Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 
89 
etiraz  edir,  insanlardan  qaçır,  onarla  bir  yerdə  olanda  isə  sərt 
hərəkətləri,  acı  sözləri,  pis  rəftarı  ilə  onları  özündən  incik 
salırdı? 
Tuqaydan  sonra  bir  neçə  il  uşaqlarının  olmaması, 
Nazəninin  bir  neçə  il  müalicə  alması  və  bütün  bunların 
nəticəsiz  qalması  Ziyadı  çox  qayğılandırmışdı.  Hər  zaman  bir 
uşaqlı ailələrə yazığı gəlmişdi. Düşünmüşdü ki… Yox, hərdən 
ailələrdə  olan  bir  uşaqlar  başqa  ailələrdə  olan  altı-yeddi 
uşaqdan da  yaxşı olur, ziyasının nuru  yeddi  ailəni işıqlandırır. 
Tək  uşaqlar  çox  zaman  gur  işığıyla  bir  elə,  bir  obaya  nur  seli 
çiləyir,  yandıqca  yanır, könüllərdə sönməyən çıraq yandırırlar. 
Ancaq  Ziyad  Tuqayın  tək  olmasını  istəmirdi.  Və  Allaha 
yalvarıb  oğlunu  tək  qoymamağı  diləyir,  ona  bir  qardaş,  ya  da 
bir bacı istəyirdi. 
Lakin  Dərya  dünyaya  gələndə  heç  sevinmədi  Ziyad.  Bir 
yandan  ata-anasının  illərcə  davam  edən  soyuqluğu,  o  biri 
yandan  da  Nazəninlə  arasında  olan  ziddiyyətli  məqamlar  onu 
sevinməyə  qoymadı.  Hələ  bəlkə  də,  ürəyinin  dərin,  lap  dərin 
guşəsində qızının dünyaya gəlməsinə təəssüf hissi də keçirdi. 
Onlar  zahirən  bir-birini  sevirdilər.  Nazənin  çox  vaxt  elə 
mehribanlıq  göstərirdi  ki,  Ziyad  qadın  mehrindən  sehirlənir, 
onun  şirinliyinə  şirin  öpüşlərlə  cavab  verirdi.  Ancaq  başqa 
vaxtları, ən çox da işdə olan müddətdə ürəyində şübhəli hisslər 
dolaşır, onu rahat olmağa qoymurdu. Evə gələndə isə… 
İşdən çıxmaq üçün ərizə də yazmışdı. Amma müdiriyyət 
buna razılıq verməmiş, ərizəni cırıb atmışdılar. 
- Sən dəlisən, Əhmədov? 
- Niyə ki? 
- Dənizdən aralı yaşaya bilərsən? 
- Dözə bilmirəm. 
- Nəyə dözə bilmirsən? 
- Ailə, uşaqlar... 


 
90 
-  Ha,  ha,  ha...  Deməli,  Əhmədov,  sənin  dərdin  arvad 
dərdidir.  On  beş  günün  həsrətinə  dözə  bilmirsən.  Ah,  bu 
məhəbbət, insanları necə də zavallı günə salır. Get, yarım saat 
sənə  vaxt  verirəm,  fikirləş,  əgər  dəniz  sevgilindən  ayrıla 
bilərsənsə, onda işdən çıxmaq haqqında ərizənə qol çəkərəm. 
Ziyad gəminin göyərtəsinə çıxdı. Dalğalanan mavi sulara 
baxdı.  Deyəsən,  dənizə  yağış  yağırdı.  Belə  anlarda  dəniz  elə 
qayğılı,  istəkli  görünürdü  ki...  Ziyad  xəyallandı.  Bir  yanda 
doğma dəniz, o biri yanda... 
İçəriyə qayıtdı. Rəisin otağına daxil olub, onunla üzbəüz 
dayandı. 
-  Yoldaş  rəis,  mən  dənizdən  ayrıla  bilmərəm.  Dəniz 
mənim əbədi sevgilimdir! 
Ziyadın  qarşısında  duran  böyük  suallar  isə  ona  nə  evdə, 
nə  də  işdə  rahatlıq  vermirdi.  Evlərinə  gələnlərin  kimliyi, 
oğlunun,  qızının  tərbiyəsi,  arvadının,  baldızının  müəmmalı 
hərəkətləri  onu  qayğılandırır,  qəlbinə  sıxıntı  gətirir,  işıqlı 
sabaha olan inamının üstünə qapqara bir kölgə salırdı. 
Arvadına  olan  inamsızlıq  onda  çoxdan  baş  qaldırmışdı. 
Əlində  tutarlı  dəlillər  yox  idi.  Ona  görə  bu  barədə  oturub 
onunla söhbət də edə bilmirdi. Əslində belə söhbət eləməyi heç 
kişilik qüruruna da sığışdıra bilməzdi. Arvadı üzünə deməsə də, 
ürəyində  deyə  bilərdi,  deyərdi  ki,  ay  nakişi,  ay  biqeyrət, 
arvadından  şübhələnən  adam  bu  mövzunu  müzakirəyə 
çıxarmaz,  ya vurub onu  öldürər,  ya da buna  cəsarəti çatmırsa, 
onu qapısından qovub, atasının xarabasına göndərər. 
Çox  başını  aparandan  sonra  Nazəninin  işləməyinə  izin 
vermişdi. Ancaq onun işlədiyi müddətdə Ziyadın qara şübhələri 
bir az da şiddətlənmişdi. 
Uşaqlara Şahnaz baxırdı. Ya gəlib yanlarında durur, ya da 
özü ilə götürüb aparırdı. 


 
91 
Belə üzüntülü vəziyyət bir ilə kimi davam elədi. Və Ziyad 
Nazəninin  qırmızı  bir  maşına  oturub  getdiyindən  şübhələndiyi 
vaxt… 
Ziyad o gün işdən bir az tez gəlmişdi. İşin qaydasına görə 
o,  evə  gecə  qayıtmalıydı.  Amma  axşam  havanın  dəyişəcəyini, 
güclü  küləyin  olacağını  hava  məlumatçılarından  eşidən 
rəhbərlik onları işdən üç-dörd saat əvvəl azad eləmiş, vertolyot 
çağırıb, işçiləri sahilə yola salmışdılar. 
Yaxşı  ki  bu  gün  onlar  gəmi  ilə  dolaşıb,  kəşfiyyat  işini 
başa vurmuşdular. Külək tez başlansaydı onların işləri yarmçıq 
qala  bilərdi.  Elə  bil  tufanın  da  onlara  rəhmi  gəlmiş,  hikkəli 
gəlişini  təxirə  salaraq,  kəşfiyyatçıların  işini  başa  vurmalarına 
şərait yaratmışdı. 
Ziyad  evə  çatanda  qapını  bağlı  gördü.  Ehtiyat  açarı 
götürməmişdi.  Həm  Nazənini  gözləmək,  həm  də  bəzi  şeyləri 
almaq  üçün  evlərinin  yaxınlığındakı  dükana  yaxınlaşanda 
gözlərinə  inanmadı.  Alaqaranlıqda  Nazənin  bir  qırmızı  rəngli 
maşına oturub getdi. Ziyad gördüyündən özünü itirdi. Əvvəl nə 
edəcəyini bilmədi. Sonra qərara gəlib, yanda dayanmış taksiyə 
oturdu və sürücüdən qırmızı maşını təqib etməsini xahiş etdi. 
Ziyad  oturduğu  yerdə  dayana  bilmir,  əlləri  əsir,  az  qala 
sürücüyə  qışqırıb  o  maşına  çatmasını  istəyirdi.  Gah  qırmızı 
maşına yaxınlaşır, gah da aralı qalırdılar. 
Maşın  burulub  bir  həyətə  daxil  oldu.  Onlar  da  onun 
arxasınca…  Ancaq  bir  anda  qırmızı  maşını  gözdən  qaçırdılar. 
Sanki  maşını  Tanrı  əli  ilə    götürüb,  göyün  görünməz  yerinə 
çəkdi. 
Bir  az  dolanbac  məhəllələr  arasında  key-key  fırlanıb, 
qırmızı maşını axtardılar. Sonra sürücü bezib maşını saxladı. 
-  Qardaş,  deyəsən  sənin  o  qırmızı  maşınını  yerlər  uddu. 
Vallah, bu qatmaqarışıq dalanlarda onu tapmaq olmaz. 
- Yaxşı, onda  sağ ol. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə