Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 
115 
Arvadına  başqa  sözlər  desə  də,  ürəyində  Duruqanın  gələcəyi 
üçün qorxur, yaman qorxurdu. 
- Şəfəq, Duruqan böyüyəndə çox mərd olacaq. 
- Sənin kimi? 
- Bəs necə, hələ məndən də qabağa gedəcək. 
- Doğrudan? 
-  Fikir  vermişəm,  yoldaşlarının  arasında  mərdliyi, 
qoçaqlığı ilə seçilir. 
Belə  söhbətləri  tez-tez  təkrar  edirdi  Məmmədbəy.  Bəlkə 
bunları    deməklə  özünə  təskinlik  verirdi.  Ürəyinin  alovunu 
çıxarırdı?  Ya  bunları  tez-tez  dilinə  gətirməklə  Tanrıdan  belə 
istəməsini  o  böyük  Yaradanın  yadına  salırdı.  Bunlar  haqqında 
Şəfəqnur  da  çox  düşünürdü.  Axı  uşağa,  özü  də  oğlan  uşağına 
nə  qədər  keçidən,  quzudan,  dovşandan,  çaqqaldan  nağıllar 
danışmaq  olardı?  Uşaqların  eşitdikləri  nağılların  işığında  yol 
getmələrini,  o  nağıllardakı  igidlərin  surətini  daxildə  yaşaya-
yaşaya böyüdüklərini bilirdi. Bir ana və bir müəllim kimi. Elə 
ona  görə  də  uzaq  sabahların  gəlməsindən  əndişələnir, 
Duruqanın belə uşaq, yeniyetmə qalmasını sadəlövhcəsinə arzu 
edirdi. 
Günlər isə durmadan ötüb keçirdi. 
 
 
                    *** 
 
Bu  ağ  qatar  nə  qatar  idi  belə?  Dağ  demirdi,  daş  demirdi 
şütüyüb keçirdi. Hərdən ağ qatarın ağ qanadları da olurdu. Ağ 
qanadlar  açılıb  genişlənir,  ağ  qatarı  qaldırıb  göyün  üzünə, 
buludların  yanına  çıxarırdı.  Ağ  qanadlı  ağ  qatar  ağappaq 
buludların arasından keçib gedir, hərdən ulduzlara dəyib, yenə 
buludların üstünə enirdi. Bir neçə dəfə bunlar təkrar olunandan 
sonra, elə bil, ağ qanadlı ağ qatar göylərdən küsür, inciyir, yenə 
yerə qayıdıb, əvvəlki yerində, buz kimi soyuq relslərin üzərində 


 
116 
yoluna  davam  edirdi.  Qatarın  sürətlə  şütüyüb  getdiyi  yolların 
ətrafında  elə  gözəl  mənzərələr  vardı  ki,  adam  bu  gözəlikdən 
dəli olmaq həddinə çatırdı. 
O  da  bu  ağ  qatarın  ağ  libasa  bürünmüş  sərnişinlərindən 
biri  idi.  Başını tez-tez  qatarın açıq pəncərəsindən eşiyə  uzadır, 
bir xeyli baxır, ürəyi şövqdən bayılmaq dərəcəsinə çatırdı. Və o 
huşunu  itirib  qatardan  yerə  düşməmək  üçün  geri  çəkilirdi.  Ağ 
oturacaqda  oturur,  gözlərini  qapayırdı.  Bir  müddət  beləcə 
dayanırdı,  ürəyi  sakitlik  tapıb  öz  ritminə  düşəndən  sonra 
gözlərini  açırdı.  Yenə  başını  eşiyə  uzadırdı…  Gözəlliyə 
baxırdı…  Qatar  yenə  qanadlanıb  asimana  yüksəlirdi…  Yenə 
yerə 
qayıdırdı… 
Yenə, 
yenə… 
Hamısı 
dönə-dönə 
təkrarlanırdı…  Və  birdən…  Göydən,  ağ  buludların  arasından 
qara,  qapqara,  uzun  bir  sədd  enib  düz  qatarın  qarşısında 
dayandı. Qatar sürətlə getdiyindən nəfəs dərib, dayana bilmədi, 
bütün gücüylə qara səddə çırpıldı. Ağ qatar şüşə kimi çilik-çilik 
olub dağıldı. Ağ libaslı adamların səsi, harayı bir-birinə qarışdı. 
Səddə çırpılan qatarın qara küləyi onu götürüb uzaqlara atdı. O 
bir  müddət  özünə  gələ  bilmədi,  ona  elə  gəldi  ki,  nə  qolu 
yerindədi, nə də qıçı. Elə bildi ölüb, o da bir qıraqda, haradasa 
yuxarıda  dayanıb,  öz  ölmüş  cəsədinə  baxır.  Sonra  gördü  yox, 
ölməyib, diridi, qolları da yerindədi, ayaqları da. Ancaq canının 
hər  yanından  qan  fışqırıb  axırdı.  Amma  canından  axan  qan 
onun  gördüyü  qana    bənzəmirdi.  Qan  duru  deyildi,  al  da 
deyildi, göydən gəlib ağ qatarın qabağında dayanan qara səddin 
rəngindəydi.  Və  qanını  belə  qara  görəndə  qışqırmaq  istədi. 
Anasını köməyə çağırmaq üçün dikəlib, oturmaq istədi. Lakin, 
nə  qışqırmağa  heyi  qalmışdı,  nə  də  dikəlib  oturmağa.  Onda 
bildi ki, o doğrudan da ölüb… 
Ayılıb bir neçə anlıq harada olduğunu bilmədi. Düşündü, 
daşındı, yatağının içində çabaladı və bundan sonra anladı ki, nə 
ağ  qatara  minib,  nə  ağ  qatarın  içində  ağ  buludların  yanına 


 
117 
gedib,  nə  də  ağ  qatar  qara  səddə  çırpılıb.  Bildi  ki,  bunların 
hamısı gördüyü yaxşı və pis yuxunun içindəymiş. 
Əl-qolunu  tərpətdi.  Əl-qolu  sağ-salamat  yerindəydi.  Və 
Duruqan üz-gözünün tərini silib, güzgünün qabağında dayandı. 
Deyəsən, yaxşı yuxunun pis sonluğu onun rəngini qaçırmışdı. 
Geyinib  o  biri  otağa  keçəndə  mətbəxdən  boylanıb  ona 
baxan Lyudmila xalanı gördü. 
-  Oğlum,  yuxuya  qalmısan.  İstədim  oyadım,  qıymadım. 
Gəl yeməyini ye, tez get. 
Lyudmila  xala  onların  evlərinə  baxan  qulluqçu  idi.  Neçə 
vaxt  idi  ki,  onların  evlərində  olurdu.  Çox səliqəli, nəzakətli və 
şirindil qadın olduğundan Duruqan onu çox sevirdi. 
Ona olan istəyinin başqa bir tarixçəsi də vardı. 
Atası  rayon  qadını  olan  bir  xanımı  evlərinə  qulluqçu 
götürmüşdü.  Çox  mərifətli  xanım  olsa  da,  Duruqan  onu 
xoşlamırdı. Onun üstündə tez-tez anası ilə mübahisəsi düşürdü. 
-  Ana,  atama  de,  bu  geri  qalmış  qadını  evimizdən  rədd 
eləsin. 
- Yenə başladın? 
- Xahiş edirəm, ana. 
-  Bu  qadının  nəyi  sənin  xoşuna  gəlmir,  Duruqan?  Əli 
təmiz, səliqəsi, qanacağı da öz yerində... 
-  Yox,  ana,  istəmirəm  onu.  Uşaqlar  ondan  danışanda, 
mənə  gülürlər. Gülməklərinin səbəbini bilirəm.  Düşünürlər ki, 
atam nazir müavini, anam məktəb direktoru olsa da, zəmanədən 
geri  qalmışıq.  Tanıdığım  uşaqların  hamısının  evində  xidmət 
edən  qulluqçular  başqa  millətdəndirlər.  Ya  rus,  ya  erməni,  ya 
da  yəhudi.  Biz  niyə  onlardan  götürmürük?  Eşitdiyimə  görə, 
keçmişdə  də  bizim  varlı  adamlar  öz  dayələrini,  qulluqçularını 
başqa millətlərin nümayəndələrindən götürərdilər. 
-  Bala,  o  vaxt  zəmanə  başqa  zəmanə  idi.  Qadınlarımız 
oxumurdular,  savadsız  idilər.  İndi  isə,  maşallah,  qadınlarımız 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə