Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

 
135 
- Axı elə bir şey olmayıb. 
-  Bəlkə  sən  eşitmisən,  ancaq  yadından  çıxıb.  İş  çox, 
qayğılar  başdan  aşır.  Mən  sənin  yadına  sala  bilərəm.  Sənin 
oğlun  Duruqan  erməni  qızı  Afinanı  sevir.  Bilirsən,  Afina 
kimlərdəndir?.. Aran Mxitaryanı tanıyırsan? 
- Tanıyıram. Onu Azərbaycanda tanımayan az adam olar. 
- Bəs onu da bilirsənmi ki, Afina onun yaxın qohumudur? 
- Yox, xəbərim yoxdur. 
-  Xəbərin  olsun,  Məmmədov.  Bir  az  gözüaçıq  olmağa 
çalış…  Bilirsənmi  ki,  neçə  aylardı  sənin  bu  vəzifədə 
qalmağının səbəbkarı Afinadır? 
- Başa düşmədim... 
-  Neçə  müddətdir  səni  qarğa-quzğunun  əlindən  Afina 
qoruyur. Gələcək qayınatası kimi. 
-  Deməli,  yoldaş  Semyonov,  qız  evində  toydur,  oğlan 
evinin xəbəri yox? 
-  Oğlan  evinin  də  xəbəri  olar.  Bayaq  dedim  axı,  sevgi 
məsələlərində  gənclərə  maneçilik  törətmək  sovet  məmuruna 
yaramaz. Özü də  bu beynəlmiləl sevgi olanda məsuliyyət hissi 
birə-beş qat artıq olur. 
Məmmədbəy oradan çıxıb evlərinə  yollandı. Çiyinlərinin 
birindən  elə  bil  ağır  daş  götürülmüşdü.  Ancaq  o  biri  çiyninə 
sanki,  bu  daşdan  da  ağır  daşlar  qoyulmuşdu.  Bəs  neyləməli? 
Belə məsələlərdə, ailə işlərində başqalarının təkidi və istəyi ilə 
razılaşmaq  olardımı?  Bu  məsələdən  yuxarılar  necə  xəbər 
tutmuşdular?  Bəlkə  oğlu  hardasa  dilini  dinc  saxlamamışdı? 
Yox,  Semyonov  dedi  axı,  o  qızın  qohumlarından  yuxarılarda 
işləyən  var  idi.  Yəqin  qız  bu  barədə  danışmışdı,  söhbət 
böyümüşdü,  gedib  yuxarıda  oturan  qohumunun  qulağına 
çatmışdı.  İşə  bir  bax,  sən  Allah,  ailə  işlərinə  də  partiya 
orqanları  və  yuxarı  təşkilatlar  təsir  göstərməyə  başlamışdılar.  
Əslində  belə  təsirlər  indinin  işi  deyildi.  Çoxdan,  lap  çoxdan 
yuxarıda  oturan  yüksək  çinli  məmurlar  hər  şeyə,  hər  bir  işə, 


 
136 
hətta başqalarının ailə məsələlərinə belə müdaxilə edir, onların 
normal  ahənglə  sabahkı  günlərə  getmələrinə  əngəllər 
törədirdilər. 
Bunları  düşünə-düşünə,  götür-qoy  edə-edə  Məmmədbəy 
nə  vaxtı  gəlib  evə  çatdığını  hiss  eləmədi.  Paltarlarını  dəyişib, 
elə  arvadının  yanındaca  ev  geyiminə  keçdi.  Onun  narahat 
hisslər burulğanında qovrulduğunu kişi qapıdan içəri girən kimi 
hiss  eləmişdi.  Ona  görə  də  kişinin  yanında  dolanır,  nə  vaxt 
danışacağını gözləyirdi. 
- Arvad, hazırlaş, oğlumuzu evləndirirlər. 
- Necə yəni evləndirirlər? 
- Elə-belə, sadəcə, evləndirirlər, vəssalam. 
- Bizim oğlumuzu başqaları niyə evləndirir? 
-  Day  orasını  bilmirəm.  Görünür,  yuxarıdan  tapşırıq 
belədir. 
- Heç nə başa düşmürəm. 
-  Semyonovun  yanına  gedənə  qədər  mən  də  heç  nə  başa 
düşmürdüm. Onunla görüşəndən sonra hər şeyi anladım. 
- Nəyi anladın, ay Məmmədbəy? 
- Onu anladım ki, oğlumuzun ailə qurmaq məsələsi yuxarı 
dairələrdə  geniş  müzakirə  olunub.  Və  qərara  alınıb  ki, 
Duruqanla erməni qızı Afina mütləq evlənməlidirlər. Yoxsa... 
Məmmədbəy o biri otağa keçdiyindən Şəfəqnur onun son 
sözlərini eşidə bilmədi. 
Neçə illər idi Məmmədbəy vəzifə başındaydı, ancaq hələ 
indiyəcən  Şəfəqnur  onun  belə  açı-saçıq  danışmasını 
eşitməmişdi.  Çox  həqiqətləri,  çox  düzləri  danışmamışdı 
Məmmədbəy. Danışa biməmişdi. Danışanda da, astadan, pıçıltı 
ilə  demişdi  sözləri.  Elə  astadan,  elə  pıçıltıynan  demişdi  ki, 
Şəfəqnur  güc-bəlayla  onu  anlamışdı.  Anlayandan  sonra  da  elə 
eşitdiyi  ritmdəcə  onu  sakitləşdirmiş,  sabahı  haqqında 
düşünməyi onun yadına salmışdı. 


 
137 
Lakin  indi  Məmmədbəy  astadan  danışmırdı.  Elə  ucadan 
danışırdı  ki,  qulaq  verən  olsaydı,  alt  və  üst  qatda  oturanlar  da 
onu eşidə bilərdilər. 
Yenə  deyinə-deyinə  qayıdıb,  arvadının  qənşərində 
dayandı. 
-  İndi  nə  edək,  yeganə  övladımızın  taleyini  dəli 
fırtınaların qoynuna ataq? 
-  Bir  az  astadan  danış.  Bizim  ailəmizin  məsələsi 
qonşularda müzakirə olunmamalıdır. 
-  Mən  yuxarı  dairələrdən  danışıram,  sən  qonşuların  bizi 
eşidəcəyindən ehtiyat edirsən. 
-  Hər  halda,  biz  öz  ziyalılığımızı,  bir  də  məmur 
məsuliyyətimizi qoruyub saxlamağı bacarmalıyıq. 
Şəfəqnurun son sözləri, deyəsən, Məmmədbəyin qəlbinin 
incə  siminə  toxundu.  Bir  az  özünü  ələ  almağı  bacarsa  da, 
danışığının tonunu hələ də səhmana sala bilməmişdi. 
- Bu ailə işidir, Şəfəq. Bilirsən ki, ailə işi çətin işdir. Belə 
məsələlərdə  xırda  bir  səhv  gələcək  ailəmin  taleyini  qaranlıq 
dərələrə yuvarlada bilər. Bunun məmur məsuliyyətinə nə dəxli 
var? 
- Dəxli var, Məmmədbəy, dəxli var. 
Şəfəqnur  bu  sözləri  çox  aşağı  səslə  dedi.  Məmmədbəy 
onu güclə eşitdi. Ancaq bu aşağı səsdə böyük bir hayqırtı vardı. 
Və bu səs Məmmədbəyin qulaqlarına bir haray, bir bağırtı kimi 
gəlib  çatdı.  O,  taqətdən  dizləri  bükülmüş  halda  stulun  üstünə 
çökdü. 
Və Şəfəqnur qəlbinin lap gizli yerində bir şeyə sevinirdi. 
Ona  sevinirdi  ki,  bu  anlarda  nə  yaxşı  ki,  nə  Duruqan,  nə  də 
xidmətçi qadın evdə yox idilər.  
 
     
 
    
             *** 


 
138 
 
 
Günortaya  yaxın  külək  bir  az  səngimişdi.  Ancaq 
günortadan sonra yenə sürətini artırmışdı. Hiss olunurdu ki, son 
üç  gündə  olduğu  kimi  yenə  axşama  doğru  külək 
şiddətlənəcəkdi.  Bunu  dalğaların  hərəkətindən  də  hiss  etmək 
olardı.  Sanki  dalğalar  indidən  dərin  nəfəs  alır,  bir  az  sonra 
başlanacaq döyüşə hazırlaşırdılar. 
Duruqan  maşının  sükan  tərəfində  oturmuşdu.  Ayaqlarını 
maşından  bayıra  çıxarmış,  maşının  qapısını  sona  qədər  açıq 
saxlamışdı. 
- Kari, Zarinin əlindən tut. 
Duruqan  fikirli  olduğundan  qızlarının  ondan  xeyli 
uzaqlaşdıqlarını  hiss  eləməmişdi.  Maşından  yerə  düşüb,  iti 
addımlarla  qızlarına  tərəf  qaçdı.  Onların  əlindən  tutub  sahilə 
doğru  çəkdi  və  həmişə  olduğu  kimi  rus  dilində  böyük  qızını 
danladı. 
-  Kari,  sən  uşaq  deyilsən  axı,  artıq  altı  yaşın  var.  Zari 
səndən  iki  yaş  balacadır,  gərək  onu  dənizə  girməyə 
qoymayasan.  Görmürsən  dalğaları,  az  qalır  gəlib  adamı  altına 
alsın. 
Ləpədöyəndən  qızlarını  çəkib  qumlu  sahilə,  maşınına 
yaxın  gətirəndən  sonra  yenə  onları  sərbəst  buraxıb  əvvəlki 
yerində  oturdu.  Maşının  maqnitafonunda  qəmli  bir  mahnı 
oxunurdu.  Adını  bilmədiyi  müğənni  dünyanın  vəfasızlığına  öz 
ağlar  səsi  ilə  etirazını  bildirirdi.  Duruqan  şəkilləri  götürüb  bir 
də  baxdı.  Gəlinlik  paltarında  Afina  çox  yaraşıqlı  görünürdü. 
Afinanın  yan  tərəfində  anası  dayanmışdı.  Duruqanın  yanında 
isə Afinanın atasının əsəbi sifəti hələ də öz ciddiliyini qoruyub 
saxlayırdı.  Düşüncəsinin  mənasızlığına  özünün  də  gülməyi 
gəldi.  Şəkildəki  sifətlər  dəyişib  başqa  cür  olmalıydı?  İllər  o 
cizgiləri  başqalaşdırıb,  özgə  hala  salmalıydı?  Duruqanın 
nəzərləri  bir  xeyli  qayınanasının  üzərində  dayandı.  Sonra  nə 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə