Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə14/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   10   11   12   13   14   15   16   17   ...   205
    Bu səhifədəki naviqasiya:
  • Aşşur

29 

 

astrologiya



  -  astronomiyanın  Qədim  Şərqdə  meydana  çıxmış  bir  sahəsi. 

Orta  əsrlərdə  astrologiya  Avropa  ölkələrində  də  geniş  yayılmışdır.  Astroloqlar 

ulduzların  düzümü  ilə  tarixi  hadisələr,  ayrı-ayrı  adamların  taleləri  arasında  bir 

bağlılıq  olduğunu  bildirirdilər.  Onlar  iddia  edirdilər  ki,  ulduzların  vasitəsilə 

gələcəyi müəyyən etmək olar. 

aşıq

 - Azərbaycanda el şairi, çalğıçı, bəstəkar, müğənni. 

Aşoka

  -  Qədim  Hindistanda  çar  (e.ə.  273  -  232).  Aşoka  ara 

müharibələrindən  sonra  atasının  taxt-tacını  ələ  keçirmişdir.  Aşoka  tayfa 

müharibələrini  ittiham  edən  və  birləşmiş  dövləti  təbliğ  edən 

buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, 

bütün  Hindistan  Aşokanın  hakimiyyəti  altında  birləşdirilmişdi. 

Aşokanın  hakimiyyəti  illəri  Hindistan  mədəniyyətinin, 

memarlığının  inkişafı,  yazının  yayılması  dövrüdür.  Aşokanın 

ölümündən sonra onun çarlığı dağılmışdır. 



Aşşur 

-  1)  assurların  şərəfinə  saldıqları  eyniadlı 

şəhərdə məbəd və zikkuratlar ucaltdıqları dinlərindəki baş allah; 

2)  e.ə.  III  minilliyin  sonlarında  Assuriyada  salınmış  şəhər.  E.ə.  II  minilliyin 

ortalarından  Assuriyanın  paytaxtı.  E.ə.  IX  əsrin  ortalarından  assur  çarlarının 

iqamətgahı  sırasından  çıxarılır,  bununla  belə,  paytaxt  olaraq  qalır.  Aşşur 

ümumdövlət  vergi  və  mükəlləfiyyətlərindən  azad  olunmuşdu.  E.ə.  614-cü  ildə 

Aşşur  Kiaksarın  başçılıq  etdiyi  midiyalılar  tərəfindən  tutulub  darmadağın 

edilmişdi.  Qazıntılar  zamanı  arxeoloqlar  Aşşurdan  mixi  yazılı  mətnlərdən  ibarət 

kitabxana aşkar etmişlər. 



atabəy

 (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin 

tərbiyəçisi  və  qəyyumları;  2)  Səlcuqilər  dövlətinin  süqutu  nəticəsində  meydana 

gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. 



Atatürk 

-  böyük  türk  sərkərdəsi,  Türkiyə  Respublikasının  banisi  və  ilk 

prezidenti  (1923  -  38)  Mustafa  Kamal  Atatürk.  Mustafa  1881-ci  il  martın  12-də 

Saloniki  şəhərində  (Yunanıstan)  keçmiş  gömrük  məmurunun  ailəsində  anadan 

olmuşdur. O, 12 yaşında Türkiyədə hərbi məktəbə daxil olmuş, 1904-cü ildə oranı 

bitirmiş və İstanbulda Baş Qərargah Akademiyasına daxil olmuşdur. Mustafa təhsil 

aldığı  illərdə  "Gənc  türklər"  hərəkatına  böyük  maraq  göstərmişdir.  Riyaziyyat 

sahəsindəki  müvəffəqiyyətlərinə  görə  o,  "Kamal"  ləqəbini  almışdı.  Bu  ləqəbdən 

xoşu  golən  gənc  zabit  onu  öz  adına  qoşmuşdur.  1905-ci  ildə  hərbi  akademiyanı 

bitirən  Mustafa  Kamal  kapitan  rütbəsi  alaraq  Suriyada  xidmətə  göndərilmişdi. 

Mustafa 1911 - 12-ci illər İtaliya - Türkiyə müharihəsində Liviyanın müdafiəsində, 

1913-cü  il  ikinci  Balkan  müharihəsində  isə  Dardanelin  müdafiəsində  iştirak 

etmişdir. Bu savaşlar zamanı Mustafa Kamal özünü cəsur və istedadlı  zabit kimi  

göstərə  bilmişdir.  Lakin  Mustafa  Kamal  Birinci  Dünya      müharibəsi  illərində  əsl 

məharətini  nümayiş  etdirə  bilmişdi.  Polkovnik  Mustafa  Kamal  1915-ci  ildə 

Hallipoli  yarımadasındakı  Rodosto  rayonunda  19-cu  diviziyaya  komandirlik 




30 

 

etmişdir.  O  burada  bir  neçə  aylıq  ağır  savaşlardan  sonra  ingilis  desantını 



məğlubiyyətə  uğratmışdı  və  bundan  sonra  -  ta  İkinci  Dünya  müharibəsinədək 

zabitlər  desant  əməliyyatının  effektliliyinə  şübhə  etməyə  

başladılar.  Mustafa    Kamal  həmin  yarımadanın  müdafiəsi 

üçün  1916-cı  ildə  general  rütbəsi  aldı  və    16-cı  korpusa 

komandanlıq  edərək  Anadolunu  müttəfiqlərdən  uğurla 

müdafiə  etməyə  başladı.  Lakin  Mustafa  Kamalın  uğurları, 

eləcə  də  alman  generallarının  ağalığından  narazılığı  hərbi 

naziri  qəzəbləndirmişdi  və  o,  1917-ci  ildə  Mustafa  Kamalı 

"sağlamlığı ilə əlaqədar" ordudan azad etmişdir. Amma bir il 

sonra  -  türklər  Birinci  Dünya  müharibəsində  məğlub  olan 

zaman  nazir  yenidən  Mustafa  Kamalı  xidmətə  çağırdı  və 

Fələstindəki  7-ci  orduya  rəhbər  təyin  etdi.  Rəqiblərinin 

ordusunun  onun  döyüşçülərindən  sayca  dəfələrlə  çox  olması 

ucbatından  Mustafa  Kamal  yalnız  öz  qoşunlarını  əvvəlcədən 

hazırlanmış  mövqeyə  aparmaq  məcburiyyətində  qaldı.   

Osmanlı      imperiyası    Birinci    Dünya  müharibəsindən  çıxdı  və  hələ  müttəfiqlər 

Periyanı bölüşdürmək haqqında fikirləşdikləri zaman sultanın İstanbulda kiçik ordu 

saxlamağa  vəsaiti  qalmışdı.  Müttəfiq  qoşunları  İstanbulu      daxil      olanda    və  

yunanlar  1919-cu  ilin  fevralında  İzmiri  tutduqları  vaxt  sultan  Mustafa  Kamalı 

işğalçılara  qarşı  etiraz  edənləri  tabe  etmək  üçün  baş  müfəttiş  təyin  etdi.  Mustafa 

Kamal  bunun  əvəzində  türkləri  Türkiyənin  müstəqilliyinin  həm  daxili,  həm  də 

xarici düşmənlərinə qarşı ruhlandırmağa başladı. 1919-cu il mayın 19-da sultanın 

onu  vəzifəsindən  uzaqlaşdırmaq  cəhdinə  məhəl  qoymayan  Mustafa  Kamal  bütün 

türklərə  çağırışla  müraciət  edib,  onları  öz  müstəqillikləri  uğrunda  mübarizəyə 

qoşulmağa  çağırdı.  Mustafa  Kamal  1920-ci  ilin  aprelində  Ankarada  müvəqqəti 

hökumət yaratdı və vətənpərvərlərin silahlı birliklərinə rəhbərlik edərək 2 il ərzində 

yunan  işğalçılarını  ölkədən  qovdu.  Xarici  təhlükəyə  son  qoyulduqdan  sonra 

Mustafa  Kamal  qoşunlarını  İstanbul  üzərinə  yeridib,  1922-ci  il  noyabrın  1-də 

sultan  hakimiyyətini  ləğv  etdi.  1923-cü  il  oktyabrın  29-da  Mustafa  Kamal 

Türkiyəni  respublika  elan  etdi,  özü  isə  respublikanın  ilk  prezidenti  oldu.  Bundan 

sonra  o,  islamın  təsirini  məhdudlaşdıran  islahatlar  keçirdi,  Avropa  nümunəli 

qanunlar, inzibati sistem və geyimlər tətbiq etdi. Mustafa  Kamal qanun qarşısında 

bütün  vətəndaşların  bərabərliyi  nöqteyi-nəzərindən  çıxış  edərək  hərbi  və  mülki 

hakimiyyətlərin əməkdaşlığını dəstəkləmişdi. Türkiyə Böyük Millət Məclisi 1934-

cü ildə Mustafa Kamala Atatürk titulu verdi. 1938-ci il noyabrın 10-da Atatürk 57 

yaşında vəfat etmişdir. 



ateizm

 - hər cür dini inkar edən dünyagörüşü sistemi. Ateizm hələ Qədim 

Misirdə  meydana  çıxmışdır.  Orta  əsrlərdə  bidətçilik  pərdəsi  altında  mövcud 

olmuşdur. XVIII əsr fransız maarifçilərinin ideyaları ateizmin inkişafında mühüm 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə