Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

 
125 
baxışına, duruşuna, səsinin tonuna öyrəndiyi keçmiş sürücünün 
yerinin doldurula biləcəyinə Duruqan inanmırdı. 
Bir də ona inanmırdı ki, onun Afinaya olan sevgisi anası 
tərəfindən bu qədər etirazla qarşılanacaq. 
Sürücünün  ölümündən  üç  gün  sonra  Duruqan  sevgisini 
anasına acdı. Əvvəl Şəfəqnur çox sevinsə də, hər şeyi biləndən 
sonra  kədər dünyasına  qərpq  oldu.  Oğlunun  tərsliyini  bilsə  də, 
onu bu sevdasından əl götürmək üçün dilə tutdu. 
-  Bala,  biz  ana-bala  kimi  əhdi-peyman  bağlamışıq  axı. 
Sənə demişəm ki, ailə quranda ananla məsləhət elə. 
-  Ana,  bilirsən  sevgi  nədir?..  O  elə  bir  hissdir  ki,  qəlbə 
haradan daxil olduğunu, səni necə əsir etdiyini duymursan. Bir 
də,  ay  ana,  məhəbbət  məsləhətlə  olsaydı,  Məcnun  dəli  olmaz, 
Kərəm çöllərə düşüb, sevgi atəşində yanmazdı. 
- İndi deyirsən yəni, o qızı Məcnun Leylini, Kərəm Əslini 
sevdiyi qədər sevirsən? 
Duruqan bir söz demədi. Başını aşağı dikdi. 
-  Oğlum,  rayonda,  elə  şəhərin  özündə  də  o  qədər  qəşəng 
tanış-biliş, qohum qızları var ki. Gəl onlardan birini sev. Həm 
bizim ürəyimizcə olsun, həm də sənin. 
-  Ana,  onda  gərək  Afinalı  olan  ürəyimi  çıxarıb,  yerinə 
başqa ürək qoyam. 
Anası  çox  desə  də,  Duruqan  az  eşitdi.  Bəzi  sözləri  heç 
eşitmədi  də.  Fikri,  zikri,  xəyalı  Afinanın  yanında  olduğundan 
anasının  danışdığı  sözlərin  bir  çox  məqamları  onun  eşitmə 
orqanına yetişmədən, elə yoldaca itə-bata düşdü. 
Sonra  bir-iki  dəfə  də  o  qız  haqqında  anası  ilə  söhbəti 
oldu. Və hər dəfə söhbətin axırı mübahisəsiz ötüşmədi. 
Duruqan  əsəbiləşirdi,  özünə  yer  tapa  bilmirdi.  Hirsindən 
nə  edəcəyini  bilmir,  mətbəxə  keçib,  əlinə  keçən  qab-qacağı 
yerə çırpırdı. Bir az sakitləşəndən sonra, Lyudmila İvanovnanı 
tapıb,  dərdini  ona  danışırdı.  Lyudmila  İvanovna  təmkinli 


 
126 
danışır, məhəbbət haqqında aforizmlərdən sitatlar gətirərək onu 
sakitləşdirirdi. 
Bu  sakitləşmə  ilə  onun  Afinaya  olan  məhəbbəti  daha  da 
alovlanır,  ona  olan  eşqini  izhar  eləmək  üçün  bütün 
müşküllərdən keçməyə hazır kimi görünürdü. 
Belə  vaxtlarda  sürücü  Əbdül  kişinin  də  məsləhətlərinə 
sonsuz  ehtiyac  duyurdu.  Çətin  məqamlarda  Əbdül  kişi 
Lyudmila  İvanovnadan  daha  çox  yollar  arayıb tapa  bilərdi.  Və 
Duruqan  Əbdül  kişini  düşünəndə  onu  da  xəyalından  keçirirdi 
ki, gərək Afinaya olan məhəbbətini gizlətməyəydi, elə əvvəllər 
açıb, heç olmasa Əbdül kişiyə danışaydı. Əbdül kişi də ustufca 
Duruqanın  anasına  bu  haqda  dolayı  yollarla  məlumat  verəydi. 
Anası da atasına çatdıraydı və… Onda bu söz-söhbətlər olmaz, 
mübahisələrə  yer  qalmaz,  hər  şey  sakitliklə  həll  olunar,  Afina 
ağ  gəlinlik  paltarı  geyinər,  onların  evinə  köçərək  Duruqanı 
xoşbəxtlər səltənətinin əbədi sakini edərdi. 
Bu  məhəbbətdə  qəribə  nə  vardı,  axı?  Afinanı  çoxdan 
tanıyırdı, tərbiyəsinə, əxlaqına bir kimsə bir söz deyə bilməzdi. 
Gözəlliyi də öz yerində. Bəlkə yüz qızdan, min qızdan birində 
bu  qədər  işvə,  naz  ola  bilərdi.  O  yüz  qızın,  min  qızın  içindən 
seçilən gözəldə də, Afinanın gözlərində olan cazibə, atəş, sevgi 
işığı ola bilməzdi. Bəs bu nə həngamə idi anası çıxarırdı? Bəlkə 
onun  belə  erkən  məhəbbət  dərdinə  mübtəla  olmasını,  ailə 
qurmasını istəmirdi? Yox, anası hər zaman, Duruqan  lap uşaq 
olandan,  tez-tez,  təkrar-təkrar  deyirdi  ki,    səni  tez 
evləndirəcəyik.  Dünyanın  işlərini  bilmək  olmaz,  birdən 
başımıza  bir  iş  gələr,  gəlin  qulluğu  görmədən,  dizlərimiz 
üstündə nəvə əzizləmədən dünyadan gedərik. Ona görə də, bığ 
yerin  tərləyən  kimi  bir  halal  süd  əmmişin  qızını  gətirib 
özümüzə gəlin edəcəyik. 
Bığ tərləmə söhbətini yadına salanda, hər dəfə Duruqanın 
üzünə  təbəssüm  gəlir,  Yaltaya,  istirahətə  getdikləri  vaxt  olan 
hadisəni xatırlayırdı. 


 
127 
…Yenə  növbəti  ilin  yayı  gəlmişdi.  Havalar  olduqca  isti 
keçirdi.  Atası  birtəhər  işlərini  sahmana  salıb,  istirahət  etmək 
üçün  onları  Qara  dəniz  sahillərinə  aparmışdı.  Artıq  neçənci 
dəfəydi  ki,  onlar  istirahət  üçün  bu  məkanı  seçirdilər.  Atası  da 
bu yerləri çox sevirdi, anası da. Duruqanın özü isə bu yerlərdən 
ötəri  lap  burnunun  ucu  göynəyirdi.  Yazın  gözü  açılandan  o 
təqvim vərəqini qarşısına qoyur, əsgərlər kimi hər keçən günü 
qaralayır,  yay  mövsümünə  neçə  günün  qaldığını  gündə  neçə 
dəfə hesablayırdı. 
Bu  il  Qara  dənizin  sahilləri  o  biri  illərdən  də  gözəl, 
cəzbedici  görünürdü.  Adamların  üz-gözündəki  sevinc,  şən 
qəhqəhələr  yaşıl  düzlərlə  həmahənglik  təşkil  edir,  insanın 
coşğusunu, müsbət enerjisini bir az da artırırdı 
Şəfəqnur nə qədər çalışsa da Duruqanı gözünün hədəfində 
saxlaya  bilmirdi.  Duruqan  gözlənilmədən  göz  hədəfindən 
yayınıb itir, bir-iki saatdan sonra itdiyi kimi də, gözlənilmədən 
peyda  olub,  günah  işlətmiş  adamlar  kimi  anasının  qarşısında 
dayanırdı. 
- Bilirəm nə deyəcəksən. 
- Nə deyəcəyəm? 
-  Deyəcəksən  ki,  adam  balasısan,  adam  anasını  bu  qədər 
incitməz. 
Bu  dəfə  də  belə  oldu.  Bu  dəfənin  o  birilərindən  bir  fərqi 
vardı, o da Duruqanın bu dəfə daha çox yubanması idi. Bəlkə 
dörd saatdan da artıq idi ki, Duruqan gözə dəymirdi. Görünən 
kimi yenə əllərini yanına salıb dayandı. 
- Ana, deyim, nə deyəcəksən? 
- Heç nə deməyəcəyəm. 
- Ancaq mənim sənə sözüm var. 
-  Yenə  nə  xahiş  edəcəksən?  Haraya  getmək  üçün  məni 
dilə tutacaqsan? O qədər edəcəksən ki, axırda imzalı məktubla 
yuxarı təşkilata, atana müraciət etməli olacağam. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə