Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

 
132 
Ancaq  bu  xına  o  xınadan  deyildi.  Məmmədbəy  Afinanın 
evlərinə  gəlin  gətirilməsinə  heç  vəcdlə  razılıq  verə  bilməzdi. 
Bu  siyasət  məsələsi  deyildi.  Vəzifə  davasının  da  bu  işlərə 
qarışacağı yox idi. Bu bir gəncin və gələcəkdə qurulan ailənin 
tale  məsələsi  idi.  Belə  məsələlərdə  nəyi  isə,  nəyə  görəsə 
güzəştə  getmək  gələcək  faciələrin  əsasını  qoymağa  bərabər 
olardı. 
Ancaq  bütün  bunlara  rəğmən,  Duruqan  ailə  qurmaq 
məsələsində  güzəştə  getmək  fikrində  deyildi.  O,  möhkəm 
dayanmışdı,  fikrində  qəti  idi.  Və  bu  mövzuda  olan  hər  bir 
söhbət  onun  üçün  boş  danışıqdan  başqa  ayrı  məna  kəsb 
eləmirdi. 
Məmmədbəy  həm  özünə  təskinlik  verirdi,  həm  də 
arvadını  sakitləşdirirdi.  Yeri  gəldi,  gəlmədi  elə  hey  danışırdı, 
deyirdi  ki,  belə  havayı  məhəbbətlər  hər  bir  gəncin  həyatında 
olur.  Üfürülmüş  şar  kimi  bir  şeydi  bu  məhəbbət  oyunu.  Bir 
azdan  soyuyacaq,  başqa  bir  gözəl  görən  kimi  Afina  yadından 
çıxacaq.  Deyirdi,  işvəsi,  nazı  o  qızdan  bir  az  çox  olan  bir  qız 
görən kimi, bunu atıb, ondan yapışacaq. 
Deməyinə  deyirdi,  ancaq  dediyinə  o  qədər  də  inanmırdı. 
Zatdan-kökdən  inadkar  olduqlarını  bilirdi.  Bilirdi  ki,  bir 
mikrobun  arxasınca  düşsələr  onu  tutub  öldürməmiş,  ya  da  o 
mikrobun  ağır  xəstəliyinə  yoluxmamış  əl  çəkməzlər.  Belə 
fikirli və dalğın günlərin birində kabinetindəki telefonuna zəng 
gəldi. Zəng edən Mərkəzi Komitədən Ayrumyan idi. 
- Yoldaş Məmmədbəy, bu gün işləriniz çoxdurmu? 
- Bəli, lap başdan aşır. Necə ki? 
-  Axşamüstü  Osipyan  küçəsində  yerləşən  idarədə  Valeri 
Semyonov sizinlə görüşmək istəyir. 
Məmmədbəyin ürəyindən bir tel qırıldı elə bil. 
- Nə məsələdir belə? 
- Bilmirəm. Ancaq vaxt tapın, mütləq görüşün. 


 
133 
Məmmədbəy  dəstəyi  yerinə  qoyub,  bu  görüşün  nədən 
qaynaqlandığını  götür-qoy  etməyə  çalışdı.  Düşündü  ki,  yəqin, 
şər  qüvvələr  öz  işlərini  görüblər.  İmzasız  məktublar  nəticəsini 
verib. Ona olan böhtanlar, ləkəyaxmalar çox inandırıcı görünüb 
və  elə  buna  görə  də…  Valeri  Semyonov  boyda  adam  özgə 
işdən ötrü onu yanına çağırmazdı ki. 
Bu anlarda Məmmədbəyin ömür səhifəsi köhnə kino lenti 
kimi gəlib gözlərinin önündən keçdi. Əzablı yollarla irəlilədiyi, 
daşa,  qayaya,  rast  gəldiyi,  bəzən  alçaldıldığı,  bəzən 
susdurulduğu məqamlar… Və bu anlarda onun qəlbində başqa 
bir gizli arzu da baş qaldırdı. Bu işdən xətasız, bəlasız ötüşmək, 
vəzifə  stolunu  bir  başqasına  verib,  kənara  çəkilmək…  Ancaq 
onlar  onun  bu  arzusu  ilə  razılaşardılarmı?  Onu  məhbəsin 
qaranlıq  küncünə  atmamış,  ömrünü  çürütməmiş  yaxasından  əl 
çəkərdilərmi? 
Yeganə  oğlunu  həyatın  sərt  sınaqlara  qarşısında  qoyub, 
dustaq  ömrü  yaşamaq  onun  üçün  necə  də  əzablı  olardı,  İlahi. 
Duruqanın əlindən tutası, ona yol göstərəsi bir kimsə vardımı? 
Bir  anası idi. O  da  tükdən  asılı  vəziyyətdə.  Onu  həbs  edəndən 
sonra  Duruqanın  anasını  rahat  buraxacaqdılarmı?  Bəlkə  bir 
azdan onu da şərləyib, onun dalısınca göndərəcəkdilər? 
Valeri  Semyonovla  görüşməyə  yollananda  ümidini 
üzmüşdü.  Elə  ümidi  yarımcan  halda  da  qəbul  otağına  gəldi. 
Burada  nə  qədər  gözlədiyini  bilmədi.  Ancaq  bu  anlarda  bir 
dəqiqənin  bir  gün  qədər  uzun  göründüyünü  Məmmədbəy  hiss 
elədi.  Katibə  qız  gəlib  onu  Semyonovun  yanına  çağıranda  isə 
elə  bil  uzun  çəkən  qorxulu  yuxudan  ayıldı  və  bütün  gücünü 
toplayıb ayaqlarının əsdiyini sezdirməməyə çalışdı, qapını açıb 
Semyonovun otağına daxil oldu. 
Semyonov  lap  yuxarı  başda  oturmuşdu.  Rəngbərəng 
telefonlar  ətrafını  tutduğundan,  bir  də  cılız  adam  olduğundan 
onun yalnız keçəl başı görünürdü. Məmmədbəyi görəndə bir az 
dikəldi və yanında ona yer göstərdi. 


 
134 
- Əyləşin… Hava yaman istidir, adam lap boğulur. 
Qalstukunu 
bir 
az 
boşaldıb,  qəribə  nəzərlərlə 
Məmmədbəyin üzünə baxdı. 
- Məmmədov, işlər necə gedir? 
-  Pis  deyil,  yoldaş  Semyonov.  Sizlərin  dəstəyi  ilə 
tapşırılan işləri yerinə yetiririk. 
- Səndən yaman yazırlar. 
Məmmədbəyin  ürəyinin  döyüntüsü  daha  da  çoxaldı. 
Semyonov  isə  gülümsəyib,  qulaqlarının  ətrafında  olan  seyrək 
ağ tüklərini barmaqları ilə arxaya daradı. 
-  Eybi  yox,  qoy  yazsınlar.  Yorulub,  od  püskürən 
qələmlərini  yerə  qoyacaqlar…  Ancaq,  bəzi  məsələlərdə  çox 
böyük səhvlər edirsən. 
- O səhvlər nədən ibarətdir, yoldaş Semyonov? 
- Bilirsən ki, sovet insanı hər bir işdə müstəqil və azaddır. 
Xüsusən,  ailə  və  sevgi  işlərində  onların  hüquqlarını  pozmaq 
yaramaz.  Belə  məsələlərdə  çox  ehtiyatlı  olmaq  lazımdır... 
Yəqin bildin, söhbət nədən gedir? 
Məmmədbəy  daşın  hansı  bostana  atıldığını  anlasa  da, 
özünü bilməməzliyə vurdu. 
- Yox, deyəsən, sizi anlamadım. 
-  Anlamalısan,  Məmmədov.  Sən  elə-belə  adam  deyilsən, 
nazir  müavinisən.  Buna  görə  də,  belə  məsələlərdə  sənin  hər 
hansı ehtiyatsızlığın işi gərginləşdirər və qarğa-quzğunun sənin 
üzərinə ayaq açmasına şərait yaradar. 
Məmmədbəy  çoxdan  idi  bu  sözlərin  ona  deyiləcəyini 
gözləyirdi.  Bilirdi  və  ürəyinə  də  dammışdı  ki,  onu  nə  vaxtsa 
çağıracaq, bir az öncə eşitdiyi sözləri deyəcəkdlər. Hələ bundan 
sonra nələri eşidə biləcəyini də təxminən ehtimal edirdi. 
-  Məmmədov,  nəyə  görə  oğlunun  ailə  qurmasına  mane 
olursan? 
- Oğlumun? 
- Bəli. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə