Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə13/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   9   10   11   12   13   14   15   16   ...   205

27 

 

bərpası  üzrə  iş  tam  sürətlə  gedirdi.  İsgəndər  efeslilerə  təklif  etdi  ki,  o,  əvvəllər 



çəkilmiş xərcləri və işin tamamlanmasını öz hesabına ödəyir, bir şərtlə  - məbədin 

üzərində  onun  adına  yazı  olsun.  Amma  efeslilər  onun  təklifini  rədd  etdilər  və 

Artemisionu  Makedoniya  hökmdarının  yardımı  olmadan  tikib  qurtardılar. 

Artemisionun  çox  böyük  sahəsi  (110  x  55  m)  var  idi.  Məbədi  hündürlüyü  18  m 

olan 127 mərmər sütun əhatə edirdi. Yenidən relyeflərlə bəzədilmiş daha 30 sütun 

inşa olunmuşdu. Bu sütunlar Artemisionun gözəlliklərindən biri idi. Məbədin içəri 

hissəsinə  mərmər  plitələr  döşənmişdi.  Məbədin  əsas  geniş  salonunda  isə  ilahənin 

15 m hündürlüyü olan heykəli var idi. İlahənin üzü, əllərinin və ayaqlarının pəncəsi 

taxtadan  düzəldilmişdi.  Qalan  üst  təbəqə  bütövlükdə  qızıl  bərbəzək  və  daş-qaşla 

örtülmüşdü. Məbəd yenidən tikilərkən bir çox məşhur rəssam və heykəltəraşlar onu 

öz  əsərləri  ilə  bəzəmişdilər.  Artemision  qədim  dövrün  ən  məşhur  muzeylərindən 

biri,  habelə  xəzinə  və  bank  olmuşdur.  Məbədin  kahinləri  faizlə  pul  verirdilər. 

Məbədin  torpaqları  da  var  idi.  Romalıların  dövründə  məbəd  əvvəllərdə  olduğu 

kimi  yenə  də  varlandı.  E.ə.  263-cü  ildə  qotlar  Artemidanın  adına  olan  müqəddəs 

məbədi tutub  talan etdilər. Sonra  xristian din  xadimləri dəfələrlə  fanatik  kütlələri 

bütpərəstlik ilahəsinin məbədi üzərinə hücuma təhrik etmişdilər. Bizans dövründə 

dağıdılmış  Artemisionun  yerində  xristian  kilsəsi  inşa  edilmişdir.  Digər  tikinti 

işlərinin aparılması zamanı müqəddəs Artemisionun mərmər örtüyündən də inşaat 

materialı  kimi  istifadə  olunmuşdur.  Dağıdılmış  məbədin  xarabalıqları  tədricən 

bataqlığa çökmüşdür. XIX - XX əsrlərdə ingilis arxeoloqları Efes şəhərinin olduğu 

yerdə qazıntı işləri aparmışlar. Qazıntı materiallarını öyrənən rəssam və memarlar 

Artemisionun yalnız planını bərpa edə bilmişlər. 



Arşakilər

  -  Parfiyada  hökmdar  sülaləsi  (e.ə.  250  -  eramızın  224-cü  ili); 

ənənəyə  görə,  mənşəyini  dövlətin  banisi  və  ilk  Parfiya  hökmdarı  olan  Arşakdan 

götürmüşdür.  Eramızın  əvvəllərində  Parfiya  Arşaki  sülaləsinin  kiçik  (yan)  qolu 

Parfiyadan  asılı  olan  Hindistan,  Persida,  Elimaida,  Atropatena,  Hirkaniya, 

Ermənistan, İberiya və Qafqaz Albaniyasında hakimiyyətə gəlmişdi. 

Asparux

  -  VII  əsrin  ortalarında  xəzərlər  tərəfindən  Azov  sahillərindən 

Bessarabiyaya  sıxışdırılan  türk  bulqar  tayfasının  xanı.  Bulqar  tayfaları  buradan 

Bizans  imperiyası  tabeliyində  olan  Dunayın  sağ  sahil  torpaqlarına  köçdülər. 

Cənubi slavyanların yerli tayfalarını 681-ci ildə tabe edən Asparux burada Bulqar 

xanlığını yaratdı. O, 701-ci ilədək Bulqariyanı idarə etdi. 

Asiya

  -  planetimizdə  ən  böyük  qitə,  ərazisi  təqribən  43,4  mln.  km

2



Avropa  ilə  birlikdə  Avrasiya  materikini  əmələ  gətirir.  Asiya  ilə  Avropa  arasında 



sərhəd şərti olaraq Ural dağlarının şərq ətəkləri, Emba çayı (Xəzər dənizinə qədər), 

Kuma-Manıç  çökəkliyi,  Azov  dənizi,  Qara  və  Mərmərə  dənizləri,  Bosfor  və 

Dardanel  boğazları  və  Egey  dənizindən  keçir.  Şimali  Amerikadan  Berinq  boğazı 

ilə ayrılır. Afrika ilə Süveyş bərzəxi vasitəsilə birləşir. Şimal Buzlu, Sakit və Hind 

okeanları və onların dənizləri ilə əhatə olunub. 



28 

 

assimilyasiya 

(lat. "oxşatma", "uyğunlaşdırma") - bir xalqın digər xalqla 

öz  dilini.  mədəniyyətini  və  s.-ni  itirmək  yolu  ilə  qarışması.  Təbii  və  zorakı 

assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli 

azlıqların  uzun  müddət  aralarında  yaşadıqları  daha  böyük  millətlə  tədricən 

qovuşması  yolu  ilə  gedir.  İmperiyalarda,  o  cümlədən  Rusiya  imperiyasında 

tabelikdə  olan  xalqların  zorakı,  məcburi  assimilyasiyasından  (ruslaşdırmadan) 

geniş istifadə edilirdi. 

Assuriya

 - Şimali Mesopotamiyada qədim dövlət (e.ə. XIV  - VII əsrlər). 

E.ə. IX əsrədək Assuriyanın yeganə paytaxtı Aşşur şəhəri idi, e.ə. 689-cu ildən isə 

Nineviya (Neynəva) oldu. E.ə. VIII - VII əsrlərdə Assuriya 

Ön  Asiyanın  ən  qüdrətli  dövləti  idi.  Assurlar  bütün 

Mesopotamiyanı, 

Suriyanı, 

Finikiyanı, 

Cənubi 

Azərbaycanda Manna və Midiyanın bir sıra vilayətlərini və 



qısa  müddətə Misiri  fəth etdilər. E.ə. 714-cü ildə Assuriya 

hökmdarı  II  Sarqon  Urartuya  dağıdıcı  zərbə  endirdi. 

Aramsız  mühahbələr  Assuriyanın  qüdrətini  sarsıdırdı.  E.ə. 

612-ci  ildə  müttəfiqlər  -  başda  hökmdar  Kiaksar  olmaqla 

Midiya qoşunları və başda hökmdar Nabopalassar olmaqla 

Babil qoşunları hücumla Nineviyanı tutub dağıtdılar. E.ə. 605-ci ildə sonuncu assur 

qalası olan Karxemiş süqut etdi və Assuriyanın varlığına son qoyuldu. Midiya və 

Babilistan Assuriyanın keçmiş torpaqlarını öz aralarında bölüşdürdülər. 



Astarta

 - fınikiyalıların və xaldeylərin dinində məhsuldarlıq və məhəbbət 

ilahəsi (Finikiya dilində  -  Aştart). Astartaya sitayiş Suriyada, Fələstində, Misirdə, 

Kiçik Asiyada, Babilistanda (burada - İştar), Kiprdə yayılmışdı. Ellinizm dövründə 

bütün Aralıq dənizi ətrafında Astartaya sitayiş edilirdi. 



Astiaq

  -  Kiaksarın  oğlu,  sonuncu  Midiya  hökmdarı  (e.ə.  585  -  550). 

Astiaq  Babilistan  şahlığını  tutmaq  istəyirdi.  Onun  dövründə  Midiyanın  daxili 

vəziyyəti gərginləşdi. Astiaq əyanların hüququnu məhdudlaşdırmaq istəyirdi və bu 

zaman  başda  Harpaq  olmaqla  Midiya  əyanlarının  bir  qismi  Midiyadan  asılı  olan 

fars hökmdarı Kirlə gizli sövdələşməyə başladı. Herodotun verdiyi məlumata görə, 

Kir Astiaqın qızının oğlu imiş. Rəvayətə görə, haçansa Astiaqa söyləyiblərmiş ki, 

onun  nəvəsi  taxt-tacını  əlindən  alacaq  və  bütün  Asiyanı  fəth  edəcək.  Bundan 

qorxan Astiaq taleyi aldatmaq məqsədi ilə qızını midiyalıya deyil, ondan asılı olan 

fars  hökmdarına  ərə  verir.  Qızının  oğlu  olduqda  isə  maqlar  bildirirlər  ki,  o, 

hökmdar olacaq. Astiaq əmr edir ki, nəvəsini öldürsünlər, lakin bu əmri alan saray 

adamının  körpəyə  yazığı  gəlir  və  onu  tərbiyə  edilmək  üçün  bir  çobana  verir.  Kir 

böyüyür və Midiyanın tabeliyində olan Fars dövlətinin hökmdarı olur. 

E.ə. 553 - 550-ci illərdə Astiaqa qarşı aparılan müharibədə döyüş zamanı 

Midiya  əyanlarının  rəhbərlik  etdikləri  Midiya  qoşunlarının  bir  hissəsinin  onun 

tərəfinə keçməsi sayəsində Kir qələbə çalır və Midiyada hakimiyyəti ələ keçirir. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə