Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə10/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   6   7   8   9   10   11   12   13   ...   205

21 

 

Laokoon  



(antik heykəl) 

Antik,  əntiq

  (lat.  "antikvitas  -  qədimlik"  "köhnəlik")  -  ümumi  mənada 

müasir  "qədimlik"  anlayışına  bərabərdir.  Lakin  elə  həmin  mənada  Qədim 

Yunanıstan,  Qədim  Roma  və  ellin  dövlətlərini  də  bildirir. 

Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. V əsrə 

qədərki dövrü nəzərdə tutulur. 



antisovet üsyanı

 (Gəncə, 1920) - üsyanın səbəbi yeni 

sovet  hakimiyyətinin  siyasətindən  ümumxalq  narazılığı, 

bəhanəsi  isə  bolşeviklər  tərəfindən  Azərbaycan  hərbi 

hissələrinin "yabançı sinfi ünsürlər"dən təmizlənməsi, üsyanın 

hərəkətverici  qüvvəsi  isə  Azərbaycan  Milli  Ordusunun  2  min 

nəfərə  yaxın  döyüşçüdən  ibarət  bölmələri  idi.  Mayın  25-dən 

26-na  keçən  gecə  üsyançılar  Rusiyanın  XI  Qırmızı  Ordu 

hissələrinə hücum etdiər və Gəncənin müsəlmanlar yaşayan hissəsini nəzarət altına 

aldılar,  şəhərin  erməni  əhalisi  isə  elə  o  andan  Qırmızı  Ordunun  tərəfinə  keçərək 

ona  yardım  üçün  silahlı  dəstələr  təşkil  etməyə  başladı.  Üsyana  rəhbərlik  etmək 

üçün  generallar  Cavad  bəy  Şıxlinski,  Məmmədrza  Qacar,  Cavanşir  bəy 

Kazımbəyov və b.-dan ibarət tərkibdə hərbi şura yaradıldı. Gənc və ətraf kəndlərin 

əhalisi də üsyançılara qoşuldu. Üsyançıların sayı 10 min nəfərə çatırdı. Mayın 27-

də Qırmızı Ordunun hissələri hücuma keçdi, lakin xeyli itkilərə məruz qaldığından 

geri çəkilməyə məcbur oldu. Bolşeviklər Gəncəyə əlavə qüvvələr gətirdilər. Yeni 

hücum  ərəfəsində  şəhər  amansızlıqla  top  atəşinə  tutuldu.  Mayın  29-da  3  diviziya 

Gəncə  üzərinə  ikinci  dəfə  hücuma  keçərək  şəhərə  daxil  oldu,  amma  üsyançıların 

ciddi  müqaviməti  nəticəsində  bolşeviklər  hər  bir  məhəlləni  ancaq  döyüşlə  tuta 

bildilər.  Yalnız  mayın  31-də  Qırmızı  Ordu  şəhəri  tam  tuta  bildi.  Üsyanın 

yatırılması  zamanı  Qırmızı  Ordunun  əsgərləri  və  erməni  könüllüləri  dinc 

azərbaycanlı  əhalisinə  qanlı  divan  tutdular,  qocaları,  qadınları  və  uşaqları 

öldürdülər.  Gəncəyə  fövqəladə  komissar  təyin  edilmiş  H.Sultanov  "xalq 

düşmənləri"ni  axtarıb  tapmaqda  davam  edirdi;  beləliklə,  yüzlərlə  gəncəli  həbs 

edilib güllələndi. Bolşeviklərin cəza tədbirləri nəticəsində  Gəncədə 13  min  nəfərə 

yaxın adam öldürülmüşdür. 



antisovet  üsyanı

  (Qarabağ,  1920)  -  XI  Qırmızı  Ordu  tərəfindən  ADR 

işğal  olunan  zaman  keçmiş  Azərbaycan  Milli  Ordusunun  əsas  hissələri 

Ermənistanın  təcavüzünə  qarşı  mübarizə  aparmaq  məqsədi  ilə  Qarabağda 

yerləşirdi. Milli Ordu hissələrindəki döyüşçülərin ümumi sayı 6 min nəfərə  yaxın 

idi.  Qırmızı  Ordu  hissələri  qarşısında  Milli  Ordu  hissələrinin  tərk-silah  edilməsi 

məsələsi  qoyulmuşdu.  Hərbi  əməliyyatlar  1920-ci  il  iyunun  10-da  başlandı. 

Bolşeviklər  aeroplan  vasitəsilə  Tərtəri  və  Milli  Ordu  mövqelərini  bombaladılar. 

Milli  Ordunun  müqavimətinə  türk  generalı  Nuru  paşa  və  polkovnik  Zeynalov 

rəhbərlik edirdilər. Qarabağ əhalisinin xeyli hissəsi də milli hissələrə qoşulmuşdu. 

Say  üstünlüyündən  istifadə  edən  Qırmızı  Ordu  hissələri  Tərtəri  tutaraq  ətraf 

müsəlman kəndlərini tamamilə darmadağın etmişdilər. Qanlı döyüşlər  nəticəsində 




22 

 

iyunun  11-də  bolşeviklər  Ağdamı,  iyunun  14-də  Xankəndini  və  Şuşanı  tutdular. 



Milli  Ordu  hissələri  Qaryagin  (indiki  Füzuli)  və  Cəbrayıla  tərəf  çəkildilər,  lakin 

son nəticədə sayca üstün olan düşmənin təzyiqi ilə Azərbaycan ərazisini tərk etmək 

məcburiyyətində qaldılar. 

antisovet  üsyanı 

(Zaqatala,  1920)  -Azərbaycanın  şimal-qərbində  sovet 

hakimiyyətinin terroru yerli əhalinin narazılığına səbəb oldu. Üsyan Tala kəndində 

başlandı. 1920-ci il iyunun 5-də silahlı kəndlilər heç bir müqavimətsiz Zaqatalaya 

daxil  olub  bolşevikləri  həbs  etdilər.  Zaqatalanın  tutulmasından  sonra  Əhmədiyev 

və  Hafiz  Əfəndi  başda  olmaqla  Milli  Ordunun  bu  bölgədə  yerləşən  hissələri 

üsyançılara  qoşuldular.  İyunun  7-də  Qaxı  ələ  keçirən  üsyançılar  Qumuxçay 

kənarında  XI  Qırmızı  Ordu  hissələrini  məğlub  etdilər.  Bolşeviklər 

təxirəsalınmadan Qarabağdakı Qırmızı Ordu hissələrini buraya gətirdilər. Hücuma 

keçən  sayca  üstünlüyə  malik  Qırmızı  Ordu  hissələri  Qax  ətrafında  üsyançıları 

məğlub  etdilər  və  1920-ci  il  iyunun  18-də  Zaqatalanı  tutdular.  Sağ  qalmış 

üsyançılar Gürcüstanda gizləndilər. 



Antoni  Mark

  (e.ə.  83  -  30)  -  Qədim  Roma  dövlət  xadimi,  sərkərdə. 

Fələstin və Misirdə savaş dövründə (e.ə. 57 - 55) irəli çəkilmişdir. E.ə. 54-cü ildə 

Sezarla  yaxınlaşmış  və  Qalliya  müharibəsində  iştirak  etmişdir. 

E.ə.  49-cu  ildə  xalq  tribunu  seçilmişdir.  Romada  vətəndaş 

müharibələri dövründə Sezarı yaxından dəstəkləmiş və e.ə. 48-ci 

ildə  Farsal  savaşından  sonra  süvari  qoşunların  komandiri  təyin 

olunmuşdur.  E.ə.  44-cü  ildə  Sezarla  birlikdə  konsul  seçilmiş, 

onun öldürülməsindən sonra isə ilk vaxtlar Sezarın qatillərinə və 

senata  qarşı  barışdırıcı  mövqe  tutmuş  və  həmişəlik  diktaturanı 

qadağan  edən  qanun  qəbul  etdirmişdir.  Lakin  az  sonra  Antoni  ilə  senatın 

münasibətləri (xüsusilə də onun Qalliyanı idarə etməyə olan iddiaları nəticəsində) 

kəskinləşmişdi. Senatda Antoniyə qarşı müxalifətə Oktavianın gizli müdafiə etdiyi 

Siseron başçılıq edirdi. İş o yerə çatmışdı ki, senat Antoniyə qarşı Qalliyaya qoşun 

göndərmişdi.  E.ə.  43-cü  ildə  Mutin  şəhəri  yaxınlığında  Antoni  konsulların  və 

Oktavianın  qoşunları  tərəfindən  məğlub  edildi,  sonra  isə  qoşunların  təzyiqi  ilə 

Antoni Oktavian və Lepidlə bir ittifaqda birləşdi. E.ə. 42-ci ildə Antoni Oktavianla 

birlikdə  Filipp  yaxınlığında  Brutun  və  Kassinin  qoşunlarını  darmadağın  etdi. 

Bundan sonra əyalətlərin həyata keçirilmiş bölüşdürülməsində Roma imperiyasının 

şərq  əyalətlərinin  idarəsi  Antoniyə  verildi.  Şərqdə  olduğu  müddətdə  Antoni 

Atropatena  və  Parfiyaya  qarşı  bir  neçə  uğursuz  yürüşə  çıxdı,  e.ə.  34-cü  ildə  isə 

Ermənistanı  Roma  vilayətlərinə  daxil  etdi.  Antoni  özünü  Şərqdə  mütləq  monarx 

kimi  aparır,  Misir  hökmdarı  Kleopatra  ilə  yaxınlaşaraq  ona  və  uşaqlarına  böyük 

mülklər  hədiyyə  edirdi;  məsələn:  Kleopatradan  olan  Helios  ("Günəş")  təxəllüslü 

oğlu Aleksandrı hələ tutulmayan Ermənistan, Atropatena və Parfiyanın şahlar şahı, 

Sezarın  oğlu  Sezari-onu  isə  Oktavianın  əvəzinə  Sezarın  varisi  elan  etmişdi.  Belə 

siyasət  Antoni  ilə  Oktavianın  münasibətlərinin  kəskinləşməsinə  və  romalılar 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə