Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə47/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

                                                     

 

  



                                                                            

                                                    

185 

-  Məni  məhv  etmək  heç  birinizə  müəssər  olmayacaq.  - 



deyə Migel özün saxlaya bilməyib qürurla dilləndi. - Amma 

sən  yadda  saxlamalısan  ki,  səni  öldurməmiş  mən  heç  vaxt 

Araukaniyanı  tərk  etməyəcəm.  Tək  qalsam  belə,  mən  öz 

vədimi yerinə yetirəcəm. 

-  Sən  ağır  işgəncələrlə  öldürüləcəksən.  -  deyə  Koro 

hiddətlə qışqırdı. 

Alonso öz keçmiş şagirdini sakitləşdirmək üçün sağ əlini 

yuxarı  qaldırdı  və  iti  nəzərlərini  Koroya  tərəf  yönəldərək, 

hüznlə dedi: 

-  Araukaniyada  biz  öz  missiyamızı  müvəffəqayyətlə 

yerinə  yetirəcək  və  İspaniyaya  qalib  kimi  qayıdacağıq. 

Əlində silah olan hər bir araukan rəhm edilmədən döyüşçü-

lərim  tərəfindən  qılıncdan  keçiriləcək.  Bu  muharibədə 

bütün  Araukaniya  dizləri  üstə  çökəcək  və  bu  torpaq  ispan 

taxt-tacının mülkü kimi İspaniyanın tabeliyinə keçəcək. Bu 

müharibə bütün araukanlar üçün sonuncu  müharibə olacaq 

və burada baş verən xaosa birdəfəlik son qoyulacaq. Sən bir 

rəhbər  kimi  öz  millətini  böyük  bəladan  qurtara  bilərdin, 

təəssüflər olsun ki, sən bu şansdan istifadə etmədin. 

Polkovnikin  sözlərindən  daha  da  qəzəblənən  Koro  az 

qala  rəqiblərinin  üstünə  şığıyacaqdı,  lakin  atı  iki-üç  addım 

irəli  gedəndən  sonra  o,  atının  yüyənini  bərk  dartaraq 

dayandı və qamətini dik tutaraq hüznlə: 



                                                     

 

  



                                                                            

                                                    

186 

-  Bu  müharibə  heç  vaxt  araukanlar  üçün  sonuncu  ola 



bilməz.  Çünki  biz  öz  müstəqilliyimiz  və  azadlığımız 

uğrunda döyüşürük. Bu amal uğrunda döyüşdüyümüz üçün 

biz  həmişə  qələbə  qazanmışıq.  Bizim  torpağa  nə  qədər 

işğalçı  dəstələri  gəlibsə,  hamısı  da  amansızcasına 

darmadağın  edilib.  Sizin  də  aqibətiniz,  o  birilərin  aqibəti 

kimi olacaq. Bu torpaqda baş verən hər bir müharibə bizim 

qələbə  ilə  başa  çatıb.  Bizdən  fərqli  olaraq,  siz  heç  vaxt 

burada böyük bir həvəslə, canfəşanlıqla döyüşə bilmirsiniz. 

Çünki siz işğalçısınız və bu torpaqdan qat-qat uzaq yerlərdə 

doğulmusunuz.  Yad  bir  adam  heç  vaxt  bu  torpaqda 

araukanlar  kimi  döyüşə  bilməz.  Sizi  burada  qələbə  yox, 

yalnız  dəhşətli  ölüm  gözləyir.  Möhtəşəm  dağlarla  əhatə 

olunan Araukaniyaya,  əlində silahla gələn  konkistadorların 

qəbristanlığına çevrilib. 

-  Araukaniya  yalnız  araukanların  qəbristanlığına  çevrilə 

bilər. - deyə Alonso qətiyyətlə dillənərək, bu görüşə yekun 

vurdu və arxaya baxmadan atı ilə buradan uzaqlaşdı. 

Polkovnik çox yaxşı bilirdi ki, havanın qaralmasına çox 

az qalır və araukanlar çox güman ki, bu gün geniş miqyaslı 

hücuma  keçməyəcəklər.  Bundan  da  əlavə  hava  getdikcə 

pisləşirdi.  Aborigenlər  belə  havada  istədikləri  səviyyədə 

effektli  zərbələr  endirə  bilməyəcəklər.  Hələ  nəzərə  almaq 

lazımdır  ki,  bir  neçə  saatdan  sonra  burada  güclü  yağışlar 



                                                     

 

  



                                                                            

                                                    

187 

yağacaq.  Belə  bir  havada  döyüşmək  xüsusilə  çətin  olacaq. 



Burada  fəaliyyət  göstərən  küləyin  gücü  həddindən  artıq 

möhkəm


 

artırdı.  Çox  güman  ki,  havanın  hərarəti  aşağı 

düşəcək.  Konkistadorlar  belə  bir  soyuq  havaya  çətinliklə 

tab  gətirəcəklər.  Soyuqdan  onları  yalnız  gecə  qalanacaq 

tonqallar qoruya bilərdi. 

Havanın  qaralmasına  az  vaxt  qaldığına  baxmayaraq, 

araukanların sırasında canlanma hiss olunurdu. Xüsusən də 

yolun solundakı evlərdə mövqe tutanlar sanki hücum etmək 

üçün  yolu  keçməyə  hazırlaşırdılar.  Bu  döyüşün  yenidən 

başlanmasına gətirib çıxarda bilərdi. Konkistadorların rəisi 

isə  hazırda  növbəti  döyüşün  baş  verməsini  arzulayırdı. 

Polkovnik  Alonso  hökmən

 

adekvat  addımlar  atmalı  idi. 



Buradakı  təhlükənin  qarşısını  almaq  üçün  o,  ilk  növbədə 

kəndin  qərb  hissəsində

 

mövqe  tutmuş  araukanları  vurub 



oradan çıxarmalı idi. 

Vaxtı udmağa çalışan polkovnik ixtiyarında olan dəstəni 

iki  hissəyə

 

bölməyi  qərara  aldı.  Döyüşmək  istəyən  39 



konkistadordan  12-si  yaralı  idi.  Yaralılar  piyada  dəstəsini, 

qalanlar  isə  süvari  dəstəsini  təşkil  etdilər.  Piyada  dəstəsi 

odlu  silahla  zəncir  şəklində  yolun  ağzına  yaxınlaşaraq, 

oradan yolun o biri tərəfində mövqe tutan araukanları atəşə 

tutacaqlar.  Həmin  əməliyyatdan  beş  dəqiqə  sonra  süvari 

dəstəsi  kəndin  qərb  hissəsinə

 

hücuma keçəcək. Hücum elə 




                                                     

 

  



                                                                            

                                                    

188 

tez baş verməli idi ki, başqa yerlərdə mövqe tutan hindular 



dərhal  döyüşə  girişə  bilməsinlər.  Ondan  sonra  isə 

araukanlar  hansı  hissədən  hücuma  keçəcəklər,  konkista-

dorlar da həmin hücumçulara əks zərbə endirəcəklər. 

Hər  şey  polkovnikin  planlaşdırdığı  kimi  başladı.  Piyada 

dəstəsi  yolun  o  biri  tayındakıları  atəşə  tutanda,  bu  düşmən 

üçün  gözlənilməz  bir  əməliyyat  sayıldı.  Öz  sıralarını  niza-

ma gətirən araukanlar, konkistadorların hücuma keçmədik-

lərini  görüb  hamılıqla  yolun  ağzına  toplaşaraq,  öz  rəqib-

lərinə  oxlar  yağdırmağa  başladılar.  Elə  bu  vaxt  süvari 

dəstəsi polkovnik Alonsonun başçılığı altında hücuma keç-

di.  Süvarilərin  hücumunu  gözləməyən  düşmən  öz  mövqe-

lərini  atıb  meşəyə  tərəf  qaçmağa  başladılar.  Süvarilərə 

müqavimət göstərmək üçün onların qüvvəsi çox az idi. 

Müqavimət  göstərmədan  döyüş  meydanını  tərk  etmək 

heç  də  araukanlara  xas  olan  hərəkət  deyildi.  Araukanlar 

dərhal meşənin ağzında mövqe tutdular. Polkovnik hiss etdi 

ki, düşmən onlara qarşı meşənin girəcəyində pusqu qurub. 

Ona görə də süvariləri öz köhnə mevqelərinə qaytardı. 

 

 

 



 

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə