19
alyans
- ayrı-ayrı adamların, siyasi partiyaların və ya dövlətlərin ümumi
məqsədlərə çatmaq üçün ittifaqları, birlikləri.
amazonlar (yun. "amazones")
- yunan mifologiyasında Kiçik Asiyada,
Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən
qadınlar qəbiləsi. Amazon" adı, guya, kamandan ox atmağın asan olması üçün
qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün
vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır,
özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri
ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanları
öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin
fikrincə, amazonlar haqqındakı əfsanələrdə və onların Olimpiya qəhrəmanları
(Herakl və b.) ilə mübarizələrində matriarxat dövrü əks olunmuşdur. Roma
tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların
Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban
qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı
qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi. Məhz bu
qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda
döyüşkən amazon tayfalarının yaşaması və albanların Romaya qarşı savaşında
onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olmuşdur.
Amasya müqaviləsi (1555)
- Səfəvilər dövləti ilə Osmanlı imperiyası
arasında Türkiyənin Amasya şəhərində 1555-ci il mayın 25-də imzalanmışdır.
Amasya müqaviləsinin şərtlərinə görə, Gürcüstan və Ermənistanın qərb hissələri
Osmanlı imperiyasına, onların şərq hissəsi isə Səfəvilər dövlətinə çatırdı.
Amenhotep IV
- Qədim Misir fironu (e.ə. XV əsrin sonu -
XIV əsrin əvvəli). IV Amenhotep Amon-Ra allahına pərəstişlə sıx
bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir.
Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə
və qədim əyanlara zərbə endirdi, sonra isə Aton allahının kultunu elan
etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki
Tel-əl-Amarna şəhərciyi) köçürdü. Firon Exnaton adını aldı.
amfiteatr
- qədimdə kütləvi tamaşa üçün nəzərde tutulmuş monumental
tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında divarla
əhatələnmiş arena - səhnə olurmuş. Onun ətrafında isə tamaşaçılar üçün nəzərdə
tutulan və tədricən maili yüksələn oturacaqlar
yerləşdirilirmiş. Qədim Romada amfiteatrlar qladiator
döyüşləri üçün inşa edilirmiş. Qədim Roma şəhərlərinin
bir sıra amfiteatrları dövrümüzədək qalmışdır.
Bunlardan diqqəti daha çox cəlb edəni Kolizey
amfiteatrıdır. amfora - çaxır, zeytun yağı, sous, şirə və
ya bal saxlamaq üçün gövdəsi dəyirmi çıxıntılı, iki şaquli qulpu və dar ağzı olan gil
qab. Qədim yunan şəhərləri, xüsusilə də Afina amfora istehsalı ilə şöhrət
20
qazanmışdı. amnistiya (yun. "amnestiya" - "unutma", "bağışlama") - dövlət
başçısının və ya ali nümayəndəli hakimiyyət orqanının qərarı ilə cinayət törədən
şəxslərin cəzadan tam və ya qismən azad edilməsi və ya cəzanın daha yüngül cəza
ilə əvəz olunması. Bax həmçinin: əfv.
Amon və ya Amon-Ra
(Qədim Misir dilində "Amon" "gizlədilmiş",
"örtülmüş") - Qədim Misirdə Günəş allahı. Amon allahının dini mərkəzi əvvəlcə
Fiva şəhəri idi. E.ə. XVI əsrdən Amon Günəş allahı Ra ilə
eyniləşdirilir və Amon-Ra Qədim Misirdə ümumdövlət allahına
çevrilir. Bundan sonra Amon-Raya "bütün allahların hökmdarı",
bütün mövcudatı xəlq edən allah kimi pərəstiş edilir. Fironun
Amon-Ranın oğlu kimi ilahiləşdirilməsi bununla bağlıdır. Amon-
Ra adətən insan şəklində (bəzən qoç başlı), iki uzun lələyi və günəş
çevrəsi olan tacda təsvir olunurdu. Qoç Amonun müqəddəs heyvanı hesab edilirdi.
anarxizm (yun. "hakimiyyətsizlik")
-XIX əsrin ortalarında Avropada
təşəkkül tapmış ictimai-siyasi cərəyan. Anarxistlər yubadılmadan kortəbii üsyan
nəticəsində hər cür dövlət hakimiyyətini məhv etməyə və istehsalçıların xırda
muxtar birlikləri cəmiyyətini yaratmağa çağırırlar. Anarxizmin əsas ideoloqları
Prudon və Bakunin olmuşlar.
anarxiya (yun. "hakimiyyətsizlik")
–ayrı-ayrı adamların və ya qrupların
rəhbərliyə, hökumətə tabe olmaması və bu zaman meydana çıxan qarışıqlıq.
animizm
- canlı və cansız təbiətin cism və hadisələri fövqündə durub,
onları idarə edən və fövqəladə varlıqlar kimi təqdim olunan ruhlara inam.
Animizmdə ölmüş əcdadların ruhları, insanların, bitkilərin, ildırımın, küləyin,
xəstəliklər və s.-nin ruhları insan keyfiyyətləri ilə təqdim olunur.
anklav
- 1) bir dövlətin ərazisinin başqa bir dövlətin ərazisi ilə tam əhatə
olunması; 2) hər hansı bir dövlətin ərazisinin bir qisminin digər dövlət və ya bir
neçə dövlətin ərazisi ilə əhatə olunması.
Anqra Manyu
— zərdüştilikdə şər, zülmət və ölüm allahı, Ahura
Mazdanın əkiz qardaşı və rəqibi. Anqra Manyu hər cür günahlar yaratmışdır:
cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan
Qayomartanı məhv etmişdir. Ona tabe olan allahların - divlərin vasitəsilə fəaliyyət
göstərirdi.
annallar
- qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin
illər üzrə yazılışı. Qədim misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda
və b. xalqlarda illər üzrə yazı olmuşdur. "Annal" məfhumu latın mənşəlidir (latınca
"annus" - "il" deməkdir). Orta əsrlərdə annallar adətən monastırlarda aparılırdı.
Annallar "Tarix"lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir.
anneksiva
- başqa dövlətin ərazisinin tutulub zorla birləşdirilməsi.
antaqonizm
- düşmənçilik edən, bir-birinə qarşı duran qüvvələr arasında
barışmaz
ziddiyyət.