Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə11/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   7   8   9   10   11   12   13   14   ...   205

23 

 

arasında  ictimai  fikrin  Antoninin  əleyhinə  çevrilməsinə  səbəb  oldu.  Senat 



Kleopatraya  müharibə  elan  etdi.  E.ə.  31-ci  ildə  Aksi  burnu  yaxınlığında  Misir 

donanması  darmadağın  edildi,  e.ə.  30-cu  ildə  Oktavian  Misirə  daxil  olduqda  isə 

ciddi müqavimət göstərmək imkanı olmayan Antoni özünü öldürdü. 

antropogenez 

(yun.  "insanın  meydana  gəlməsi")  -  insanın  heyvanat 

aləmindən  ayrılması  prosesi.  Antropogenez  2  milyon  il  əvvəl  Şərqi  Afrikada 

başlanmışdır. 



antropologiya

 - insanın meydana gəlməsi və inkişafı haqqında elm. 

antropomorfizm

  -  insan  simalı  və  insan  xüsusiyyətlərinə  malik  cansız 

cisimləri ilahiləşdirən ən erkən dinlərdən biri. 



Anu  -  Şumer

  -  Akkad  mifologiyasındakı  üç  ali  allahdan  biri  -  səma 

allahı. Anunun daimi titulu "allahların atası"dır. Anunun rəmzi “buynuzlu tac”dır. 

Anubanini 

-  lullubilərin  padşahı.  E.ə.  XXIII  əsrdə  hökmdarlıq  etmişdir. 

Onun  hakimiyyəti  illərində  lullubi  tayfa  ittifaqı  (bəzi  tarixçilərin  güman  etdikləri 

kimi,  dövlət  qurumu)  Urmiya  gölündən  İran 

körfəzinədək  geniş  ərazini  əhatə  edirdi.  Bu 

barədə  çar  Anubanininin  İranda  indiki  Zöhab 

şəhəri  yaxınlığında  yerləşən  Sar-i  pul  adlı 

dağdakı  daş  stela  üzərində  oyulmuş  yazısı 

məlumat  verir.  Relyefdə  əsir  götürülmüş  basçını 

ayaqları  altında  tapdalayan  Anubanini  hökmdar 

rəmzləri  və  digər  əsirləri  çarın  qarşısına  gətirən 

İştar  ilahəsi  ilə  təsvir  olunub.  Akkad  mixi 

yazısında  verilmiş  mətndə  deyilir  ki,  "qüdrətli  hökmdar,  lullubilər  ölkəsinin 

hökmdarı [Anubanini] Batir dağında öz təsvirini və İştarın təsvirini çəkmişdir". 



Anubis

  (yunanca),  İnpu  (Qədim  Misir  dilində)  -  Misir  mifologiyasında 

ilahə - ölənlərin himayədarı. Uzanmış qara çaqqal və ya vəhşi it (yaxud çaqqal və 

ya  it  başlı  insan)  simasında  pərəstiş  edilirmiş.  Anubis  allahların  hakimi  hesab 

edilirdi.  Anubis  ölülər  şahlığında  baş  allah  idi,  o,  ölənlərin  ürəyini  oxuyurmuş. 

Cəsədi  balzamlamağa  hazırlamaq  və  mumiyaya  çevirmək  Anubisin  mühüm 

vəzifələrindən biri idi. 



aparteid 

-  vaxtilə  CAR-ın  hakim  dairələri  tərəfindən  Afrikanın  yerli 

əhalisi  və  Hindistandan  köçürülmüşlərə  qarşı  həyata  keçirilən  dözülməz  irqi 

diskriminasiya  və  seqreqasiya  siyasəti.  BMT  tərəfindən  qəbul  olunmuş  bir  sıra 

sənədlərdə aparteid bəşəriyyətə qarşı cinayət elan edilib. 

Apis 

–  Qədim  Misir  mifologiyasında  öküz  qiyafəsində  olan  münbitlik 

allahı. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər 

inanırdılar  ki,  Apis-öküzün  qaçma  ayini  tarlaları  münbitləndirir.  Ptolemeylərin 

dövründə  Osirisin  Apislə  vahid  Serapis  allahda  birləşməsi  baş  vermişdir.  Apis-

öküzün  Ölümü  böyük  bədbəxtlik  hesab  olunurmuş.  Ölmüş  apisi  balzamlayır  və 

Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar. 



24 

 

apolitizm



  -  siyasətə,  ictimai  həyatda  iştirak  etməyə  zidd  və  ya  etinasız 

münasibət. 



Apollon 

-  qədim  yunan  əsatirlərində  Olimp  allahı,  incəsənətin  və  bədii 

ilhamın  himayədarı.  Aşkar  hiss  olunur  ki,  Apollon  yunanlara  qədər  meydana 

gəlmişdir.  Əvvəllər  Apollona  həm  məhvedici,  həm  də  şəfaedici 

xüsusiyyətlər şamil imiş. Apollonun oxları qocaları öldürür, taun 

gətirir,  bəzənsə  heç  bir  səbəb  olmadan  məhv  edir.  Digər 

tərəfdənsə  Apollon  həkim  və  xəstəliklərdən  qoruyucudur;  ovçu, 

çoban  və  sürülərin  keşikçisidir;  şəhərlərin  əsasını  qoyan  və 

tikənidir;  musiqiçi,  müğənni  və  çalğıçıların  himayədarıdır; 

peyğəmbər  və  orakuldur  (qeybdən  xəbər  verəndir).  Yunanlar 

tədricən  Apollonun  dayanıqlı  keyfiyyətlərini  fərqləndirməyə 

başlayırlar.  O,  artıq  insanlara  yardım  edən,  müdriklik  və 

incəsənət  öyrədən,  şəhərlər  tikən,  onları  düşmənlərdən  qoruyan, 

atalıq  hüququnun  müdafiəçisi  kimi  çıxış  edən  allaha  çevrilir.  Delfa  məbədinin 

əsasının qoyulması,  bu  məbəddə  sacayağında  əyləşmiş, gələcəkdən ikibaşlı  xəbər 

verən  "Pifiya"  adlanan  kahinin  yaradılması  Apollonun  adı  ilə  bağlanılır.  Delfada 

Apollonun şərəfinə təmtərağı və kütləviliyinə görə yalnız Olimpiya Oyunlarından 

geri qalan Pifiya Oyunları keçirilirmiş. 



Aramilər

  –  vətəni  Ərəbistan  yarımadası  olan  köçəri  tayfalar.  E.ə.  XIV  - 

XI  əsrlərdə  aramilər  Suriya,  Finikiya,  Mesopotamiyada  yayılmışlar.  Arami  dili 

Əhəmənilər  dövlətində  rəsmi  yazılı  dövlət  dillərindən  biri  olmuşdur.  Eramızın 

əvvəllərinə  qədər  arami  dili  bütün  Ön  Asiyanın  danışıq  dilinə  çevrilmişdir. 

Aramilərin  törəmələri  müasir  assurlar  -  İraqda  və  Cənubi  Qafqazda  yaşayan 

aysorlardır. 

Aran 

- albanların əfsanəvi əcdadı və Qafqaz Albaniyasının ilk hökmdarı. 

Alban  tarixçisi  Moisey  Kalankatlının  yazdığı  "Alban  tarixi  "ndə  adı  çəkilir. 

Tarixçinin  fikrincə,  Albaniya  adı  Aranın  adından  yaranmışdır.  Orta  əsrlərdə  ərəb 

tarixçiləri Qafqaz Albaniyasını "Arran " adlandırmışlar. 

Ares

  -  qədim  yunan  əsatirində  Zevsin  və  Heranın  oğlu,  müharibə  allahı. 

Romalılar onu Marsla eyniləşdirirdilər. 

arxaika 

-  müstəqim  mənada  e.ə. VIII  -VI əsrlər  yunan  mədəniyyəti. Hər 

hansı mədəniyyətin erkən mərhələsini də arxaika adlandırırlar. 

arxeologiya

  (yun.  "keçmiş  haqqında  elm")  - 

maddi mənbələr əsasında bəşəriyyətin tarixi keçmişini 

öyrənən  elm.  Arxeoloqlar  qədim  qəbir  və  yaşayış 

məskənlərini  qazıyır,  tapılmış  tikili  və  əşyaları 

konservasiya  və  bərpa  edir,  onları  öyrənir  və 

təsnifatını  verir,  qazıntılar  və  tapılmış  əşyalar 

haqqında  hesabatlar  dərc  etdirir  və  qazıntıların 

yekunlarını şərh edirlər. Arxeoloqlar maddi mənbələri qoruyub saxlamağa, onların 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə