Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

 
92 
Ziyad  tələsik  sürücünün  pulunu  verib  maşından  düşdü. 
Piyada  ayaqları  yorulana  qədər  bəzi  yerləri  qaranlıq,  bəzi 
yerləri alaqaranlıq, bəzi yerləri isə işıqlı dar dalanlarda dolaşdı. 
Gözlərini  dörd  eləyib  qırmızı  maşını  aradı.  Hə,  axır  ki,  tapdı 
deyəsən.    Ürəyinin  döyüntüsü  bir  az  da  artdı,  az  qala  gəlib 
qulaqlarına  çatdı.  Bir  yer  seçib  dayandı.  Dayandığı  yerdə  onu 
görə  bilməzdilər.  O  isə  ətrafı,  gözündə  qara  kabusa  dönən 
qırmızı maşının yan-yörəsini aydın görürdü. 
Neçə  dəqiqə  keçdi;  beşmi,  onmu,  bəlkə  yarım  saat, 
bilmədi. Amma bu müddət ona uzun və cansıxıcı gecələr kimi 
bitib-tükənməz qədərində göründü. Maşına yaxınlaşan kişini və 
qucağında uşaq olan qadını görəndə sevindiyindən nə edəcəyini 
bilmədi.  Bu  o,  deyildi.  Qucağında  uşaq  maşına  əyləşib  gedən 
tamam başqa, onun  tanımadığı bir adam idi. 
Yenə  ürəyində  inam  şöləsi  yandı.  Bəlkə  ona  olan 
şübhələri  yersizdir?  Bəlkə  qəlbində  gizlənən  və  ona  rahatlıq 
verməyən  xain  hisslər  onu  aldadır?    Bəlkə  qadınına  olan  bu 
şübhələriylə  Tanrı  qarşısında  böyük  günahlar  qazanır?  Və  bir 
gün  bu  günahların  haqq-hesabı  ondan  sorulacaq?  Onda  nə 
cavab  verəcək?  Deyəcək  ki,  bir  yastığa  baş  qoyduğum  qadına 
inanmamışam?  Deyəcək  ki,  ömür-gün  yoldaşıma  qəlbimdə 
böhtanlar  atıb,  əxlaqsız  qadınlarla  bir  tutmuşam?  Deyəcək  ki, 
uşaqlarımın  anası  olan  bir  qadına  layiq  olmadığı  inamsızlıqla 
yaşamışam?..  Yox,  yox, bunları ondan soruşmayacaqlar. O bu 
suallara cavab verməyəcək. Lazım gəlsə, qadınından dönə-dönə 
üzr  istəyəcək.  Ondan  günahlarına  görə  bağışlanması 
təmənnasında olacaq. 
Evə  gəlib  çatınca  ikili  hisslərin  əlində  çırpına-çırpına 
qaldı.  Yolda  imkan  tapıb  üç,  dörd  yüz  qram  araq  da  içmişdi. 
Son  vaxtlar  çox  içirdi.  Və    işlədiyi  yerdə  onlara  baxan  həkim 
onun bu qədər içməyinin təhlükəli olduğunu deyirdi. O, isə heç 
nəyə baxmadan içir, siqareti-siqaretə calayırdı. 


 
93 
Qapının  zəngini  basdı.  Həm  keçirdiyi  hisslərin,  həm  də 
arağın təsirindən qapının bir azca gec açılması onu az qala dəli 
edəcəkdi. 
Qadınının  gülümsər  üzünü  görəndə  onun  ayaqları  altına 
düşməkdən  özünü  birtəhər  saxladı.  Qucaqlayıb  Nazənini  elə 
qapının ağzındaca öpdü. 
-  Neyləyirsən,  ay  Ziyad,  qoy  bir  qapını  bağlayım…  Püf, 
yenə  içmisən.  Deyirəm  axı,  sən  içəndə,  başın  dumanlı  olanda 
məni sevirsən. Başqa vaxtlar elə qaşqabaqlı gəzib-dolaşırsan ki, 
elə bilirəm keçmişdə dədəmin dədənə borcu qalıb… Yaxşı, bir 
de görüm, nə əcəb bu gün belə tez gəlmisən?  
- Tufan qopacaq, arvad, dünya dağılacaq. 
- Nə, onu kim deyir? Yenə sinoptiklər gic-gic danışıb? 
-  Nazənin,  səni  nə  qədər sevdiyimi  bilirsən. Ona  görə  də 
gərək məni…  
Nazənin  mətbəxə  keçdi.  Ziyadın  sözlərinin  sonunu 
eşitmədi. 
Nazənin  bu  gün  çox  yaraşıqlı  görünürdü.  Bəlkə  heç 
ömründə  Ziyad  Nazənini  belə  qəşəng  görməmişdi.  Üzünə 
vurduğu  ənlik-kirşan da  bu gün ona başqa  cür  yaraşıq verirdi. 
Ayrı  günlər  belə  bəzənəndə  Ziyad  ona  hirslənir,  bu  bəzək-
düzəyin  ona  heç  yaraşmadığını  və  onu  olduğundan  da  pis 
göstərdiyini  deyirdi.  Onun  belə  sözlərindən  sonra  Nazənin  nə 
edəcəyini bilmir, hirsini uşaqların, qab-qacağın üstünə tökürdü. 
Bu gün isə… Ziyad həvəsə gəlib hələ Nazəninə şirin bir bayatı 
da dedi: 
                             Əzizim, gündə gələ, 
                             Gün çıxa, gündə gələ, 
                             Vəfalı o yardı ki, - 
                             Yanıma gündə gələ. 
Belə  şirin  davranışı  ərindən  çoxdan  görməyən  Nazənin 
heyrət dolu nəzərlərlə onun üzünə baxırdı. 


 
94 
Və  Ziyad    gecənin  gəlməsini,  Nazəninlə  bir  yataqda 
olmasını gözləyirdi. İstəyirdi ki, o vaxta qədər beyninin dumanı 
tam çəkilməsin. Ömür-gün yoldaşına baldan şirin sözlər desin. 
Onu  oxşasın,  əzizləsin…  Diləyə  bilsə,  ondan  təvəqqə  diləsin, 
desin ki… 
Bu  vədə  telefonun  uca  cingiltisi  onu  diksindirdi.  Dəstəyi 
götürdü.  O  başda  kimsə  bir  az  dinləyib,  dəstəyi  üstünə  atdı. 
Azca  ötmüş  yenə  zəng  gəldi,  naməlum  adam  yenə  aram-aram 
nəfəs alıb əlaqəni kəsdi. 
Ziyad  bu  zənglərdən  bir  az  ayılan  kimi  oldu.  Elə  bil 
beynindəki  tüstü-duman  tədricən  çəkilir,  nəşə,  ləzzət  yerini 
yenə hüznə, kədərə, şübhəyə verirdi. 
Nazənin  qızının  əlindən  tutub,  gülə-gülə  Ziyadın  yanına 
gələndə  Ziyad özü də bilmədən bu cavabsız zənglərin haradan 
gəldiyini soruşdu: 
- Bu kim ola, Nazənin? 
- Mən nə bilim… Yəqin anandır, oğlundan nigaran qalıb. 
Zəng edib görsün nə təhər dolanır. 
- Anamla işin olmasın. O, yaxşı qadındır. 
Elə  bil  bu  anlarda  Ziyadın  canında,  ruhunda,  xəyalında 
həzin  ney  havası  çalındı.  Bu  ney  havası  onu  götürüb  bir  anda 
uzaqlara, keçmişdə qalan günlərinə apardı. 
Anası  onu  çox  istəyərdi.  Ziyad  hiss  edərdi  ki,  anası  onu 
bacısından  çox  sevir.  Bəlkə  bu  belə  deyildi,  bəlkə  fəhmi 
aldadırdı onu. Ancaq hər halda, belə düşünürdü və nəyə görəsə 
elə  belə  də  olmasını  arzulayırdı.  Atasının  isə  ondan  daha  çox 
bacısını sevdiyini duyurdu. 
Bir  günləri  uşaq  şıltaqlığı  ilə  bu  fəhmini  dəqiqləşdirmək 
istədi. Əvvəl anasından soruşdu: 
-  Ana,  sən  Allah  düzünü  de,  Səmayəni  çox  istəyirsən, 
yoxsa məni? 
- Hər ikinizi, - ana  düşünmədən cavab vermişdi. 
- Bəs ən çox? 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə