Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

 
109 
gəlməmək,  vəzifə  masasına  yaxınlaşmamaq  da  xəyalından 
keçir.  Ancaq  bu  vəzifə  deyilən  nəsnə  nə  olan  şeydirsə,  adamı 
maqnit  kimi  özünə  çəkir,  özündən  uzaqlaşmağa  qoymur  və 
özünün qolubağlı quluna, əsirinə döndərir... 
Moskvada kurs keçib Bakıya qayıdandan bir az sonra onu 
nazirliyin  kadrlar  şöbəsinə  çağırdılar.  Kursu  bitirməsi 
münasibəti  ilə  Məmmədbəyi  təbrik  edən  şöbə  müdiri  yaxın 
günlərdə  onun  məsul  bir  vəzifəyə  göndəriləcəyi  xəbərini 
çatdırdı. 
Bir  ay  ötdü,  xəbər  çıxmadı,  iki  ay  keçdi,  yenə  xəbər 
çıxmadı  və  üçüncü  ayın  tamamında  Məmmədbəy  dözə 
bilməyib özü nazirliyə getdi. Şöbə müdiri ilə görüşdü. Hələ də 
işsiz  olduğunu  onun  yadına  saldı.  Şöbə  müdiri  nəzərlərini 
məchul bir nöqtəyə zilləyib, astadan danışmağa başladı: 
-  Adam  dərdini  heç  kəsə  deyə  bilmir.  Bakı  işğal  olunub, 
qardaş.  Bakı  onun,  bunun  əlinə  keçib…  Artıq  hər  şeyi 
danışmışdıq.  Sənədlərini  də  hazırlamışdıq.  Səni  nazirlikdə  işə 
götürürdük.  Yandan  bir  erməni  çıxdı.  Mərkəzi  Komitədə 
işləyən  erməni.  İki  ayağını  bir  başmağa  geyib  dedi,  olmaz, 
Məmmədbəy millətçidir, onu vəzifəyə gətirmək yaramaz... Bir 
nəfər  də  demədi,  demədi  ki,  ay  nakişi,  bəs  sən  özün  millətçi 
deyilsən?  Yox,  ona  demək  olmaz.  Onlar  xüsusi  statusa 
malikdirlər.  Onlar  hər  bir  şey  deyə  bilərlər,  hər  nə  istəsələr 
edərlər.  Bizə  isə...  Öz  yurdumuzda  qonaq  kimi  davranmağa 
məcburuq…  İndi  səni  kənar  bir  rayona  direktor  göndəririk. 
Ancaq  imkan  düşən  kimi  geriyə,  nazirliyə  qaytaracağıq.  Allah 
deyən olsa. Bir də Stepan Şahnazaroviç yoxa çıxsa... 
Məmmədbəy Şəfəqnuru götürüb getdi. Rayon mərkəzində 
məktəb  direktoru  işlədi.  Amma  hər  an  könlü  həvəsdə,  qulağı 
səsdə oldu. 
Və günlərin bir günündə… 
Bakıdan  teleqram  gəldi.  Onu  nazirlikdən  təcili 
çağırırdılar. 


 
110 
Geri  qayıtdı.  Gedib  tanış  şöbə  müdiri  ilə  görüşdü.  Şöbə 
müdiri onu gülə-gülə qarşıladı. 
-  Səs  eləmə,  Məmmədbəy  müəllim,  ruslar  Stepan 
qardaşlarını Moskvaya apardılar. Birtəhər işləri yoluna qoyduq. 
Bu həftədən nazirlikdə işləyəcəksən. Ancaq çox dinib-danışma 
ha, Stepanın qohum-qardaşları burada çoxdu. Haraya daş atsan, 
onlara  dəyir.  Eşidib  bilərlər,  səni  götürüb  ucqar  bir  rayona 
atarlar... 
Yeni həvəslə işə başladı Məmmədbəy. Artıq Şəfəqnur da 
orta məktəbdə müəllim işləyirdi. Həyatları, deyəsən, rəvan yola 
düşmüşdü. Ancaq… 
 
Bakının dərdi var, 
   
 
 
 
 
Bakı xəstədir… 
 
Qeyri-millətlərdən  olanlar,  ən  əsası  da  vəzifədə  olan 
erməni  və  ruslar  bu  yerlərin  yerli  sakinlərini  gözümçıxdıya 
salır, onlarla amansız rəftar edirdilər. 
Nazirlikdə  öz  dilində  danışdığına  görə,  öz  ana  dilinin 
yaxşı  dil  olduğunu  dediyinə  görə  Məmmədbəyə  töhmət 
vermişdilər.  Hələ  onun  işdən  qovulmaq  söhbəti  də  gəzirdi. 
Qeyri-müəyyən  şərait,  əsəbi  və  gərgin  vəziyyət  bir  neçə  ay 
davam elədi. Axırda onu nazirliyin məsul şəxslərindən olan bir 
nəfərin  –  Sergey  İvanoviç  Pyatkovun  yanına  göndərdilər. 
Sergey  İvanoviç  Məmmədbəyi  öz  dilində  xeyli  danladı,  hələ 
xırda söyüşlər də elədi, dedi, ağlını başına yığ, ağrımaz başına 
dəsmal bağlama. Yoxsa... 
Bu  yoxsaların  nə  olduğunu  Məmmədbəy  yaxşı  bilirdi. 
Bilirdi ki, bu yoxsaların sonunda gələn fəlakət qasırğası onu öz 
qara qanadına alıb, çox uzaqlara aparar. 
Şəfəqnur  ona  yalvarırdı,  deyirdi  ki,  Məmmədbəy,  başına 
dolanım,  bir  az  ehtiyatlı  ol,  bil  ki,  düşmən  ocaq  başındadır. 
Yanar təndirə düşməmək üçün... 


 
111 
Məmmədbəy daxilində faciənin köklərini bilirdi.  Bunları 
o,  kitablardan  oxumamışdı.  Kitablarda  bu  barədə  yazmırdılar 
axı. Kitablarda  yazılanlarla real həyatda olanlar  arasında  yerlə 
göy  qədər  fərq  vardı.  Kitablar  başqa  şeylər  deyirdi... 
Məmmədbəyin qoca babası isə başqa şeylər danışardı. 
Qoca  baba  nəvələrini  başına  yığıb  keçmişdə  olanlardan, 
babalarının başına gələn hadisələrdən söhbət açardı. Deyərdi ki, 
mənim  balalarım,  tarix  kitablarında  yazılanlara  çox  da 
inanmayın,  onların  yazdıqları  yalan-palandır...  Sonra  dərin 
sükuta  qərq  olub,  xəyala  dalardı.  Yenə  asta  səslə  davam  edib, 
pıçıltıya  bənzər  səslə  söyləyərdi  ki,  eh,  nə  deyim,  ay  bala, 
fələyin çarxı dönsün, ruslar bu yerlərə ayaq açandan günümüz, 
güzəranımız pozulub. Razin gəlib başımıza olmazın müsibətlər 
açdı.  Biz  neylədik?  Adına,  soyadına  sığal  çəkdik,  ən  əziz 
adamımız  kimi  adına  yerlər  yaratdıq.  Ölüb,  unudulmağa 
qoymadıq…  Torpağımızda  qara  atını  çapıb,  sinəmizə  çalın-
çarpaz  yaralar  vuran  çox  yadellilər  olub.  Hamısını  da 
əzizləmişik.  Boyuna  dastanlar  qoşmuşuq…  İstədikləri  vaxt 
əlifbamızı  dəyişiblər,  dünəndən  bu  günə  salınan  tariximizin 
yaddaş körpüsünü yandırıb, yerində mücərrəd suallar qoyublar. 
Vətənimizi dilim-dilim doğrayıblar. Təbriz o yanda qalıb, Bakı 
bu  yanda.  Dərbəndin,  Borçalının,  Göyçənin,  Zəngəzurun, 
Vedibasarın  göz  yaşlarından  Kür  boyda,  Araz  boyda  çaylar 
yaranıb…  Dilimizi  yaman  günə  salıblar.  Bakıda  yaşayan 
Təbrizdə  yaşayanın,  Ərdəbilli  Dərbəndlinin  danışdığını  başa 
düşməyib.  Hər  bir  millətə  əl  tulalığı  eləyən,  onun-bunun 
qapısında sümsünə-sümsünə yaşayan erməni deyilən bəxbəxtin 
əliylə başımıza qapaz vurublar... 
Bunları deyəndə kim  eşidirdisə, Məmmədbəyin  babasına 
dəli deyirdi. Elə kənddə də adı dəli Muradxan qalmışdı... 
Ancaq  yaşa  dolduqca,  dünyanı  anladıqca  Məmmədbəy 
dərk  edirdi  ki,  babası  dəli  deyilmiş.  Dəli  onun  dediklərini 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə