Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 
118 
yerin  altını  da  bilirlər,  üstünü  də.  Elə  sənin  bəyənmədiyin  bu 
xanım texnikum qurtarıb. Dünyagörüşünə söz ola bilməz. 
-  Ana,  məni  tay-tuşlarımın  yanında  başıaşağı  etməyin. 
Soraqlaşıb,  bir  qadın    tapmışam.  Adı  Lyudmila  İvanovna 
Mençukdur…  Bunu  bir-  təhər  rədd  eləyin.  Gedək  onunla 
danışaq. Yubansaq, başqaları götürəcək. 
Şəfəqnur  Duruqanın  sərt  ismarıcını  Məmmədbəyə 
çatdıranda,  kişi  bir  xeyli  tutuldu.  Heç  nə  deməyib,  eyvana 
çıxdı, siqareti odlayıb acı tüstüsünü sinəsinə çəkdi. 
Ancaq  Duruqanın  dəliqanlılığı  öz  bəhrəsini  verirdi.  Bir 
bəhanə tapıb qulluqçunu evdən çıxarmışdılar. Və Məmmədbəy 
sinəsini  ovuşdura-ovuşdura  arvadına  demişdi  ki,  get  o, 
ermənidi, rusdu, nədi, onunla danış, görək başımıza nə gəlir. 
Lyudmila  İvanovna  Mençuk  nə  deyəsidi  ki;  nazir 
müavininin, məktəb direktorunun evində xidmətçi olmaq xırda 
iş idimi? 
Və  Lyudmila  İvanovna  onların  evinə  ayaq  basanda 
Duruqan əzizini görürmüş kimi çox sevinirdi. 
Atası öyrənmişdi, bilirdi ki, Lyudmila xanım öz dilimizdə 
də  danışmağı  bacarır.  Duruqana  tapşırmışdı  ki,  onunla  öz 
dilimizdə danışsın. Ancaq Duruqan buna əhəmiyət verməmişdi. 
Təkcə atası evdə olanda onunla öz dilimizdə danışmış, xırdaca 
ona  göz  vuraraq  bunu  yalnız  atasının  tapşırığı  ilə  etdiyini 
büruzə vermişdi... 
Duruqan artıq universitetin dördüncü kursunda oxuyurdu. 
Pis də oxumurdu. Beynəlmiləlçi qrup olan qruplarında bəlkə də 
onun kimi bir-iki yaxşı oxuyan olardı,  ya olmazdı. Rus dilində 
təhsil aldıqlarından rus klassik ədəbiyyatını, folklorunu, tarixini 
öz  mənsub  olduğu  millətin  ədəbiyyatından,  folklorundan, 
tarixindən daha yaxşı bilirdi. 
Uşaq çağlarından rus nağıllarını da Duruqan çox sevərdi. 
Elə  rus  nağılları  vardı  ki,  onları  başdan-ayağa  əzbər  bilirdi. 
Nağıllardakı  qəhrəmanların  həyatı,  onların  şücaəti  və 


 
119 
qəhrəmanlıqları  bir  ahənrüba  kimi  onu  özünə  çəkir,  çox  vaxt 
həmin obrazların nağıldan sonrakı həyatı da onu düşündürürdü. 
Anası  o  vaxtlar  çox  çalışmışdı,  çox  əlləşmişdi,  çox 
əziyyət  çəkmişdi  ki,  Duruqan  öz  nağıllarımızda  olan 
qəhrəmanların  da  həyatı  ilə  maraqlansın.  Ancaq  sular  susuz 
sahilə  dəyən  kimi,  belə  fikirlər  də  onun  beyninin  bir  yanına 
dəyib,  geri  qayıtmışdı.  Və  Şəfəqnura  gizlincə  ah  çəkməkdən 
başqa özgə bir şey qalmamışdı... 
Sürücü  sükanın  arxasında  oturub  onu  gözləyirdi.  Bəlkə 
bir  saatdan  artıq  idi  ki,  yaşlı  sürücü  beləcə  sükanın  arxasında 
heykəl kimi donub, onun gəlməsini gözləyirdi. 
Duruqan  bu  kişiyə  çox  əzablar  vermişdi.  Elə  vaxtlar 
olmuşdu  ki,  bir  görüşə,  ya  qrup  yoldaşları  ilə  hər  hansı  bir 
tədbirə  gedəndə  onu  saatlarla  hasarın  o  tayında  bir  yerə 
tərpənmədən  gözlətmişdi.  Ki,  nə  vaxt  məramı  ələ  gəlsə,  kefi 
istəsə  məclisi  tərk  eləsin.  Və  sükanın  arxasında  yuxulayan 
sürücüyə  yaxınlaşıb  yola  düşmək  haqqında  göstəriş  versin. 
Yaşlı  sürücünün  dözümünə  bəzən  özü  də  mat-məəttəl  qalırdı. 
Özünü  o  kişinin  yerində  sayanda  yuxarı  düyməsini  açırdı. 
Sürücünün  başına  gətirilən  iştəklərin  çoxusunu  Məmmədbəy 
bilmirdi. Bir azını isə Şəfəqnur bilirdi. Elə bu azdan da sıxılırdı. 
Oğlunu  yanına  çağırıb  başına  ağıl  qoyurdu,  deyirdi  ki,  bala, 
yaşlı adamdır, az incit onu. Duruqan da zarafata salıb qaydırdı 
ki, qoca kişidir, getsin otursun evində-eşiyində, pensiyasını alıb 
Allahına  dua  eləsin.  Onun  yerində  işləməyə  adam  tapılar... 
Əslinə  qalanda  isə  bu  yaşlı  sürücünün  başqa  birisi  ilə 
əvəzlənməsini  heç  ağlına  da  sığışdıra  bilmirdi.  Onun 
ərköyünlüyünə  bir  başqasının  bu  kişi  qədər  dözəcəyinə 
inanmağı gəlmirdi. 
- Əbdül dayı, sür Novxanı tərəfə. 
- Bəs dərsin yoxdur? 
- İcazə almışam. 
- Xeyir ola, yenə yığışırsınız? 


 
120 
Duruqan dinmədi. Əbdül kişi onu anladı. Bu dinməməklə 
Əbdül kişiyə onun işlərinə çox da qarışmağa icazə vermədiyini 
çatdırmaq istəyirdi. 
Novxanı  bağlarının  torpaqlı  və  dolanbac  yollarında 
irəlilədikcə  Əbdül  kişinin  daxilən  narahatlığı  artırdı.  Bu  gün 
qızının  ad  günü  idi,  axı.  Qohum-qonşular,  tanışlar  qızıgilə 
yığışacaqdılar.  Gələn  adamların  bəziləri  Əbdül  kişinin  adını 
tutub 
gələcəkdilər.  Birdən  bunların  kefləri  duruldu, 
oxumaqdan,  oynamaqdan  yorulmadılar,  bəs  onda  necə 
olacaqdı? Aman Allah, belə bir şey olsaydı, həm qızının, həm 
də  qonaqların  yanında  biabır  olardı.  Bu  yaşına  çatmışdı,  hələ 
olmamışdı  ki,  o  qızının  doğum  gününü  təntənəli  surətdə 
keçirməsin. Təntənəli deyəndə ki, kasıbın olanından; donmuş ət 
alıb  dolmadan,  küftədən-zaddan  bir  şey  hazırlayıb  araya 
gətirirdilər. Ancaq o kasıb süfrənin elə səmimi qonaqları olurdu 
ki.  Hərə  əlinə  düşən  bir  şey  alıb,  təbrik  üçün  gətirirdi.  Sonra 
xoş  sözlər  deyilirdi,  təbriklər-təbrikə  calanırdı.  Məclisi  Əbdül 
kişi  açır  və  Əbdül  kişi  də  bağlayırdı.  O  günə  üç-dörd  ay 
qalandan kişi həsrətlə o anın gəlib çatmasını gözləyirdi. 
Bəs bu gün necə olsun? Bəlkə söz salıb, bu günün xüsusi 
gün olduğunu Duruqanın yadına salsın? 
Sürəti bir az da aşağı saldı. Yerində qurcalandı. Elə bil ki, 
ağır bir söz eşidəcəyinə özünü hazırlayırdı. 
-  Duruqan,  Əbdül  dayı  başına  dolansın,  tədbiriniz  uzun 
çəkəcək? 
- O qədər də yox. 
- Təqribən neçə saat? 
- Nəyinə lazımdır, ay kişi, arayış doldurursan? 
- Yox e… bilirsən... 
-  Heç  nə  bilmirəm.  Bir  onu  bilirəm  ki,  səni  o  qədər  də 
qapı dalında saxlamayacam. 
Əbdül  kişi  ürəyində  «inşallah»  dedi.  Və  köhnə  saatına 
baxdı. Saat on birə bir az qalırdı. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə