Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 
112 
anlamayan, ona kinayə edən, öz keçmişindən xəbərsiz bədbəxt 
soydaşlarıdır. 
Ali məktəbdə oxuduqları vaxt onların bir müəllimi vardı. 
Tarixdən dərs deyərdi o müəllim. Hər dəfə də dərsin əvvəlində, 
ortasında,  bir  də  axırında  xatırlatma  edərdi,  deyərdi  ki,  mən 
deyirəm, siz də fağır-fağır qulaq asırsınız. Ancaq bilin və agah 
olun, mənim dediklərimin hamısı yalan və cəfəngiyyatdır. Mən 
bunları  deyirəm,  işim  budur,  dediklərimə  görə  dövlətdən  pul 
alıram. Siz də qulaq asırsınız, sizin də işiniz budur. Axı tədris 
ilinin  sonunda  imtahan  verib,  kursdan-kursa  keçməlisiniz. 
Yalvarıram, inanmayın mənə, baş qoşmayın dediklərimə... 
Belə  sözlərini  üstündə  bir  günləri  o  müəllimi  götürüb 
apardılar.  Hara  apardılar,  hansı  qaranlığa  qərq  elədilər,  day 
orasını  bilən  olmadı.  Ancaq  dərrakəli  uşaqlar  yaman 
darıxırdılar  o  müəllimdən  ötəri.  Yerini,  yurdunu  bilsəydilər, 
necə qaranlıq olursa-olsun, onun yanına gedərdilər… 
Məmmədbəy  də  o  müəllim  üçün  çox  darıxırdı.  Onun 
yerinə gələn çəlimsiz, sarıbığ, qırmızısifət müəllimi öz əlləri ilə 
boğub  öldürərdi.  Amma  öldürə  bilmədi,  öldürməyə  gücü 
çatmadı.  O  müəlimin  ətrafına  canlı  sipər  çəkmişdilər,  ətdən 
divar  hörmüşdülər  ki,  bir  kimsə  ona  yaxın  düşə  bilməsin. 
Deməli,  gedən  müəllimin  yox,  təzə  gələn  müəllimin  dediyi 
kimi danışmalıydın ki, hörmətin-izzətin olsun. Səni üfürə-üfürə 
saxlasınlar, canını xətadan-bəladan qorusunlar... 
Bundan  sonra  çox  şeylər  oldu.  Ali  məktəbin  qocaman 
müəllimələri Məmmədbəy və Məmmədbəy kimi düşünənləri öz 
xəfiyyə otağına bənzər otaqlarına çəkib tənqid atəşinə tutdular. 
Başlarına döyüb, anlatdılar bəzi-bəzi şeyləri. Qabağa getməyin 
yollarından  danışdılar,  vəzifə  zirvəsinə  dırmanmağın  sirrini-
sehrini anlatdılar onlara… 
Elə  sonralar  Şəfəqnurun  özü  də  Məmmədbəyə  qocaman 
müəllimlərin dediyini deyirdi. 
- Bir sən qalmışdın mənim başıma ağıl qoymağa, Şəfəq. 


 
113 
-  Elə  demə  Məmmədbəy,  ağlına  nə  olub  ki,  sənin  başına 
mən ağıl qoyam?! Ancaq su hara axırsa, sən də suyun axarına 
qoşul. Bəndi-bərəni dəyişə bilməzsən. Dəyişmək istəsən, başın 
çox  bəlalar  çəkər.  Dedikləri  doğrudur,  düzdür,  amma  hər 
doğrunu, hər düzü demək olmur axı. Sən yaxşı bilirsən, çox düz 
danışana dəli deyərlər. 
-  Mənim  ağıllı  sevgilim,  sənin  dediklərini  etməyi 
bacarsam,  qara  qüvvənin  axarına  düşsəm,  çox  böyük  işlər 
olacaq. 
Elə  belə  də  olurdu.  Çətinliklə  olsa  da,  düşündüyünün 
əksinə  gedir,  şüuru  ilə  ağlının  mübarizəsində  zorla  da  olsa 
sonda ağlının qalib gəlməsini bacarırdı. 
Və bütün bunlardan özü üçün bir təskinlik yeri də tapırdı. 
Özü-  özüylə  danışanda  şüurunun  «sən  də  belə  nankor  çıxdın» 
hayqırtısına  ağlının  səsiylə  «bəs  mən  nə  edim?  Tək-tək  belə 
mübarizə  yolu  tapsaq,  bir  anda  bizi  məhv  edər,  düşüncəmizi 
belə  zorlayıb,  hardan  gəlib,  hara  getdiyimizi  yadımızdan 
çıxararlar».  «Bəs  çoxluq  eyni  cür  düşünsə  necə?» 
«Çoxluğumuz, nə yazıqlar ki, eyni cür düşünməyi bacarmırıq». 
Məmmədbəyin  özünün-özüylə  mübarizəsi  bütün  həyatı 
boyu davam elədi. Elə bu ikili mübarizənin əlində qalıb üzülə-
üzülə, əzab çəkə-çəkə gəlib nazir müavini pilləsinə yüksəldi. 
Onun nazir müavini olmaması üçün birləşən güclər, onun 
nazir müavini olması üçün çalışan qüvvələrdən qat-qat çox idi. 
Aram  Mxitaryanın,  Armen  Kasparyanın,  Alla  Dmitriyevnanın 
qılıncının  altından  keçəndən  sonra  qarşıda  ən  böyük  qılınc 
dayanırdı.  Mərkəzi  Komitədə  bu  işlərə  baxan  idarənin  rəisi 
Aleksandr  Poluxovun  baş  kəsən  iti  qılıncı…  Məmmədbəy  o 
qılıncın da altından sağ-salamat qurtulmağı bacardı... 
Şəfəqnur  da  gedirdi.  Hara  gedirdi,  necə  gedirdi?  Burası 
bir  az  qəliz  məsələydi.  Qəlizliyi  elə  Məmmədbəyin  getdiyi 
yolun  qəlizliyi  qədər  idi.  Və  bu  qəlizlikdən  elə Məmmədbəyin 
özü  qədər  sıxılırdı.  Ancaq  sıxıntısını  Məmmədbəydə  olduğu 


 
114 
kimi üzə vurmurdu. Daxilində sıxıb saxlayırdı. Bütün qüvvəylə 
çalışırdı  ki,  bu  sıxıntılar,  bu  üzüntülər,  bü  təəssüf  dolu  hisslər 
boğazından  eşiyə  çıxmasın.  Elə  qəhər  kimi  boğazında  yığılıb 
qalsın,  onu  gizli-gizli  incitsin  və  onun,  ailəsinin  başı  üzərində 
Domokl qılıncı kimi asılıb qalmasın. 
O,  bütün  bunları  həm  də  oğlu  Duruqana  görə  edirdi. 
İstəmirdi  onun  başına  faciələr  gəlsin.  İstəmirdi  tək  övladı 
atanın,  ananın  səhvi  ucbatından  bəlalara  düçar  olsun.  O,  belə 
miskin  övladları  öz  gözləri  ilə  görmüşdü  axı.  Şahidi  olmuşdu 
ki,  oğullar,  qızlar  ata-analarının  xırda  bir  səhvindən,  xırda  bir 
günahından  necə  böyük  faciələrə  mübtəla  olublar.  Belə 
övladlar gözlər qınağından gizlənmək üçün adamlardan qaçmış, 
pünhan  bir  yer  tapıb,  dərdləri  ilə  baş-başa  qalmaqdan  ötəri 
cəmiyyətdən aralı düşmüşdülər. 
Şəfəqnur  bunları  istəmirdi.  Bu  haqda  o,  Məmmədbəylə 
çox az danışırdı. Bir ildə, iki ildə bir dəfə. Çox olsa beş dəqiqə, 
on dəqiqə müddətində. Ancaq onun xəyalından keçənləri, daxili 
dünyasında  hansı  təbəddülatların  baş  verdiyini  Məmmədbəy 
yaxşı  bilirdi.  Bu  illər  ərzində  Şəfəqnuru  yaxşı  öyrənmişdi. 
Onun hansı duyğular aləmində olduğunu, nələri düşünüb, nələri 
dilinə gətirdiyini çox yaxşı anlayırdı. Və ən qəribəsi də o idi ki, 
həyat yoldaşını bu xarakterinə görə bir az da çox sevirdi. 
Özlüyündə  Məmmədbəy  də  özündən  daha  çox  Duruqanı 
düşünürdü. Yeri gələndə onunla diz-dizə oturub əsl kişi söhbəti 
edirdi.  Qoçaqlıqdan,  igidlikdən,  mərdlik  və  cəsarətdən  söz 
açırdı.  Deyirdi,  oğul,  kişi  gərək  yalançı  olmasın,  doğru 
danışsın, həqiqət uğrunda mübarizə  aparsın.  Oğlu qayıdıb ona 
kişi kimi qəliz suallar verəndə isə...  Məmmədbəy  yavaş-yavaş 
geri  çəkilir,  səsinin  ahəngini  aşağı  salır,  sonra  sözü-söhbəti 
ustufca dəyişib, tamam başqa mətləbləri ortalığa gətirirdi. 
Bütün  bunlara  görə  də  Məmmədbəyin  qəlbində  dəli 
fırtınalar  tüğyan  edir,  ildırımlar  çaxır,  zəlzələlər  qopurdu. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə