Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə6/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   ...   205

13 

 

canişininin  dəftərxanasında  Şərq  dillərindən  tərcüməçi  vəzifəsində  çalışaraq 



polkovnik  rütbəsinədək  yüksəlmiş,  ordenlərlə  təltif  edilmişdir.  Axundov 

Azərbaycan  dramaturgiyasının  banisi  sayılır.  "Hekayəti-Molla 

İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi-

nəbatat  və  dərviş  Məstəli  şah  caduküni-məşhur"  (1850), 

"Sərgüzəşti-mərdi-xəsis"  ("Hacı  Qara";  1852)  komediyalarında, 

eləcə  də  "Aldanmış  kəvakib"  (yaxud  "Hekayəti-Yusif  şah") 

povestində dövrünün Azərbaycan gerçəkliyini realistcəsinə təsvir 

etmişdir.  M.F.Axundov  ilk  pyeslərini  nəşr  etdirdikdən  az  sonra  xarici  mətbuat 

onların  novatorçu  səciyyəsini  qeyd  etmiş  və  bu  əsərlərin  ümumi  məzmununun, 

eləcə  də  mətninin  tərcümələrinin  nəşrinə  başlamışdır.  Axundovun  komediyaları 

rus,  erməni,  gürcü,  fars  və  bir  çox  digər  dillərə  tərcümə  olunmuşdur. 

M.F.Axundovun  fəlsəfi  əsərləri  arasında  irihəcmili  "Hindistan  şahzadəsi 

Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç məktubu və 

Cəmalüddövlənin  ona  göndərdiyi  cavab"  əsəri  çox  əhəmiyyətlidir.  Onun  fəlsəfi 

əsərlərində  materialist  ideyalar  təbliğ  edilirdi.  Axundovun  yaradıcılığı  Şərqin  bir 

çox  xalqlarının  ictimai  təfəkkürünün  inkişafına  təsir  etmişdir.  Ərəb  əlifbasının 

Azərbaycan  və  Şərqin  digər  xalqlarının  maariflənməsi  yolunda  ciddi  maneə 

olduğunu zənn edən Axundov əlifbanın islahatı uğrunda  mübarizə aparırdı. Onun 

tərəfindən belə bir islahat layihəsi hazırlanmış, sonra latın, ardınca isə rus qrafikası 

əsasında yeni əlifba tərtib edilmişdir. 



AİB ("Avropa İqtisadi Birliyi" və ya "Ümumi bazar") 

-  AİB-in təsis 

edilməsi  haqqında  müqavilə  1957-ci  ilin  martında  Romada  Fransa,  AFR,  İtaliya, 

Belçika,  Niderland  və  Lüksemburq  arasında  imzalanmışdır.  Böyük  Britaniya, 

Danimarka,  İrlandiya,  İspaniya,  Portuqaliya  və  Yunanıstan  1973-cü  ildən  AİB-ə 

qoşulmuşlar. Bu birliyin əsas məqsədi AİB çərçivəsində gömrük ittifaqı yaratmaq; 

işçi  qüvvəsinin,  xidmət  və  kapitalların  ümumi  bazarını  formalaşdırmaq;  üçüncü 

ölkələrə  qarşı  vahid  ticarət  siyasəti  yeritmək;  kənd  təsərrüfatı  və  nəqliyyat 

sahəsində  iqtisadi  siyasətdə  mövcud  olan  fərqi  aradan  qaldırmaq;  üzv-ölkələrin 

iqtisadi  qanunlarını  uyğunlaşdırmaqdan  ibarətdir.  AİB-in  son  məqsədi  bu  özül 

üzərində  siyasi  birlik  yaratmaq  olmuşdur.  Sonralar  AİB  Avropa  İttifaqına  (Aİ) 

çevrildi. 



Akademiya 

- 1) e.e. 388-ci ildə Afinada Platon tərəfindən əsası qoyulmuş 

fəlsəfi  məktəb.  Yunan  epik  qəhrəmanı  Akademin  şərəfinə  Afina  yaxınlığındakı 

yerə  verilmiş  addan  götürülmüşdür.  Akademiya  məşhur  fəlsəfi  mərkəzə 

çevrilmişdir.  Onun  şagirdləri  arasında  Aristotel,  Epikür  və  başqa  tanınmış 

filosoflar  olmuşdur.  529-cu  ilə  qədər  mövcud  olmuş  və  Bizans  imperatoru 

Yustinianın göstərişi ilə bağlanmışdır; 2) İtaliyada Dirçəliş (Renessans) dövründə 

elmi  cəmiyyətləri,  başlıca  olaraq  humanitar  yönümlü  cəmiyyətləri,  sonralar  isə 

məşhur rəssamların dərs dediyi məktəbləri akademiya adlandırmışlar. İlk incəsənət 



14 

 

akademiyası - Müqəddəs Luka Akademiyası - 1593-cü ildə Romada yaradılmışdır; 



3) hazırda elmi və ya tədris müəssisəsi. 

Akkad

  -  Mərkəzi  Mesopotamiyada  qədim  şəhər  və  əyalət.  E.ə.  2360-cı 

ildən etibarən e.ə. XXIV - XXII əsrlərdə mövcud olmuş eyniadlı dövlətin paytaxtı 

idi.  Akkad  dövlətinin  əsasını  hökmdar  I  Sarqon  (Qədim;  Akkadlı)  qoymuş  və 

demək  olar  ki,  bütün  Mesopotamiyanı  öz  hakimiyyəti  altında  birləşdirə  bilmişdir. 

Akkadda  bir  sıra  saray  çevrilişlərindən  sonra  hökmdar  Naram-Suen  (e.ə.  2236  - 

2200)  hakimiyyətə  gəlmişdir.  O,  qivamları  yatıraraq  dövləti  möhkəmləndirən 

islahatlar keçirmişdir. Lakin az sonra qərbdən (Cənubi Azərbaycan  ərazilərindən) 

Akkada  kuti  tayfalarının  basqını  oldu.  Kutilər  Akkad  qoşunlarını  məğlub  etdilər, 

onların  hökmdarı  Naram-Suen  isə  döyüşdə  həlak  oldu.  Kutilər  Akkad  və  Şumeri 

tutdular.  Sonralar  Akkad  əvvəlki  əhəmiyyətini  itirdi  və  Mesopotamiyanın  əsas 

mərkəzi Babil oldu. 



akropol  (yun.  "yuxarı  şəhər")

  -  şəhər  qalası  (içqala),  habelə  şəhərin 

müqəddəs yerləri və ictimai binalarının yerləşdiyi sahə. Afina Akropolunun bəzəyi 

isə Parfenon məbədi idi. 



Aksi

  -  İoni  dənizində  burun;  e.ə.  31  -ci  il  sentyabrın  2-də  Romada 

vətəndaş  müharibəsi  dövründə  onun  yaxınlığında  Oktavianın  Aqrippanın 

komandanlığı  altında  döyüşən  260  gəmidən  ibarət  donanması  həlledici  vuruşda 

Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın 

çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən 

çıxmaq  haqqında  əmr  verdi.  Vuruşan  gəmilər  arasından  sivişib  qaçan  60  gəmi 

araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun 

uğrunda  vuruşub-ölən  döyüşçüləri  tərk  edərək  sürətli  gəmiyə  minib  Kleopatranın 

ardınca  getdi.  Antoninin  sərkərdəsiz  qalmış  donanması  məğlubıyyətə  uğradı  və 

təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.  

aksiya 

-  1)  səhmdar  cəmiyyətləri  tərəfindən  buraxılan,  sahibinin  həmin 

cəmiyyətin  yatırımında  (kapitalında,  səhmlərində)  iştirak  etməsini  və  hər  il 

müəyyən  qədər  qazanc  -  dividend  əldə  etməsinə  hüquq  verməyi  təsdiq  edən 

qiymətli kağız. Aksiya fond birjasında satılır və alınır; 2) fəaliyyət, çıxış (məsələn: 

siyasi aksiya, diplomatik aksiya).  



akveduk

  (lat.  "su  keçirən")  -  əhalini  su  ilə  təchiz 

etmək üçün kanal, metal və ya saxsı boru şəklində çəkilmiş 

su  xətti.  Akvedukun  böyük  hissəsi  yer  altında  qurulurmuş. 

Akvedukları qədim romalılar tikməyə başlamışdılar. 

Aqamemnon 

- e.ə. XIV  - XII əsrlərdə axey şəhər-

dövlətlərinin ən qüdrətlilərindən olan Mikenanın çox varlı hökmdarı. Aqamemnon 

Troyaya  qarşı  müharibədə  axey  şəhər-dövlətlərinin  birləşmiş  qoşunlarına  başçılıq 

etmişdir. 

aqlomerasiya 

- iqtisadi və mədəni əlaqələrin intensiv inkişafı nəticəsində 

ətraf şəhərlərin böyüyərək toplu şəklində birləşməsi. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə