Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə2/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   ...   205

 

- A – 



 

Abbas, 

əl-Əbbas bin Əbd ül-Müttəlib bin Haşim (VII əsrin birinci yarısı) 

-  Məhəmməd  peyğəmbərin  əmisi.  Abbasi  xəlifələri  sülaləsi  bilavasitə  Abbasın 

nəslindəndir. 



Abbas  I

  -  Səfəvilər  sülaləsindən  şah  (1587  -  1629).  Hakimiyyətə  gələn 

Şah  Abbas  1590-cı  ildə  Osmanlı  türkləri  ilə  İstanbul  sülhünü  bağladı.  Bu 

müqaviləyə  görə,  Azərbaycan  ərazisinin  böyük  hissəsi 

(Qaradağ, Ərdəbil və Talış əyalətləri istisna olmaqla) türklərin 

hakimiyyəti altına keçdi. Şah Abbas isə dinc dövrdən dövlətin 

qüdrətini  artırmaq  üçün  istifadə  etdi.  Bu  məqsədlə  o, 

Azərbaycanın  köçəri  əyanlarının  dövlət  işlərinə  müdaxiləsini 

məhdudlaşdırmağa başladı, hakimiyyəti əvəzində isə İranın şiə 

ruhaniləri  və  məmurlarının  mövqeyini  möhkəmləndirdi. 

Nizami  qoşunlar  yaradıldı.  Səfəvilər  dövlətinin  paytaxtı 

Qəzvindən  İsfahana  köçürüldü.  Osmanlı  imperiyası  ilə 

müharibələr  yenidən  başlayanda  isə  Şah  Abbas  əmr  etdi  ki, 

Azərbaycanın Türkiyə ilə həmsərhəd bölgələrində yaşayan 350 minədək əhali zorla 

İsfahana  köçürülsün.  Azərbaycan  hərbi  əməliyyatların  əsas  meydanına  çevrildi. 

Türklərlə müharibələr nəticəsində Şah Abbas 1607-ci ilədək onları Azərbaycandan 

qova  bildi.  Türklər  üzərində  qələbə  çalan  Şah  Abbas  müharibənin  dağıtdığı 

təsərrüfatın  bərpa  edilməsi  məqsədi  ilə  vergiləri  bir  qədər  azaltdı.  I  Şah  Abbasın 

dövründə Səfəvilər dövləti tədricən İran dövlətinə çevrilməyə başladı, Azərbaycan 

isə yavaş-yavaş onun əyalətlərindən biri oldu. I Şah Abbasın hakimiyyəti illərində 

Səfəvilər dövləti özünün ən qüdrətli dövrünə çatmışdı. 

abbası 

– I Şah Abbasın dövründə zərb edilmiş, çəkisi 

iki  misqal  olan  qızıl  sikkə.  Abbasının  dəyəri  200  dinara 

bərabər tutulurdu. 



Abbasilər

 

(ər.  əl-Əbbasiyun)  -  Məhəmməd 

peyğəmbərin əmisi Abbasın (VII əsrin ikinci yarısı) nəslindən 

olan ikinci xəlifə sülaləsi (750 - 1258). Çiçəklənmə dövrləri əl-

Mənsur  (754  -  775),  əl-Mehdi  (775  -  785),  Harun  ər-Rəşid  (786  -  809)  və  əl-

Məmunun  (813  -  833)  hakimiyyəti  illərinə  təsadüf  edir.  İstila  olunmuş  xalqların 

amansız  istismarının  artması  çoxsaylı  üsyanların  baş  verməsinə  səbəb  olmuşdur 

(Babəkin,  Muğannanın  başçılığı  ilə  və  s.).  VIII  əsrin  sonlarından  etibarən  bəzi 

vilayətlər  Ərəb  xilafətindən  ayrılmağa  başlamışdır.  945-ci  ildə  xilafətin  paytaxtı 

Bağdadı  ələ  keçirən  Büveyhilər  xəlifələri  dünyəvi  hakimiyyətdən  məhrum 

etmişlər.  Abbasilər  sülaləsindən  olan  sonuncu  xəlifə  Hülakülər  tərəfindən  qətlə 

yetirilmişdir. 



abbat

 - katolik kilsəsində abbatlığın baş keşişi. 

abbatlıq

 - abbat tərəfindən idarə olunan katolik monastın. 


 

Abissiniya (Həbəşistan)



 - Efiopiyanın keçmişdə işlənilən adı, "əl-həbəşə" 

sözündən  əmələ  gəlib;  ən  qədim  zamanlarda  ərəblər  bu  ölkəni  belə 

adlandıırrmışlar. Azərbaycanda bu ad "Həbəşistan" kimi işlədilmişdir. 

aborigenlər 

- hər hansı bir bölgənin, ölkənin və ya qitənin sonralar oraya 

gəlmiş köçkünlərdən fərqlənən yerli əhalisi. 

ABŞ 

-  Amerika  Birləşmiş  Statları  -  Şimali  Amerikada  yerləşən  ölkə, 

paytaxtı  -  Vaşinqton.  Şimali  Amerikada  istiqlaliyyət  uğrunda  müharibənin 

gedişində - 4 iyul 1776-cı ildə ABŞ-ın müstəqilliyi elan olunmuşdur. ABŞ-ın 1787-

ci  ildə  qəbul  etdiyi  konstitusiya  o  dövr  üçün  en  qabaqcıl  konstitusiya  idi. 

Konstitusiyaya əsasən, ABŞ-da hakimiyyətin üç müstəqil ayrıca qolu yaradılmışdı: 

icra  hakimiyyəti  -  prezident,  qanunvericilik hakimiyyəti  -  konqres  və  məhkəmə  - 

Ali Məhkəmə.  ABŞ 1803-cü  ildə  Qərbi Luiziananı Fransadan satın aldı,  1819-cu 

ildə  İspaniyanı  Floridanı  ona  verməyə  məcbur  ctdi,  1847-ci  ildə  Meksika  ilə 

müharibəyə başlayıb onun ərazisinin 

2/

5

 hissəsinə bərabər olan Texas, Kaliforniya, 



Nyu-Meksika  bölgələrini  tutdu,  1867-ci  ildə  isə  Rusiyadan  Alyaska  və  Alcut 

adalarını satın aldı. Hazırda ABŞ-ın ərazisi 9,4 milyon km

2

, əhalisi isə 250 milyon 



nəfərə  yaxındır. Rəsmi dili ingilis dilidir. Dini mənsubiyyətə görə əhalinin böyük 

əksəriyyəti  protestant  və  katolikdir.  ABŞ  50  ştatdan  və  Kolumbiya  federal 

(paytaxt) dairəsindən ibarət federativ respublikadır. Dövlətin və hökumətin başçısı 

4 ilə seçilən prezidentdir. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton olmuşdur. 



ABŞ-da  vətəndaş  müharibəsi

  -  1861  -65-ci  illərdə  ABŞ-da  burjuaziya 

Şimalı  ilə  quldar  Cənubu  arasında  baş  vermiş  müharibə.  Respublikaçılar 

partiyasının  nümayəndəsi  Avraam  Linkoln  ABŞ-ın 

prezidenti seçildikdon sonra Cənub ştatları 1861-ci ildə 

quldarlığı  saxlamaq  məqsədi  ilə  qiyam  qaldırdılar. 

Vətəndaş  müharibəsinin  birinci  mərhələsində  (1861  - 

62) 


Şimal 

tərəfindən 

müharibə 

qətiyyətsiz 

aparıldığından  bu,  şimallıların  bir  sıra  hərbi 

məğlubiyyətlərə  uğraması  ilə  nəticələndi.  İkinci  mərhələ  (1863  -  65)  homstedlər 

haqqında, eləcə də quldarlığın ləğvi barəsində qanunların qəbul edilməsindən sonra 

başlandı.  Müharibədə  geniş  xalq  kütlələrinin  iştirakı  isə  onun  inqilabi  metodlarla 

aparılmasına gətirdi. Bu da vətəndaş müharibəsinə burjua inqilabı xarakteri verdi. 

1864  -  65-ci  illərdə  cənubluların  əsas  qüvvələri  darmadağın  edildi,  1865-ci  ilin 

aprelində isə ayrılmış Cənub ştatları Konfederasiyasının paytaxtı Riçmond tutuldu. 

Şimalın qələbəsi ABŞ-da burjuaziyanın hakimiyyətini möhkəmlətdi, plantatorların 

hakimiyyətini  və  quldarlığı  ləğv  etdi,  ölkənin  sürətlə  sənayeləşməsi  və  qərb 

torpaqlarının  mənimsənilməsi  üçün  şərait  yaratdı.  ABŞ-da  vətəndaş  müharibəsi 

ikinci burjua inqilabına çevrildi. 

ABŞ-ın  İstiqlaliyyət  bəyannaməsi

  -  Şimali  Amerikada  istiqlaliyyət 

uğrunda müharibə zamanı - 1776-cı il iyulun 4-də II Kontinental konqresdə qəbul 

olunmuşdur.  İstiqlaliyyət  bəyannaməsi  koloniyaların  İngiltərədən  ayrılmasını  və 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə