Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə7/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   10   ...   205

15 

 

aqora

 - 1) qədim  yunan şəhərlərində açıq  yer,  meydan.  Aqoradan bazar, 

qanunların nümayiş etdirilməsi, xalq yığıncaqlarının, məhkəmələrin keçirilməsi və 

rəsmi  fərmanların  elan  edilməsi  yeri  kimi  istifadə  olunurdu.  Aqoranın  ətrafında 

ictimai  və  dini  binalar,  zərbxanalar  yerləşirdi;  2)  bir  sıra  qədim  yunan  şəhər-

dövlətlərində xalq yığıncaqlarının adı. 

aqrar

  -  torpaq  işi,  torpaq  mülkiyyəti  və  ya  torpaq  istifadəsinə  aid  olan; 

məs.: aqrar böhran. 

aqrar çevriliş

 - kənd təsərrüfatında muzdlu əməkdən istifadə olunması ilə 

bağlı kapitalist münasibətlərinə keçid. 

Aquen (Aluen) məclisi

 - Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci 

ildə  Aquendə  (indiki  Ağdam  rayonu  ərazisində)  alban  hökmdarı  III  Vaçaqan 

tərəfindən  çağırılmış  yığıncağı.  Aquen  məclisində  alban  çarları,  əyanları  və 

ruhanilərinin imtiyazları bərpa edilmiş, ictimai və ailə münasibətlərini tənzimləyən 

qərarlar  qəbul  edilmişdir.  Məclis  kəndlilərdən  kilsə  mənafeyinə  alınan  vergilərin 

miqdarını  dəqiqləşdirmişdir.  Bir  sıra  bütpərəstlik  ənənələrinə  qarşı  qərarlar  da 

qəbul  olunmuşdur.  Aquen  məclisinin  qərarı  ilə  Qafqaz  Albaniyasının  Sasani 

ordusuna  süvari  qoşunlar  göndərmək  mükəlləfiyyətindən  azad  edilməsi  haqqında 

qərar qəbul olundu. 



alanlar

  -  on  iri  sarmat  tayfalarından  biri.  E.ə.  II  əsrdən  roksolan  adı  ilə 

məlumdurlar.  Eramızın  ilk  əsrlərində  köçəri  alan  tayfaları  Azovyanı  və  Ön 

Qafqazın  çöl  bozqır  rayonlarında  məskunlaşmışdılar.  I  -  II  əsrlərdə  alan  tayfaları 

Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, 

Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar 

edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular 

və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi 

onlarla  birlikdə  Avropaya  hərəkət  edərək  Qalliyadan,  İspaniyadan  keçib  Şimali 

Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə  hunların təzyiqi ilə Şimali 

Qafqaz  dağlarına  köçdü.  IV  əsrdən  alan  tayfaları  burada  oturaq  həyata  keçməyə 

başladılar. Şimali Qafqaz alanları bir neçə  tayfa  ittifaqına  bölündülər ki,  bunların 

da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər. Şərqi ittifaq xəzərlərlə və İranla bağlı 

idi, Qərbi ittifaq isə Bizansla. VI əsrdən etibarən qərbi alanlar arasında xristianlıq 

yayılmağa  başladı.  VI  əsrdə  alan  tayfa  ittifaqı  birlikləri  avarlar  tərəfindən 

dağıdıldılar.  VII  əsrdən  X  əsrədək  Alaniya  Xəzər  xaqanlığının  tərkibinə  daxil 

olmuşdur. X - XII əsrlərdə alanların başda hökmdarları "baqatar"ları olan dövlətləri 

formalaşır.  Bu  dövrdə  yunan  əlifbası  əsasında  alanların  yazısı  meydana  gəlir. 

Alanlar  "Nart"  qəhrəmanlıq  eposunu  yaratmışlar.  Alan  mədəniyyəti  Ön  Qafqaza 

1222-ci  il  monqol-tatar  basqınınadək  mövcud  olmuşdur.  XIV  əsrdən  alanlar 

arasında  islam  dini  yayılmağa  başlamışdır.  Müasir  osetinlər  alanların 

nəslindəndirlər. 

Alarix  (370  -  410)

  -  germanların  tanınmış  varlı  Balt  nəslindəndir.  O, 

german  tayfası  olan  vestqotların  bacarıqlı  və  uzaqgörən  rəhbəri  idi.  395-ci  ildə 



16 

 

vestqotlar Balkan yarımadasında Alarixin basçılığı ilə yenə də üsyan etdilər və onu 



konunq  -  kral  seçdilər.  Alarix  Frakiyaya,  Makedoniyaya  və  Yunanıstana  soxuldu, 

Afinanı tutdu, Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh 

bağlamaq  və  Balkan  yarımadasının  qərbində  zəngin  İlliriya 

əyalətini 

vestqotların 

məskunlaşması 

üçün 

ayırmaq 


məcburiyyətində  qaldı.  401-ci  ildən  vestqotlar  Qərbi  Roma 

imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində 

vestqotların  romalılara  qarşı  müharibələri  ittifaq  haqqında 

sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında  xidmət edən xeyli 

germanlar,  habelə  çoxlu  sayda  Roma  qulları  Alarixin  tərəfinə  keçdilər.  Alarix  üç 

dəfə Romaya yaxınlaşıb onu mühasirəyə almışdır. 410-cu il avqustun 24-də "əbədi 

şəhər" Alarixin başçılıq etdiyi vestqotlar tərəfindən tutuldu və üç gün talan edildi. 

Alarix  Cənubi  İtaliyada  -  Siciliya  və  Şimali  Afrikaya  yürüşə  hazırlaşdığı  zaman 

ölmüşdür. 

alban tayfaları

 - Qafqaz Albaniyası ərazisində  müxtəlif dillərdə danışan 

26 tayfa məskunlaşıbmış. Bunlar albanlar, anariaklar, amazonlar, utilər, qarqarlar, 

gellər,  kaspilər,  leqlər  və  b.  idilər.  Bu  tayfalardan  ən  iriləri  alban  və  uti  tayfaları 

idilər.  Bir  sıra  alban  tayfalarının  nəsilləri  Azərbaycan  Respublikası  ərazisində 

dövrümüzədək gəlib çıxmışlar - udinlər, xınalıqlar, buduqlar və b. 



“Alban  tarixi”

  -  alban  tarixçisi  Moisey  Kalankatlı  tərəfindən  yazılmış 

tarixi əsər. "Alban tarixi" xalq deyimləri və əfsanələr, qədim kilsə kitabları, rəsmi 

sənədlər, eləcə də keçmişlərdə yaşamış tarixçilərin əsərləri əsasında yazılıb. "Alban 

tarixi"  alban  dilində  tərtib  olunmuş,  sonradan  erməni  dilinə  tərcümə  edilmişdir. 

Təəssüflər  olsun  ki,  "Alban  tarixi"  dövrümüzə  albanca  çatmamışdır.  Onun  yalnız 

ermənicə,  özü  də  sonrakı  erməni  tarixçiləri  tərəfindən  dəfələrlə  düzəlişlərə  məruz 

qalmış tərcüməsi bizə gəlib çatmışdır. 



Albion

 - Britaniyanın qədim kelt adı. 



Allah 

-  dünyanı  idarə  edən  ruhlar  kimi  fövqəladə  varlıqlardan  ən 

qüdrətlisi. 

Allah

 - islamda tək olan Allahın adı. Ərəbistan panteonunda (o cümlədən 

Məkkədə) islamaqədərki həniflərdə dünyanın, cənnətin və  cəhənnəmin yaradıcısı. 

Allah  yəhudi  və  xristianlardakı  allahla  eyni  hesab  edilir.  Quranda  Allahın  təkliyi 

qeyd olunur. O, qüdrətli,  hər şeyi  əhatə edən və bilən, əbədi və vahiddir. Allahın 

şəriklərinin  varlığını  qəbul  etmək  islama  qarşı  ən  böyük  cinayətdir.  "O  Allah 

təkdir,  Allah  əbədidir;  doğmamış,  doğulmamış  və  Ona  bərabər  olan  biri  yoxdur" 

(Quran). Allah ilk növbədə dünyanın yaradıcısı və məhşər gününün ağasıdır. Allah 

aşağı  (Yerdən)  və  yuxarı  (üzərində  Onun  taxtı  yerləşən  yeddi  göydən)  qatlardan 

ibarət  olan  dünyanın  yaradıcısıdır.  Allah  cənnəti  və  cəhənnəmi,  mələkləri  (ər. 

məlaikə),  insanları  yaratmışdır;  O,  bəşəriyyətə  təbiətin  nemətlərini  bəxş  etmiş  və 

onlardan istifadə qaydalarını öyrətmişdir; hər insanın taleyini müəyyənləşdirmişdir. 

İnsanlara  Allahı  unutmaq  xas  olduğundan  vaxtaşırı  o,  insanların  arasından  öz 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə