Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə9/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   5   6   7   8   9   10   11   12   ...   205

19 

 

alyans 

-  ayrı-ayrı  adamların,  siyasi  partiyaların  və  ya  dövlətlərin  ümumi 

məqsədlərə çatmaq üçün ittifaqları, birlikləri. 



amazonlar  (yun.  "amazones")

  -  yunan  mifologiyasında  Kiçik  Asiyada, 

Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən 

qadınlar  qəbiləsi.  Amazon"  adı,  guya,  kamandan  ox  atmağın  asan  olması  üçün 

qızların  sol  döşlərinin  yandırılması  adətindən  meydana  gəlib.  Amazonlar  bütün 

vaxtlarını döyüşlərdə  keçirir,  ox-kaman, döyüş baltası,  yüngül qalxanla silahlanır, 

özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri 

ilə  nəsli  davam  etdirmək  naminə  nikaha  girir  və  bu  zaman  doğulan  oğlanları 

öldürür  (ya  da  atalarına  verir),  qızları  isə  özlərinə  götürürmüşlər.  Tarixçilərin 

fikrincə,  amazonlar  haqqındakı  əfsanələrdə  və  onların  Olimpiya  qəhrəmanları 

(Herakl  və  b.)  ilə  mübarizələrində  matriarxat  dövrü  əks  olunmuşdur.  Roma 

tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların 

Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban 

qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı 

qadın  da  var  idi.  Alban  qadınlarının  igidliyi  romalıları  heyran  etmişdi.  Məhz  bu 

qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda 

döyüşkən  amazon  tayfalarının  yaşaması  və  albanların  Romaya  qarşı  savaşında 

onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olmuşdur. 



Amasya  müqaviləsi  (1555)

  -  Səfəvilər  dövləti  ilə  Osmanlı  imperiyası 

arasında  Türkiyənin  Amasya  şəhərində  1555-ci  il  mayın  25-də  imzalanmışdır. 

Amasya  müqaviləsinin  şərtlərinə  görə,  Gürcüstan  və  Ermənistanın  qərb  hissələri 

Osmanlı imperiyasına, onların şərq hissəsi isə Səfəvilər dövlətinə çatırdı. 

Amenhotep  IV 

-  Qədim  Misir  fironu  (e.ə.  XV  əsrin  sonu  - 

XIV  əsrin  əvvəli).  IV  Amenhotep  Amon-Ra  allahına  pərəstişlə  sıx 

bağlı  olan  Fiva  əyanlarının  qüdrətini  sarsıtmağa  cəhd  göstərmişdir. 

Əhalinin orta  təbəqələrinə  arxalanan IV  Amenhotep Fiva  kahinlərinə 

və qədim əyanlara zərbə endirdi, sonra isə Aton allahının kultunu elan 

etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki 

Tel-əl-Amarna şəhərciyi) köçürdü. Firon Exnaton adını aldı. 



amfiteatr

 - qədimdə kütləvi  tamaşa üçün nəzərde tutulmuş monumental 

tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında divarla 

əhatələnmiş  arena  -  səhnə  olurmuş.  Onun  ətrafında  isə  tamaşaçılar  üçün  nəzərdə 

tutulan  və  tədricən  maili  yüksələn  oturacaqlar 

yerləşdirilirmiş.  Qədim  Romada  amfiteatrlar  qladiator 

döyüşləri üçün inşa edilirmiş. Qədim Roma şəhərlərinin 

bir  sıra  amfiteatrları  dövrümüzədək  qalmışdır. 

Bunlardan  diqqəti  daha  çox  cəlb  edəni  Kolizey 

amfiteatrıdır.  amfora  -  çaxır,  zeytun  yağı,  sous,  şirə  və 

ya bal saxlamaq üçün gövdəsi dəyirmi çıxıntılı, iki şaquli qulpu və dar ağzı olan gil 

qab.  Qədim  yunan  şəhərləri,  xüsusilə  də  Afina  amfora  istehsalı  ilə  şöhrət 




20 

 

qazanmışdı.  amnistiya  (yun.  "amnestiya"  -  "unutma",  "bağışlama")  -  dövlət 



başçısının  və  ya  ali  nümayəndəli  hakimiyyət  orqanının  qərarı  ilə  cinayət  törədən 

şəxslərin cəzadan tam və ya qismən azad edilməsi və ya cəzanın daha yüngül cəza 

ilə əvəz olunması. Bax həmçinin: əfv. 

Amon  və  ya  Amon-Ra 

(Qədim  Misir  dilində  "Amon"  "gizlədilmiş", 

"örtülmüş")  -  Qədim  Misirdə  Günəş  allahı.  Amon  allahının  dini  mərkəzi  əvvəlcə 

Fiva  şəhəri  idi.  E.ə.  XVI  əsrdən  Amon  Günəş  allahı  Ra  ilə 

eyniləşdirilir  və  Amon-Ra  Qədim  Misirdə  ümumdövlət  allahına 

çevrilir.  Bundan  sonra  Amon-Raya  "bütün  allahların  hökmdarı",  

bütün    mövcudatı  xəlq  edən  allah  kimi  pərəstiş  edilir.  Fironun 

Amon-Ranın  oğlu  kimi  ilahiləşdirilməsi  bununla  bağlıdır.  Amon-

Ra adətən insan şəklində (bəzən qoç başlı), iki uzun lələyi və günəş 

çevrəsi olan tacda təsvir olunurdu. Qoç Amonun müqəddəs heyvanı hesab edilirdi. 



anarxizm  (yun.  "hakimiyyətsizlik")

  -XIX  əsrin  ortalarında  Avropada 

təşəkkül  tapmış  ictimai-siyasi  cərəyan.  Anarxistlər  yubadılmadan  kortəbii  üsyan 

nəticəsində  hər  cür  dövlət  hakimiyyətini  məhv  etməyə  və  istehsalçıların  xırda 

muxtar  birlikləri  cəmiyyətini  yaratmağa  çağırırlar.  Anarxizmin  əsas  ideoloqları 

Prudon və Bakunin olmuşlar. 



anarxiya (yun. "hakimiyyətsizlik")

 –ayrı-ayrı adamların və ya qrupların 

rəhbərliyə, hökumətə tabe olmaması və bu zaman meydana çıxan qarışıqlıq. 

animizm

  -  canlı  və  cansız  təbiətin  cism  və  hadisələri  fövqündə  durub, 

onları  idarə  edən  və  fövqəladə  varlıqlar  kimi  təqdim  olunan  ruhlara  inam. 

Animizmdə  ölmüş  əcdadların  ruhları,  insanların,  bitkilərin,  ildırımın,  küləyin, 

xəstəliklər və s.-nin ruhları insan keyfiyyətləri ilə təqdim olunur. 

anklav

 - 1) bir dövlətin ərazisinin başqa bir dövlətin ərazisi ilə tam  əhatə 

olunması;  2)  hər  hansı  bir  dövlətin  ərazisinin  bir  qisminin  digər  dövlət  və  ya  bir 

neçə dövlətin ərazisi ilə əhatə olunması. 



Anqra  Manyu 

—  zərdüştilikdə  şər,  zülmət  və  ölüm  allahı,  Ahura 

Mazdanın  əkiz  qardaşı  və  rəqibi.  Anqra  Manyu  hər  cür  günahlar  yaratmışdır: 

cadugərlik,  xəstəliklər,  qocalıq,  ölüm,  zəhərli  sürünənlər  və  həşəratlar;  ilk  insan 

Qayomartanı məhv etmişdir. Ona tabe olan allahların - divlərin vasitəsilə fəaliyyət 

göstərirdi. 



annallar

 - qədim dövrdə və orta əsrlərdə nisbətən əhəmiyyətli hadisələrin 

illər üzrə  yazılışı. Qədim  misirlilərdə, assurlarda, farslarda, çinlilərdə, romalılarda 

və b. xalqlarda illər üzrə yazı olmuşdur. "Annal" məfhumu latın mənşəlidir (latınca 

"annus"  -  "il"  deməkdir).  Orta  əsrlərdə  annallar  adətən  monastırlarda  aparılırdı. 

Annallar "Tarix"lərlə birlikdə tarixi xronikanın inkişafının əsasını təşkil etmişdir. 



anneksiva

 - başqa dövlətin ərazisinin tutulub zorla birləşdirilməsi. 



antaqonizm 

- düşmənçilik edən, bir-birinə qarşı duran qüvvələr arasında 

barışmaz 

ziddiyyət. 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə