Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə51/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   47   48   49   50   51   52   53   54   ...   138

                                                     

 

  



                                                                            

                                                    

201 

- Sinyor Xuan, sizin qardaşınız tövsiyə edib ki, bu dəstə 



„qanlı  vadi“nin  şimal  hissəsinə  elə  getməlidir  ki,  düşmən 

bizim  hərəkətimizdən  xəbərsiz  olsun.  Polkovnik  Alonso, 

Roma imperiyasının pretoru olmuş Mark Krassın e.ə. 71-ci 

ildə Spartaka qarşı tətbiq etdiyi döyüş taktikasını, araukan-

lara  qarşı  tətbiq  etmək  istəyir.  Biz  düşmənə  gözlənilməz 

zərbələr endirməliyik. 

Ondan sonra Migel polkovnikin tərtib etdiyi planı bütün 

zabitlərə  müfəssəl  şəkildə  izah  etdi.  Xuan  bir  qədər  fikrə 

gedəndən sonra dedi: 

-  Araukanların  hərəkətindən  elə  başa  düşmək  olar  ki, 

onlar  səhərə  kimi  kəndin  mühasirəsi  ilə  məşğul  olacaqlar. 

Ondan  sonra  çox  güman  ki,  düşmən  hücum  əməliyyatını 

həyata  keçirəcək.  Biz  buranı  təxminən  gecə  saat  1-də  tərk 

edərik. 


Palçıqlı  yerdə  hərəkət  etmək  həddindən  artıq  çətindir. 

Lakin  4-5  saat  kifayətdir  ki,  gedib  şimaldakı  meşənin 

girəcəyinə  çataq.  Ondan  sonra  isə  düşmənin  hücumunu 

gözləməli  olacağıq.  Düşmən  bizim  gəlişimizdən  xəbərsiz 

olsa,  onda  hər  şey  Alonsonun  dediyi  kimi  olacaq.  Biz  bu 

müharibəyə son qoyacağıq. 

-  Cənab  kapitan,  yaralıların  əksəriyyəti  növbəti  döyüş 

əməliyyatında  iştirak  etmək  istəyirlər.  -  deyə  Xristofor 

təşvişlə  dilləndi.  -  Onların  səhhəti  uzun  keçiddə  iştirak 



                                                     

 

  



                                                                            

                                                    

202 

etməyə  imkan  verməyəcək.  Elə  sizin  də  vəziyyətiniz  o 



dərəcədə yaxşı deyil. 

-  Mən  nəyin  bahasına  olursa-olsun,  bu  əməliyyatda 

iştirak  edəcəm.  -  deyə  Xuan  həkimə  tərs  nəzər  salaraq 

qətiyyətlə  dilləndi.  -  O  ki,  qaldı  yaralıların  həmin  əməliy-

yatda  iştirakına?  Hazırda  dəstədə  4  dənə  at  var.  Deməli 

əməliyyata 4 nəfər yaralı yollanacaq. Qalanları isə məcburi 

olaraq burada qalacaqlar. 

Nəzərdə  tutulduğu  kimi,  kapitan  Xuanın  növbəti  dəfə 

başçılıq  etdiyi  dəstə  düşərgəni  gecə  saat  1-də  tərk  etdi  və 

böyük  ehtiyatla  aşağı  enməyə  başladı.  Atlar  kişnəməsin 

deyə,  onların  ağzı  bağlanmışdı.  Konkistadorlar  səs-küy 

yaratmadan hərəkət etsələr də, „qanlı vadi“də daimi olmasa 

da,  lakin  xaotik  halda  səs-küy  əmələ  gəlirdi.  Bu  arau-

kanların danışıqlarından əmələ gələn səs-küy idi. 

Nəhayət  ispanlar  şimaldakı  meşənin  girəcəyinə  gizlincə 

daxil oldular. Həmin yürüş ağır olsa da, hamının ürəyindən 

idi.  Çünki  onlar  düşmənin  xəbəri  olmadan,  silahdaşlarının 

mövqe  tutduqları  kənddən,  1500-2000  metr  qərbdə  mövqe 

tutmuşdular.  Keçid  zamanı  konkistadorlar  sərf  etdikləri 

qüvvələrini bərpa etmək üçün yaxşıca istirahət etməliydilər. 

Amma  səhərin  açılmasına  bir  saatdan  bir  az  çox  vaxt 

qalmışdı.  Bundan  əlavə  qızınmaq  üçün  od  qalamaq 




                                                     

 

  



                                                                            

                                                    

203 

qadağan  edilmişdi.  Səhər  açılana  kimi  onlar  yarı  oturmuş 



halda istirahət etməliydilər. 

Kapitan  Xuan  düşmənin  yaxın  ətrafda  yerləşməsi  barə-

də,  dürüst  məlumat  almaq  üçün,  şərq  tərəfə  iki  nəfərdən 

ibarət  kəşfiyyatçı  göndərdi.  Kəşfiyyatçılar  hava  işıqlaşan-

dan  sonra  qayıdaraq  Xuana  xəbər  verdilər  ki, araukanların 

böyük  bir  dəstəsi  kəndin  qərb  sərhədində  cəmləşib. 

Tonqalların  hər  yerdə  qalanmasından  ayırd  etdilər  ki, 

düşmən hələlik hücuma keçməyə tələsmir. Belə olan halda 

Xuan  dəstəsini  düşmənin  mövqeyinə  yaxınlaşdırmağı 

qərara aldı. Əvvəlki kimi dəstə ehtiyatla hərəkətə başladı. 

Göydə buludlar seyrək şəkildə olsalar da, yenə də günəş 

üzərində  böyük  üstünlük  təşkil  edirdilər.  Günəş  yavaş-

yavaş  And  dağlarının  arxasından  görünməyə  can  atırdı. 

Xoşbəxtlikdən  „qanlı  vadi“ni  şərq  tərəfdən  yavaş-yavaş 

duman  örtməyə  başladı.  Duman  özünün  torlu  pərdəsi  ilə 

Sakit okeana tərəf can atırdı. Artıq konkistadorların mövqe 

tutduqları  kəndin  şərq  hissəsi  dumanın  pərdəsi  ilə 

örtülmüşdü.  Araukanların  hücum  etməmələrinin  səbəbi 

aydın idi. Onlar kəndin dumana qərq olmasını gözləyirdilər. 

Duman  şəraitində  orada  mövqe  tutan  konkistadorlara 

gözlənilməz zərbə endirmək istəyirdilər. 

 

 




                                                     

 

  



                                                                            

                                                    

204 

 XVII fəsil. Pretor Mark Krassın döyüş  

       taktikası araukanlara qarşı tətbiq olunur 

 

Kapitan Xuanın başçılıq etdiyi dəstə araukanlara 90-100 



metr  qalmış  meşədə  mövqe  tutdu.  Düşmənin  arxasına 

həddindən  artıq  yaxınlaşmaq  çox  təhlükəli  idi.  Düşmən 

onları  görə  bilərdi.  Xuan  isə  öz  ehtiyatını  əldən  vermək 

istəmirdi. Migel, Lope və Xulio qabağa gedərək kəşfiyyatla 

məşğul idilər. 

Araukanların  hərəkətindən  hiss  etmək  olar  ki,  onlar 

növbəti hücuma çox ciddi hazırlaşırlar. Artıq duman bütün 

kəndin  ərazisini  zəbt  etmişdi.  Düşmən  öz  istəyinə  nail 

olmuşdu.  Saat  təxminən  10  olardı.  Bu  ətraf  dumanın 

pərdəsi ilə örtülsə də, hava demək olar ki, tam işıqlaşmışdı. 

Meşədəki  ağacların  budaqları  dumanın  hücumu  üçün 

böyük  maneə  yaradırdı.  Lakin  buna  baxmayaraq,  meşə  də 

dumanın qarşısında gücsüz olduğunu  büruzə verməli oldu. 

Araukanlar  hücuma  hazırlaşsalar  da,  hələlik  tonqalların 

yanından əl çəkmirdilər. Kimə soyuq olurdusa həmin adam 

dərhal gəlib tonqalda qızınırdı. Elə bu dəmdə kənd tərəfdən 

odlu  silahların  səsi  eşidildi.  Bu,  kor-təbii  halda  açılan 

atəşlər idi. Bilinmirdi, həmin silahlardan aborigenlər istifa-

də edir, yoxsa konkistadorlar? Getdikcə atəş səsləri çoxalır-

dı. Söz yox ki, həmin atəşlər böyük döyüşün başlanmasına 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə