Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə59/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   55   56   57   58   59   60   61   62   ...   138

                                                     

 

  



                                                                            

                                                    

233 

- Bəs, barakları kim tikəcək? - deyə qraf Xuan təəccüblə 



soruşdu. 

-  Barakları  öz  gücümüzlə  tikməliyik.  -  deyə  Alonso 

tərəddud  etmədən  dilləndi.  -  hamı  kimliyindən  asılı 

olmaya-raq barakların tikintisində iştirak etməlidir. 

-  Mənim  səmərəli  bir  təklifim  var.  -  deyə  Migelin  atası 

söz  aldı.  -  Bizim  qarşımızda  forta  bənzər  bir  kənd  durur. 

Biz  həmin  kəndi  ələ  keçirtsək,  elə  yaralıların  hamısını  ora 

köçürə  bilərik.  Orada  onların  hamısı  üçün  yaxşı  şərait 

tapılacaq.  

-  Məndən  olsa,  həmin  kəndi  ələ  keçirmək  üçün  elə  bu 

dəqiqə  hücum  təşkil  edərəm.  -  deyə  polkovnik  soyuqqan-

lıqla  dilləndi.  -  Bunun  üçün  hazırlıq  görmək  lazımdır. 

Döyüşçüləri  yerbəyer  edəndən  sonra  biz  həmin  kəndi 

mühasirəyə alacağıq. 

Ekspedisiya  rəisi  ilə  hamı  məcburi  şəkildə  razılaşmalı 

idi. Çunki o, bir sərkərdə kimi öz planlarını ustalıqla həyata 

keçirməklə,  artıq  konkistadorlarını  qələbə  yoluna  gətirib 

çıxarmışdı. Öz fikirlərində və təkliflarində inadkarlıq göstə-

rən  peşəkar  zabit  Villaqronun,  Valdiviyanın  və  bir  çox 

zabitlərin həyata keçirə bilmədikləri məsələni o, demək olar 

ki,  yerinə  yetirmişdi.  Bir  neçə  döyuşdə  araukanlar  biabır-

casına  darmadağın  edilərək,  məğlubiyyət  dərəsinin  ağzına 

gətirilmişdilər.  Dərənin  dibinə  düşmək  üçün  heç  bir  şey 



                                                     

 

  



                                                                            

                                                    

234 

qalmamışdı.  Konkistadorlara  uğur  gətirən  iş  belə  sürətlə 



davam etsə, onda İspaniyanın zəfər bayrağı  Araukaniyanın 

cənub  ərazisində  də  dalğalana  bilər.  Heç  kim  bu  işdə 

bacarıqlı sərkərdəyə, özlərinin qeyri-real təklifləri və lazım-

sız  şərtləri  ilə  maneəçilik  törətməməliydi.  Bu  ispanların 

ümumi  işinə  xeyli  xəlal  gətirə  bilərdi.  Polkovnik  Alonso 

hərb  sənətində  çox  nadir  hallarda  səhvə  yol  verirdi.  Öz 

manevrləri  və  taktiki  gedişləri  ilə  o,  düşməni  məcbur  etdi 

ki,  öz  köhnə  taktikalarından  əl  çəkərək  ispanlarla  açıq 

döyüşdə  üz-üzə  gəlsinlər.  Açıq  döyüşə  girişməklə  arau-

kanlar bu müharibənin müqəddəratını həll etdilər. Hərçənd 

ki, müharibənin 2-ci mərhələsi başlanandan sonra aborigen-

lər pusqu döyüşlərinə böyük üstünlük verməyə başlamışdı-

lar. Həmin üsul ilə onlar ispanların Araukaniyada fəaliyyət 

göstərən  iki  dəstəsinə  sarsıdıcı  zərbələr  endirmişdilər. 

Pusqu döyüşü ilə araukanlar konkistadorların irəliləməsinə 

böyük  maneaçilik  törətmişdilər.  Lakin  Alonso  xüsusi  fənd 

işlədərək  düşməni  açıq  döyuşə  başlamağa  sövq  etdi.  Daha 

doğrusu, hindular ispanların qurduqları tələyə düşmüşdülər: 

Bilindiyi kimi konkistadorlar Anqud körfəzinə ayaq basan-

dan sonra dörd dəstəyə bölünmüşdü. Dəstənin biri körfəzin 

şimal sahilində qalır, qalan üç dəstə isə düşmən ilə döyuş-

mək  üçün  cürbəcür  istiqamətlərdə  fəaliyyət  göstərməyə 

başlayırmış. Aralarındakı məsafə uzun olduğuna görə arau-



                                                     

 

  



                                                                            

                                                    

235 

kanlar  qüvvələrini  bir  yerə  toplayaraq,  düşməni  ayrı-ayrı-



lıqda məhv etməyə qərara almışdılar. Lakin hər şey tərsinə 

baş vermişdir. Düzdür, bu işdə təbii proses konkistadorlara 

böyük  köməklik  göstərmişdir.  Duman  öz  qalın  pərdəsi  ilə 

qanlı  vadini  örtəndən  sonra  polkovnik  Alonsonun  o  biri 

dəstələri  araukanların  xəbəri  olmadan  bura  gələ  bilmiş  və 

düşmənə  gözlənilməz,  lakin  sarsıdıçı  zərbələr  endirməyə 

müvəffəq olmuşdular. Demək olar ki, müharibənin müqəd-

dəratı  həll  olunmuşdu  və  konkistadorlar  Araukaniya-da 

qalib  qüvvə  kimi  fəaliyyət  göstərmək  hüququ  qazanmış-

dılar. 


 

 

 



 

        II fəsil. Müzakirələrin aparılması 

 

Bir  az  keçmişdi  ki,  ekspedisiyanın  baş  kəşfiyyatçısı 



Xuan  Flores  zabitlərin  yanına  gəldi.  O,  bir  saat  bundan 

əvvəl  polkovnikdən  xüsusi  tapşırıq  alaraq,  həmin  işlə 

məşğul olmuşdu. Xuan hamıya təzim edərək polkovnikə: 

-  Don  Alonso,  yaralı  araukanların  əksəriyyəti  deyir  ki, 

hazırda Araukaniyada axırıncı döyüşdən sonra 200-ə yaxın 

silahlı  döyüşçü  qalıb.  Onlardan  təxminən  50-si  qarşımız-




                                                     

 

  



                                                                            

                                                    

236 

dakı  kənddə  mövqe  tutublar.  Bundan  əlavə  aborigenlərdə 



14 dənə at var. Atlar araukanların ən peşəkar döyüşçülərinə 

verilib. Kənddə mövqe tutan hindularda 7 və ya 8 dənə odlu 

silah  var.  O,  biri  döyüşçülər  şübhəsiz  ki,  dağlardakı  kənd-

lərdə mövqe tutmağa çalışacaqlar. 

-  Onda  belə  çıxır  ki,  araukanlarda  cəmisi  500-ə  yaxın 

silahlı  döyüşçü  var.  -  deyə  Filipp  ağlına  gəldiyi  nəticəni 

izah etdi. - Bu heç də böyük qüvvə sayılmır. 

-  Nəyə  görə  500  nəfər?  -  deyə  kəşfiyyatçı  təəccüblə 

soruşaraq çiyinlərini çəkdi. 

- 200-ə yaxın döyüşçü burdadır, 300-ə qədər döyüşçü isə 

Araukaniyanın şimalında yerləşən istehkam tikilmiş kənddə 

mövqe tutublar. - deyə Filipp izah etdi. 

-  Əsirlərin  dediyinə  görə  şimalda  araukanların  daha 

silahlı döyüşçüləri qalmayıb. - deyə Xuan aludəliklə dillən-

di. - Hindu rəhbərləri dünənki döyüş üçün bütün Araukani-

yadakı  döyüşçülərini  bir  yerə  toplamışdılar.  Onlar  qüvvə-

lərini  bir  yerə  toplayaraq  Araukaniyada  bizim  fəaliyyət 

göstərən dəstələrimizi ayrı-ayrılıqda  məhv etmək istəyirdi-

lər. Lakin onlar öz fikirlərində yanılmışdılar. 

-  Əgər  bu  elədirsə,  onda  bizim  işimiz  xeyli  yüngüllə-

şəcək. - deyə qraf Xuan həvəslə dilləndi. - Beş gündür ki, 

biz Araukaniyaya ayaq basmışıq, artıq onların əsas qüvvəsi 

darmadağın  edilibdir.  200  nəfərlik  qüvvəni  məhv  etmək 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə