Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə43/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   39   40   41   42   43   44   45   46   ...   138

                                                     

 

  



                                                                            

                                                    

169 

-  Don  Alonso,  inanmıram  ki,  bugünkü  döyüşdən  sonra 



araukanlar bir daha hücuma keçsinlər. - leytenant Ernando 

düzgün bir mülahizə irəli sürdü. - Düşmən həddindən

 

artıq 


çoxlu canlı qüvvə sarıdan itki verib. 

-  Bu  fikir  ilə  razılaşmaq  olar,  -  deyə  Filipp  aludəliklə 

dilləndi. - ancaq unutmaq lazım deyil ki, araukanlar qisasçı 

bir  hindu  tayfasıdır  və  onlar  çox  güman  ki,  öldürülmüş 

silahdaşlarının qisasını almaq üçün hücuma keçəcəklər. 

-  Düşmənin  növbəti  hücumuna  tab  gətirsək  də,  biz 

həmin

 

döyüşdən  məğlub kimi  çıxacağıq. - deyə qraf Xuan 



sir-sifətini  turşudaraq  məyus  halda  dilləndi.  -  Onlar  sanki 

bütün qüvvələrini bura gətiriblər. 

- Elədir ki, var! - deyə polkovnik Alonso soyuqqanlaqla 

dilləndi. 

- Əlavə qüvvə gəlməsə, biz məğlub olacağıq. - deyə Fi-

lipp bu ifadəni xüsusilə vurğuladı. 

- Araukanları tam məğlubiyyətə uğratmaq üçün bizə son 

qələbə lazımdır və mən həmin qələbəni Allahın köməyi ilə 

əldə edəcəm. - deyə polkovnik qürurla dilləndi. - Biz ertəsi 

günə  kimi  düşmənin  hücumlarına  tab  gətirməliyik.  Ertəsi 

günü  düşmən  hər  tərəfli  məhv  ediləcək.  Buna  əmin  ola 

bilərsiniz. 

Kapitan Alonsonu hazırda bura çağırılan kapitan Karlın 

dəstəsi  maraqlandırırdı.  O,  uzaqgörən  sərkərdə  olduğunu 




                                                     

 

  



                                                                            

                                                    

170 

bir daha sübut etmişdi - “qanlı vadi”dəki vəziyyətin gərgin-



ləşəcəyini  əvvəlcədən  nəzərə  alaraq,  həmin  dəstəni  bura 

çağırtdırmışdı.  Alonso  polkovnikin  belə  bir  ehtiyatlı  hərə-

kətinə, vəziyyətin qabaqcadan duymasına, bütün müharibə-

nin  müqəddəratını  həll

 

edəcək  qərarın  çıxarılmasına  mat-



məəttəl qalmışdı. Kapitan Alonso bu  məsələni  aydınlaşdır-

maq üçün təmkinlə polkovnikdən soruşdu: 

-  Don  Alonso,  siz  haradan  bilirdiniz  ki,  “qanlı  vadi”də 

vəziyyət  həddindən

 

artıq  gərginləşəcək?  Necə  olsa  da, 



kapitan  Karlın  ardınca  göndərilən  qasid,  bu  gün  baş  verən 

döyüşdən xeyli əvvəl göndərilib? Bu çox maraqlıdır? 

-  Mən  hər  hansı  bir  ciddi  addım  atmamışdan  əvvəl  yüz 

dəfə  ölçüb,  bir  dəfə  biçirəm.  -  deyə  polkovnik  Alonso 

kəndə  yaxınlaşan  araukanların  hərəkətlərinə  nəzər  yetirə-

yetirə aludəliklə dilləndi. - “Qanlı vadi”yə daxil olmağa bir 

gün  qalmış,  mən  bura  üç  nəfərdən  ibarət  ən  təcrübəli 

kəşfiyyatçı  dəstəsi  göndərmişdim.  Onlar,  burada  1000 

nəfərə yaxın silahlı döyüşçünün olduğunu mənə çatdırdılar. 

Əlbəttə,  mən  50  nəfərlik  dəstə  ilə  düşmənə  sarsıdıcı  zərbə 

endirə bilməzdim. Düzdür, onu bilirdim ki, mən bura daxil 

olanda,  qərb  tərəfdən  yaxınlaşan  süvari  dəstənin  bizim 

köməyimizə  çatmağına  şübhə  etmirdim.  Araukanların 

böyük qisminin burada cəmləşməsindən, mən belə qənaətə 

gəldim  ki,  kapitan  Karl  Kesadanın  getdiyi  istiqamətdə 



                                                     

 

  



                                                                            

                                                    

171 

düşmənin böyük qüvvəsi yoxdur. Məhz buna görə də mən 



həm

 

kapitan  Karlın  dəstəsinin,  həm



 

də  Anqud  körfəzinin 

şimalında  yerləşən  bizim  ehtiyat  dəstəsinin  müəyyən  bir 

hissəsinin

 

bura gəlməsi üçün qasidlər göndərmişəm. Həmin 



dəstələr  ertəsi  günü  “qanlı  vadi”yə  həm  şimaldan,  həm  də 

qərbdən  daxil  olacaq  və  düşmənin  dəstələrinə  arxadan 

gözlənilməz  zərbələr  endirəcəklər.  Hər  şey  mənim  planım 

üzrə  getsə,  onda  araukanlar  ən  ağır  məğlubiyyətə  düçar 

olacaqlar.  

Araukanların məğlubiyyəti bir növ, eramızdan əvvəl 71-

ci  ildə  Roma  imperiyasında  Spartakın  başçılığı  altında 

qalxan  qullar  üsyanının  darmadağın  edilməsinə  bənzəyə-

cək.  O  vaxt  Mark  Lisini  Krassın  həyata  keçirdiyi  hərbi 

əməliyyat  zəmanəsinin  bütün  sərkərdələrinin  maraqına 

səbəb  olmuşdur.  Mən  həmin

 

hərbi  əməliyyatla  Plutarxın 



yazdığı kitabı oxumaqla, tanış olmuşam. 

Artıq  kapitan  Alonsoya  bəlli  oldu,  polkovnikin  nəzərdə 

tutduğu  plan  nədən  ibarətdir.  Necə  olsa  da,  sərkərdəlik 

səviyyəsinə  qalxmağa  çalışan  kapitan  Alonso  da  Plutarxın 

əsərləri  ilə  tanış  idi:  Eradan  əvvəl  74-cü  ildə  Roma 

imperiyasında  Spartakın  başçılıqı  altında  qulların  üsyanı 

başlamışdı.  Senat  vaxtı  ilə  Sullanın  ordusunda  döyüşmüş, 

ən  varlı  adamlardan  biri  olan  pretor  Mark  Lisini  Krassı 

fövqəladə  vəkalət  ilə  Spartaka  qarşı  əməliyyata  göndərir. 



                                                     

 

  



                                                                            

                                                    

172 

E.ə.  71-ci  ildə  Spartak  öz  ordusu  ilə  Brundiziyaya  çəkilir. 



Krass  senata  müraciət  edərək  İspaniyada  Sertoriyə  qarşı 

muharibədən  qayıdan  Qney  Pompeyi  və  Frakiyadan  Mark 

Lisini  Lukullu  Mitridat  ilə  muharibədən  geriyə  çağırıb, 

ordu  ilə  birlikdə  özünə  köməyə  göndərilməsini  tələb  edir. 

Qəti döyüş Apuliyada baş verir. Spartak elə başa düşür ki, 

o,  yalnız  Krassın  qoşununa  qarşı  döyüşməli  olacaq.  Lakin 

döyüş  başlayandan  bir  qədər  sonra  həm  Lukull,  həm  də 

Pompey öz qoşunları ilə üsyançılara qarşı cinahlardan zərbə 

endirirlər  və  bununla  da  döyüşün  müqəddəratını  həll 

edirlər. 

İndi  polkovnik  Alonso  bu  taktikanı  Araukaniyadakı 

aborigenlərə  qarşı  tətbiq  etməyə  çalışırdı.  Mark  Krassın 

taktikasını burada tətbiq etməklə, Alonso İspaniyanın zəfər 

bayrağını  birdəfəlik  Araukaniyda  sancmaq  istəyirdi.  O, 

qələbə çalacağına çox əmin idi. Əksəriyyət zabitlər kapitan 

Karlın  ardınca  qasid  göndərilməsindən  hali  idi,  lakin 

Anqud  körfəzinin  şimal  sahilinə  qasid  göndərilməsindən 

hamı  xəbərsiz  idilər.  Həmin  sual  ilə  Filipp  çıxış  etdi.  Pol-

kovnik də cavabında dedi: 

-  Qasidlər  eyni  vaxtda  göndərilib.  Körfəzə  yol  uzaq 

olduğundan bu haqda heç kimə məlumat verməməyi lazım 

bilirəm.  Ola  bilsin  ki,  həmin  qüvvə  nəzərdə  tutulmuş 

vaxtdan  gec  gəlib  çıxsın.  Sahildəki  düşərgədə  elə  zabit  də 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə