Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə16/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   12   13   14   15   16   17   18   19   ...   205

33 

 

müddət  Selevkilər  dövlətindən  asılılığı  qəbul  etmək  məcburiyyətində  qalır.  E.ə. 



190-cı  ildə  Maqneziya  yaxınlığında  döyüşdə  III  Antiox  romalılara  məğlub 

olduqdan  sonra  Atropatena  yenidən  tam  müstəqillik  əldə  edir.  Strabonun 

bildirdiyinə  görə,  e.ə.  II  əsrin  ortalarında  iki  erməni  çarlığı  işğalçı  siyasətə 

başlayaraq Atropatenanın "Kaspiana, Favnitida və Basoropeda" vilayətlərini tutur. 

E.ə.  II  əsrin  ortalarında  Atropatenanın  güclənməkdə  olan  Parfiya  ilə  müttəfiqlik 

münasibətləri  yaranır.  Bu  yaxınlaşmada  atropatenalılarla  parfiyalıların  dil 

baxımından  yaxın  olmalarının  və  eyni  dinə  -  zərdüştiliyə  sitayiş  etmələrinin 

mühüm əhəmiyyəti var idi. Az sonra Parfiya ilə Roma Yaxın Şərqdə ağalıq etmək 

üstündə  öz  aralarında  mübarizəyə  başlayırlar.  Atropatena,  Ermənistan  və  Qafqaz 

Albaniyasında  parfiyalıların  mövqeyi  möhkəmlənir  və  onlar  bu  ölkələrin  daxili 

işlərinə  qarışmağa  başlayırlar.  E.ə.  I  əsrin  birinci  yarısında  Atropatena  hökmdarı 

Mitridat qüvvətlənən erməni dövlətinin çarı II Tiqranın qızı ilə evlənməklə onunla 

sülalə  nikahı  bağlayır.  Ona  görə  də  Roma  sərkərdəsi  Lukullun  Ermənistana 

soxulması zamanı Atropatena hökmdarı özünün on yeddi minlik zirehli süvarisi ilə 

II Tiqranın yardımına gəlir. Romalılarla Tiqranakert yaxınlığında döyüş ərəfəsində 

Tiqran  mərkəzə  komandanlığı  özünə  götürür,  sağ  cinahı  isə  Atropatena  hökmdarı 

Mitridata  etibar  edir.  Amma  müttəfiq  qoşunlar  romalılar  tərəfindən  məğlubiyyətə 

uğradılır.  E.ə.  68  və  67-ci  illərdə  Atropatena  Atropatenada  dövriyyədə  olmuş 

Makedoniyalı İsgəndərin sikkəsi hökmdarı Mitridatın iştirakı ilə erməni qoşunları 

Lukull  üzərində  bir  neçə  qələbə  çaldılar.  Sonra  Atropatenanı  tutan  Parfiya 

qoşunları  Ermənistana  soxuldu.  E.ə.  36-cı  ildə  Roma  hökmdarlarından  biri  olan 

Antoni  Parfiya  üzərinə  yürüş  etdi.  Antoni  Ermənistandan  Atropatenaya  soxuldu. 

Atropatena  çarı  Artavazd  (Artabaz)  16  minlik  süvarisi  ilə  Antoniyə  qarşı  Parfiya 

çarı ilə ittifaqda çıxış. ctdi. Öncə Antoni işğalçılardan uzunmüddətli müdafiə üçün 

hazırlanmış Atropatena qalası Fraaspanı mühasirəyə aldı. Fraaspanın mühasirəsinin 

uzanması  Roma  legionerlərinin  nizamını  pozdu.  Mühasirəyə  alınmış  Fraaspadakı 

atropatenalılar  romalılara  qarşı  cəsarətli  əks-hücum  təşkil  etdilər.  Qışın 

yaxınlaşmağından  təşvişə  düşən  Antoni  mühasirə  maşınlarını  Fraaspa  ətrafında 

qoyub Atropatenadan geriyə çəkildi. Romalıların Atropatenada məğlub olmalarının 

əsas  səbəblərindən  biri  burada  onlara  qarşı  mübarizənin  ümumxalq  xarakteri 

alması idi və Fraaspanın qəhrəmancasına müdafiəsi də bunu sübut edir. Atropatena 

hökmdarı  Artavazd  xeyli  qənimət  ələ  keçirir.  Lakin  bu  qələbədən  az  sonra 

müttəfiqlər  arasında  atropatenalılarla  parfiyalılar  arasında  inciklik  baş  verir. 

Parfiya  hökmdarı  bütün  Atropatenanı  özünə  tabe  etmək  fikrinə  düşür.  E.ə.  35-ci 

ildə  Artavazd  Antoniyə  sülh  və  dostluq  təklifi  ilə  müraciət  edir.  E.ə.  34-cü  ildə 

Antoni Ermənistanı tutur. Elə həmin ildə də Antoninin oğlu Aleksandr Atropatena 

hökmdarı Artavazdın qızı İotapa ilə nişanlanır. E.ə. 33-cü ildə Antoni parfiyalılara 

qarşı yürüşə hazırlaşırdı, lakin Oktavianla aralarında baş vermiş münaqişə üzündən 

o,  Atropatena  hökmdarının  yanında  cüzi  qoşun  qoyub  qərbə  qayıtmağa  məcbur 

oldu.  Antoninin  geriyə  çağırdığı  Roma  qoşunlarından  məhrum  olan  Artavazd 




34 

 

parfiyalılarla  müharibədə  məğlubiyyətə  uğradı  və  əsir  götürüldü,  Atropatena  isə 



Parfiya şahı tərəfindən Ermənistan çarına verildi. Lakin az sonra Artavazd azadlığa 

çıxdı və e.ə. 31-ci ildə Aksi burnu yaxınlığındakı savaş ərəfəsində hətta Antoniyə 

köməkçi  qoşunlar  da  göndərdi.  Bundan  sonra  isə  Roma  imperatoru  Oktavian 

Ermənistanı  Artavazda  verdi  və  o  buranı  e.ə.  20-ci  ilədək  idarə  etdi.  Oktavian 

Artavazdın qızı, Antoninin oğlunun nişanlısı İotapanı da atasına qaytardı. E.ə. 20-

ci ildə Artavazdın xeyli müddət Romada yaşamış oğlu II Ariobarzan Atropatenanın 

hökmdarı oldu. Tasitin yazdığına görə, eramızın 1-ci ilinə yaxın Oktavian "yenə bu 

xalqı  (erməniləri)  Artabazın  oğlu  hökmdar  Ariobarzanın  tabeliyinə  verdi".  Bir 

qədər  keçdikdən  sonra  Ariobarzan  öldü  və  Oktavian  Ermənistanı  onun  oğlu 

Artavazda  verdi.  Artavazd  bir  neçə  il  Ermənistanı  idarə  etdi  və  Oktavianın 

ölümündən  bir  qədər  əvvəl  qətlə  yetirildi.  Atropatenanı  eramızın  20-ci  illərinə 

qədər idarə edən sonuncu Atropatilər hökmdarı isə  Ariobarzanın oğlu II Ariovast 

olmuşdur. 

Az  sonra  Qafqaz  Albaniyasında,  Ermənistanda  və  İberiyada  olduğu  kimi, 

Atropatenada  da  hakimiyyət  Parfiya  Arşakilər  sülaləsinin  kiçik  qoluna  keçdi. 

Atropatena  və  Parfiyanın  yaxınlaşmalarının  yuxarıda  sadalanan  səbəblərinə  daha 

bir  ümumi  məqsəd  də  əlavə  oldu  -  "ellinliyə"  (o  zaman 

Romanın  Liri  kimi  qavranılırdı)  qarşı  mübarizə. 

Atropatena  Arsakilərinin  dövründə  faktik  olaraq 

Atropatena Parfiyanın bir hissəsinə çevrilmişdi. Sonuncu 

isə  öz  növbəsində  monolit  imperiya  olmayıb  ayrı-ayrı 

vilayətlərə  bir  çox  hallarda  özlərini  sərbəst  idarə  edən 

şəhərlərə  bölünürdü.  Bunlardan  biri  də  Atropatena  idi.  Eramızın  70-ci  illərində 

alanların  dağıdıcı  yürüşləri  zamanı  Atropatena  Parfiya  şahı  I  Vologezin  qardaşı 

Pakor tərəfindən idarə olunurdu. Eramızın 213  - 223-cü illərində sonuncu Parfiya 

şahları  arasında  baş  verən  ara  müharibələri  dövründə  Atropatena  qısa  müddət 

ərzində  müstəqillik əldə etdi. 227-ci ildə Xəzər dənizi sahilindəki Dərbənd keçidi 

vasitəsilə Qafqaz Albaniyasına və Atropatenaya ilk dəfə olaraq türk tayfalarının  - 

hunların  və  sabirlərin  ön  dəstələrinin  yürüşləri  oldu.  Eramızın  244-cü  ilinə  yaxın 

Atropatena  Sasani  hökmdarı  I  Şapur  tərəfindən  istila  edildi  və  o  dövrdən  Sasani 

dövlətinin tərkibində qaldı. 

Atropatena  ərazisində  küp  qəbirlər  geniş  yayılmışdı.  Ölü  sıx  bükülmüş 

şəkildə  küpə, başı qabın ağzına tərəf yerləşdirilirdi. Dəfn küpünün içərisinə xırda 

avadanlıq və bəzək əşyaları (qolbaq, boyunbağı, üzük, muncuq və s.) da qoyulurdu. 

Dəfn  küpü  ilə  yanaşı,  gil  qablar  da  qoyulurdu.  Küp  qəbirlərin  heç  bir  qəbirüstü 

tikilisi  olmurdu.  Hərçənd  antik  mənbələrin  məlumatına  görə,  Atropatın  varisləri 

makedoniyalıları  öz  ölkələrinə  "buraxmırdılar",  bununla  belə,  ellin  mədəniyyəti 

Atropatenaya daxil olurdu və Kerefto dağlarındakı Herakl məbədində olan yunan 

yazısı, eləcə də avroman perqamentləri bunu təsdiqləyir. E.ə. II əsrin ikinci yarısı 

Atropatenada  yerli  ənənələrə  əsaslanan  yeni  ellin  mədəniyyətinin  yaradılması 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə