Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 
121 
Duruqan  bu  bağda  birinci  dəfəydi  olurdu.  Ən  çox 
getdikləri  yer  Bilgəh  bağları  idi.  Onların  bağları  da 
Bilgəhdəydi.  Ancaq  uşaqlarla  getməzdilər.  Öz  bağları  o 
birilərin  bağlarından  daha  yaraşıqlı,  daha  gözəgəlimli  olsa  da, 
başqalarının  bağlarında  istirahət  etməkdən  daha  çox  xoşlanır, 
daha çox zövq alırdı. 
Bu 
gün  qrup  yoldaşları  Mənzurəgilin  bağlarına 
toplaşmışdılar. Bir tədbir-zad yox idi, elə-belə yığışmışdılar və 
belə  gözlənilmədən  bir  yerə  toplanmaları  Duruqana  xüsusi 
ləzzət  eləyirdi.  Ləzzətini  bir  az  da  yuxarı  eləyən  bir  səbəb  də 
vardı. Bu gün birinci dəfə istədiyi qızı aşağı kursda oxuyan qız 
dostu Ellada bağa gətirəcəyinə söz vermişdi. 
Afinanı  Duruqan  bir  ilə  yaxın  idi  ki,  sevirdi.  Onlardan 
aşağı  kursda  oxuyan  bu  gözəl-göyçək,  cazibədar  qızı  onunla 
Ellada  tanış  eləmişdi.  Onlar  tez-tez  görüşür,  söhbətləşir, 
sevişirdilər.  Anası  erməni  millətindən  olan  Afina  Duruqanın 
ana dilində danışa bilmirdi. Bu bir il ərzində Duruqan ona bəzi 
sözləri  öyrətmişdi.  Özü  də  bunu  könlünün  istəyi  ilə  eləmirdi. 
Bilirdi  axı,  bilirdi  ki,  atası  bir  yana,  anası  biləndə  ki,  oğlunun 
sevdiyi  qız  öz  dilimizdə  danışa  bilmir,  aləm  bir-birinə 
qarışacaq. Anası əvvəlcədən onunla şərt kəsmişdi axı; demişdi, 
sevəndə  elə  qız  sev  ki,  qanı-qanımızdan,  canı-canımızdan 
olsun. 
Anası  eşidib  biləndə  ki,  Duruqanın  sevib,  əhdi-peyman 
bağladığı qızın nəinki qanı-qanımızdan, canı-canımızdan deyil, 
heç  gəlin  köçəcəyi  evin  dilini  də  bilmir,  onda  nə  kimi 
müşküllərin yaşanacağı qabaqcadan Duruqana bəlli idi. 
Bağa  gözlənilən  on  altı  nəfərdən  on  dördü  gəlmişdi.  İki 
nəfər oğlanın işləri çıxdığından bu yeyib-içmək məclisinə gələ 
bilməmişdilər. 
Mənzurə  yaxşı  hazırlıq  görmüşdü.  Düzdü,  məclisin 
xərcini  özü  çəkməmişdi.  Uşaqlar,  ən  yuxarı  məbləğdə  isə 
Duruqan ona pul vermişdilər. Ancaq, hər halda çətinliyin çoxu 


 
122 
Mənzurənin  boynuna  düşürdü.  Və  buna  görə  də  qabaqcadan 
ona təşəkkürlərini bildirdilər. 
Duruqan  bəlkə  də,  ömrünün  ən  xoş  çağlarından  birini 
yaşayırdı.  Deyir,  gülür,  şənlənir,  tez-tez  də  imkan  tapıb 
Afinanın  əllərindən  tuturdu,  gözlərinə  baxırdı,  ona  olan 
doyumsuz eşqini sübuta yetirmək üçün hər bir cəfaya dözməyə 
hazır olduğunu hərəkətləri ilə göstərməyə çalışırdı. 
Yemək  masasının  üstündə  xaricdən  gətirilmiş  içkilər  də 
var  idi.  Bu  içkilərdən  hamısı  daddığından  hər  birinin  əhvalı 
yuxarıydı.  Yemək  yeyib  doyandan  sonra,  hərəsi  bir  küncə 
çəkilmişdilər. İki oğlanın gəlib çıxmaması məclisə gözlənilməz 
bərabərlik  rəngi  qatmışdı.  Hər  oğlana  bir  qız  düşürdü  və  ən 
qəribəsi  də  o  idi  ki,  bu  kölgəlikdə  söhbətləşən  cütlüklərin 
arasında  yalnız  bir  sevgi  nəğməsi  çalınırdı.  Bu  da  Duruqanla 
Afinanın  çoxdan  çalınan  sevgi  nəğməsiydi.  Və  bu  sevgi 
nəğməsindən uşaqların hamısı xəbərdar idilər. Buna görə də bir 
az görünən, işıq düşən  yerdə onlara  yer saxlamışdılar. Özlərini 
isə qatı kölgəliyin içərilərinə vermişdilər. 
Afina  başını  Duruqanın  sinəsi  üstə  qoyub,  xoş  sözlərlə 
xumarlandı. Duruqan onun ipək kimi yumşaq saçlarını əlləri ilə 
darayır, yumşaq və ətli qollarına sığal çəkir, hərdən qızın başını 
yuxarı qaldırıb, dodaqlarından öpürdü. 
-  Duruqan,  bizim  sevgimiz  haqqında  anana  bir  söz 
demədin? 
- Yox, hələ deməmişəm. 
- Niyə demirsən? Bəlkə məni sevmirsən, elə-belə... 
-  Elə  danışma.  Səni  bu  dünya  qədər  sevdiyimi  özün  də 
yaxşı bilirsən. 
- Bilirəm. Ancaq... 
- Nə ancaq? 
- Qorxuram. 
- Nədən qorxursan? 
- Qorxuram iblislər gəlib, səni mənim əlimdən alalar. 


 
123 
-  Qorxma,  ceyranım, mənim  sevgi mələyim o  iblislərdən 
çox güclüdür. Onların bizə gücləri çatmaz. 
- Birdən iblis mələk cildində atanın, ananın qəlbinə girsə 
necə? 
-  Elə  bir  şey  ola  bilməz.  Onlar  da  yaxşı  bilirlər  ki,  sevgi 
azaddır.  O  azadlığın  qarşısına  sipər  çəkməyə  ata-ananın  ürəyi 
gəlməz. 
-  Elə  bu  gün  sevgimiz  haqqında  anana  danışarsan.  Elə 
tələsirəm ki, ananın gəlini olmaq üçün. 
-  Elə  o  gün  üçün  mən  də  tələsirəm.  Ona  görə  anama 
deyəcəyəm, mütləq deyəcəyəm! 
Elə  bu  anda  da  Duruqan  fikrini  qətiləşdirdi.  O  qədər 
qətiləşdirdi ki,  durub elə indicə evlərinə getməyə tələsdi. 
Saatına  baxdı.  Dördə  on  dəqiqə  qalırdı.  Ayağa  qalxıb 
geniş bağçaya çıxdı. Əllərini yanlarına açıb, ucadan qışqırdı: 
- Haydı, dəlilərim, getmək vaxtıdır. 
Uşaqlar  ağacların,  kolların  dalından  çıxıb,  ortalıqda  cəm 
oldular. 
Dostları  Duruqanın  bir  sözünü  iki  eləmirdilər.  Onun 
sözündən  çıxmağı  ağıllarına  sığışdırmırdılar.  Belə  gözəl 
məqamdan  hansı  oğlan,  hansı  qız  əl  götürərdi.  Kölgəliyin 
məstedici  aurasından  ayrılıb  getmək  hansı  oğlana,  hansı  qıza 
xoş  gələrdi?  Amma  Duruqan  hayqırıb  onları  çağırmışdı. 
Demək, getmək zamanıydı. 
Duruqan  Afinanın  əlindən  tutub  Əbdül  kişinin  maşını 
saxladığı  yerə  yaxınlaşanda  sükanın  arxasında  sürücünün 
yatdığını gördü. Lap yaxına gəlib əli ilə onun çiyninə toxundu. 
- Əbdül dayı, ay Əbdül dayı, dursana, nə bərk yatmısan? 
Əbdül kişi oyanmadı. Duruqan bir də ucadan çağırdı. Kişi 
tərpənmədi. Duruqan qorxdu. Həyəcanla Afinanın üzünə baxdı. 
- Bəlkə ölüb, bu kişi? 


 
124 
Afina  əlləri  ilə  üzünü  qapadı.  Duruqan  yenə  hayqırıb 
uşaqları  çağırdı.  Uşaqların  bir  neçəsi  artıq  çıxıb  getmişdilər. 
Qalanlar isə bir anda Duruqanın qarşısında dayandılar. 
- Nə olub, Duruqan? 
- Deyəsən, bu kişi keçinib. 
Uşaqların  hamısı  dərhal  çevrilib  maşının  qabaq 
oturacağına  baxdılar.  Ömürlərində  belə  mənzərə  ilə 
rastlaşmayan  tələbələr  sual  dolu  nəzərlərini  bir-birlərinə 
dikdilər.  Qızlar  qorxularından  çəkilib  divarın  dibində 
dayanmışdılar. 
- Bəlkə ürəyi keçib? 
- Bəlkə dili qatlanıb? 
- Gözlərinə baxmaq lazımdır. 
- Kim baxsın, mən qorxuram. 
- Mən də. 
Uşaqlardan biri ürəkli çıxıb sürücüyə  yaxınlaşdı. Qolunu 
tutub, nəbzini yoxladı. Və qəti əminliklə: 
- Ölüb, - dedi. 
Tələbələr  səs  salıb,  bağlarda  olan  adamları  çağırdılar. 
Yaşlı  adamlar  kişinin  ölümünü  təsdiq  edəndən  sonra 
tələbələrdən bir neçəsi  meyidi  aparmaq üçün maşın  gətirməyə 
getdilər... 
O,  kişiyə  Duruqan  çox  öyrənmişdi.  Onun  yoxluğu 
Duruqana  çox pis  təsir edir,  sıxırdı.  Təzə gətirdikləri  sürücüyə 
qətiyyən öyrənə bilmirdi. Hələ desən, həmin maşını sürdüyünə 
görə  yeni  sürücüyə  qısqanırdı  da.  Yeri  gəldi,  gəlmədi,  onu 
acılayır, Əbdül kişinin yoxluğunu qəbul edə bilmirdi. 
Bir aydan sonra o sürücünü qovdular. 
Yeni  tapdıqları  sürücüyə  də  Duruqan  doğma  münasibət 
göstərə bilmədi. Onda Duruqan anladı ki, Əbdül kişinin yerini 
heç  kəs  verə  bilməz.  Yeni  sürücülər  bəlkə  də  Əbdül  kişidən 
daha  savadlı,  daha  istiqanlı  idilər.  Ancaq  hər  bir  hərəkətinə, 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə