Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə4/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   ...   205

 

E.ə.  338-ci  ildə  Xeroneya  yaxınlığındakı  döyüşdən  sonra  Afina 



Makedoniya  monarxiyasına  tabe  olmaq  məcburiyyətində  qaldı.  E.ə.  196-cı  ildə 

Makedoniya  çarı  IV  Filippin  romalılar  tərəfindən 

məğlub  edilməsindən  sonra  Afina,  əslində,  Romadan 

asılı  vəziyyətə  düşdü.  E.ə.  88-ci  ildə  Afinada  başda 

Aristion 

olmaqla 


antiroma 

əhval-ruhiyyəli 

demokratlar  hakimiyyətə  gəldilər  və  Afina  Pont  çarı 

VI  Mitridat  Yevpatorun  rəhbərlik  etdiyi  antiroma 

koalisiyasına  qoşuldu.  Bundan  az  sonra  Afina  Roma  sərkərdəsi  Komeli  Sullanın 

qoşunları tərəfindən mühasirəyə alındı.  Afinanın mühasirəsi e.ə. 88  - 87-ci illərin 

bütün  qışı  ərzində  davam  etdi  və  martın  1-də  şəhər  hücumla  alınıb  talan  edildi. 

Sulla bir çox incəsənət əsərlərini Romaya  apardı.  Romaya  tabe  olmuş  Afina  hələ 

də  özünü  idarə  edirdi.  Afinanın  elm  və  mədəniyyət  mərkəzi  olması  şərəfi 

qorunurdu  və  "adətən  varlı  romalılar  təhsillərini  burada  başa  vururdular.  Bəzi 

Roma  imperatorları  Afinaya  xüsusi  himayədarlıq  edirdilər,  orada  binalar  və 

məbədlər  inşa  etdirirdilər,  o  cümlədən  Zevs  və  Hera  məbədi,  kitabxana, 

gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına 

məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina 

incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi 

üçün  aparılmışdı.  529-cu  ildə  Bizans  imperatoru  Yustinianın  əmri  ilə  Afinada 

qalmış  sonuncu  məktəblər  bağlanılmışdı.  Antik  Afinanın  mədəni  tarixi  belə  başa 

çatmışdı. 



Afina dəniz ittifaqı və ya Afina arxesi

 - Afinanın başçılığı altında qədim 

yunan  şəhər-dövlətlərinin  Delos  ittifaqı  əsasında  e.ə.  V  əsrin  70-ci  illərində 

yaranmış  birlik.  Yunan  -  İran  müharibələri  dövründə  formal  olaraq  müstəqil  və 

bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. 

Yunanıstanda  ən  böyük  və  döyüş  qabiliyyətli  donanmaya  malik  olan  Afina  e.ə. 

478-ci  ildə  ittifaqda  rəhbərliyi  ələ  keçirdi.  Ajina  strateqləri  birgə  hərbi 

əməliyyatlara,  ittifaqın  təşkilatçılıq  və  maliyyə  funksiyalarına  rəhbərliyi  də  öz 

əllərində  cəmləşdirdilər.  Sonralar  afinalılar  müttəfiq  şəhərlərin  daxili  işlərinə 

qarışmağa  başladılar.  E.ə.  454-cü  ildə  ittifaqın  xəzinəsi  Delos  adasından  Afinaya 

köçürüldü.  Ayrı-ayrı  müttəfiqlərin  Afinanın  qəyyumluğundan  xilas  olmaq 

cəhdlərinin  qarşısı  yubadılmadan  alınırdı.  Afinalılar  qarnizonlarını  müttəfiqlərin 

ərazilərində  yerləşdirməyə  başladılar.  Bu  qarnizonlara  başçılıq  edən  Afina 

müvəkkilləri  -  yepiskopları  yerli  əhalinin  torpaqlarını  müsadirə  edib  orada 

afinalıları  yerləşdirməyə  başladılar.  Müttəfiqlərdən  müsadirə  olunmuş  torpaqlarda 

10  mindən  artıq  afinalı  yerləşdirilmişdi.  İlk  vaxtlar  xəzinəyə  ödənilən  könüllü 

üzvlük haqları sonralar Afinaya onun xalq yığıncağı tərəfindən hər müttəfiq üçün 

müəyyənləşdirilən  xəraca  çevrildi.  Bütün  bunlar  Peloponnes  müharibəsi  üçün 

bəhanə oldu - Sparta və onun müttəfiqləri yunan şəhərlərini Afina despotizmindən 

xilas etmək üçün müharibəyə başladılar. Afina dəniz ittifaqı şəhərlərinin Spartanın 




10 

 

tərəfinə  keçməsi  Peloponnes  müharibəsinin  taleyini  Spartanın  xeyrinə  həll  etdi. 



E.ə.  404-cü  ildə  Afinanın  məğlub  olması  onun  möhtəşəm  dəniz  ittifaqı  kimi 

ləğvinə  gətirib  çıxardı.  Afina  dəniz  ittifaqının  buraxılması  qaliblərin  məğlub 

afinalılara qarşı irəli sürülən ilk tələblərindən biri idi.  

Afrodita 

–  qədim  yunan  mifologiyasında  dəniz  köpüyündən 

doğulmuş məhəbbət və gözəllik ilahəsi. Afrodita xarakteri və mənşəyinə 

görə Şərqin Astartasına (Aştart, İştar) bənzəyir. Romalılarda Venera ilə 

eyniləşdirilirdi. 

Ağa  Məhəmməd  şah  Qacar  (1742  -  97)

  -  türk  qacar 

tayfasından  olan  İran  sərkərdəsi,  İranın  şahı  (1796  -  97),  Qacarlar 

sülaləsinin  banisi.  Ağa  Məhəmməd  xan  bütün  Azərbaycan  xanlarına,  hakimlərinə 

fərman  göndərib  onlardan  itaət  etmələri  əlaməti  olaraq  İrana  əmanət  (girov) 

göndərmələrini  tələb  etdi.  Azərbaycan  xanlarının  əksəriyyəti  fərmanı  qəbul 

etməkdən  imtina  elədi  və  1795-ci  ilin  yayında  Ağa  Məhəmməd  xanın  qoşunları 

Azərbaycan xanlıqları üzərinə hücuma keçdi. İran qoşunları Talış, 

Naxçıvan  və  İrəvan  xanlıqlarını  qarət  etdilər.  Bundan  sonra  İran 

qoşunları  Şuşanı  mühasirəyə  aldılar, amma  qalanın  müdafiəçiləri 

33  gün  müvəffəqiyyətlə  müdafiə  olundular,  Ağa  Məhəmməd  xan 

mühasirəni  dayandırıb  Tiflis  üzərinə  yürüş  etdi  və  şəhəri  tutub 

qarət  etdi.  Həmişə  onun  xanlığını  talanla  hədələyib  xərac  tələb 

edən  Kartli-Kaxeti  çarı  II  İraklidən  çəkinən  gəncəli  Cavad  xan  da  bu  yürüşə 

qatılmışdı.  Bu  bölgəni  tutmaq  istəyində  olan  Rusiya  hökuməti  və  II  Yekaterina 

1796-cı  ilin  aprelində  general  Zubovun  komandanlığı  ilə  Rusiya  qoşunlarını 

Azərbaycana  göndərdi.  Rusiya  qoşunları  ilə  toqquşmaqdan  çəkinən  Ağa 

Məhəmməd  xan  Azərbaycanı  tərk  etdi.  Ağa  Məhəmməd  xan  1796-cı  ildə  özünü 

İranın  şahı  elan  etdi  və  Qacarlar  şah  sülaləsinin  əsasını  qoydu.  Rus  qoşunları 

Azərbaycandan çıxarıldıqdan sonra 1797-ci ildə Ağa Məhəmməd şah buraya ikinci 

dəfə  yürüş  etdi.  O,  əvvəlcə  Naxçıvan  və  Xoy  xanlıqlarını  tutub  talan  etdi,  sonra 

Lənkəran  xanlığını  tutdu.  Bundan  sonra  Xudafərin  körpüsünü  dağıdan  Ağa 

Məhəmməd şah Şuşaya tərəf yollandı və şuşalıların qətiyyətlə müdafiə olunmasına 

baxmayaraq,  İbrahimxəlil  xanı  məğlub  etdi  və  o,  qohumu  avar  xanı  Ummanın 

yanına  qaçdı.  Şuşalılar  Ağa  Məhəmməd  şahın  onlara  xətər  yetirməyəcəyi  barədə 

Qurana  and  içməsinə  inanıb  şəhəri  təslim  etdilər.  Lakin  şəhərə  daxil  olan  Ağa 

Məhəmməd  şah  qarətə  başlamaq  barədə  döyüşçülərinə  əmr  verdi.  Bir  sıra 

Azərbaycan  xanları  "könüllü",  digərləri  isə  imkansızlıqdan  Ağa  Məhəmməd  şaha 

itaət  etmək  məcburiyyətində  qalmışlar.  Ağa  Məhəmməd  şah  Gürcüstana  yürüş 

etməyə  hazırlaşırdı,  lakin  sui-qəsd  nəticəsində  Şuşada  qətlə  yetirildi.  Ağa 

Məhəmməd şah öldürüləndən sonra İran qoşunları Arazın o tayına çəkildilər. 

"ağıllı insan"

 - müasir insanlara bənzər "ağıllı insan" təxminən 40 min il 

əvvəl  meydana  gəlmişdir.  Onun  beyninin  həcmi  "bacarıqlı  insan"ın  beyninin 

həcmindən iki dəfə böyük idi, boyu uca, qaməti düz idi. 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə