Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə35/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   31   32   33   34   35   36   37   38   ...   138

                                                     

 

  



                                                                            

                                                    

137 

funksiyası  vardı.  İndi  tam  aydın  olurdu  ki,  araukanların 



döyüş  taktikası  həddindən

 

artıq  güclüdür.  Bu  bir  növ 



aborigenlərin  yox,  avropalıların  döyüş  taktikasına  bənzə-

yirdi.  İndi  şübhə  yox  ki,  bu  işdə  onlara  ispanların  özləri 

köməklik göstərmişdilər. Bu müharibələr ərzində konkista-

dorlar onlara qarşı hansı taktiki döyüşü tətbiq etmişdilərsə, 

araukanlar  da  yavaş-yavaş  həmin  taktikaları  mənimsə-

mişdilər. 

İspanların  planı  bu  döyüşə  dair  aydın  idi.  Görəsən, 

hindular  bu  döyüşü  necə  aparmaq  arzusunda  idilər?  Söz 

yox ki, süvari dəstəsi peyda olana qədər araukanların planı 

təxminən  bəlli  idi.  Onlar  ispanları  aldadıcı  manevrlərlə 

məğlubiyyətə uğratmaq istəyirdilər. İndi isə vəziyyət kəskin 

surətdə  dəyişmişdir.  Onlar  “qanlı  vadiyə”  daxil  olan  bütün 

konkistadorları,  elə  birinci  döyüşdə  məhv  etmək  istəyinə 

düşdülər. Bunun üçün ətrafda olan bütün ehtiyat dəstələrini 

döyüşə  cəlb  etmək  lazım  idi.  Həmin  dəstələrsiz  burda 

qələbə qazanmaq çox müşkül bir iş sayılırdı. 

Araukanlar elə də etdilər. Lap cənubda və şərqdə yerləş-

dirilən  ehtiyat  dəstələri  yürüşə  başladılar.  Bu  dəstələrin 

tərkibində  500-ə  yaxın  döyüşçü  vardı.  Onlar  eyni  vaxtda 

mühafizə  etdikləri  kəndləri  tərk  etmişdilər.  Artıq  sübut 

olunurdu  ki,  onlar  vahid  komandanlıq  altında  fəaliyyət 

göstərirlər.  Məsafələr  bir-birindən  həddindən  artıq  böyük 




                                                     

 

  



                                                                            

                                                    

138 

olduğundan  çox  güman  ki,  onlar  hansısa  işarələr  ilə  bir-



birilərilə əlaqə saxlayırlar. Bundan əlavə cürbəcür məntəqə-

lər  arasında  atlılar  fəaliyyət  göstərirdi.  Onlar  rəhbərlərlə 

əlaqə  saxlanılsın  deyə,  qasid  funksiyasını  yerinə  yetirir-

dilər.  


Konkistadorlar  elə  bilirdilər  ki,  onlar  Araukaniyaya 

gözlənilməz  yürüş  ediblər  və  həmin  taktika  qələbənin 

tezliklə  əldə  edilməsinə  böyük  təkan  verəcək.  Lakin 

hindular  bu  yürüşdən  hali  olmuşdular.  Onlar,  hətta,  bütün 

hindu tayfalarında vahimə  yaradan süvari dəstəsindən belə 

çəkinmirdilər. 

 

 

 



 

 

XI fəsil. Konkistadorların böyük qələbəsi 

 

Süvari  dəstəsi  araukanlara  70-80  metr  qalmış  irəliləyişi 



dayandırdı.  Elə  həmin  an  arbalyotçular  hücuma  kecdi. 

Migel  əsgərlərinə  örnək  olmaq  üçün  atını  birinci  çapırdı. 

Düşmənə həddindən artıq yaxınlaşmaq gərək deyildi. Çünki 

bu  çox  təhlükəli  idi.  Araukanlara  iyirmi-iyirmi  beş  metr 

qalmış  Migel  oxunu  ataraq,  atını  tez  sola  döndərdi.  Onun 



                                                     

 

  



                                                                            

                                                    

139 

sərrast  ox  atmağı  barəsində  hamı  eşitmişdi,  lakin  bunun 



şahidi  bir  necə  nəfər  olmuşdu.  Hazırda  Migelin  atdığı  ox 

qurbanının  düz  sinəsinə  batmışdı.  Arbalyotçular  da  həmin 

manevri təkrarladılar. Lope ilə Xulionun buraxdığı oxlar da 

nişan alınan hədəfə dəymişdi. Bu hücumda 6-7 nəfər hindu 

xəsarət aldılar. Lakin araukanlar da hücumç edənləri ox ilə 

vurmağa  çalışdılar.  Lakin  heç  bir  nəticə  əldə  edilmədi. 

Arbalyotçular  arxadan  sıraya  düzülmüş  silahdaşarının 

arasına daxil olaraq, ikinci dəfə hücuma keçdilər. Bu dəfəki 

hücumdan sonra aborigenlərin sıralarında çaxnaşma başlan-

dı. Heç kim boş-boşuna ölmək istəmirdi. Nizə ilə silahlan-

mış  araukanlar  yerlərində  düz  dayana-dayana  konkistador-

ların oxuna tuş gəlirlər. Müdafiə olunmağa imkan yox idi. 

Onların ox atanları isə kirasa keymiş konkistadorları mənv 

edə bilmirdi. Çünki məsafə uzaq sayılırdı. Məhz buna görə 

də,  arbalyotçular  üçüncü  dəfə  hücuma  hazırlaşanda, 

araukanların sırasında kütləvi çaxnaşma baş verdi. Nizə ilə 

silahlananlar geri çəkilməyə cəhd

 

etdilər. 



Üçüncü  hücumda  bütün  süvarilər  iştirak  etdilər.  Arbal-

yotçular sol cinahdan, qılınclılar sağ cinahdan, nizəlilər isə 

mərkəzdən  hücuma  keçdilər.  Məhz  bu  hücum  zamanı 

düşmənin  arasında əsl  xaos baş verdi.  Onların çoxu döyüş 

meydanından  qaçmağa  başladılar.  Hiss  olunurdu  ki,  onlar 

arxadan  gələn  qüvvə  ilə  birləşməyə  can  atırlar.  Yalnız 




                                                     

 

  



                                                                            

                                                    

140 

onların  az  hissəsi



 

müdafiə  olunmaq  üçün  öz  yerlərində 

qaldı. Onsuz da qaçmağın heç bir əhəmiyyəi yox idi. Təqib 

olunanlar  ölümə  məhkum  edilmişdilər.  Əsasən  hinduların 

ox  atanları  konkistadorları  nişan  alırdı.  Halbuki  onlar 

süvarilərin atlarını da ox ilə vura bilərdilər, əlbəttə bir qədər 

uzaq  məsafədən.  Toqquşan  zaman  bu  çətin  oldu.  Hərə  öz 

həyatını ölümdən qurtarmaq fikrində idi. 

Birinci  nizəlilər  araukanların  sıralarına  basqın  etdilər. 

Qaçmağa üz tutanlar artıq özlərini müdafiə etməyə başladı-

lar.  Aborigenlərin  sayı  çox  olduğundan  onlar  süvariləri 

mühasirəyə  alaraq,  layiqincə  cavab  verə  bilərdilər.  Lakin 

konkistadorlar  onlara  bu  imkanı  vermirdilər.  Süvarilərdən 

bir neçəsi artıq düşmənin lap içərisinə girmişdilər. 

Konkistadorların  əsas  məqsədi  ondan  ibarətdir  ki,  arxa-

dakı  qüvvə  gələnə  qədər  buradakı  araukanların  hamısı 

qılıncdan keçirilsin. İş elə gətirdi ki, hinduların əksəriyyəti 

süvarilərin  əhatəsinə  düşdülər.  Araukanlar  sərçə  kimi 

qırılırdılar.  Müqavimət  göstərməyə  imkan  olmurdu. 

Konkistadorlar  isə  düşməni  məhv  etməkdə  sanki  yarışa 

girmişdilər.  Hər  bir  süvarinin  üst-başı  qurbanlarının  yara-

larından  açılan  qan  ilə  bulaşmışdı.  Düşmənin  lap  içərisinə 

daxil  olanların  başı  döyüşə  o  qədər  qarışmışdı  ki,  onlar, 

hətta öz təhlükəsizliyini yaddan çıxartmışdılar. Aborigenlər 

belələrini  zərərsizləşdirmək  üçün  ilk  növbədə  süvarilərin 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə