Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

 
106 
Bakının dərdi var, 
   
 
 
 
Bakı xəstədir... 
 
Şəhərin  xəstə  olmasını,  ağır  dərdə  tutulmasını  və 
çarəsinin  olacağına  inamsız  hisslər  ilk  dəfə  bu  şəhərə  gəldiyi 
andan qəlbini çuğlamışdı Şəfəqnurun.  Amma hər  inamsızlığın, 
hər ümidsizliyin son ucunda solğun bir ümid şöləsinin yanmağı 
da  var.  Elə  bu  solğun  ümid  insana  güc  verir,  onun  inamını 
artırır, dünyada qalmasına və nəyi isə gözləməsinə təkan verir. 
Yoxsa insan yaşaya bilməz, tez ölüb gedər, yeri boş qalar. 
Şəfəqnur  hər  dəfə  Məmmədbəylə  Moskvaya  gedəndə  və 
geri  qayıdıb  gələndə  təyyarənin  yüksəkliyindən  aşağı  baxıb 
bunları düşünürdü. 
Şəfəqnurun  özü  də  işləyirdi.  Özü  də  elə-belə  vəzifədə 
yox; artıq üçüncü məktəb idi ki, onu direktor təyin edirdilər. Və 
buna  görə  də  Məmmədbəyin  hər  səfərində  ona  yoldaşlıq  edə 
bilmirdi.  İşi-gücü  başından  aşırdı  axı.  Hər  halda,  arabir  ərinə 
qoşula  bilirdi.  Ən  çox  da  istirahət  üçün  xaricə  gedəndə  işləri 
yoluna  qoyub,  mütləq  bir  yerdə  gedirdilər.  Yaxşıca  gəzib 
dolanır,  on  bir  ayın  yorğunluğunu  canlarından  çıxarır,  güc 
yığıb, yeni həvəslə yenə işə başlayırdılar. 
Məmmədbəyin  səfərləri  çox,  lap  çox  olurdu.  Onun 
vəzifəsi  çox  məsul  vəzifə  idi.  Neçə  illərdi  nazir  müavini 
vəzifəsində  oturmuşdu.  Oturmuşdu  deyəndə  ki,  buna  oturmaq 
da  demək  olmazdı.  Oturan  o  adama  deyərdilər  ki,  bir  iş 
görməsin,  əlini  ağdan  qaraya  vurmasın,  elə  oturduğu  masada 
mürgüləyə-mürgüləyə gününü keçirsin. Məmmədbəy isə… 
Məmmədbəy işləyirdi. Ona tapşırılan, hələ tapşırılmayan 
işləri belə görürdü. Buna görə onun paxıllığını çəkənlər çox idi. 
İş bacarmayan iş bacaranı görəndə gözünə ox batır, xain, iblis, 
şeytani hisslər könlündə baş qaldırıb onu adam olmağa qoymur. 
Məmmədbəy  bütün  bunları  zərrə-zərrə,  qram-qram 
toplamışdı.  Arı  çiçəkdən  bar  topladığı  kimi.  Bu  yolda  saçına, 


 
107 
saqqalına  da  dən  düşmüşdü.  Hərdən  ona  yaltaqlıq  eləyənlər 
«Uca dağların başına qar yağar» deyib, başına dolanırdılar. Və 
Məmmədbəy ovcunun içi kimi bilirdi ki, bu sözləri deyənlərin 
çoxusu  saxta  adamlardı.  Bilirdi  ki,  onların  çoxu  dalda  arvad 
kimi  onun  dalınca  danışır,  durduğu  yeri  qayçıyla  götürür, 
imkan tapan kimi ondan Moskvaya, Mərkəzi Komitəyə imzasız 
məktublar göndərirdilər. 
Lakin  saçına  belə  erkən  dən  düşməsinin  səbəbi  onun 
özünə,  bir  də  həyat  yoldaşına  aydın  idi.  Çox  müsibətlərdən 
sonra  yalnız bir övladlarının qalması, o birilərin ya bətində,  ya 
da  həyatda  olarkən  erkən,  çox  erkən  dünyadan  getmələri 
onların əzablarının üstünə əzab gətirmişdi. 
Şəfəqnur  on  bir  dəfə  hamilə  qalmışdı.  Bu  yolda  saysız-
hesabsız  dərmanlar  qəbul  eləmiş,  iynələr  vurdurmuşdu. 
Məmmədbəyin  ona  yazığı  gəlirdi.  Hərdən  iynədən  qaralmış 
damarlarını  sığallayır,  öpür,  uşaq  kimi  onun  könlünü  alırdı. 
Sonra  da  onun  qəlbini  incitməmək  üçün  yumşaq  sözlərlə  onu 
məzəmmət eləyirdi. 
-  Bəsdi,  Şəfəq,  sən  Allah  bəsdi.  Öldün  axı  bu  iynənin, 
dərmanın əlində. 
- Yox, Məmmədbəy, istəmirəm uşaq tək qalsın. 
- Nə olsun, Allah da təkdi də. 
- Duruqan Allah deyil, axı. 
Ürəyinin  lap  dərin  yerində  Məmmədbəyin  özü  də 
Duruqanın  tək  qalmasını  istəmirdi.  İstəyirdi  onun  ya  bir 
qardaşı,  ya  bir  bacısı  olsun.  Axı  onlar  dünyadan  köçəndən 
sonra  Duruqan  yalqız  qalacaqdı.  Dərdini  deməyə,  ürəyini 
açmağa bir kimsə tapa bilməyəcəkdi. Bunları düşünəndə ürəyi 
sıxıldı  Məmmədbəyin.  O  biri  tərəfdən  də  arvadının  çəkdiyi 
əziyyətlərə  dözə  bilmirdi.  Onuncu  övladları  tələf  olanda 
Məmmədbəy  daha  dözə  bilmədi.  Arvadının  əllərindən  tutdu, 
nəmli gözlərini sildi və ona yalvarırmış kimi şirin sözlərlə dilə 
tutmağa başladı. 


 
108 
- Axırda Allaha naxoş gedəcək. 
- Nəyə görə? 
- Biz deyəsən, Tanrının yazdığına qarşı çıxırıq. 
- Neyləyirik axı? 
-  Şəfəq,  birdəfəlik  qulaqlarını  aç,  eşit,  Tanrı  bizim 
qismətimizə bir övlad payı yazıb. Elə etmə ki… 
- Hə… 
- Elə etmə ki, Allah onu da bizə çox görsün. 
- Elə danışma, Məmmədbəy. 
Məmmədbəy  pis  danışdığını  anlayırdı,  arvadının  qəlbinə 
dəyən sözlər işlətdiyini bilirdi. Ancaq bundan o yanı daha yox 
idi.  Bundan  sonra  Şəfəqnurun  həkimə  getməsinə  qadağa 
qoyacaqdı,  iynə,  dərman  qəbul  etməsinə  izin  verməyəcəkdi. 
Gözügörəsi  arvadını  zəhərləyib  öldürə  bilməzdi  ki.  Yanına 
çağırıb,  bu  barədə  artıq  yavaş-yavaş  düşünməyi  bacaran 
Duruqana da sözlərini demişdi. 
- Oğlum, təkliyə öyrən, sənin qarındaşın olmayacaq! 
Duruqan  heç  nə  deməmişdi.  Xırda  gözlərini  döyə-döyə 
atasının üzünə baxmış, sonra o biri otağa qaçmışdı. 
Və sonra atası öyrənib bilmişdi ki, Duruqan o biri otaqda 
üzü üstə yatağına düşmüş, ağlamışdı... 
Şəfəqnur o  gündən həkim  yanına  getməyi tərgitdi. Onlar 
yeganə övladlarının fərəhini duymaq üçün çətin yola çıxdılar... 
Vəzifə  başında  oturmaq  bir  yandan  kef  və  ləzzətdirsə,  o 
biri  yandan  əzab  və  işgəncədir.  Bunu  neçə  illərin  təcrübəsində 
Məmmədbəy  də,  Şəfəqnur  da  aydın  bilirdilər.  Kabinet  şövqü, 
rəngbərəng  telefonların  xahiş-minnət  dolu  zəngləri,  cürbəcür 
xasiyyətli insanların min bir dona girib öz işi üçün yalvarması 
insanın  incə  hisslərini  tərpədən,  onu  şir  kimi  göstərən 
şeylərdirsə,  o  biri  tərəfdən  böyük  məsuliyyət  hissi,  gördüyün 
işə  cavabdehlik,  görünən  və  görünməyən  əzab  və  əziyyətlər 
isə... Çox vaxt insan vəzifənin əlindən baş götürüb uca dağlara 
qaçmaq  istəyir.  O  dağlardan  aşıb  keçmək,  bir  daha  buralara 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə