardır.  Döyüşlərin  birində  kapi-



tan  Xuan  Odovaldonu  ox  ilə  vuranda,  bizim  komandir 

demək  olar  ki,  düşmən  əhatəsində  tək  qalır,  ancaq  bu  vaxt 

Migel özünü onun yanına çatdıraraq, yaralını qeyri-bərabər 

döyüşdə düşmən əhatəsindən çıxarmağa müvəffəq olur. O, 

kapitanı  qeyri-adi  şəraitdə  ölümün  pəncəsindən  xilas  edir. 

Migel buna oxşar qəhrəmanlıqları bir-birinin ardınca təkrar 

edib.  O,  peşəkar  döyüşçülər  sayılan  Luisi,  Diası  və 

başqalarını ölümün pəncəsindən xilas edə bilib. Öz həyatını 

hamıdan çox təhlükəyə atan Migel onlarla düşməni qılınc-

dan keçirdib və bir dəfə də olsun, qeyri-bərabər döyüşlərdə 

xəsarət almayıb. Mən ona görə demirəm ki, o,  vaxtilə pol-

kovnik  Alonsonun  şagirdi  olub.  Migel  həqiqətən  də  qılın-

cından və kamandan peşəkarcasına istifadə edir və  yüksək 

döyüş qabiliyyətinə malikdir. Onun kimi döyüşçülərdən biz 

səmərəli istifadə etməliyik. 

Alonsonun çıxışı polkovnikin əhval-ruhiyyəsini qaldırdı. 

O,  bir  anlığa  ağır  xəyala  daldı.  Migel  yenə  də  başqa 

döyüşçülərə  nisbətən  fərqlənmişdi  və  bu  azmış  kimi  o, 

Xuanın  həyatını  xilas  etmişdi.  Bu  igidlik  polkovnikin 

fikrindən  elə-belə  yayına  bilməzdi.  Deməli,  Migel  həmin

 

döyüşdə  iştirak  etməsəydi,  Xuan  düşmən  qərəfindən  qətlə 



yetirilməliydi.  Birdən  polkovnik  başını  dik  qaldıraraq 

soyuqqanlıqla dedi: 




                                                     

 

  



                                                                            

                                                    

167 

- Hamı etiraf etməlidir ki, Migel bizim ekspedisiyanın ən 



bacarıqlı  və  təcrübəli  döyüşçülərindən  biridir.  Ona  qarşı 

heç kim qərəzli mövqedə durmamalıdır. Şəxsən mən etiraf 

etməliyəm ki, 21 yaşlı cavan zadəgan Araukaniyada gedən 

ən  ağır  döyüşlərdə  yaxından  iştirak  edib  və  hamısında  da 

müsbət cəhətdən

 

fərqlənib. 



Polkovnikin  etirafı  heç  də  qraf  Xuanın  ürəyindən 

deyildi.  Necə  olsa  da,  onun  Migeli  görən-gözü  yox  idi. 

Hara gedirsə, kiminlə təmasda olursa-olsun, əgər Migeldən 

söhbət  gedirsə,  hamı  onun  göstərdiyi  qəhrəmanlıqlarından 

dəm  vururdu.  Amma  qraf  bu  barədə  polkovnik  ilə  söz 

güləşdirmək  istəmirdi.  Acı  da  olsa,  polkovnik  əsl  həqiqəti

 

söyləyirdi.  İndi  onu  maraqlandıran  məsələlərdən  biri  o  idi 



ki, qardaşının və başqa yaralıların aqibəti necə olacaq? Axı, 

bütün  yaralılar  düşmən  əhatəsində  qalmışdılar.  Onlara 

kömək getməsə, hamısı düşmən tərəfindən  məhv

 

ediləcək-



di. Qraf burada gedən söhbətin mövzusunu dəyişmək üçün 

üzünü polkovnikə tutub səbirsizliklə dedi:  

-  Don  Alonso,  düşmən  öz  yaralılarını  gəlib  döyüş 

meydanından  götürdü.  Biz  də  öz  yaralılarımızı  yuxarıdan 

götürsək  pis  olmazdı.  Çünki  araukanlar  gec-tez  onların 

üzərinə hücum edəcəklər. Biz onları qabaqlamalıyıq. Sonra 

gec olacaq. 



                                                     

 

  



                                                                            

                                                    

168 

-  Don  Xuan,  bu  kənddə  bizim  xeyli  yaralılarımız  var.  - 



deyə  polkovnik  həqarətlə  dilləndi.  -  Mən,  onları  burda 

qoyub  yuxarıdakılara  köməyə  gedə  bilmərəm.  Hazırda 

araukanlar  bütün  qüvvələrini  bu  kəndin  cənub  səddinə 

cəmləşdirirlər.  Çox  güman  ki,  onlar  bütün  kəndi  mühasi-

rəyə alacaqlar. Biz onların hücumuna hazır olmalıyıq. 

- Düşmənə layiqli müqavimət göstərmək üçün bizə əlavə 

qüvvə lazımdır. - deyə kapitan Filipp təşəxxüslə dilləndi. - 

Kapitan Karl isə hələ də öz dəstəsi ilə

 

bura gəlib çıxmayıb. 



Bəlkə,  bizim  qasid  gedib  ora  çıxmayıb?  Kömək  olmasa, 

bizim  üçün  müqavimət  göstərmək  həddindən

 

artıq  ağır 



olacaq. 

Verilən  tapşırığa  əsasən  kapitan  Karl  hücumçu  piyada 

dəstəsi  ilə  ertəsi  günü  burada  olmalıdır,  -  deyə  polkovnik 

dərindən  ah  çəkərək  ciddi  halda  dilləndi.  -  Göndərdiyim 

qasid  gedib  ora  çıxa  bilməsə,  deməli  kapitan  Karlı 

gözləməyə  ehtiyac  olmayacaq.  Əgər  həmin

 

dəstə  gəlib 



çıxsa,  onda  biz  bu  müharibədə  uğur  qazanmaq  üçün, 

sonuncu döyüşdə qaləbə əldə edə biləcəyik. Kömək olmasa, 

birtəhər  özümüzü  müdafə  etməklə  yanaşı,  düşmənin  xeyli 

qüvvəsini  məhv

 

etməliyik.  Bu  kənddə  39  nəfər  döyüşçü 



cəmləşib,  onlardan  27-si  süvaridir.  Süvari  dəstəsi  isə 

vadinin hər bir yerində düşmənə əks zərbə endirə bilər. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə