Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə12/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   8   9   10   11   12   13   14   15   ...   205

25 

 

tarixini müəyyənləşdirməyə, habelə tapılmış qalıqlara əsasən keçmişi hərpa etməyə 



imkan  verən  mürəkkəb  qazıntı  texnikası  işləyib  hazırlamışlar.  Arxeologiya 

təsərrüfat və mədəniyyət tarixini öyrənməyə kömək göstərir, yazısız dövrün ictimai 

tarixini müəyyən mənada bərpa etməyə imkan verir. 

arxeoloji  xəritəçəkmə

  -  müxtəlif  tarixi  hadisələrin  coğrafi  xəritədə 

arxeoloji məlumatlara əsaslanmış qrafik təsvirinin verilməsi ilə məşğul olan tarixi 

xəritəçəkmənin xüsusi sahəsi. 



arxeoloji  mədəniyyət 

-  cyni  dövro  aid  vo  müəyyən  ərazidə  cəmlənmiş 

oxşar arxeoloji abidələrin qeyd olunması üçün istifadə edilən termin. 

Arximed 

(e.ə.  287  -  212)  -  qədim  yunan  riyaziyyatçısı,  astronomu, 

ixtiraçısı.  Museyonda  işləmiş,  sonra  isə  Siciliya  adasındakı  qədim  yunan 

koloniyasında  -  Sirakuza  şəhərində  yaşamışdır.  Suqaldıran  ling-

maşın  ixtira  etmişdir.  O,  fizikanın  suya  batmış  hər  cismə  sıxılmış 

mayenin çəkisi qədər itələyici qüvvənin təsir etməsi qanununu kəşf 

etmişdir.  E.ə.  212-ci  ildə  Sirakuzanı  tutmuş  romalılar  tərəfindən 

öldürülmüşdür. 



Ariadna 

- qədim yunan əsatirində Krit hökmdarı Minosun 

qızı. O, Minotavrı öldürən Teseyə labirintdən çıxmaq üçün sap yumağının köməyi 

ilə yardım etmişdir. "Ariadna sapı" ifadəsi buradan meydana gəlmişdir. 

arilər

  -  e.ə.  2000-ci  ilə  yaxın  Mərkəzi  isiyadan  Hindistana  soxulmuş 

Hind-İran  köçəri  tayfalarının  özlərinə  verdikləri  ad.  Hindisumda  ariler  tədricən 

yerli  əhali  ilə  qarışaraq  onlarla  birlikdə  hindxalqını  təşkil  etdilər.  İran  və  Cənubi 

Azərbaycan  ərazilərində  yerli  əhali  ilə  qarışan  arilərdən,  o  cümlədən  Azərbaycan 

ərazisində  bir  çox  irandilli  tayfalar  -  parfiyalılar,  farslar,  midiyalılar,  saqartilər, 

kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Faşist Almaniyasında "ari". 

"arilər",  "arilik"  kimi  terminlərdən  istifadə  qərəzkar  xarakter  daşıyırdı  və  elmi 

məna ilə heç bir əlaqəsi yox idi. 

Aristofan

 (e.ə. 445 - 385) - qədim yunan şairi, komediya yazam. Afinalı 

Aristofan insanın zəifliyini və nöqsanlarını tənqid edən, incəliyi və istehzalılığı ilə 

fərqlənən 44 komediya yazmışdır. Onlardan nisbətən məşhurları "Quşlar", "Arılar", 

"Sərvət", "Dünya", "Qurbağalar" əsərləridir. Aristofanın komediyalarından on biri 

dövrümüzə gəlib çatmışdır. 



aristokratiya

  (yun.  "yaxşıların  hakimiyyəti)  -  1)  Qədim  Yunanıstanda 

hakimiyyətin qəbilə əyanlarının nümayəndələrinə mənsub olduğu idarə sistemi; 2) 

mənşəyini  qədim  qəbilə  əyanlığından  götürmüş  xüsusi  hüquq  və  üstünlüklərə 

malik imtiyazlı silk. 

Aristotel 

(e.ə.  384-322)  -  qədim  yunan  filosofu  və  alimi.  17  yaşında 

Afinaya gəlmiş və Platonun Akademiyasına daxil olmuşdur. Əvvəlcə burada şagird 

olan Aristotel sonra müəllimlik etmişdir. E.ə. 343-cü ildə Makedoniyalı İsgəndərin 

müəllimi olmuşdur. E.ə. 335-ci  ildə  Afinaya  qayıtmış  və  likey  fəlsəfi  məktəbinin 

əsasını  qoyaraq  orada  12  il  dərs  demişdir.  Aristotelin  əsərləri  biliyin  müxtəlif 




26 

 

sahələrini - məntiq, fizika, zoologiya, psixologiya, etika, siyasət, ritorika, poeziyanı 



əhatə  edir.  Aristotel  öz  dövrünədək  əldə  edilmiş  bütün  bilikləri  ayrı-ayrı  sahələr 

üzrə bölüşdürərək onları müstəqil elmlərdə birləşdirmişdir. Aristotel elmlərə ad da 

- botanika, fizika, siyasət (politika) və s. vermişdir. 

arqonavtlar

  (yun.  "Arqo"da  üzənlər")  -qədim  yunan  əsatirində  "Arqo" 

gəmisində  qızılyunlu qoç  dərisini  gətirmək üçün  Yasonun  başçılığı ilə  Kolxidaya 

gedən qəhrəmanlar. 



Arran

  -  orta  əsrlərdə  ərəb  tarixçilərinin  Qafqaz  Albaniyasına  verdikləri 

ad. 

Artemida

  -  qədim  yunan  əsatirlərində  ovçuluq  ilahəsi,  heyvanların 

himayəçisi,  Ay  ilahəsi;  sonralar  -  qadın  ismətinin  himayəçisi.  Artemida 

məbədlərindən  ən  çox  məşhur  olanı  Efes  şəhərindəki  (Kiçik  Asiya)  Artemision 

məbədi idi. 

Artemision 

-  e.ə.  V  əsrdə  Kiçik  Asiyadakı  yunan  şəhəri  Efesdə  memar 

Xersifronun  layihəsi  ilə  inşa  edilmiş  Efesli  Artemidanın  məbədi.  Artemision 

qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Hələ qədimdən Kiçik 

Asiya  şəhərlərində  Artemida  ilahəsinə  sitayiş 

edirdilər.  Burada  yunan  ovçuluq  himayəçisi  kultu 

yerli  Asiya  məhsuldarlıq,  bərəkət  kultu  ilə 

qovuşmuşdur. Artemidaya – məhsuldarlıq ilahəsinə 

mərkəzi  sitayiş  yeri  Efes  şəhəri  idi.  Efes  varlı 

ticarət  şəhəri  idi  və  efeslilər  Artemidanın  şərəfinə 

misilsiz  məbəd  tikmək  qərarına  gəlmişdilər.  Memar  Xersifron  tikintinin  başa 

çatmasından  xeyli  əvvəl  ölmüş,  Artemisionun  inşası  isə  onun  oğlu  Metagen 

tərəfindən  davam  etdirilmişdir.  Lakin  Metagen  də  tikintinin  başa  çatmasınadək 

yaşamamışdır, belə ki, rəvayətə görə, Artemisionun tikintisi 120 il davam etmişdir. 

Memarlar Peonit və Demetri Artemisionun tikintisini başa çatdırmışlar. Miqyasına 

görə  o  vaxta  kimi  inşa  edilmiş  bütün  məbədlərdan  ən  əzəmətlisi  olan  bu  tikili 

əvvəllər  məlum  olmayan  yeni  iş  üsullarının  tətbiqini,  tikinti  texnikasını 

təkmilləşdirməyi  tələb  edirdi.  Artemisionun  inşası  başa  çatdıqdan  sonra  isə  onu 

seyr edənlərin hamısı bu məbədə heyran oldu. Amma Artemision cəmi yüz ilədək 

qəlbləri oxşadı. E.ə. 356-cı ildə öz adını əbədiyyətə qovuşdurmaq istəyən Herostrat 

adlı bir efesli Artemisionu məhv etmək qərarına gələrək onu yandırmışdı. Yanğın 

nəticəsində  məbədin  damı  uçmuş,  divarları  və  sütunları  yanıb  qaralmışdı. 

Herostratın  cinayəti  yunanların  qəzəbinə  səbəb  olmuşdu.  İoniya  dövlətləri  birgə 

qərar  qəbul  etmişdilər  ki,  Herostratın  adı  unudulsun.  Lakin  bir  sıra  qədim 

yazıçıların əsərlərində onun haqqında  məlumat qalmışdır. İndi "Herostrat şöhrəti" 

ifadəsi mövcuddur. Bəd əməli və ya cinayəti ilə "tanınan" adamlar haqqında bu cür 

deyirlər.  Efeslilər  qərara  almışdılar  ki,  Artemisionu  yenidən  inşa  etsinlər  və 

məbədin  bərpası  üçün  vəsait  toplamağa  başlamışdılar.  E.ə.  333-cü  ildə 

Makedoniyalı İsgəndər özünün "Şərq yürüşü" zamam Efesə çatdıqda artıq məbədin 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə