Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

 
128 
Duruqan  uşaq  kimi  anasının  sinəsinə  qısıldı.  Bu  dəfə 
söhbətin başqa mövzuda olduğunu ona anlatmağa çalışdı. 
- Ana, bilirsən nə olub? 
- Nə olub, bir hadisə törətməmisən ki? 
-  Yox,  bir  bığlarıma  bax.  Sən  həmişə  deyərdin  axı, 
deyərdin  ki,  bığ  yerin  tərləyən  kimi  səni  evləndirəcəyəm. 
Görürsən, bığ yerim artıq tərtəyib. 
Şəfəqnur oğlunun  gözlənilməz sözlərinə ucadan  qəhqəhə 
çəkib güldü. Bir anda hirsi, hikkəsi soyudu. Üzündə çox sakit, 
mehriban ana nəvazişinin cizgiləri yarandı. 
- İndi nə deyirsən, bu qərib diyarda sənin üçün toy-mağar 
quraq? 
-  Toy-mağara  ehtiyac  yoxdu,  ana,  ancaq  burada  bir 
ukraynalı qız var, elə  gözəldir ki, adamın ağlını  başından alır. 
Bilirsən nə deyir mənə? Deyir, səndən çox xoşum gəlir, deyir, 
qafqazlı oğlanlar... 
- Yəqin aşiq olub sənə? 
- Təkcə o, mənə yox... 
- Sən də ona vurulmusan? 
- Hə, ana, atama de, o qızı mənə alsın. 
Şəfəqnur  bir  xeyli  güldü.  Gülməkdən  gözləri  yaşardı. 
Gözlərinin yaşını silə-silə oğluna baxdı. 
- Adı nədir o gözəlçənin? 
- Nadya. 
- Nadya?.. Oğlum, Nadyadan bizə gəlin olar? 
- Bəs sizin gəlininiz kim olmalıdı? 
- Nə bilim axı… Fatma, Tükəzban, Züleyxa… 
-  Eh,  iyrəndirmə  məni,  ay  ana.  İndi  hansı  ağıllı  adam, 
yuxarı  təbəqənin  nümayəndəsi  Fatmaya,  Tükəzbana  könül 
bağlayıb, evinə gəlin gətirir? 
Şəfəqnurun  üzündəki  təbəssüm  bir  anda  yox  olub  getdi. 
Üzündə ciddi, gözlərində kədərli ifadə yarandı. 
- Yox, oğlum, yaxşı düşünsən bilərsən ki, səhv edirsən. 


 
129 
-  Ay  ana,  barmağını  qatla,  mənə  sübut  elə  ki,  dediyin 
qızlarla ailə həyatı quranlar sonda elit zümrənin üzvü olublar?! 
- Çox qəliz danışdın, Duruqan. Mən müəllim ola-ola səni 
anlamaqda  çətinlik  çəkirəm.  Bəs  yazıq  Nadya  səni  necə 
anlayacaq? 
- Onlar bizi tez anlayırlar. 
Şəfəqnur nədənsə dərindən ah çəkdi. 
-  Oğlum,  nə  qədər  buradayıq,  izin  verirəm  o  qızla  gəz, 
dolan,  dənizə  get.  Ancaq  başqa  xəyallara  düşmə.  Reallığa 
söykənməyən arzulara düşsən, deyərlər, dəlidir. 
Duruqan daha sözü uzatmayıb, Nadyanı axtarmağa getdi. 
Və sabahısı gün dənizin pünhan yerində suların qoynunda 
Nadyanı  qucaqlayıb  öpəndə,  yumşaq  yerlərini  xırda-xırda 
çimdikləyəndə,  hərdən  ürəyi  əsə-əsə  qızın  yumru  döşlərinə 
toxunanda, imkan tapıb anasının sözlərini başqa yozumda onun 
qulaqlarına pıçıldayırdı. 
- Anam deyir, hər bir insanın alın yazısı var. 
- Sən alın yazısına inanırsan, Duruqan? 
- Bəs necə? 
-  Onda,  deməli,  dindarsan.  Bizim  tərəflərdə  sənin  kimi 
adamlara keçmişdən qalma adam deyirlər. 
- Yox, Nadya, mən dindar deyiləm. Ancaq, alın yazısı… 
-  Nə  alın  yazısı,  ay  keçmişdən  qalan  oğlan?  İnsan  öz 
taleyini, öz həyat tərzini özü müəyyən edir. Allah, dini kitablar, 
keşişlər  boş  şeylərdi.  Bütün  bunları  uydurublar  ki,  zəif 
xarakterli insanları aldadıb, öz çevrələrinə salsınlar, məqsədləri 
üçün  istifadə  etsinlər,  çoxlu  pullar  qazansınlar.  Bəs 
eşidməmisən, axmağın pulunu maymaq yeyər? 
- Anam deyir… 
- Yavaş, döşlərimi incidirsən… Ananın nə deməyi mənim 
üçün  maraqlı  deyil.  Ancaq  istəsən  elə  bu  anda  sənin  ola 
bilərəm… Bu da olar materialist nəzəriyyənin əsl nümunəsi. 


 
130 
Qızın  bu  sözlərindən  sonra  Duruqan  daha  da  coşdu. 
Öpməkdən,  əlləməkdən  ehtirasın  ən  yuxarı  zirvəsinə  çatdı. 
Tənha ləpədöyəndə ilk dəfə kişi kefinin ləzzətini gördü. 
Xırda  qumların  üstünə  səpələnən  al  qanın  sirli  möcüzəsi 
uzun illər boyunca onun yaddaşından silinmədi… 
Anasının  da  qəlbində  təlatümlü  fırtınalar  dolaşırdı. 
Oğluna  açığını  deməyə  cürəti  çatmırdı.  Axı  Duruqan  kimi 
düşünən  insanların  həyatında  çox  zaman  qara  küləklər  əsirdi. 
Milli yaddaş zəifləyirdi. İkili şüur dalana dirənib, can verə-verə 
qalırdı.  O  biri  yandan  da  başqa  bir  hiss  Şəfəqnuru  rahat 
buraxmır, ona olmazın əzab-əziyyətlər verirdi. Dilinə gətirdiyi 
fatmalar,  tükəzbanlar,  züleyxalar  ağ  gəlinlik  paltarına  bürünüb 
zirvəyə  doğru  gedən  təbəqə  nümayəndəsinin  evində  gəlin 
olanda,  elə  bil,  zaman  dayanır,  irəli  getmir,  bir  az  da  geriyə, 
geriyə dartırdı. 
Şəfəqnurun  nələr  düşündüyünü  Duruqan  o  qədər  də 
anlamırdı.  Əslində  heç  bütün  bunların  fərqində  də  deyildi. 
Anasının  yüz  sözündənsə  Lyudmila  İvanovnanın  bir  sözü  onu 
daha çox düşüncələrə qərq edirdi. 
Məmmədbəy  də  iki  daşın  arasında  qalmışdı.  Hərdən  o, 
keçirdiyi  həyat  tərzinə  görə  peşimançılıq  hissi  keçirir,  uzaq, 
səsdən-küydən  aralı,  bir  dağ  kəndində  yaşamağı  daha  üstün 
tuturdu. Elə yaşamağın şərəfli tərəfləri, belə yaşamağın şərəfsiz 
tərəflərindən  bəlkə  də  çox  idi.  Ancaq…  Meydanı  onun-bunun 
öhdəsinə  buraxıb  kənarda  qalmaq  da,  torpağa  şərəfli  övladlıq 
borcu  sayılmazdı  axı.  Onda  daha  böyük  fəlakətlərin  cığırları 
açılar,  millət  onun-bunun  əlində  oyuncağa  dönüb,  tarixin 
səhnəsindən  silinərdi.  Bəs  neyləməli?  Dərdini  açıb,  kimə 
danışmalı? Ki, duz kimi ağır  yükün bir az çiynindən götürülə, 
ürəyin birazca rahatlıq tapa. 
Məmmədbəy işin daha qəliz tərəfini Şəfəqnurdan çox-çox 
yaxşı  bilirdi.  Heç  bildiyinin  çoxunu  açıb  arvadına  da  demirdi. 
Necə  açıb  deyəydi  ki,  neçə  müddətdir  Ararat  Gevorkov  zəli 


 
131 
kimi  onun  yaxasından  yapışıb  əl  çəkmir.  Daha  yüksək  pillədə 
oturan,  Məmmədbəyi  gözümçıxdıya  salan  və  məqsədi  də 
Məmmədbəyin  yerinə  Qalina  Sumbatyanı  gətirmək  olan  bu 
dövlət  məmurunun  özbaşınalığından  necə  danışaydı?  Bunları 
arvadına deməklə heç nə qazanmayacaqdı. Bəlkə onun dərdinin 
üstünə bir az da dərd gətirib, onsuz da çətin olan mübarizənin 
şərtlərini daha da çətinləşdirərdi. Neçə müddət idi Şəfəqnurun 
yerində  də  başqa  bir  millətdən  olan  xanımı  əyləşdirmək 
istəyirdilər.  O,  çətinliklə,  ağır  məşəqqətlərə  dözə-dözə  bu 
mübarizəyə  tab  gətirir,  ayaq  üstə  dayanmaq  üçün  bütün 
gücünü, qüvvəsini səfərbərliyə alırdı. Başqa tərəfdən, divarların 
da  qulağı  vardı.  Xəbər  gedib  yuxarılara  çata  bilərdi.  Onu 
çağırıb,  yaxşıca  tənbeh  edərdilər,  qulaqburması  verərdilər, 
işdən  çıxmaq  haqqında  ərizəsini  alıb,  suyu  süzülə-süzülə 
evlərinə  yola  salardılar.  Onda  gəlib  arvadına  nə  deyərdi? 
Deyərdi,  Şəfəqnur,  xırda  bir  qələtimin  üstündə  xoruzumu 
qoltuğuma  verdilər?  Onda  yazıq  qadın  hansı  hala  düşərdi? 
Ürəyi  partlayıb  ölməzdimi?  Ölməsə  də,  ölməkdən  betər  günə 
qalmazdımı? Özü, arvadı bir yana, bəs belə olsaydı Duruqanın 
güzəranı  necə  olardı?  Ona  keçmiş  kulak  balasının  uşağı  kimi 
baxmazdılarmı?  Ali  məktəbdən  qovub,  küçəyə  atmazdılarmı? 
Elə bir küçəyə ki, o küçənin nə arxası, nə solu, nə də sağı vardı. 
Ancaq qabaq tərəfi görünürdü. O qabaqda da yeddibaşlı əjdaha 
oturub,  belə  adamların  gəlişini  gözləyirdi.  Gözləyirdi  ki,  belə 
adamları  yesin.  Yesin  ki,  o  birilərə  görk  olsun.  Bir  kimsə  bir 
daha qələt eləyib, başqa fikrə düşməsin. 
Belə  qəliz  və  mürəkkəb  məsələlər  haqqında  düşünəndə 
Məmmədbəy  hər  dəfə  sinə  dolusu  ah  çəkərdi.  Sonra  da  nəsə 
düşünüb,  gül  dükanına  adam  göndərərdi.  Bir  yekə  gül  dəstəsi 
bağlatdırıb gətirərdi. Gül dəstəsini oğlunun əlinə verib, «Apar, 
bala,  apar  qoy  Kirovun  heykəlinin  qabağına.  O  kişi  yaxşı  kişi 
olub»  -  deyərdi.  Sonuncu  sözləri  çox  astadan,  elə  pıçıldayardı 
ki, özündən başqa bir kimsə eşitməzdi. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə