Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 
149 
malları silib-süpürüb götürmüşdü. Elə bil başqa, uzaq bir diyara 
köç edirdi və getdiyi yerdən bir daha geri qayıtmayacaqdı. 
Bütün  bunlar  Şəfəqnura  o  qədər  də  təsir  eləmirdi.  Ona 
görə  eləmirdi  ki,  Afinanın  onlarla  bir  yerdə  yaşaması  mənəvi 
əzabdan başqa özgə bir şey deyil, qulaq, göz, könül dincliyi idi. 
Və  o  biri  tərəfdən  də  Məmmədbəy  ona  çox  şeyləri  maddə-
maddə  anlatmışdı,  başa  salmışdı.  Başa  salmışdı  ki,  dünyanın, 
taleyin  gərdişinə  boyun  əyməsən,  boynunu  cəllad  kötüyünə 
qoyub  kökündən  yerə  salarlar.  Elə  bu  dünyada  cəhənnəmin 
əzabını verərlər, səni doğulduğuna, dünyaya gəldiyinə peşman 
edərlər və... 
Məmmədbəy Şəfəqnurun gözlərində olan qorxunc ifadəni 
görərək sözünə ara vermiş, Şəfəqnurun əzabını götürmək üçün 
daha  söhbətini  bu  tonda  davam  etdirməmişdi.  Yumşaq  və 
müdrik  ifadələr  işlədərək  arvadının  könlünə  sığal  çəkmiş,  onu 
ovundurub, əvvəlki əhvalına qaytarmağa çalışmışdı. 
Ona  görə  də  Afinanın  hərəkətləri  onu  hədəqəsindən 
çıxara bilmirdi. Onu yandıran bir şey var idi ki, o da gəlininin 
şəxsən ona məxsus olan, ona hədiyyə verilən bahalı əşyaları öz 
dədə  malı  kimi  qablaşdırıb,  evindən  çıxarması  idi.  Bu  anlarda 
da  qəlbindəki müdriklik ilahəsini köməyə  çağırmış,  ondan güc 
alaraq  özünü  toplamağı  bacarmışdı.  Elə  bil  müdriklik  ilahəsi 
aram-aram  onun  qulağına  sözlər  demişdi,  pıçıldamışdı  ki, 
narahat  olma,  Şəfəqnur,  gedənlər  başqa  yerə  getmir  ki,  öz 
oğlunun evinə gedir. Və Şəfəqnur ürəyində o ilahəyə təşəkkür 
edərək, rahatlanıb oturmuşdu. 
İndiki  məqamda  Şəfəqnuru  ən  çox  incidən  oğlunun 
anlaşılmaz,  qeyri-müəyyən  hərəkətləri  idi.  Onun  belə  gərgin 
durumundan  olduqca  narahatlıq  keçirirdi.  Oğlunun  gələcək 
taleyindən  qorxurdu.  Qorxurdu  ki,  hansısa  gizli  hisslər 
Duruqana  güc  gələr.  Qorxurdu  ki…  daha  dalısını  Şəfəqnur 
düşünmək  istəmirdi,  belə  qara  fikirləri  ürəyindən  çıxarmağa 
çalışırdı. 


 
150 
Oğlugil gedəndən sonra Şəfəqnur bir müddət nə edəcəyini 
bilməmişdi.  Kənar  otaqlardan  birinə  çəkilib  ərindən  gizlin  bir 
xeyli  ağlamış,  ürəyini    boşaltmışdı.  Məmmədbəyi  görəndə 
Şəfəqnura elə gəlmişdi ki, elə Məmmədbəy də gizlində ağlayıb. 
Bunun həqiqət olduğunu duyanda elə bil qəlbinə köz basılmışdı 
və bir müddət özünü havasızlıq şəraitində hiss eləmişdi... 
Yaxşı ki, Səbrigül vardı. Yaxşı ki, Səbrigülü tapıb evinə 
gətirmişdi.  Yoxsa  onun  da,  Məmmədbəyin  də  günü,  güzəranı  
qəm-qüssə  içində  keçərdi.  Necə  ki,  o,  bu  evə  gələnə  qədər  ev 
suyu  sovrulmuş  dəyirmana  bənzəyirdi.  Onların  evinə  kim 
gəlirdi  ki;  hərdən  bir  Duruqan  ata-anasına  baş  çəkirdi,  çox  az 
hallarda  Afina  gəlirdi,  vəssalam.  Gələndə  də  qızlarını 
gətirmirdilər.  Deyirdilər,  vaxtları  yoxdur.  Dərslər  bir  yandan, 
musiqi  dərsi  o  biri  yandan...  Hərdən  Məmmədbəy  Şəfəqnuru 
götürüb  onlara  gedirdilər.  Karinanı,  Zarinanı  görüb  tez  də 
evlərinə  qayıdırdılar.  Qızlar  onlara  elə  yad  münasibət 
göstərirdilər  ki,  bu  münasibətdən  baba  və  nənə  üşüyürdülər, 
donmamaq üçün evlərinə gəlib üst-başlarına isti paltar atırdılar. 
Səbrigül  bu  münasibətdən  baş  aça  bilməsə  də,  hərdən 
özünü saxlaya bilməyib, Şəfəqnuru suallar atəşinə tuturdu. 
- Şəfəqnur xanım, nəvələriniz... Karina, Zarina… adamın 
dilinə yatmır, ey. 
-  Karina  Afinanın  nənəsinin  adıdır.  Zarina  da  ki…  Bir-
birinə oxşadıblar də. 
-  Yox,  onda  gərək  ikinci  qıza  da  Məmmədbəy  əminin 
anasının  adını  qoyaydınız.  Heç  sizin  ananızı  demirəm  ki, 
düşünərsiniz mən öz qohumumun adını fikirləşirəm. 
Səbrigül  Şəfəqnurun  uzaq  qohumlarından  idi.  Uzaq 
deyəndə  ki,  türkəçarə  yolu  ilə  çoxlarına  şəfa  vermiş,  həyata 
qaytarmış Səbrigül xalasının nəvəsi idi. Onların əlaqəsi çoxdan 
kəsilmişdi.  Bəlkə  də  Səbrigül  xala  dünyadan  gedəndən  bir 
müddət  sonra.  Xalası  qızı  xalası  qədər  xoşrəftar,  ünsiyyətcil 
adam  deyildi.  Bu  səbəbdən,  həm  də  təkcə  bu  səbəbdən  deyil, 


 
151 
cəmiyyətdə 
tutduqları 
mövqe 
səbəbindən 
əlaqələri 
soyuqlaşmışdı.  Nəvə  Səbrigülü  tapmaq,  evlərinə  gətirmək  də 
qismətin qəribə gərdişindən qaynaqlanmışdı. 
...Komissiya  üzvləri  ilə  birlikdə  Şəfəqnuru  Səbrigülün 
yaşadığı  rayon  mərkəzinə  göndərmişdilər.  Ki,  orada  olan  orta 
məktəblərin  səviyyəsi  ilə  tanış  olsunlar.  Sonra  da  hesabat 
hazırlayıb  nazirliyə  təqdim  eləsinlər.  Bir  orta  məktəbin  işi  ilə 
tanış olarkən, Şəfəqnurun gözləri dəhlizdə bir qıza sataşdı. Çox 
suyuşirin,  yumrusifət  qız  onun  nəzərlərini  özünə  cəlb  elədi. 
Yaxınlaşıb onunla salamlaşdı. 
- Salam, göyçək qız. 
- Salam. 
- Sənin soyadın nədir? 
- Qurbanlı. 
- Səttarın qızı deyilsən? 
- Hə, Səttarın qızıyam. 
- Gülnaz necədir? 
- Siz mənim anamı hardan tanıyırsınız? 
- Deyirsən yəni, xalamın qızını tanımayım? 
- Siz Şəfəqnur xanımsınız? 
- Bəli. 
Şəfəqnur qızı qucaqlayıb bağrına basdı. 
- Məni hardan tanıyırsan? 
-  Anam  danışıb.  Deyirdi,  indi  Allah bilir,  Şəfəqnur  hansı 
vəzifənin sahibidir. O, daha bizi saymaz. 
Bu  sözlərdən  Şəfəqnur  bir  az  pərt  oldu.  Özünü 
sındırmamaq üçün yenə xalasının qızını soruşdu: 
- Gülnaz yaxşıdır? 
- Yox, xəstədir. 
- Nə olub ki? 
Neçə ildir iflic keçirib, yorğan-döşəkdədir. 
Şəfəqnur  son  sözlərdən  özünü  tamam  itirdi.  Qıza 
rabitəsiz,  çətin  anlaşılan  suallar  versə  də,  fikri-zikri  xalası 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə