Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 
102 
Tuqayın  yanaqları  qız  yanaqları  kimi  allanır,  gözləri 
xumarlanırdı. 
Sahib yenə badələri doldurmağı təklif elədi. 
-  Bilirsiniz,  rəhmətlik  Ömər  Xəyyam  peyğəmbərə 
məktubunda nə yazırdı?.. 
 
                           Məndən Məhəmmədə yetirin salam, 
                           Deyin ki, qarşında baş əyir Xəyyam. 
                           Soruşun, nədəndir şəriətində, 
                           Acı su halaldır, şirin mey haram? 
 
Onun  bu  sözlərinə  qadınlar  əl  çaldılar.  Səs-küy  salıb, 
badələrini bir-birinə vurdular. 
-  Ay  Sahib,  bu  sözləri  peyğəmbərə  yazmaq  olardı? 
Bunların hamısını içki düşkünləri özlərindən uydurublar. Hələ 
onu  da  uydurublar  ki,  peyğəmbər  Ömər  Xəyyama  cavab 
qayıtarıb, deyib, «Nə zaman dedim ki, içməsin arif, mən meyi 
xamlara etmişəm haram». 
Gözəl  və  gənc  qadının  dedikləri  həm  çaşqınlıq,  həm  də 
etiraz sədaları ucaltdı. 
Sahib  isə  dediyi  sözlərin  həqiqiliyinə  oturanları 
inandırmaq  üçün  başqa  misallar  çəkdi.  Süni  mübahisənin 
uzandığını görəndə söhbətə Nazənin qarışmalı oldu. 
-  Siz  Allah,  boş-boşuna  səs-küy  qaldırmayın.  Onsuz  da 
içki yaranandan bu mübahisələr olub, nə qədər içki var, yenə də 
olacaq.  Həm  də  çox  qəribədi,  məndən başqa  hamınız  içirsiniz. 
Ancaq  bir  qisminiz  içməyə  çox  pis  məna  verirsiniz.  Əgər  içki 
pisdirsə  day  niyə  içirsiniz?  Mənim  kimi  ondan  aralı  dayanın. 
Yoxsa dediyinizlə əməliniz heç uyğun gəlmir. 
Məclis  get-gedə  qızışır,  sifətlər  qızarır,  paltarlar  bir-bir 
əyinlərdən çıxarılıb hara gəldi atılırdı. 
Arada beş-on dəqiqəliyə Sahiblə Şahnaz gözə dəymədilər. 
O  birilər  başıdumanlı  olduqlarından  bunun  fərqinə  varmasalar 


 
103 
da,  Nazəninin  nəzərindən  yayınmadı.  Bildi ki,  onlar  yan  otağa 
keçib, qapını da bağlayıblar. 
Bir saatdan sonra məclisdə olan ən gənc və ən gözəl qadın 
Sahibi həmin otağa çəkmişdi. 
O  qədər  şənlənmişdilər  ki,  özlərini  bilmir,  nəzarəti  itirir, 
danışıqlarında,  hərəkətlərində  məhdudiyyət  dərəcəsinə  dayan, 
dur qadağası qoymurdular. 
Bədəninin  xeyli  hissəsi  açıqda  qalan  qadınlar  Tuqayı 
qucaqlayıb  sinələrinə  sıxır,  boyalı  dodaqları  ilə  onun  bütün 
canını  öpüşlərə  qərq  edirdilər.  Tuqay  o  qadının,  bu  qadının 
qucağına dartılmaqdan nə edəcəyini bilmirdi. Qız səsinə bənzər 
cır  səsi  ilə  qadınlardan  qaçmağa  çalışır,  onların  cəngindən 
qurtulmaq üçün əlverişli məqam gözləyirdi. 
Tuqay  çoxdan,  lap  uşaq  olandan  öyrənmişdi  belə 
nəvazişlərə.  Anasının,  ən  çox  da  xalasının  gözəl-gözəl 
rəfiqələri  onu  isti  və  yumşaq  qucaqlarında  böyütmüşdülər. 
Əvvəllər,  hələ  oğlanlar  bulağından  su  içmək  istəyən  vaxtları 
belə qadın mehrindən ləzzət alır, bir qadının qucağından o biri 
qadının  qucağına  növbə  dəyişməkdən  yorulmurdu.  Xanımlar 
onun  bütün  canını,  canında  olan  oynaq  yerləri  isti  əlləri  ilə 
qızdırır, bu yeniyetmə oğlanın hərarətindən öz yanar canlarına 
əlavə od salırdılar. Çox tez kişilik ləzzətinin dadını duymuşdu 
Tuqay. 
Ancaq  daha  Tuqay  o  Tuqay  deyildi.  İndi  hər  vəcdlə 
qadınların  qucağından  qaçır,  özünə  kimsəsiz,  sakit,  tənha  bir 
məkan  axtarırdı.  Hərdən  evdə  tək  olanda,  imkan  tapanda 
anasının  bəzək  şeylərini  axtarırdı.  Üzünə  xəfifcə  pudra  çəkir, 
dodaqlarına boya vurmaqdan özünü saxlaya bilmirdi. 
Oğlan  yoldaşlarından  aralı  gəzməyə  çalışırdı.  Qızlara 
daha  çox  meyl  edir,  onların  söhbətlərini  dinləməkdən  zövq 
alırdı. 
Onun  orqanizmində  baş  verən  mənfi  dəyişikliyi  artıq 
çoxları  bilirdi.  Anasının  rəfiqələri,  xalasının  bacılıqları… 


 
104 
Anasıyla  xalası  isə  hələ  bir  şey  anlamırdılar.  Elə  bilirdilər  ki, 
Tuqay normal erkək ömrü yaşayır. Qızlara meyl göstərməsində 
də başqa məna görmürdülər. Bunu elə-belə, oğlan marağı kimi 
başa  düşür,  hələ  yeri  gələndə,  bunu  onun  müsbət  cəhəti  kimi 
izah etməyə çalışırdılar. 
Günlərin bir günündə… 
Nazənin  Tuqayın  üzünə  bəzək  vurduğunu  gördü.  Ürəyi 
yarpaq kimi əsməyə başladı. Onu yanına çağırıb tənbeh elədi. 
- Tuqay, sən neyləyirdin? 
- Heç nə. 
- Düzünü de. 
- Sən nə gördün ki? 
- Gördüm mənim bəzək əşyalarımı götürüb bəzənirsən. 
- Yox bir. 
- Gördüm axı, Tuqay. Bu kor olmuş gözlərimlə gördüm. 
- Ana, bilirsən… sən düz görmusən. Ancaq bunu elə-belə, 
maraq xatirinə elədim. 
- Burada maraqlı nə var ki? 
-  Sadəcə,  qızların  bəzənəndə  hansı  hissləri  keçirdiklərini 
bilimək istədim. 
-  Qələt  elədin,  Tuqay.  Bir  də  belə  hərəkət  eləsən  atana 
deyərəm, başını kəsər. 
Atasına bu barədə bir söz demədi. Amma ürəyində xırda, 
lap  xırda  bir  xal  qaldı.  Düşündüyünü  beynindən,  ürəyindən 
qovmaq  üçün  bu  gördüklərini  uşaqlıq  səhvinin  ayağına  yazdı. 
Və  bu  müdhiş  olayı  düşünməyə  beynində  yer  saxlamamağa 
çalışdı... 
Artıq  məclis  sona  yaxınlaşırdı.  Maqnitafonun  da  səsi 
avazımış, elə bil fırlanan lent də gücdən düşüb, əvvəlki şövqlə 
hərəkət  eləmirdi.  Qonaqlar  tam  dağılışandan  sonra  yorğun 
Sahib  Nazənini  o  biri  otağa  çağırıb,  ovcuna  nəsə  basdı. 
Kiminsə 
görməyindən 
ehtiyat 
eləməyib, 
Nazəninin 
dodaqlarından öpdü. 


 
105 
Bu  vaxt  heç  Tuqayın  özü  də  evdə  yox  idi.  Onu  təbrik 
eləmək üçün uşaqlar harasa çağırmışdılar. 
Sahib  qapını  astaca  örtüb  getdi.  Şahnaz  ərinin  yatdığı 
otaqda  yerə  sərilib,  şirin-şirin  yatırdı.  Dərya  qonaq  evindəki 
kresloda  büzüşüb  yuxuya  getmişdi.  Nazənin  pəncərənin 
qabağında  dayanıb  gecəyə  baxırdı.  Bu  gecədə,  gecələrin 
görünməz  qaranlığında  çox  sirlər,  çox  sehrlər  vardı.  Bəlkə 
gecələrin  sirrində  gizlənənlər  gündüzün  işığına  çıxsaydı,  çox 
mətləblər açılardı. Onda bəlkə də dünya belə qalmaz, ya dağılıb 
dağılanlara  qovuşar,  ya  da  gündüzün  işığında  paklanıb  başqa, 
bambaşqa olardı. 
O  qaranlıqda  hələ  Tuqay  da  görünmürdü.  Və  onun 
görünməməyi Nazənini üzürdü… 
O  gecənin  sehri  bir  də  orasındaydı  ki,  Ziyad  işdə  başına 
qara  lent  bağlamışdı.  O,  tez-tez  harasa  çıxır,  yenə  qayıdıb 
gəlirdi.  Hər  dəfə  qayıdanda  əhvalında  bir  dəyişiklik  hiss 
olunurdu.  Və  o,  köhnə  maqnitafonda  «Yas  marşı»nı  təkrar-
təkrar  səsləndirir,  kiminsə  ölümünə  yas  saxlayırmış  kimi  tez-
tez udqunub, boğazına yığılmış qəhəri zorla udurdu. 
 
 
       *** 
 
Yuxarıdan, Allahın yanından baxanda bu yerlər elə gözəl, 
elə qayğısız görünürdü ki. Lap adamın göydən enib, buralarda 
yaşamağı  gəlirdi.  Dəniz  xoş  bir  çevrə  kimi  şəhərin  ətrafını 
sarmış,  sanki  su  ilə  qurunun  sirli  vəhdətini  yaratmışdı.  Üzüyə 
qaş kimi yaraşan yaşıllıqlar buranın gözəlliyini birə-beş artırır, 
yuxarıdan bəzənmiş gəlinə oxşadırdı bu şəhəri. 
Ancaq  elə  gərək  yuxarıdan  asılı  qalaydın,  aşağıya,  bu 
şəhərə  enməyəydin.  Ensəydin  görərdin  ki…  İlk  andan,  ilk 
dəqiqədən, ilk təmasdan duyardın, bilərdin hər şeyi… 
 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə