Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə54/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   50   51   52   53   54   55   56   57   ...   138

                                                     

 

  



                                                                            

                                                    

213 

Hər  iki  zabitin  məhv  edilməsi  üçün  hindular  bura  böyük 



qüvvə cəlb etmişdilər. 

Hər  dəqiqənin  öz  hökmü  vardı.  Migel  yerdən,  öldürül-

müş  aborigenin  nizəsini  götürüb  Alonso  ilə  döyüşən  ən 

aqressiv  araukanın  üstünə  atdı.  Nizə  aborigenin  düz  kürə-

yinə batdı. Eyni vaxtda Lope də arbalyotla bir rəqibi məhv 

etdi.  Lope  2-ci  oxu  hazırlamamış  araukanların  bir  neçəsi 

onların  üstünə  şığıdı.  Xüsusi  fənd  işlədən  Migel  bir  göz 

qırpımında iki rəqibini məhv etdi və bərkdən nərə çəkərək, 

özü  əks-hücuma  keçdi.  Alonsonun  yaxında  olması  Migelə 

sanki qol-qanad vermişdi və o, döyüşə xüsusi canfəşanlıqla 

atılırdı.  Bütün  bacarığını  nümayiş  etdirən  Migel  qarşısın-

dakı daha bir rəqibini cəhənnəmə vasil etdi. Elə Alonso da 

həmin səviyyədə döyüşərək, düşmənə böyük ziyan vururdu. 

Migel eyni vaxtda müdafiə olunur və düşmənə əks-zərbələr 

endirirdi. Hətta üstünə  atılan balta və  nizələrin qaytarılma-

sına  nail  olurdu.  Onun  və  Alonsonun  qətiyyətlə  döyüşmə-

ləri  düşmənin  canında  qorxu  xofu  yaradırdı.  Sanki  onlar 

məğlubedilməz  bir  döyüşçülər  idi  ki,  ortaya  düşmüş  və 

qarşılarına çıxan hər bir rəqibi xüsusi bir ustalıqla, çətinlik 

çəkmədən  məhv  edirdilər.  Çoxluq  təşkil  edən  düşmənin 

sırasında böyük inamsızlıq yaranmışdı. Onlar öz rəqiblərini 

məğlubiyyətə uğrada bilmirdilər. 




                                                     

 

  



                                                                            

                                                    

214 

Migel  elə  hücuma  keçmişdi  ki,  Lope  onunla  ayaqlaşa 



bilməyərək,  arxada  qaldı.  Yaxınlıqda  olan  Filipp  düşmən 

əhatəsində olduğuna baxmayaraq, Migelin belə bir üslubda 

bənzərsiz  döyüş  nümayiş  etdirməsi,  onu  mat-mətəl  qoy-

muşdu.  O,  inana  bilmirdi  ki,  düşmənə  sitəm  etdirən  və 

hərtərəfli  sarsıdıcı  zərbələr  endirən  adam,  21  yaşlı  cavan 

zadəgandır. Migelin bu cür canfəşanlıqla döyüşə girişməsi, 

burada döyüşən konkistadorlara böyük həvəs və entuziazm 

verdi.  Təhlükə  altında  olan  ispanların  daxilində  böyük 

canlanma  hiss  olundu  və  onlar  da  düşmənə  əks-zərbələr 

endirməyə başladılar. 

Vəziyyət  elə  gətirdi  ki,  Migel  hər  iki  qardaşın  arasına 

gəlib çıxdı. Bu minvanla kənarda döyüşən Filippin işi xeyli 

yüngülləşdi. Migel onun üç addımlığında döyüşürdü. Lakin 

arxada  qalan  Lopenin  vəziyyəti  xeyli  mürəkkəbləşdi. 

Arbalyotçu təkbaşına beş düşmənin əhatəsində qalmışdı. O, 

arbalyotçu olduğundan qılıncdan peşəkarcasına istifadə edə 

bilmirdi.  Lopenin  özünü  gücbəla  ilə  müdafiə  etməsi  o  biri 

silahdaşlarına oldu. Əks zərbə endirməyə onun demək olar 

ki, imkanı yox idi. 

Vəziyyəti belə görən Alonso düşmənə təzyiq göstərərək 

Lopenin  istiqamətində  hücuma  keçdi.  Bu  hərəkət  Alonso-

nun  özü  üçün  çox  təhlükəli  sayılırdı.  Çünki  onun  özü  də 




                                                     

 

  



                                                                            

                                                    

215 

düşmənin  əhatəsinə  döyüşürdü.  Belə  olan  halda  o,  yalnız 



müdafiə olunmalı idi. 

Burdakı  araukanların  məğlubiyyətə  uğramalarına  bax-

mayaraq,  onların  sıraları  yeni  döyüşçülərlə  əvəz  olunurdu. 

Konkistadorların  bəxtindən  duman  hələ  də  çəkilməmişdi. 

Dumana  görə  düşmən  qüvvəsi  oxlardan  istifadə  edə  bil-

mirdi. Çünki belə bir havada rəqiblər yalnız qısa məsafədə 

biri-birilərilə  üzləşirdi.  Qısa  məsafədə  isə  ox  atmaq  çox 

müşkül  bir  iş  idi.  Yaxınlıqdakı  rəqib  dərhal  hücuma 

keçərək, maneəçilik törətməyə nail olurdu. 

Hazırda Alonso çox sərbəst halda döyüşürdü. Çünki hər 

şey  onun  planı  üzrə  gedirdi.  Araukanlar  bütün  qüvvələrini 

bu  kənddə  çəmləşdirərək,  hər  tərəfdən  polkovnik  Alonso-

nun dəstəsinin üzərinə zərbə endirmişdi.  

Bundan  bir  az  sonra  şimaldan  kapitan  Karlın  başçılıq 

etdiyi  dəstə  və  cənub-qərbdən  kapitan  Markosun  Anqud 

körfəzindən gətirdiyi dəstə kapitan Xuanın başçılığı altında 

düşmənə  sarsıdıçı  zərbələr  endirməyə  başladılar.  Araukan-

ların endirdikləri güclü hücum yavaş-yavaş iflasa uğrayırdı. 

Çünki  indi  onlar  üç  cəbhədə  konkistadorlara  qarşı 

döyüşürdülər  və  heç  birisində  də  müvəffəqiyyət  əldə  edə 

bilməmişdilər.  Vəziyyət  olduqca  gərgin  idi.  Hər  iki  tərəf 

ölüm-dirim  mübarizəsinə  qalxmış  və  bu  döyüşdə  böyük 




                                                     

 

  



                                                                            

                                                    

216 

itkilər  verirdi.  Kəndin  içi  və  yaxın  ətrafı  meyid  və  yaralı-



larla dolu idi.  

 

 



 

 

  XVIII fəsil. İspanlar nəzərdə tutulan  



          taktikanı həyata keçirirlər 

 

Bu  ərazini  öz  pərdəsi  ilə  örtən  duman  konkistadorlara 



həddindən  artıq  böyük  köməklik  göstərmişdi.  Qələbəyə 

doğru  gedən  yol  qismən  də  olsa,  qət  edilmişdi.  Ancaq 

hazırda  döyüşü  müvəffəqiyyətlə  başa  çatdırmaq  üçün 

duman ispanlara böyük maneəçilik törədirdi. Çünki polkov-

nik  Alonso  ixtiyarında  olan  süvari  dəstəsindən  səmərəli 

istifadə  edə  bilmirdi.  Döyüşü  birdəfəlik  başa  vurmaq  üçün 

süvari dəstəsi düşmənin ən çox toplaşan hissəsinə sarsıdıçı 

zərbə endirməliydi. 

Hələlik isə kəndin  şərq  hissəsində qızğın döyüş gedirdi. 

Yüksək  təbəqəli  zadəganları  məhv  etmək  üçün  araukanlar 

bura  yeni-yeni  döyüşçülər  cəlb  edirdilər.  Onlar  bunu 

yoldaşlarını səsləməklə həyata keçirirdilər. 

Alonsonun  düşmənin  əhatəsinə  düşməsinə  baxmayaraq, 

düşmən  evin  ağzında  döyüşən  konkistadorları  sıxışdırıb, 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə