Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə31/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   27   28   29   30   31   32   33   34   ...   138

                                                     

 

  



                                                                            

                                                    

121 

şöhrətinin  yüksəlməsinə  yönəlmiş  qələbə  ilə  döyünürdü. 



Namuslu  və  viçdanlı  bir  ispan  idalqosu  kimi  o,  bütün 

varlığı ilə düşmənin məhv edilməsinə çalışmalı idi. 

Gecəni dağın başında qalmaq bir tərəfdən konkistadorlar 

üçün  sərfəli  idi.  Çünki  vadinin  və  ətrafdakı  dağların  hansı 

yerində araukanlar varsa, həmin yerlərdə tonqallar yandırı-

lacaq  və  həmin  yerləri  yuxarıdan  görmək  daha  aydın  idi. 

Yanan  tonqalları  nəinki  görmək,  hətta  tonqalların  hansı 

yerdə  yandırıldığını  yadda  saxlamaq  olurdu.  Həqiqətən  də 

gözə  görünən  yerlərdə  on  doqquz  dənə  tonqal  yandırıldı, 

onlardan  səkkizi  “qanlı  vadidə”,  on  biri  isə  dağların 

yamaclarında idi. 

Düşərgə ətrafında keşikçilər öz işlərinin öhdəsindən çox 

bacarıqla  gəlirdilər.  Düşərgəyə  yaxınlaşmağa  cəhd  edən 

araukanlar  odlu  silahların  atəşilə  geri  oturdulurdu.  Hətta 

onlardan yaralananlar da olurdu. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

122 

X fəsil. “Qanlı vadi”də şiddətli döyüşlərin  

                    başlanması  

 

Ertəsi  günü  sentyabrın  25-də  hava  bir  balaca  soyumağa 

başladı.  And  dağlarından  gələn  buludlar  artıq  səmanın 

yarısını  işğal  etmişdi.  Kaskad  şəklində  olan  dağların  ən 

hündürləri  buludların  qalın  pərdələri  arasında  yoxa 

çıxmışdı.  Qərb  istiqamətində  şığıyan  buludlar,  get-gedə 

yaxınlıqdakı  dağların  zirvələrini  öz  qoynuna  götürəcəkdi. 

And  dağlarının  arxasından  çıxmağa  çalışan  Günəş  hələlik

 

buludlar  qarşısında  öz  zəifliyini  nümayiş  etdirirdi.  Lakin 



şərqdən  çıxan  günəş  öz  şüalarını  yerə  yönəldə  bilmədiyi 

halda,  qərb  istiqamətində  göyün  üzündə  şəffaf  düz  xəttlər 

əmələ  gətirmişdi.  Sanki  And  dağlarının  başına,  təbiətin  ən 

qiymətli  qaşı  olan  günəşdən  tac  qoyulmuşdu.  Belə  bir 

mənzərəni  görmək  hər  adama  nəsib  olmurdu.  İllərlə 

gözləmək  lazımdır  ki,  belə  bir  məstedici  mənzərəni  öz 

gözlərinlə  görəsən.  Həm  də  belə  bir  əvəzsiz,  möcüzə 

xarakterli  təbiətin  yaratdığı  sənət  əsərini  dünyanın  hər  bir 

yerində  müşahidə  etmək  qeyri-mümkündur.  Çünki  unikal 

rənglər  məhz

 

And  dağlarının  relyefindən  əmələ  gəlirdi. 



Təbiət isə həmin

 

rənglərdən böyük ustalıqla istifadə edirdi. 



And  dağlarının  ətəyi  qonur  rəngdə  olsa  da,  bu  gün  səhər 


                                                     

 

  



                                                                            

                                                    

123 

açılandan  həmin



 

yerlər  bənövşəyi  və  tünd  yaşıl  rəngə  bo-

yanmışdı. “Qanlı vadi” isə boz və kül rəngə qərq olmuşdu. 

Axşama  qədər  burada  yağışın  yağması  reallaşırdı. 

Havanın hərarəti daha da aşağı düşməli idi. Topa buludların 

yavaş-yavaş  Araukaniyanın  üzünü  örtməsi  o  demək  idi  ki, 

bu gün hamı günəşin üzünə həsrət qalacaqdır. “Qanlı vadi” 

aramsız yağışlara tutulsa, burda hərbi əməliyyatların istəni-

lən  şəkildə  aparılması  xeyli  mürəkkəbləşəcək.  Xüsusən  də 

süvarilərin  sürətlə  hərəkət  etməsi  xeyli  ağırlaşacaq.  Bu  və 

ya  digər  şəkildə  yağışın  yağması  araukanlar  üçün  sərfəli 

olacaqdır. Çünki onlar ispanların hücumlarına tab gətirmək 

üçün müdafiə olunacaqlar. 

Hava işıqlansa da hələ də polkovnik Alonsonun gəlişin-

dən  heç  bir  əsər-əlamət  yox  idi.  Araukanlar  hələlik

 

özləri-



nin  köhnə  mövqelərində  dayanmışdılar.  Əsas  təhlukənin 

şimaldan  gəldiyindən  aborigenlər  çox  güman  ki,  özlərinin 

əsas  qüvvəsini,  məhz  həmin  istiqamətdə  yerləşdirmişdilər. 

Amma  kapitan  Alonso  daha  yuxarıda  gözləmək  istəmirdi. 

Konkistadorların  əsas  hissəsi

 

“qanlı  vadiyə”  daxil  olana 



qədər o, süvari dəstəsini aşağıda yerləşdirmək fikirində idi. 

Bu məqsədəuyğun iş sayılırdı. Çünki polkovnik Alonsonun 

başçılıq  etdiyi  dəstə  araukanların  avanqard  dəstəsi  ilə 

toqquşan  bir  vaxt,  süvarilər  həmin

 

an  iti  sürətlə  düşmənə 



arxadan  zərbə  endirməlidirlər.  Bu  effektli  zərbə  konkista-


                                                     

 

  



                                                                            

                                                    

124 

dorların  müvəffəqiyyətini  sürətləndirə  bilər.  Kapitan 



Alonso bu fikri Xuan ilə bölüşdürməyə qərara aldı. Dünənə 

nisbətən bu gün özünü rahat hiss edən Xuan bir az tərəddüd 

edəndən sonra dedi: 

-  Sinyor  Alonso,  sizin  fikir  ilə  nəinki  şərikəm,  hətta 

dəstəkləyirəm.  Lakin  burda  bir  əmma  var.  Axı,  dəqiq 

bilinmir,  mənim qardaşım vadiyə haçan gəlib çıxacaq? Bir 

saata, beş saata, yoxsa on saata? 

-  Bizim  hesablamalarımıza  görə  onlar  artıq  vadinin 

sərhədində olmalıdırlar. - deyə Alonso şübhə ilə dilləndi. - 

Bizə nisbətən onlar vadiyə düz yol ilə gəlməliydilər. 

-  Sizin  aşağı  düşməyiniz  böyük  risq  ilə  bağlıdır.  -  deyə 

Xuan təmkinlə dilləndi. - Tutalım ki, siz aşağı düşdünüz və 

orada  bizimkilərin  gəlişini  gözləməyə  başladınız.  Onların 

vadiyə  gəlişi  yubansa,  bu  faciə  ilə  nəticələnə  bilər.  Çünki 

araukanlar  həmin  müddətə  bizi  mühasirəyə  alaraq  hücum 

etməyə cəhd

 

edəcəklər. Bunun müqabilində biz xeyli süvari 



itirə bilərik. 

-  Araukanlar  o  qədər  azğınlaşıblar  ki,  50  nəfərlik 

süvarinin  üzərinə  hücum  etməyə  cəhd

 

edəcəklər?  -  deyə 



Alonso  təəccübdən  çiyinlərini  çəkdi.  -  Hindu  tayfaları 

əvvəldən  bizimlə  toqquşmadan  boyun  qaçırıblar.  Ernan 

Kortesə,  Fransisko  Pisarroya,  Belalkasara  və  bir  çoxlarına 

qələbələri  məhz  süvari  dəstələri  gətiriblər.  Minlərlə  silahlı 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə