Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə205/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

412 

 

məmurları, tamahkar tacirlər və din xadimləridir. Onun mövzu genişliyi və dilinin 



xəlqiliyi ilə seçilən şerləri indi də xalq arasında böyük populyarlığa malikdir. 

Zaqafqaziya  komissarlığı

  -  1917-ci  il  noyabrın  15-də  Tiflisdə  yaradılmış 

Zaqafqaziya  hökuməti.  Rusiyada  Oktyabr  çevrilişindən  və  Müəssislər  Məclisinin 

çağırılmasından  sonra  bölgəni  anarxiyadan  xilas  etmək  məqsədilə  Gürcüstan 

Sosial-Demokrat  (menşeviklər)  Partiyasının,  "Müsavat"ın,  "Daşnaksütyun  "un  və 

eserlərin  nümayəndələri  Rusiyanın  bolşevik  hökumətinin  hakimiyyətini 

tanımaqdan  imtina  etdilər  və  Zaqafqaziyanın  müstəqil  hökumətini  -  Zaqafqaziya 

komissarlığını  yaratdılar.  Zaqafqaziya  komissarlığının  tərkibinə  Gürcüstandan 

Y.P.Gegeçkori  (sədr),  A.Çxenkeli,  Azərbaycandan  -  Fətəli  xan  Xoyski, 

M.Y.Cəfərov,  X.Məlikaslanov,  Ermənistandan  -T.Ter-Qazaryan,  X.Karçiqyan, 

A.Ağacanyan,  sağ  eserlərdən  isə  D.Donskoy  və  b.  daxil  oldular.  Zaqafqaziyada 

yalmz  Baksovetin  hakimiyyəti  altında  olan  Bakı  Zaqafqaziya  komissarlığına  tabe 

deyildi.  1917-ci  il  dekabrın  5-də  Zaqafqaziya  komissarlığı  Ərzincanda  Osmanlı 

imperiyası  ilə  separat  barışıq  imzaladı.  1917-ci  il  dekabrın  17-də  Türkiyə 

komandanlığı  Zaqafqaziya  komissarlığına  separat  sülh  müqaviləsini  imzalamaq 

haqqında danışıqlara başlamağı təklif etdi. Ərzincan barışığına əsasən, 1917-ci ilin 

sonları  -  1918-ci  ilin  əvvəllərində  tərxis  olunan  çar  ordusunun  silah,  sursat  və 

paltarının  xeyli  hissəsi  gürcü,  erməni  və  bolşevik  hərbi  birliklərinin  əlinə  keçdi. 

Zaqafqaziya 

komissarlığının 

Azərbaycan 

fraksiyası 

silahın 

bərabər 


bölüşdürülməsini tələb etdi.  Zaqafqaziya  komissarlığının tərxis olunan alaylardan 

birinin  silahının  azərbaycanlıların  sərəncamına  verilməsi  haqqında  fərmanına 

uyğun  olaraq  1918-ci  ilin  yanvarında  Şamxorda  həmin  tədbir  həyata  keçirildi. 

Tərk-silah  prosesində  toqquşma  baş  verdi,  hər  iki  tərəfdən  ölən  və  yaralananlar 

oldu.  Şaumyanın  başçılığı  ilə  Bakı  Soveti  "əksinqilabçı"  azərbaycanlılarla 

mübarizəni  gücləndirmək  və  azərbaycanlılara  qarşı  "mart  qırğını"nı  təşkil  etmək 

üçün  bundan  bəhanə  kimi  istifadə  elədi.  1918-ci  ilin  fevralında  Zaqafqaziya 

komissarlığı Zaqafqaziya Seymi ilə əvəz olundu. 



Zaqafqaziya  Seymi

  - 1918-ci il fevralın 28-də  Zaqafqaziya komissarlığı 

Zaqafqaziya  Seymi  ilə  əvəz  olundu.  Zaqafqaziya  Seymi  iqamətgahı  Tiflisdə  olan 

bölgə  parlamenli  idi.  Zaqafqaziya  Seymi  Y.P.Gegeçkorinin  başçılığı  ilə  hökumət 

təşkil  etdi.  Zaqafqaziya  Seymi  hökumətinin  Osmanlı  imperiyası  ilə  separat 

danışıqlara  hazırlaşdığı  dövrdə  Rusiya  imperiyası  ilə  Almaniya  arasında  Brest 

separat sülh  müqaviləsi  imzalandı. Müqavilənin şərtlərinə görə, Ərdəhan, Qars və 

Batum Osmanlı imperiyasına verilirdi. Zaqafqaziya Seymi Brest sülhünü tanımadı, 

lakin Brest sülhünün şərtlərinə əsaslanan Türkiyə Ərdəhan, Qars və Batumu təxirə 

salınmadan boşaltmaq haqqında Zaqafqaziya Seyminə ultimatum verdi. Trabzonda 

1918-ci il martın 14-də başlanmış danışıqlar zamanı türk qoşunları Ərdəhan, Qars 

və Batumu tutdular. Bununla yanaşı, Bakıda mart qırğınından sonra Bakı Sovetinin 

qoşunları aprelin 14-də Lənkəranı, aprelin 19-da Şamaxını, aprelin 21-də Salyanı, 

aprelin  23-də  Qubanı  ələ  keçirdi  və  buradakı  azərbaycanlı  əhalisinə  qanlı  divan 




413 

 

tutdu. Müsəlman fraksiyasının təzyiqi ilə Zaqafqaziya Seyminin 1918-ci il aprelin 



22-də  keçirilən  geniş  yığıncağında  müstəqil  Zaqafqaziya  Demokratik  Federativ 

Respublikasının elan edilməsi haqqında qətnamə qəbul olundu. Elə həmin iclasda 

Gegeckori  istefaya  çıxdı  və  A.İ.Çxenkelinin  başçılığı  ilə  yeni  hökumət  təşkil 

olundu.  1918-ci  ilin  aprelində  general  Şıxlinskinin  komandanlığı  ilə  "Əlahiddə 

Azərbaycan  korpusu"nun  təşkilinə  başlanıldı.  Korpusun  əsasını  çar  ordusunda 

"vəhşi  diviziya"  kimi  tanınan  tatar  alayı  təşkil  edirdi.  1918-ci  il  mayın  11-də 

Batumda  Zaqafqaziya  Seymi  ilə  Türkiyə  arasında  danışıqlar  bərpa  edildi. 

Zaqafqaziya  Seymi  Türkiyənin  Qars,  Ərdəhan  və  Batum  vilayətlərinə  olan  tam 

hakimiyyətini  tanımaq  məcburiyyətində  qaldı.  Danışıqlar  zamanı  alman  generalı 

fon  Kressin  təzyiqi  ilə  Zaqafqaziya  Seyminin  gürcü  fraksiyası  Zaqafqaziya 

Respublikası tərkibindən çıxmaq və Gürcüstanı müstəqil elan etmək qərarına gəldi. 

1918-ci  il  mayın  26-da  Zaqafqaziya  Seyminin  son  iclası  oldu  və  Zaqafqaziya 

Respublikasının  dağılması  faktını  bəyan  etdi.  Bundan  az  sonra  Azərbaycan 

Demokratik Respublikasının (ADR) yaradılması elan olundu. 



Zaqafqaziya  Sovet  Federativ  Sosialist  Respublikası

  (ZSFSR)  - 

Azərbaycan  SSR,  Ermənistan  SSR  və  Gürcüstan  SSR-dən  ibarət  dövlət  qurumu 

(1922  -  36).  ZSFSR-i  yaradarkən  bolşeviklər  əsasən  Cənubi  Qafqaz 

respublikalarında milli xüsusiyyətləri maksimum dərəcədə azaltmaq və bununla da 

onları Moskvadan asılı vəziyyətdə saxlamaq məqsədi güdürdülər. 1922-ci il martın 

12-də 

Azərbaycan,  Ermənistan  və  Gürcüstanın  kommunist  partiyaları 



nümayəndələrinin  konfransı  RK(b)P  Qafqaz  bürosunun  hazırladığı  ittifaq 

müqaviləsinin  mətnini  təsdiq  etdi.  İttifaq  Soveti  və  Ali  İqtisadi  Şura  yaradıldı. 

Zaqafqaziya sovetlərinin Bakıda 1922-ci il dekabrın 10-da keçirilən I qurultayında 

Zaqafqaziya  Sovet  Federativ  Sosialist  Respublikasının  (ZSFSR)  yaradılması  elan 

edildi, ZSFSR-in konstitusiyası qəbul olundu və Zaqafqaziya   Mərkəzi   İcraiyyə   

Komitəsi  (ZaqMİK)  seçildi.  Formal  olaraq  ZSFSR  RSFSR,  Ukrayna  SSR  və 

Belorusiya  SSR  ilə  birlikdə  SSRİ-nin  təsisçilərindən  biri  sayılırdı.  1931-ci  ildə 

Q.Musabəyov  Zaqafqaziya  Federasiyası  Xalq  Komissarları  Sovetinin  sədri  oldu. 

1936-cı il dekabrın 5-də qəbul olunmuş  SSRİ Konstitusiyasına  görə,  ZSFSR ləğv 

edildi və Zaqafqaziya müttəfiq respublikaları, o cümlədən Azərbaycan SSR birbaşa 

SSRİ-nin tərkibinə daxil oldu. 

Zaqatala üsyanı

 (1863) - üsyanın səbəbləri Zaqatala (keçmiş Car-Balakən) 

dairəsində  sosial  münasibətlərin  mürəkkəbliyi,  çarizmin  sərt  müstəmləkəçilik 

siyasəti,  əhalinin  zorla  xristianlaşdırılması  və  camaatın  yuxarı  təbəqələrinin 

marağına toxunan feodal asılı münasibətlərinin gələcəkdə ləğv edilməsi idi. 1863-

cü ilin iyununda başlayan üsyana yerli əhali arasında böyük nüfüza malik olan çar 

ordusunun  keçmiş  zabiti  Hacı  Murtuz  rəhbərlik  edirdi.  1863-cü  il  iyunun  5-də 

üsyançıların düşərgəsində Hacı Murtuz imam elan edildi. İyunun 5-dən 6-na keçən 

gecə  üsyançılar  Zaqatala  qalasına  uğursuz  hücuma  başladılar.  Tezliklə  üsyan 

amansızcasına  yatırıldı.  Çar  məhkəməsinin  hökmü  ilə  18  üsyançı  asıldı,  mindən 




414 

 

artıq  adam  katorqaya  sürgün  edildi,  onların  evləri  uçuruldu,  torpaqları  müsadirə 



edildi. 

Zama

  -  Şimali  Afrikada  Karfagen  şəhərindən  120  km  cənub-şərqdə  şəhər. 

E.ə. 202-ci il oktyabrın 19-da Zama şəhəri yaxınlığında Afrikalı Ssipionun başçılıq 

etdiyi  Roma  legionları  ilə  Hannibalın  başçılıq  etdiyi  Karfagen  qoşunları  arasında 

döyüş  olmuşdur.  Numidiya  hökmdarı  Masinissanın  romalılar  tərəfinə  keçməsi  və 

Roma  süvarilərinin  sayca  üstünlüyü  (2  min  nəfərə  qarşı  6  min)  Zama 

yaxınlığındakı döyüşdə həlledici rol oynamışdır. Süvarilərin karfagenlilərə arxadan 

zərbə  endirmələri  nəticəsində  onların  qoşunları  darmadağın  edildi.  Zama 

yaxınlığındakı döyüş 2-ci Pun müharibəsinin taleyini birdəfəlik romalıların xeyrinə 

həll etdi. 



Zaratuştra

  (yun.  Zoroastr)  -  Spitamanın  nəslindən  olan  peyğəmbər;  yeni 

dinin zoroastrizmin (zərdüştiliyin) banisi idi. Güman edilir ki, Avestanın ən qədim 

hissələrindən  olan  Qathaların  tərtibçisi  Zaratuştranın  özü  olmuşdur.  Zaratuştranın 

yaşadığı dövr və yer indiyədək tarixçilər arasında mübahisə mövzusu olaraq qalır. 

Tarixçilərin çoxu bu fikirlə razılaşır ki, Zaratuştra e.ə. 1000 - 600-cü illər arasında 

yaşamışdır.  Tarixçilərə  görə,  Zaratuştranın  vətəni  Mərkəzi  Asiyada,  İranın 

şərqində,  ya  da  Cənubi  Azərbaycanda  olmuşdur.  Zaratuştranın  vətəninin 

Azərbaycanda lokallaşdırılmasının səbəbi onunla izah olunur ki, erkən orta əsrlərdə 

əsas zərdüşü ziyarətgahlarından olan Adurquşnasp od məbədi Cənubi Azərbaycan 

ərazisində  yerləşən  keçmiş  Atropatenada  idi.  Burada  çoxlu  zərdüşti  kahinləri  - 

maqları  olan  bir  çox  başqa  od  məbədləri  də  var  idi.  Orta  əsrlərdə  Yaxın  Şərqdə 

Zaratuştranı Zərdüşt adlandırırdılar. 

Zemstvo  yığıncağı 

-  XVI  əsrin  ortaları  -XVII  əsrin  sonlarında  Rusiyada 

silklərin  nümayəndələrindən  ibarət  təsisat.  Müqəddəs  kilsənin,  Boyar  Dumasının, 

"hökmdar  sarayı"nın  üzvlərindən,  eləcə  də  seçkili  və  əyalət  zadəganlarından  və 

şəhərin  yuxarı  təbəqələrindən  ibarət  idi.  Zemstvo  yığıncağında  xarici  siyasət, 

maliyyə,  vergi  qoyulması  və  s.  kimi  mühüm  dövlət  əhəmiyyətli  məsələlərə 

baxılırdı.  Çar  hakimiyyətinin  möhkəmləndirilməsi  ilə  bağlı  olaraq  Zemstvo 

yığıncaqları getdikcə daha az, özü də  yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa 

başlandı. Zevs - qədim yunan mifologiyası və dinində baş allah. Öz atasını - titan 

Kronosu  devirən  Zevsə  allahların  və  insanların  atası  və  çarı  kimi  etiqad  edildi. 

İldırımsaçan  Zevs  ilk  növbədə  ildırımın  və  şimşəyin  hesabına  bütün  səma 

hadisələrinə  nəzarət  edirdi.  Sonralar  həm  də  ictimai  asayişin  qoruyucusu  hesab 

edildi. Olimp dağı Zevsin daimi yaşadığı yer sayılır. Qədim Romada Zevsə sitayiş 

yerli Yupiter allahına sitayişlə eyniləşdirilirdi. 



zəkat 

-  ehtiyacı  olan  müsəlmanların  nəfinə  alınan  vergi.  Zəkatı  yalnız  iş 

qabiliyyəti  olan  yaşlı  kişilər  əkinlərdən,  üzümlüklərdən  və  xurma  ağaclarından, 

mal-qaradan,  qızıl  və  gümüşdən,  əmtəədən  verirdilər.  Əkinçilik  məhsullarının 

yığımı  başa  çatan  zaman  məhsulun 

1/

10



-i  qədər,  qalan  mallardan  isə  təqvim  ili 

ərzində onların 

1/

40

-i qədər zəkat alınırdı. Yoxsullar, kasıblar, zəkat yığanlar, təltifə 




415 

 

layiq  adamlar,  imkansız  borclular,  evlərinə  qayıtmağa  vəsaiti  olmayan  gəlmələr 



zəkat  almaq  hüququna  malik  idilər.  Kənd  təsərrüfatı  məhsullarından  alınan  zəkat 

çox  vaxt  "uşr"  adlanırdı.  Qızıl,  gümüş,  qiymətli  daşlar,  dəniz  məhsulları  və 

dəfinədən  onların 

1/

5



-i  qədər  alınan  zəkat  adətən  "xüms"  adlanırdı  və  dövlət 

xəzinəsinə daxil olurdu. Buna görə də əksər hallarda zəkat deyəndə  mal-qaradan, 

puldan və əmtəədən alınan vergi başa düşülürdü. 

Zərdabi Həsənbəy Məlikov

 (1842 - 1907) - "Zərdabi" təxəllüsü ilə tanınan 

görkəmli  Azərbaycan  maarifçisi,  pedaqoq,  alim-bioloq;  Zərdab  kəndində 

doğulmuşdur.  Orta  təhsilini  Şamaxı  və  Tiflisdə  almışdır.  Moskva  Dövlət 

Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Bakı 

məktəblərində  təbiət  tarixini  tədris  edən  Zərdabi  şagirdlərə  cəsarətlə  Darvin 

nəzəriyyəsini izah etmişdir. Zərdabi öz xalqının maariflənməsinin qızğın mübarizi 

idi.  Maariflənmənin  əsas  vasitəsini  Azərbaycan  dilində  qəzetin  çıxarılmasında 

görürdü.  1875-ci  ildə  "Əkinçi"  qəzetinin  əsasını  qoydu.  Bu  qəzet  demokratik  və 

maarifçi  ideyaları  təbliğ  edir,  kəndlilərə  məsləhətlər  verir,  kəndli  cəmiyyətləri 

yaratmağa çağırırdı. 1896 - 1907-ci illərdə "Kaspi" qəzetində əməkdaşlıq etmişdir. 

XX  əsrin  əvvəllərində  Zərdabi  "Türk  mahnıları  toplusu"nu  nəşr  etdirmişdir. 

Zərdabi  astronomiya,  biologiya,  təbiətşünaslıq  və  kənd  təsərrüfatına  dair  bir  çox 

əsərlərin  müəllifidir.  Bakı  Dumasının  deputatı,  onun  təhsil  komissiyasının  üzvü 

olmuşdur. 

Zərdüşt

  -  Avesta  peyğəmbəri  Zaratuştranın  (Zoroastrın)  adının  orta  farsca 

ifadəsi.  

Zərdüştilər 

-  zərdüştiliyin  davamçıları.  Xalq  arasında  bəzən  onları 

"atəşpərəstlər"  adlandırırdılar,  belə  ki,  onlar  Ahura  Mazdanın  mücəssəməsi 

saydıqları  atəşə  sitayiş  edirdilər.  Zərdüştilər  Ahura  Mazdanın 

şərəfinə  od  məbədləri  tikirdilər.    Qədimlərdə  Mərkəzi  Asiyada, 

Azərbaycanda  və  İranda  çoxlu  zərdüşti  icmaları  var  idi. 

Azərbaycanda zərdüştiliyə etiqad kaspi və müklər tayfaları arasında 

yayılmışdı.  Erkən  orta  əsrlərdə  zərdüştiliyin  əsas  mərkəzlərindən 

biri  Atropatena  idi.  Od  məbədbri  Qafqaz  Albaniyasında  da  var  idi 

və onların bəziləri dövrümüzədək qalmışdır. Yanan təbii qaz sızan 

Abşeron   yarımadasında da zərdüştilər od məbədləri inşa edirdilər. 

Orta  əsrlərdə  zərdüştilik  çoxlu  od  məbədləri  və  maqların  olduğu 

Muğan  ərazisində  də  yayılmışdı.  Bu  ərazilərin  ərəblər  tərəfindən  fəth 

olunmasından və burada islamın yayılmasından     sonra onlar hələ öz varlıqlarını   

itirməmişdilər.      Lakin      sonralar  ərəblər  zərdüştiləri  sıxışdırmağa  başladılar. 

Cənubi Azərbaycanda zərdüşti icması ən çoxu X əsrədək mövcud olmuşdur. Qazan 

xanın islahatlarından sonra Cənubi Azərbaycanda zərdüştilər haqqında mənbələrdə 

artıq daha heç bir məlumat verilmir. Müsəlmanlar tərəfindən təqib olunduqlarından 

zərdüştilərin  bir  qismi  İrandan  Hindistana  köçmüş  və  orada  "parslar"  adı  ilə 



416 

 

tanınmışlar.  Zərdüştilərin  az  bir  qismi  İran  ərazisində  qalmışdır,  burada  onlar 



"gebrlər" adı ilə tanınırlar. 

zərdüştilik 

(zoroastrizm)  -  dualistik  (ikili,  yəni  iki  əsas  allahın  olduğunu 

qəbul edən) din; Zərdüşt (Zoroastr)  tərəfindən Midiyanın şərqində və  ya Mərkəzi 

Asiyada  yaradılmışdır.  Zərdüştiliyə  görə,  Ahura  Mazda  işıq,  həyat  və  doğruluq 

mücəssəməsi olan xeyir allahı idi. O hələ dünya yaranmazdan əvvəl var idi və daim 

şər, qaranlıq və ölüm təcəssüm etdirən  Anqra Manyu ilə mübarizə aparırdı. Xeyir 

allahları  Ameşa  Spenta,  yazatlar  və  b.  Ahura  Mazdanın 

rəhbərliyi  altında,  şər  allahları  -  Dayvlar  (divlər)  isə 

Anqra  Manyunun  rəhbərliyi  altında  idilər.  Zərdüştilik 

təliminə  görə,  insan  Ahura  Mazda  tərəfindən  yaradılıb, 

amma  öz  düşüncə  və  hərəkətlərində  müstəqildir,  ona 

görə  də  şər  qüvvə  təsiri  altına  düşə  bilər.  "Xeyir 

düşüncəli",  "xeyir  sözlü"  və  "xeyir  əməlli"  mömin  zərdüştinin  vəzifəsi  Anqra 

Manyu  və  onun  köməkçiləri  olan  şər  ruhlara  qarşı  mübarizə  aparmaqdır.  Axırda 

Xeyir Şər üzərində qələbə çalacaq və bununla da xeyirxahlıq bərqərar olacaq. 

Yaranmasından  az  sonra  zərdüştilik  Midiyada,  Farsda  və  digər  İran  və 

qeyri-iran  ölkələrində  yayıldı.  E.ə.  VII  əsrdə  dünyada  ilk  dəfə  olaraq  zərdüştilik 

Midiyada  rəsm  dövlət  dini  oldu.  Ahura  Mazdaya  səcdə  etmək  üçün  zərdüştilər 

onun mücəssəməsi sayılan od məbədləri inşa edirdilər. Maqlar zərdüştilik kahinləri 

idilər. Zərdüştilərin  müqəddəs kitabı  Avesta idi.  Zərdüştilik yəhudilik,  xristianlıq, 

buddizm  və  qədim  yunan  fəlsəfəsinin  inkişafına  böyük  təsir  göstərmişdir.  Erkən 

orta əsrlərdə zərdüştiliyin əsas mərkəzlərindən biri  Atropatena idi. Baş od məbədi 

Adurquşnasp buradaydı və orada çoxlu maq var idi. Dövlət dini kimi zərdüştiliyin 

formalaşması  Sasanilərin  dövründə  başa  çatdı.  V  əsrdə  Sasani  şahı  II  Yəzdigird 

Qafqaz  Albaniyasında  zərdüştiliyi  zorla  yaymaq  məqsədi  ilə  ölkəyə  300  maq 

göndərib onlara əmr etmişdi ki, burada od məbədləri inşa etsinlər. Sasanilər dövləti 

ərəblər  tərəfindən  fəth  edildikdən  sonra  zərdüştilik  hələ  xeyli  müddət  burada 

əhəmiyyətli rol oynamışdır. 



zikkurat

  -  Qədim  Mesopotamiyada  çiy  kərpicdən  hörülən,  üçdən  yeddiyə 

qədər pilləkən və maili keçidlər ilə birləşən yarusları olan ayin qülləsi. Hər yarusun 

öz rəngi var idi və allaha doğru gedən yolun simvolu hesab olunurdu. Zikkuratın 

üst  meydançasında  bayram  mərasimlərinin  keçirildiyi  və  kahinlərin  ulduzları 

izlədiyi məbəd var idi. 



zimmilər 

(ər.  "əhl  əl-zimmi"  -  "himayə  olunmuş")  -  müsəlmanların 

hakimiyyətini  qəbul  edən,  cizyə  ödəyən  və  buna  görə  müsəlmanların 

himayədarlığını  (xarici  düşmənlərdən  müdafiə,  şəxsiyyətlərinin  və  əmlaklarının 

qorunması) qazanan başqa din nümayəndələri. 

ziyalılar 

-  cəmiyyətin  əqli  peşəkarlıqla,  əsas  etibarilə  mürəkkəb,  yaradıcı 

əməklə məşğul olan təbəqəsi. 



417 

 

ziyarət, zəvvarlıq

 - ibadət məqsədi ilə müqəddəs yerlərə getmək. Zəvvarlıq 

lap  qədim  zamanlardan  mövcuddur  və  indiyədək  olan  bir  çox  dinlərdə  qəbul 

edilmişdir. 

Zoroastr

  -  Avesta  peyğəmbəri  Zaratuştranın  (Zərdüştün)  adının  yunanca 

ifadəsi. 

Zubov 

Valerian  Aleksandroviç  -  Rusiya  generalı.  Zubov  II  Yekaterinanın 

məşuqlarından  biri  olmuşdur.  Polşada  üsyanı  yatıran  zaman  qıçını  itirmiş  və 

əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra 

II  Yekaterina  başda  Zubov  olmaqla  rus  qoşunlarının  30  minlik  korpusunun 

Azərbaycana  yürüşünü  təşkil  edir.  Xəzər  dənizindəki  Rusiya  hərbi  donanması  da 

onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-

də  başlandı.  Rus  qoşunlarının  yürüşü  xəbərini  alan  Ağa  Məhəmməd  xan 

Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, 

mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə 

birlikdə  əsir  götürülüb  Zubovun  yanına  gətirildi  və  o,  imperatriçənin  adından 

əsirlərə  əfv  olunacaqlarını  vəd  etdi.  Dərbəndin  idarəsini  Rusiyameylli  mövqedə 

duran  Fətəli  xanın  qızı  və  Şeyxəli  xanın  bacısı  Pəricahan  xanıma  tapşıran  Zubov 

rus  qoşunlarını  Qubaya  tərəf  yeritdi  və  iyunun  6-da  onu  tutdu.  Müqavimət 

göstərməyin  mənasızlığını  görən  bakılı  Hüseynqulu  xan  iyunun  13-də  Bakı 

qalasının  açarlarını  Zubova  təqdim  etdi.  Şamaxıya  tərəf  hərəkət  edən  Zubov 

Şamaxı xanı Mustafaya məktub və hədiyyələr göndərdi və cavab aldı ki, xanın özü 

Zubovu qarşılamağa çıxacaq. Rus qoşunları Qurdbulaq yaylası yaxınlığında, sonra 

isə  Pirsaatda  düşərgə  saldılar.  Qarabağlı  İbrahimxəlil  xan  öz  nümayəndələrini 

hədiyyələrlə Zubovun düşərgəsinə göndərib Rusiyaya itaət etdiyini bildirdi. Lakin 

elə  həmin  zamanda  İbrahimxəlil  xan  Zubova  qarşı  sui-qəsd  təşkil  etdi,  amma 

qəsdin  üstü  açıldı.  Əsirlikdən  qaçan  qubalı  Şeyxəli  xan  da  mübarizəni  davam 

etdirdi.  O,  Rusiyaya  qarşı  koalisiya  yaratdı  və  Quba  xanlığındakı  Alpan  kəndi 

yaxınlığında 500 nəfərlik rus qoşun dəstəsini darmadağın etdi. Oktyabrın 21-də rus 

qoşunlarının bir dəstəsi  Gəncə xanlığını zəbt etdi. Lakin II Yekaterinanın 1796-cı 

ilin  noyabrında  qəfil  ölümü  şəraiti  tamamilə  dəyişdirdi.  Onun  yerinə  keçən  oğlu 

imperator  I  Pavel  rus  qoşunlarının  Azərbaycanın  şimal  xanlıqlarından  çıxarılması 

haqqında əmr verdi. Rus qoşunlarının çıxarılması 1797-ci ilin yazında başa çatdı. 

Rus qoşunları Azərbaycandan çıxarılan kimi Ağa Məhəmməd şah yenidən buraya 

soxuldu. 

 

 



418 

 

SATIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB 



 

 

 

Rauf Məlikov 

 

Nizami İbrahimov 

 

 



MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ 

 

 

Elmi redaktor: tarix elmləri namizədi Elmar Məhərrəmov 



 

Naşir - "Ayna Mətbu Evi", 095 370138, Bakı, Şərifzadə 1. Tel: 975031, 975174 

 

Dizayn: Vüsal Əsgərov 



 

Lisenziya AB N 022048, qeydiyyat N A-048  30.09.99. Çapa imzalanıb 27.01.2004. 

 

Korrektor: Aqşin Məsimov 

 

Format 70x100 1/16. Ç.v. 24; 368 səh. Tiraj 2000. Pulsuz 

 

 

 



İSBN 9952-23-013-3 

 

 



 

© "Ayna Mətbu Evi", 2004 

 

 

 



Kitabın  bədii  tərtibatında  Azərbaycan  Milli  Elmlər  Akademiyası 

Azərbaycan  Tarix  Muzeyi  və  Azərbaycan  Respublikası  Kinofotosənədlər 



Arxivinin materiallarından istifadə olunmuşdur. 

 

Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə