Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 
99 
İçki  və  siqaretə  aludəçiliyi  onu  işdə  də  hörmətdən 
salmağa  başlamışdı.  İş  vaxtı  da  gizlincə  içdiyini  bilən 
müdiriyyət  ona  neçə  dəfə  xəbərdarlıq  etmiş,  ancaq  bütün 
bunların nəticəsiz qaldığını görəndə nəyin və nələrinsə xətrinə 
çox dərinə getməmişdilər. 
 
 
                *** 
 
Bu  gün  ailə  üçün  ən  əziz  günlərdən  biri  idi.  Tuqayın  on 
yeddi  yaşı  tamam  olurdu.  Evdə  hər  bir  hazırlıq  görülmüşdü. 
Cürbəcür tortlar, şirniyyatlar bişirilmişdi. Bir neçə isti və soyuq 
yeməklər hazırlanmışdı. Nazənin, Dərya, bir də səbəbkarın özü 
təzə  aldıqları  pal-paltarları  geyinmiş,  özlərinə  xüsusi  bəzək-
düzək  vermişdilər.  Şahnaz  onlardan  heç  də  geri  qalmırdı. 
Aldığı  bahalı  paltar  usta  əlindən  çıxmış  saçlarına,  üz-gözünə 
məxsusi  bir  yaraşıq  verirdi.  Evdə  əsl  bayram  əhval-ruhiyyəsi 
hökm sürürdü. Çatışmayan bircə şey var idisə, o da atanın, yəni 
Ziyadın  evdə  olmaması  idi.  Ziyad  yenə  iş  başındaydı.  Əslinə 
qalanda  o,  icazə  alıb  oğlunun  ad  gününü  evdə  keçirə  bilərdi. 
Ancaq Ziyad buna cəhd eləməmişdi. Heç ağzını açıb bu barədə 
müdiriyyətə bir kəlmə də olsun deməmişdi. Yoxsa onların ürəyi 
daşdan deyildi ki. Bir an belə düşünmədən Ziyada icazə verər, 
atanın  oğlunun  ad  günündə  onun  yanında  olmasına  maneçilik 
törətməzdilər. Ziyad isə  dinmədi, danışmadı, bu barədə onlara 
heç bir məlumat vermədi. Evdə isə… Ad gününə üç gün qalmış 
arvadını  yanına  çağırdı.  Bir  az  özünü  fikirli  kimi  göstərib 
Tuqayın ad günündən söhbət saldı. 
-  Naz,  o  günləri  müdiriyyətlə  danışdım,  dedim,  oğlumun 
ad  günüdür.  Evdə  qalmaq  üçün  onlardan  izin  istədim.  İcazə 
vermədilər,  dedilər,  nə  bilim,  dövlət  komissiyası  gələcək,  nə 
bilim,  yoxlama  olacaq.  Məni  üzrlü  sayın.  Evə  pul  qoymuşam, 
necə lazımdır ad gününü keçirin. Məni də yanınızda hiss edin. 


 
100 
Bu  əlli  manatı  da Tuqaya  verərsən,  atasının  adından özünə  bir 
şey alar. 
Nazənin  bir  kəlmə  də  artıq  danışmadı.  Elə  bil  onun  bu 
sözlərini  gözləyirdi.  Bu  barədə  telefonda  Şahnaza  xəbər 
verəndə, deyəsən, simin o ucunda bacısı da bu xəbərə sevindi… 
Evə  xeyli  adam  yığılmışdı.  İki  nəfərdən  başqa  hamısı 
qadınlar  idi.  Kişilərdən  biri  Şahnazın  əriydi.  O  biri  kişini  isə, 
deyəsən, evdə olanların heç biri tanımırdılar. 
Bu  adam  bir  qədər  yaşa  dolmuş,  ancaq  hələ  də  gənclik 
təravətini  itirməmiş  Sahib  idi.  Həqiqətən  onu  evə  gələnlər 
arasında Şahnazdan başqa bir kimsə tanımırdı. Şahnaz da onu 
sonralar, çox sonralar tanımışdı. O vaxtlar tanımışdı ki... 
Sahib üç-dörd dəfə maşınını dəyişmiş və  yenə də qırmızı 
rəngli  maşın  almışdı.  İndi  bu  maşında  Nazənindən  daha  çox 
Şahnaz  əyləşirdi.  Elə  onların  evinə  gəlməyinin  səbəbkarı  da 
Şahnazın  özü  idi.  Dünən  axşamüstü  o  Nazənini  yanlamış  və 
onu dilə tutmağa başlamışdı. 
- Bacı, kişilərdən kim olacaq? 
- Heç kim. 
- Bəs, Tuqay taxt-tacında tək oturacaq? 
- Deyirsən, kiminlə otursun? 
- Bizim ölmüş gəlmək istəyir. 
-  Gəlsin  də,  nə  olacaq?  Bura  onun  öz  evidir.  Sən  onu  o 
qədər adam arasına çıxarmamısan ki, adamın inanmağı gəlmir. 
-  Ancaq,  bilirsən,  deyir,  evdə  kişi  olmasa,  mən  gedə 
bilmərəm. 
- Tuqay kişidir də. 
- Bah, bah, Tuqaydan kişi olar? 
- Sözünün canı nədir? O qədər gücənirsən ki. 
- Sahib gəlmək istəyir. 
- Bizə? 
- Hə. Deyir, dəvət etsəniz gələrəm. 
- Axı o, heç bizə gəlməyib. 


 
101 
-  Gəlməyib,  indi  gələr.  Həm  onnan  səni  tanış  edərəm, 
həm də… 
Şahnaz  qəhqəhə  çəkib  güldü.  Onun  sözlərindən,  həm  də 
yersiz  qəhqəhə  çəkib  gülməsindən  Nazənin  xoşlanmadı.  Hələ 
ürəyində ona acığı da tutdu. 
- Bəs ərin soruşmayacaq ki, bu gələn adam kimdir? 
-  Eh,  bəxtəvərin  qızı,  o,  yüz  qram  içəndən  sonra  heç 
atasını tanımır. İçirdib sonra gətirəcəyəm. 
Yenə elə ürəkdən güldü ki, bütün əzaları titrədi. 
Sahibin  onlara  gəlməsini  Nazənin  bir  yandan  istəmirdi. 
Neçə illər idi Sahibin onların evlərinə gəlmək, onun uşaqlarını 
görmək  istəyini  ürəyində  qoyur,  yüz  bir  bəhanəylə  onun  bu 
gəlişinin qarşısına sədd çəkirdi. Bir  yandan da ondan utanırdı. 
Axı  o,  Nazəninə  çoxlu  pul  xərcləyirdi.  O  pulların  hesabına 
Nazənin özünə, uşaqlarına pal-paltar, qızıl-mızıl alırdı. Və söz 
düşəndə  Ziyadı  aldadıb,  bütün  bunları  ona  yaxın  rəfiqələrinin 
hədiyyə elədiklərini deyir, hələ üstəlik bu hədiyyələrin əvəzini 
vermək üçün Ziyaddan pul da alırdı. 
Məclis  başlayanda  Şahnazın  dediyi  kimi,  əri  artıq  hazır 
vəziyyətdə  idi.  O,  deyir,  gülür,  şənlənir,  yerinə  düşən, 
düşməyən  lətifələr  danışırdı.  Bir  azdan  o,  idarəolunmaz  hala 
düşdü.  Şahnaz  onu  aparıb  yataq  otağına  saldı.  İndi  məclis 
tamamilə Sahibin rəhbərliyi altına keçmişdi. O, hamıya bir-bir 
söz  verir,  hər  sağlığın  sonunda  da  badəsini  doldurub  başına 
çəkirdi. 
Məclisdə  olanların  hamısı  içirdi.  Təkcə  Nazənindən 
savayı. Nazənin içməyi bacarmırdı.  İçəndə ürəyi qalxırdı. Bir-
iki  dəfə  Sahib  onu  içməyə  məcbur  eləmiş,  hər  dəfə  də  bunun 
əziyyətini çəkmişdi. 
İçkilərin  hamısını  Sahib  gətirmişdi.  Hamısı  da  bahalı  və 
xaricdən gətirilən içkilər idi. 
Səbəbkarın  özü  də  içirdi.  Bir  il  olardı  ki,  evlərinə  gələn 
xanımlar  ona  içməyi  öyrətmişdilər.  Və  bir  azca  içən  kimi 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə