Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ


yepiskop   - xristian kilsəsində dini-inzibati başçı, ərazi başçısı.  yeres



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə203/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   197   198   199   200   201   202   203   204   205

408 

 

yepiskop

 

- xristian kilsəsində dini-inzibati başçı, ərazi başçısı. 



yeres

 

(yun. "xüsusi dini təlim") - "bidət", hər hansı rəsmi dindən uzaqlaşan 



və  sosial  etirazın  spesifik  forması  olan  dini  cərəyan.  Bidətin  meydana  çıxması 

bütün  dinlərin  -  buddizm,  islam,  iudaizm  və  xüsusilə  də  daha  çox  xristianlığın 

tarixinə  xasdır. Bidətçilik  xristianlığın  mənəviyyatda  hakim  mövqeyə  çatdığı orta 

əsrlərdə xüsusilə geniş yayılmışdı. 



yeretik

 

(yun. "dönük")  - bidətçi, kafir,  rəsmi dini  təlimə qarşı çıxan adam. 



Bidətçilər  iddia  edirdilər  ki,  kilsə  "korlanıb",  Roma  papasını  "iblisin  canişini" 

adlandırırdılar.  Onlar  kilsə  adətlərinə  qarşı  çıxaraq  tələb  edirdilər  ki,  ruhanilər 

ondabir  vergisindən,  öz  torpaq  sahələrindən  və  sərvətlərindən  imtina  etsinlər. 

Bidətçilərin  çıxışları  ruhanilərin  nüfuzuna  xələl  gətirirdi.  Ruhanilər  bidətçiləri 

kilsədən  qovmaqla,  hərbi  yürüşlər  təşkil  etməklə  və  inkvizisiyanın  köməkliyi  ilə 

onlara qarşı mübarizə aparırdılar. 



Yermak

 

Timofeyeviç  -  kazak  atamanı.  Ural  tacirləri  və  sənayeçiləri 



Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı 

yürüşləri  təşkil  edilmişdir.  1581-ci  ildə  Yermak  Sibir  xanlığının  işğalına  başladı. 

1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı  - paytaxtı 

Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Kuçum xan müqaviməti davam etdirdi. 

1585-ci ildə  başda Kuçum  olmaqla tatarların  kazaklara  gözlənilməz  gecə  hücumu 

zamanı Yermak öldürüldü. 



Yerusəlim

 

- bax: Qüds. 



Yerusəlim  krallığı

 

-  səlibçilərin  birinci  yürüşləri  zamanı  işğal  etdikləri 



Yerusəlimdə  1099-cu  ildə  yaratdıqları  dövlət.  Yerusəlim  krallığı  özündən  və  üç 

vassal dövlətdən - Tripoli və Edessa qraflıqları və Antioxiya  knyazlığından ibarət 

idi.  Yerusəlim  krallığının  hərbi  qüvvəsi  müsəlmanların  hücumuna  tab  gətirmədi. 

1187-ci  ildə  Misir  sultanı  Səlahəddin  Əyyubi  Yerusəlimi  tutdu.  1291-ci  ildə 

səlibçilərin son dayağı olan Aqra şəhəri süqut etdi. 

yezuitlər

 

-  ispan  zadəganı  İqnati  Loyola  tərəfindən  1540-cı  ildə  Parisdə 



yaradılmış "İisus cəmiyyəti" katolik rahib ordeninin üzvləri. Orden Reformasiya ilə 

mübarizədə  əsas  alətə  çevrildi.  Yezuitlər  təkcə  Avropa  ölkələrində 

möhkəmlənməklə kifayətlənməyib, həm də Hindistan, Çin, Yaponiya və Filippinə 

soxuldular.  Ordenin  təşkilinin  əsas  prinsipləri:  ciddi  mər-kəzləşdirilmə,  mövqecə 

kiçiklərin  böyüklərə  tabe  olması,  ordenin  başçısının  mütləq  nüfuzu,  orden 

daxilində  qarşılıqlı  casusluq.  Yezuitlər  hesab  edirdilər  ki,  "allahın  daha  böyük 

şöhrəti naminə" istənilən cinayəti törətmək olar, belə ki, onların fikrincə, "məqsədə 

çatmaq üçün hər cür vasitə yaxşıdır". 



yəhudilər

 

-  tarixən  qədim  yəhudilərin  törəmələri  olan  xalqın  ümumi  adı. 

Yəhudilər  müxtəlif ölkələrdə  (ən çox  yəhudi  ABŞ-dadır  -  7 milyon nəfərə  yaxın, 

İsraildə  isə  -  4  milyon  nəfərə  yaxın)  yaşayırlar,  onların  ümumi  sayı  təxminən  16 

milyon  nəfərdir.  Yəhudilər  əksər  hallarda  yaşadıqları  ölkənin  dilində  danışırlar. 



409 

 

Yəhudilərin  bir  hissəsi  idiş  və  ivrit  dillərində  danışır.  Yəhudilər  əsasən  iudaizmə 



etiqad edirlər. 

yığıcılıq

 

-  insanların  təbiətin  onlara  verdiklərini  yığmaları.  Ovçuluqla 

yanaşı,  yığıcılıq  on  qədim  insanların  ilk  və  əsas  məşğuliyyətlərindən  biri  idi. 

Yığıcılıq mənimsəmə (istehlak) təsərrüfatının formalarından biri idi. 



YİS (yeni iqtisadi siyasət)

 

- Lenin tərəfindən işlənilmiş, Sovet Rusiyası və 

SSRİ-də həyata keçirilmiş iqtisadi siyasət. "Hərbi kommunizm " siyasətindən fərqli 

olaraq  "yeni"  adlandırılmışdır.  YİS  1921-ci  ildə  RSDF(b)P-nin  X  qurultayında 

qəbul  olunmuşdu.  YİS  müharibədən  sonrakı  dağıntıları  dəf  etmək,  sosialist 

iqtisadiyyatının  bünövrəsini  qurmaq,  iri  sənayeni  inkişaf  etdirmək,  şəhərlə  kənd 

arasında  iqtisadi  əlaqə  yaratmaq,  iqtisadiyyatda  xüsusi  mülkiyyətçiləri  sıxışdırıb 

məhv etmək üçün nəzərdə tutulmuşdu. Bu vəzifələrin icrası yolları: kooperasiyanın 

hərtərəfli  inkişafı,  ticarətin  genişləndirilməsi,  maddi  həvəsləndirmə  və  təsərrüfat 

hesabından istifadə edilməsi idi. Təsərrüfatın hərpası məqsədilə, lakin idarəçiliyin 

dövlətdə qalması şərti ilə xüsusi kapitalın cəlb edilməsinə yol verilirdi. 

Yunan  -  İran  müharibələri

 

-  e.ə.  499  –  449-cu  illərdə  Balkan 

yarımadasında İran şahlığı (Əhəmənilər dövləti) ilə yunan şəhər-dövlətləri arasında 

baş vermişdi. E.ə. 500  - 499-cu illərdə Kiçik Asiyadakı  yunan şəhərləri iranlılara 

qarşı üsyan qaldırdılar və afinalılar da onlara kömək etdilər. İranlılar üsyanı yatıra 

bildilər.  Bu  hadisə  Yunan  -  İran  müharibələrinin  başlanmasına  səbəb  oldu.  E.ə. 

492-ci  ildə  başda  Mardoni  olmaqla  İran  qoşunları  Yunanıstana  uğursuzluqla 

nəticələnən yürüş etdilər. Bununla da Yunan - İran müharibələri başlandı. E.ə. 490-

cı  ildə  I  Daranın  qoşunları  Yunanıstan  üzərinə  yürüş  etdi.  Şimali  Yunanıstanın 

səhər-dövlətlərinin bir hissəsi iranlılara tabe olduqlarını bildirdi. Digər şəhərlərdə, 

ilk növbədə isə Afina və Spartada farslara silahlı cavab vermək tərəfdarları çoxluq 

təşkil etdi. Lakin e.ə. 490-cı ildə İran qoşunları Marafon çölündə strateq Miltiadın 

başçılıq etdiyi Afina qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. I Daranın varisi 

Kserks  e.ə.  480-ci  ildə  1000  gəmilik  donanmanın  müşayiət  etdiyi  böyük  ordu  ilə 

Yunanıstana  soxuldu.  Afinanın  təşəbbüsü  ilə  başda  Sparta  olmaqla  31  şəhərin 

ittifaqı yaradıldı. Fermopil yaxınlığında iranlılar Sparta hökmdarı Leonidin başçılıq 

etdiyi  dəstəni  qırdılar,  Attikaya  soxulub  Afinanı  tutdular.  Femistoklun  təklifi  ilə 

Salamin  yaxınlığında  iranlılarla  dəniz  döyüşü  keçirildi  və  savaş  Afina  hərbi 

donanmasının  qələbəsi  ilə  başa  çatdı.  Kserks  ordusunun  əsas  hissəsini 

Yunanıstandan  çıxarmaq  məcburiyyətində  qaldı,  lakin  qoşunlarının  bir  hissəsini 

Yunanıstanı  tabe  etmək  məqsədilə  Mardoninin  başçılığı  ilə  burada  saxladı.  E.ə. 

479-cu  ildə  Plateya  şəhəri  yaxınlığındakı  döyüşdə  İran  ordusu  sərkərdə 

Pavsaniyanın  başçılığı  altında  Yunanıstan  şəhərlərinin  birləşmiş  qüvvələri 

tərəfindən  darmadağın  edildi.  Eyni  zamanda,  Mikal  burnu  yaxınlığında  İran 

donanması  da  məğlubiyyətə  uğradı.  İranlılarla  mübarizəni  davam  etdirmək 

məqsədi  ilə  487-ci  ildə  Delos  dəniz  ittifaqı  (sonralar  -  Afina  dəniz  ittifaqı) 

yaradıldı. Müharibənin xarakteri dəyişdi və Egey dənizində ağalıq və qənimət əldə 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə