129
Əlli nəfərlik süvari şimala doğru elə şığıyırdı ki, onların
qarşısında hec üç yüz nəfərlik düşmən tab gətirə bilməzdi.
Sanki konkistadorlar at sürməkdə bir-birilərilə yarışırdılar.
Qanuni isə qabaqda nizə ilə silahlanmış süvarilər getməli
idi. Onların sayı cəmi otuz nəfər idi və onlar bu hücumda
pərən-pərən düşmüşdülər. Süvarilərdən on nəfəri ox atanlar
idi.
Yarım saatdan sonra onların hamısı kapitan Alonsonun
əlinin işarəsi ilə balaca yüksəkliyin üstündə dayandılar.
Artıq istehkam qurulan kənd arxada qalmışdı. Geriyə
çəkilən hindular isə süvarilərdən təxminən 1500 metr aralı
idi və onlar konkistadorları görən kimi təəccüb içində ayaq
saxladılar. Belə çıxırdı ki, onlar süvarilərin burada peyda
olmasını hec gözləmirdilər. Araukanların bu qüvvəsi demək
olar ki, çıxılmaz bir vəziyyətdə qalmışdılar; polkovnik
Alonsonun qüvvəsi arxadan, kapitan Alonsonun isə qüvvəsi
qarşıdan hücuma keçirdi. Onlar nə sağa, nə də ki, sola qaça
bilirdilər. Gizlənib müdafiə olunmağa münasib yer yox idi.
Hara getsəydilər süvarilər onları təqib edib məhv
edəcək-
dilər. Hökmən araukanların rəhbərləri bir tədbir görməliydi.
Yoxsa, onlar dəhşətli faciənin şahidi olacaqdılar.
Elə bu dəmdə “qanlı vadinin” şimali-şərqində yerləşən
kənddən araukanların qüvvəsi çıxmağa başladı. Onlar hələ
də yaxınlıqda olan polkovnik Alonsonun başçılıq etdiyi
130
dəstənin üzərinə hücuma keçirdilər. Bununla da araukanlar
polkovnik Alonsonun qüvvəsini öz üzərilərinə cəlb etmək
istəyirdilər. Bu azmış kimi istehkam olan kənddən araukan-
ların yüz əlli nəfərlik qüvvəsi çıxaraq süvarilərin üzərinə
hücuma keçdilər. Araukanlar mühasirəyə düşmüş silahdaş-
larına kömək etmək üçün bütün vasitələrə əl atmışdılar.
Düşmən demək olar ki, bütün qüvvəsini bu döyüşə cəlb
etmişdi.
Polkovnik Alonso arxadan endiriləcək zərbədən çəkinə-
rək öz əsgərlərini üzü kəndə tərəf sıraya düzərək abori-
genlərin yaxınlaşmasını gözləməyə başladı. Həm kənddən
çıxan, həm
də ortalıqda olan hindular polkovnik Alonsonun
dəstəsinin üzərinə hücuma keçdilər. Konkistadorların
piyada qüvvəsi hər iki tərəfdən hücuma keçən düşmənin
qüvvəsini darmadağın etmək iqqidarında idi. Çünki həmin
hücumda düşmənin üç yüz-üç yüz əlli döyüşçüsü iştirak
edirdi. İstehkamdən çıxan yüz əlli nəfərlik hindu dəstəsi öz
hücumlarını süvari dəstəsinin üzərinə davam etdirirdi.
Vəziyyəti belə görən kapitan Alonso yenə də öz
hücumunu dayandırmalı oldu. İndi o seçim qarşısında
qalmışdı. Hücumunu davam etdirsin, yoxsa geriyə dönüb
arxadan gələn düşmənin üzərinə şığısın. Onun qərarından
çox şey asılı idi. O, elə etməli idi ki, bu döyüşdə düşmənin
daha çox qüvvəsi məhv edilsin. Necə olsa da, düşmənin
131
yarım minlik əsgəri bu döyüşdə fəaliyyət göstərirdi. Lakin
o da məlum idi ki, araukanların hamısı vahid komandanlıq
altında fəaliyyət göstərir.
Kapitan Alonsonun gözləmə mövqeyindən vəcdə gələn
leytenant Andre atını düz komandirinin yanına sürüb
səbirsizliklə ondan gözləmənin səbəbini soruşdu. Yaxın-
lıqda olan Migel o dəqiqə başa düşdü ki, kapitan bütün
süvarilər üçün gözlənilməz olan sərəncam vermək istəyir.
Lakin o, nədənsə tərəddüd edirdi. Araukanlar isə tam
fəaliyyətdə idilər.
- Sinyor, bu hücum barəsində mən sizin fikrinizi bilmə-
liyəm. - deyə Alonso üzünü Andreə tərəf tutaraq qeyri-
müəyyən tərzdə dilləndi. - İşdir, biz qarşıdakı döyuşdən
boyun qaçırsaq polkovnik Alonso araukanları darmadağın
edə bilər, ya yox?
- Başa düşmürəm, siz döyüşdən boyun qaçırmaq
istəyirsiniz? - deyə Andre hüznlə dilləndi. - Elədir?
- Mən məgər, dedim ki, döyüşdən boyun qaçırmaq
istəyirəm? - deyə kapitan həmsöhbətinin qəzəbinə heç bir
əhəmiyyət vermədən soyuqqanlıqla dilləndi. - Mən sizdən
soruşuram ki, polkovnik Alonso əhatəsində olan araukan-
ları darmadağın edə bilər, ya yox? Mən sizin fikrinizi
bilmək istəyirəm?
132
- Düşmənin ümumi qüvvəsini nəzərə alsaq, silahdaş-
larımız onları məhv etməyə qadirdilər. - deyə Andre bir az
tərəddüd edəndən sonra ciddi halda cavab verdi.
- Silahdaşlarımızın
müvəffəqiyyət qazanmaqlarına
məndə də şübhə yoxdur. - deyə Alonso qətiyyətlə dilləndi. -
Deməli, bizim onlara kömək etməyimizə heç bir ehtiyac
yoxdur.
- Siz nə etmək istəyirsiniz? - deyə Andre səbirsizliklə
soruşdu.
- Biz arxadan gələn düşmənin üzərinə hücum etsək pis
olmazdı. - deyə Alonso arxayınlıqla dilləndi. - Biz
düşmənin həmin qüvvəsini darmadağın etmək üçün böyük
səy göstərməliyik. Həmin əməliyyatdan sonra isə polkovnik
Alonsonun köməyinə yollanarıq.
- Həmin dəstəni məhv
etmək bizim ücun vacibdir? -
Andre könülsüz halda soruşdu.
Kapitan bezikmiş halda başını tərpədərək təşəxxüslə
Andreə dedi:
- Müharibəni tezliklə başa çatdırmaq üçün biz
bacardığımız qədər düşmənin xeyli canlı qüvvəsini məhv
etməliyik. Bu işin öhdəsindən nə qədər tez gəlsək, bir o
qədər bizim üçün yaxşıdır. İndi belə bir imkan yaranıb.
Araukanların yarım minlik qüvvəsi hərbi əməliyyatda
iştirak edir. Biz elə etməliyik ki, elə birinci döyüşdə onların
Dostları ilə paylaş: |