Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə38/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   34   35   36   37   38   39   40   41   ...   138

                                                     

 

  



                                                                            

                                                    

149 

Konkistadorlar  üçün  gözlənilmədən,  aborigenlər  mütə-



şəkkil  surətdə  döyüş  meydanını  şimal  istiqamətində  tərk 

etməyə  başladılar.  Onlar  kənarda  olan  yaralıları  özləri  ilə 

götürüb  meşənin  girəcəyində  mövqe  tutdular.  Qəribə  də 

olsa,  araukanlar  yaxınlıqdakı  kəndə  yox,  meşəyə  tərəf 

getmişdilər.  Halbuki  onlar  heç  bir  təhlükə  ilə  üzləşmədən 

kəndin  özünə  çəkilə  bilərdilər.  Deməli,  onlar  kəndi  boş 

qoymaqla  hansısa  hiyləgər  bir  fənd  işlətmək  istəyirdilər. 

Kənd  boşdursa,  konkistadorlar  müvəqqəti  olaraq  özlərinə 

orada sığınacaq tapa bilərdilər.  

Döyüş  gözlənilmədən  başa  çatan  kimi  təəssuf  içində 

olan  polkovik  Alonso  sağ  qalan  döyüşçülərə,  göstərdikləri 

şücaətə  və  qəhrəmanlığa  görə  öz  minnətdarlığını  bildirdi. 

Xüsusən  də  süvarilərin  göstərdikləri  qəhrəmanlıq  onun 

tərəfindən  hərarətlə  qeyd  edildi.  Süvarilər  köməyə  gələn 

kimi konkistadorlar vadinin ortasında olan düşmənin böyük 

olan  qüvvəsini  darmadağın  etmişdilər.  Kapitan  Alonsonun 

taktiki gedişi polkovnikin lap ürəyindən olmuşdur. 

Bu  qələbə  ilə  biri-birilərini  təbrik  edən  konkistadorların 

sevinci  yaralıların  ah-naləsinə  qarışmışdı.  Hər  bir  yaralıya 

kömək  lazım  idi.  Xüsusi  iradə  lazım  idi  ki,  onların 

sifətlərində  sezilən  iztiraba,  qışqırıqlarına  və  iniltisinə  tab 

gətirsin.  Bununla  da  qələbəyə  doğru  gedən  yolun  ağır 

olduğu bir daha sübut olundu. 



                                                     

 

  



                                                                            

                                                    

150 

XII fəsil. Verilən itkilərin ayırd edilməsi 

 

Çoxları  sevinsə  də,  polkovnik  Alonsonun  sifətində  ağır 

bir  gərginlik  hiss  olunurdu.  Sanki  o,  qəmli  baxışları  ilə 

ölənlərin  və  yaralananların  arasında  kimi  isə  axtarırdı. 

Onun  yaxınlığında  olan  Migel  işin  nə  yerdə  olduğunu  çox 

yaxşı anladı. Necə olsa da, onun oğlanları bu döyüşdən sağ 

çıxmışdılar. Təkcə Kamaço belindən və sağ qolundan yara-

lanmışdı,  Buna  baxmayaraq,  Alonso  heç  də  yaralı  olan 

oğluna  yaxınlaşıb  onun  vəziyyətinin  necə  olduğunu  soruş-

mamışdı. Çoxları tanınmış sərkərdənin oğluna qarşı olan bu 

cür  laqeyd  davranışına  mat-məətəl  qalmışdılar.  Nədənsə, 

heç kim ona yaxınlaşmağa cürət etmirdi. Onu başa düşmək 

olardı.  Alonso  məğrur  ispan  sərkərdəsi  idi.  O,  ölüm-dirim 

mübarizəsindən sağ çıxmış övladlarına xüsusi qayğı göstər-

mək  istəmirdi.  Hamı  bu  döyüşdə  özunun  bütün  qüvvəsini 

sərf edərək, düşmənə qarşı yüksək səviyyədə döyüşmüşdür. 

Polkovnik döyüşçülər arasında ayrıseçkilik etmək istəmirdi. 

Onsuz da o, hər bir döyüşçünü öz övladı kimi çox istəyirdi. 

Hər  bir  itirilən  ispan  əsgərinə  görə  o,  kədərlənə  bilərdi. 

Alonso oğluna yaxınlaşmadan Migeli yanına çağırıb astaca: 

-  Migel,  nədənsə  Xuan  gözümə  dəymir?  Onu  harada 

vurdular? 




                                                     

 

  



                                                                            

                                                    

151 

-  Bura  gələn  zaman  elə  birinci  çayı  keçəndə  onu  ox  ilə 



vurdular. - deyə Migel eyni qaydada cavab verdi. 

Bu  sözlərdən  sonra  polkovnikin  qanı  lap  qaraldı.  Başı 

solğun halda sinəsinin üstünə endi. Sanki ümidi hər yerdən 

qırılmışdı.  Son  anda  söz  soruşmaq  üçün  o,  özündə  qüvvə 

taparaq Migelə nəzər salmadan qeyri-müəyyən tərzdə: 

- Meyidini götürməyə imkan yox idi? 

-  Kapitan  Xuan  öldürulməyib  ki,  meyidi  döyüş  meyda-

nında qalsın. - deyə Migel çiyinlərini dartaraq sönük halda 

dilləndi. 

Bu  cavab  elə  bil  polkovniki  yuxudan  ayıltdı  və  onun 

əhval-ruhiyyəsi  dərhal  dəyişdi.  Alonsonun  çöhrəsində 

sevinc  cizgiləri  yarandı.  O,  növbəti  ümidverici  cavabları 

cavan zadəganın gözlərində axtarmağa başladı. Migel də öz 

növbəsində bu məsələyə aydınlıq gətirmək üçün aludəliklə 

sözünü davam etdirdi:  

- Kapitan Xuan yaralı halda, baxın o dağın (əli ilə həmin 

yeri göstərdi) üstündədir. Ümumiyyətlə, orda bizim on dörd 

yaralı  silahdaşlarımız  var.  Hərbi  əməliyyat  vadidə  başa 

çatana qədər onlar orada olmalıdırlar. 

Məhz  bundan  sonra  cuşa  gələn  polkovnik  Alonso 

qarşısındakı  keçmiş  şagirdini  ehtirasla  qucaqaladı.  Onun 

sevinməyinə  böyük  əsas  vardı.  Kənarda  dayanan  konkista-




                                                     

 

  



                                                                            

                                                    

152 

dorlar  tanınmış  sərkərdənin  Migeli  nəyə  görə  qucaqalama-



sının səbəbini anlaya bilmədilər.  

Kamaçonun  başının  üstündə  dayanan  kapitan  Filipp 

Odovaldonu  da  qardaşının  həyatı  maraqlandırırdı.  Polkov-

nik işarələrlə vəziyyətin nə yerdə olduğunu ona başa saldı. 

Döyüşün  dayandırılması  müvəqqəti  xarakter  daşıyırdı. 

Araukanlar  hər  an  konkistadorların  üzərinə  hücum  edə 

bilərdilər.  Təcili  tədbir  görmək  üçün  polkovnik  Alonso 

bütün zabitləri yanına çağırdı. İlk növbədə yaralı konkista-

dorlara  əlüstü  tibbi  yardım  göstərmək  üçün  sərəncam 

verildi.  Döyüşün  dayanmasına  baxmayaraq,  bütün  konkis-

tadorlar  hazırlıqlı  vəziyyətə  gətirilmişdi.  Necə  olsa  da, 

onlarla araukanlar arasındakı məsafə 700-800 metrdən çox 

deyildi. Bu döyüşdə hər iki tərəfdən nə qədər itki verilməsi, 

bütün zabitləri maraqlandırdığından bu iş bilavasitə Andreə 

həvalə edildi. Bütün tapşırılan işlər sürətlə görülməliydi. 

Polkovnik üzünü zabitlərə tərəf tutub ehtiramla dedi: 

-  Vəziyyət  gördüyünüz  kimi  heç  də  ürəkaçan  deyil. 

Araukanlar  əlavə  qüvvə  toplamamış  biz  qəti  tədbirlərə  əl 

atmalıyıq.  Yoxsa,  biz  əlimizdə  olan  qələbəni  düşmənə 

təhvil verməli olacağıq. Mən öz fikrimi axırda söyləyəcəm. 

- Möhtərəm sinyorlar, bir daha sizi əldə etdiyimiz qələbə 

ilə  təbrik  edirəm!  -  deyə  Alonsonun  qardaşı  kapitan  Filipp 

ehtirasla  dilləndi.  -  Krallığımızın  qatı  cinayətkarları  olan 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə