Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə53/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   49   50   51   52   53   54   55   56   ...   138

                                                     

 

  



                                                                            

                                                    

209 

Başı bütünlüklə döyüşə qarışan Migel bir də gördü ki, o, 



hər  tərəfdən  düşmənlə  əhatə  olunub.  Lakin  düşmənə 

nisbətən onda böyük güc ehtiyatı vardı. Ona görə ki, o, beş-

on dəqiqə bundan əvvəl döyüşə atılmışdı. 

Migelin  yanında  döyüşənlərin  hamısı  birinci  ekspedisi-

yanın  iştirakçıları  idi.  Onların  hamısı  ilkin  məğlubiyyətin 

əvəzini  çıxmaq  istəyirdilər.  Düşmənə,  özü  də  ki,  hinduya 

əsir  düşmək  hər  bir  ispan  əsgəri  üçün  böyük  biabırçılıq 

sayılırdı. Lakin həmin döyüşçülər qisası istədikləri kimi ala 

bilmirdilər.  Çünki  onlar  Migel  qarışıq  araukanların 

mühasirəsinə düşmüşdülər. Bu mühasirədən çıxmaq heç də 

asan deyildi. 

Hiss  olunurdu  ki,  yavaş-yavaş  duman  çəkilməyə 

başlayır. Bu bir tərəfdən hər yana  səpələnmiş  araukanların 

hücumlarına  xeyli  köməklik  edəcəkdi.  Çünki  onlar  dəqiq 

bilmirdilər ki, burda döyüşən konkistadorların hansı dəstəsi 

boyükdür. Lakin hiss

 

etmək olurdu ki, araukanların kəndin 



cənub-şərq  istiqamətində  döyüşən  dəstəsi,  bir  növ  mühasi-

rəyə  düşüb.  Həmin  dəstə  iki  tərəfdən  zərbə  altına  düşmüş-

dü.  Düzdür,  kapitan  Xuanın  başçılıq  etdiyi  dəstənin  hücu-

mu düşmən üçün gözlənilməz idi. Araukanlara əlavə qüvvə 

köməyə  gəlməsə,  cəbhənin  bu  hissəsində  konkistadorların 

qələbə çalması labüd idi. 




                                                     

 

  



                                                                            

                                                    

210 

Vəziyyət  elə  gətirdi  ki,  Migel  öz  silahdaşlarından  aralı 



düşdü və onu dörd araukan yaxınlıqdakı evin divarına sıxdı. 

Hər  bir  döyüşdə  öz  ustalığını  nümayiş  elətdirən  Migel,  bu 

dəfəki  döyüşdə  də,  düşmənlərini  göstərdiyi  döyüş  üslubu 

ilə mat vəziyyətində qoyurdu. İki qılıncı ilə eyni səviyyədə 

döyüşən cavan zadəgan gah hücuma keçir, gah da müdafiə 

olunurdu. Hücumun birində Migel düşmənin birini öldürdü 

və daha birini ağır yaraladı. Düşmən səy göstərməyə çalışsa 

da,  onu  mühasirəyə  ala  bilmirdi.  Daha  doğrusu,  cavan 

zadəgan  onlara  bu  imkanı  vermirdi.  Araukanlar  ikilikdə 

qalanda  tamamilə  üstünlüyü  itirdilər.  Onlar,  hətta  bir-

birilərinə  köməklik  də  edə  bilmirdilər.  Psixoloji  üstünlüyü 

ələ  alan  Migel  əlavə  qüvvə  bura  gəlməmiş,  qarşısındakı 

rəqibləri tezliklə məhv  etməyə qərara aldı. O, birinə „xox“ 

gələrək,  dərhal  ikincisinin  üzərinə  şığıdı  və  üç-dord  zərbə-

dən  sonra  qurbanını  məhv  etdi.  Sonuncu  hindu  təklikdə 

təçrübəli  rəqibi  ilə  bacarmayacağını  başa  düşüb  cəld  bura-

dan uzaqlaşdı. Migel də yaxınlıqda döyüşən silahdaşlarının 

yanına  getmək  istədi,  lakin  evin  qapısından  dord-beş  metr 

aralı  döyüşən  yoldaşını  gördü.  Bu  Lope  İnyes  idi.  O, 

yoldaşlarından  aralı  düşərək  üç  hindunun  əhatəsində 

döyüşürdü.  Lope  arbalyotçu  olsa  da,  qılıncdan  heç  də  pis 

istifadə etmirdi. Lope döyüşə-döyüşə bura kimi gəlib çıxıb-




                                                     

 

  



                                                                            

                                                    

211 

sa, deməli yaxınlıqda konkistadorların döyüşmə-sini güman 



etmək olardı. 

Migel tərəddüd etmədən düşmən üzərinə hücuma keçdi. 

Elə  çata-çatda  araukanlardan  biri  gücbəla  ilə  müdafiəyə 

keçə bildi. Lakin gec idi, cavan zadəgan bir göz qırpımında 

qarşısındakı  düşməni  məhv  edə  bildi  və  vaxt  itirmədən 

növbəti  qurbanının  üzərinə  hücum  etdi.  Onun  hücumu  o 

qədər gözlənilməz idi ki, düşmən  şok vəziyyətinə düşmüş-

dü. Fürsəti əldən vermək istəməyən Migel bir neçə dəqiqə 

ərzində  növbəti  rəqibini  məhv  etdi.  İki  konkistadorun 

arasında  tək  qalmış  araukan,  tərəddüd  etmədən  döyüş 

meydanını tərk etməli oldu. 

Cavan  zadəganın  göstərdiyi  köməyə  görə  Lope  öz 

minnətdarlığını bildirərək, hücumunu davam etdirdi. Migel-

gil  irəli  hücum  etməklə,  öz  silahdaşlarından  daha  da 

aralanırdılar.  Lakin  get-gedə  onlar  polkovnik  Alonsonun 

dəstəsinə yaxınlaşırdılar. Hava dumanlı olsa da, Migel artıq 

hiss edirdi ki, o, araukanlarla polkovnikin döyüşən dəstənin 

arasına düşüb. 

Lope arbalyotunu hazır vəziyyətdə tutub Migelin arxası 

ilə  addımlayırdı.  Burada  bütün  tərəflərin  döyüşdə  iştirak 

edən  döyüşçüləri  biri-birilərinə  qarışmışdı.  Hətta  elə  oldu 

ki,  öz  silahdaşlarının  qışqırığına  hay  verən  aborigenlərin 

iyirmi  nəfərlik  bir  dəstəsi  sürətlə  onlardan  bir  qədər  aralı 



                                                     

 

  



                                                                            

                                                    

212 

şütüyüb irəli qaçdılar. Qarşıda da şiddətli döyüşün getməsi, 



burdakılara sirr deyildi. Migelgil vaxt itirmədən araukanla-

rın  ardınca  qaçdılar.  Heç  iyirmi  metr  qaçmamışdılar  ki, 

birdən  onların  qarşısında  qeyri-bərabər  gedən  döyüşün 

mənzərəsi  yarandı.  Təxminən  30  nəfərlik  hindu  dəstəsi,  4 

nəfər  konkistadora  qarşı  amansızcasına  döyüşürdü.  Döyüş 

böyük olmayan bir evin qapısının ağzında baş verirdi. Hiss 

olunurdu  ki,  orada  döyüşən  konkistadorlar  ciddi-cəhdlə 

evin  giriş  yerini  qoruyurlar.  Yerdə  iki  ispan  əsgərinin  və 

onlarla  araukanın  meyidi  vardı.  Burada  həddindən  artıq 

şiddətli döyüş gedirdi.  

Bura  kənddə  mudafiə  olunan  ispanların  ön  cərgəsi  idi. 

Lakin bundan da qabaqda doyüşlər gedirdi. Bu o demək idi 

ki,  araukanlar  konkistadorların  mudafiə  xəttini  yararaq, 

düşmənin  içərilərinə  daxil  olmuşdular.  Onlar  hər  tərəfli 

konkistadorları  sıxışdırmağa  çalışırdılar.  Lakin  kəskin 

müqavimət ilə üzləşmişdilər. 

Müqavimət  göstərənlərin  arasında  polkovnik  Alonso  ilə 

kapitan  Filipp  də  vardı.  Hər  iki  qardaş  çiyin-çiyinə  döyü-

şürdülər.  Onların  ön  sırada  döyüşməsi  təəccüblü  hal  sayıl-

mırdı.  Döyüşə  birinci  can  atan  Alonso  müdafiə  olunmaq 

əvəzinə  hücuma  keçmişdi  və  nəticədə  o,  özü  mühasirəyə 

düşmüşdü.  Onunla  Filippin  libasları  bahalı  olduğundan, 

onlar döyüşən aborigenlərin fikrini özlərinə cəlb etmişdilər. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə