Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə57/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   53   54   55   56   57   58   59   60   ...   138

                                                     

 

  



                                                                            

                                                    

225 

                 II hissə:  

 

C

əhənnəmi xatırladan ölkə 

 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

226 

                   I fəsil. Qalib konkistadorlar 

 

Döyüşdə iştirak edən bütün konkistadorlar döyüş gedən 



kəndin  şərq  hissəsində  toplaşdılar.  Müəyyən  bir  müddət 

ayrılıqda  olan  bütün  qohumlar,  dostlar,  silahdaşlar  bir-

birilərilə  görüşməyə  imkan  tapdılar.  Bəzi  konkistadorların 

yaxınları bu döyüşdə həlak olmuşdu. Kapitan Leon oğlunu 

sağ  görəndən  sonra  rahat  nəfəs  almağa  başladı.  Çünki  o, 

yaxşı  bilirdi  ki,  Migel  həmişə  döyüşün  ən  qızğın  yerində 

döyüşüb  və  belə  döyüşlərdə  hər  bir  döyüşçü  məhv  edilə 

bilərdi.  Xoşbəxtlikdən  isə  Migel  sağ  qalmışdı  və  bu  da  ki, 

atasının sevincinə səbəb oldu. Ekspedisiyanın rəisi kapitan 

Leonu  görən  kimi  vaxt  itirmədən  qısaca  olsa  da,  Migelin 

şucaətlərini ona ərz etdi və elə bir nümunəvi oğul ilə hər bir 

atanın fəxr etməsini bildirdi. Hamı elə hey Migelin necə də 

cəsarətlə və yüksək ustalıqla döyüşdüyünü müzakirə edirdi. 

Ən ağır döyüşlərdə çıxılmaz vəziyyətlərdən onun bacarıqla, 

sağ-salamat  çıxması  hamının  marağına  səbəb  olmuşdu. 

Sanki  Migel  antik  dövrün  mifik  qəhrəmanlarından  biri 

sayılırdı.  Çox  qəribə  idi  ki,  o,  sonuncu  döyüşdə  də 

yaralanmamışdı. Halbuki elə döyüşçü vardı ki, artıq ikinci 

dəfə  düşmən  tərəfindən  yaralanmışdı.  Hamıda  belə  təəssü-

rat  yaranmışdı  ki,  bütün  bu  bəlalardan  onu  Allah-taala 

saxlayır. 



                                                     

 

  



                                                                            

                                                    

227 

Bura  toplaşan  konkistadorlar  sıralarında  baş  verən 



itkiləri  ayırd  edirdilər.  İtkilər  isə  böyük  idi;  axırıncı 

döyüşdə ispanların 43-ü öldürülmüş, 38-i isə yaralanmışdır. 

Lakin bir çoxları üçün məğlubedilməz sayılan araukanların 

itkisi  də  böyük  idi;  onlardan  342  nəfəri  öldürülmüş,  146 

nəfəri  isə  yaralanmışdı.  Yaralananların  41  nəfərinin 

vəziyyəti  həddindən  artıq  ağır  idi.  Qələbə  əldə  edilsə  də, 

konkistadorlar  „qanlı  vadi“də  gedən  döyüşlərdə  çoxlu 

itkilərə məruz qalmışdılar. Onlardan 83-ü öldürülmüş, 70-i 

isə  yaralanmışdı.  Müharibəyə  başlamamışdan  əvvəl 

polkovnik  Alonso  bilirmişdi  ki,  ekspedisiyada  itki  olacaq. 

Ancaq  bu  qədər  itki  olacağını  o,  heç  təsəvvürünə  gətirə 

bilməzdi.  

Əgər  düşmənin  sürətlə  darmadağın  edilməsinə  belə  səy 

göstərilməsəydi  və  ekspedisiyanın  hərəkət  yürüşü  çox 

ehtiyatla tənzimlənsəydi, bəlkə də həmin itkinin rəqəmi bu 

qədər  yüksək  olmazdı.  Həlak  olanların  hamısını  kəndin 

cənub-şərq  çıxacağında,  hündür  olmayan  yastı  dağın 

başında  basdırılması  qərara  alındı.  Yaralıların  hamısına 

kəndin  bu  hissəsində  ayrıca  yer  təşkil  edildi.  Hindu 

yaralıları ispanlardan bir qədər kənarda yerləşdirildi. 

Döyüşün  sonunda  ispanların  ixtiyarında  iyirmi  dənə  at 

qalmışdı.  Soyuq  silahla  öldürülən  atların  hamısı  kəsilərək, 

konkistadorların ərzaq ehtiyatına çevrildi. Alonso bir günün 



                                                     

 

  



                                                                            

                                                    

228 

içərisində bir çox məsələləri həll etmək istəyirdi. O, vadinin 



mərkəzində  yerləşən  istehkam  salınmış  kəndi  mühasirəyə 

almaq  qərarına  gəlmişdi.  Lakin  heç  kim  üçün  gözlənilməz 

sayılmayan  yağış  yağandan  sonra  polkovnik  fikrindən 

dönməli  oldu.  Həm  də  bugünkü  döyüşdən  sonra  konkista-

dorların  hamısı  əlavə  qüvvə  toplamaq  üçün  əməlli-başlı 

dincəlməliydilər. Nə qədər ki, araukan döyüşçüləri sağ qal-

mışdı, deməli hər an növbəti döyüş baş verə bilərdi. Amma 

hinduların  canlı  qüvvəsi  demək  olar  ki,  doqquz-on  dəfə 

azalmışdı  və  onlar  çox  güman  ki,  belə  bir  az  qüvvə  ilə 

konkistadorların üzərinə hücum tətbiq etməyəcəklər. Alon-

sonun fikrincə, belə bir ağır məğlubiyyətdən sonra araukan-

lar hələ uzun müddət özlərinə gələ bilməyəcəklər. Bir daha 

onlar  dirçəlməsinlər  deyə,  üç-dörd  gün  ərzində  aborigen-

lərin pərən-pərən düşmüş dəstələri məhv edilməli idi. 

Kapitan Xuanın yarası açıldığından onun vəziyyəti yenə 

də  pisləmişdi.  Onu  qardaşı  oğlu  Kamaçonun  qaldığı  evdə 

yerləşdirdilər. Elə Kamaçonun də vəziyyəti heç də ürəkacan 

deyildi.  Yaqış  yağdığından  yaralıların  hamısı  evlərdə  biri-

birilərinə  sıx  şəkildə  yerləşdirilmişdi.  Yaralı  araukanların 

sayı  çox  olduğundan  onların  yarısından  çoxu  açıq  havada 

möhkəm

 

olmayan örtüklərin altında qalmışdılar. İspanların 



özündə  də  ağır  yaralılar  çox  olduğundan  Xristofor  hələlik 

yaralı araukanlara yaxınlaşmağa macal tapmamışdı. Əlbət-




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə