Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə8/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   4   5   6   7   8   9   10   11   ...   205

17 

 

“Allahu-əkbər” 



kəlamının yazılışı 

elçilərini  -  Peyğəmbərləri  seçir.  Bunların  sırasında  Adəm  (birinci),  İbrahim 

(yəhudilərdə  və  xristianlarda  -  Avraam),  Musa  (yəhudilərdə  və  xristianlarda  - 

Moisey),  İsa (xristianlarda  İİsus) və sonuncu peyğəmbər 

olan  Məhəmməd  də  vardır.  Peyğəmbərləri  dinləməkdən 

imtina  edənlərə  Allah  bəla  göndərirdi.  İnsanlar 

peyğəmbərlərin  təlimini  və  Allahın  əsl  simasını  təhrif 

edirdilər:  yəhudilər  Musanın  çağırışlarına  əməl 

etmədilər;  xristianlar  İsanı  ilahiləşdirdilər;  Ərəbistan 

sakinləri  Kəbəni  -  tək  olan  Allahın  rəmzini  -  Allaha 

bərabər tutduqları bir çox allahların məbədinə çevirdilər. 

İnsanları  gerçək  dinə  qaytarmaq  Məhəmmədin 

vəzifəsidir.  İslam  dininin  ehkamında  deyilir:  "Allahdan 

başqa  Allah  yoxdur,  Məhəmməd  Onun  elçisidir"  [Lə 

İləhə-İlləlləh,  Muhəmmədən  Rəsul-İlləh].  Allah  mükəmməldir,  əzəmətlidir  və 

böyükdür.  Dünyada  hər  şey  ona  tabedir  və  təzim  edir,  onun  iradəsi  və  bu  barədə 

məlumatı olmadan heç bir hadisə baş verə bilməz. O, hamı üzərində  hakimdir və 

öz  yaratdıqlarını  qoruyur.  İnsanlara  qarşı  Allah  Rəhman  və  Rəhimdir, 

bağışlayandır. Allahın əzəməti və böyüklüyünü dərk edən insanlar isə özlərini Ona 

tam təslim (islam) etməlidirlər, Allaha itaət etməli, əməlisaleh olmalıdırlar; hər bir 

şey  üçün  Allaha  inanmalı  və  həmişə  Onun  iradəsi  və  himayəsinə  sığınmalıdırlar. 

Allah  insanların  xeyir  və  bəd  əməllərinin  qarşılığını  verir.  Allahın  istədiyi 

məqamda  O,  Yer  üzərindəki  bütün  varlıqları  məhv  edəcək,  ölənləri  dirildəcək  və 

məhşər quracaq, hər kəsə öz əməlinə görə cəhənnəmə atılma və ya cənnət nemətinə 

yetişmə  çatacaq.  Quranda  Allahın  böyüklüyünü  və  onun  mahiyyətini  insanlara 

açan  gözəl  adlan  xüsusi  olaraq  qeyd  olunur.  O  həm  qorxulu,  həm  də  rəhmlidir. 

Allah "himayədardır", "yol göstərəndir", "ən yaxşı sığınacaqdır". 

Almaniya 

-  Reyn,  Visla,  Dunay  çayları  və  Baltik  dənizi  arasındakı 

vilayətlərə romalılar tərəfindən verilmiş ad. Almaniya haqqında ilk məlumata e.ə. 

IV əsr Roma mənbələrində rast gəlinir. 



Almaniya imperiyası

 - 1866-cı il Avstriya - Prussiya və 1870 - 71-ci illər 

Fransa - Prussiya müharibələri nəticəsində Bismarkın fəal iştirakı ilə yaradılmışdır. 

Almaniya  imperiyasının  yaradılması  rəsmən  1871-ci  il 

yanvarın  18-də  Versalda  elan  edilmişdir.  Prussiya  kralı  I 

Vilhelm Almaniya imperiyasının imperatoru olmuşdur. Şimali 

Almaniya  ittifaqının  üzvü  olan  ölkələr  və  Cənubi  Almaniya 

dövlətləri  öz  sülalələri  və  hökmdarları  ilə,  eləcə  də  Fransanın 

işğal  olunmuş  əyalətləri  -  Elzas  və  Lotaringiya  Almaniya 

imperiyasının  tərkibinə  daxil  edildi.  Almaniya  imperiyası 

1918-ci il noyabr inqilabına və Almaniyada Veymar respublikasının yaradılmasına 

qədər mövcud olmuşdur. 




18 

 

"Almaniya ittifaqı"

 - Avstriya Habsburqlarının hegemonluğu altında 39 

alman  dövlətinin  birləşməsi.  1815-ci  il  iyunun  8-də  Vyana  konqresində 

yaradılmışdır.  "Almaniya  ittifaqı"nın  nə  hökuməti,  nə  pulu,  nə  ordusu,  nə  də 

beynəlxalq  işlərə  təsiri  yox  idi.  Avstriyanın  1866-cı  ildə  Prussiya  ilə  müharibədə 

(Sadova yaxınlığındakı döyüşdə) məğlubiyyətindən sonra "Almaniya ittifaqı" ləğv 

edildi.  Onun  əvəzində  Prussiyanın  hegemonluğu  altında  Şimali  Almaniya  ittifaqı 

yaradıldı. 

Almaniyada  kəndli  müharibəsi

  -  1524  -  26-cı  illərdə  Almaniyada  baş 

vermiş  kəndli  müharibəsi  feodal  zülmünün  artması  ilə  bağlı  idi  və  Reformasiya 

hərəkatı  ilə  çulğaşmışdı.  Şəhər  yoxsulları  tərəfindən  dəstəklənən  kəndlilər 

zadəganların  qəsrlərinə  və  monastırlara  hücum  etmiş,  ölkənin  cənub-qərbində  bir 

çox  şəhərləri  ələ  keçirmişdilər.  Üsyançıların  "12  maddə"dən  ibarət  proqramları 

şəxsi  asılılığın  ləğv  edilməsini,  töycünün,  biyarın  və  ondabir  vergisinin 

azaldılmasını,  icma  torpaqlarından  sərbəst  istifadə  olunmasını,  hər  kəndə  öz 

ruhanisini  seçməyə  icazə  verilməsini  tələb  edirdi.  Müntser  feodalların 

hakimiyyətini  devirməyə  və  ədalətli  qayda  qoyulmasına  çağırırdı.  Kəndli 

müharibəsinə  qoşulmuş  bürgerlərin  (varlı  şəhərlilərin),  cəngavərlərin  və  varlı 

kəndlilərin  bir  hissəsi  feodallarla  razılaşma  taktikasının  tərəfdarı  idi.  Kəndli 

dəstələri  birləşməmişdilər  və  vahid  rəhbərləri  yox  idi.  Kəndli  müharibəsi  alman 

knyaz  və  cəngavərlərinin  müttəfiq  qoşunları  tərəfindən  amansızcasına  yatırıldı. 

Qasmayerin  Tirolda  başçılıq  etdiyi  kəndlilər  daha  çox  müqavimət  göstərdilər. 

Kəndli müharibəsinin məğlubiyyəti knyazların hakimiyyətinin möhkəmlənməsinə, 

Almaniyanın  pərakəndəliyinin  gerçəkləşməsinə  və  feodal  zülmünün  artmasına 

səbəb  oldu.  Almaniyada  baş  vermiş  kəndli  müharibəsi  feodalizm  quruluşunu 

inqilabi yolla devirmək üçün göstərilmiş ilk cəhd idi. 

Altamira

 - İspaniyada dəniz sahilində mağara. Təxminən yüz il əvvəl bir 

arxeoloq həmin mağaranı tədqiq edərkən balaca qızını da özü ilə oraya aparmışdı. 

Birden  qızcığaz  qışqıraraq:  "Öküzlər,  öküzlər!"  -  dedi. 

Atası  başını  qaldırıb  tavana  baxanda  orada  boya  ilə 

çəkilmiş  nəhəng  bizən  fiqurları  gördü.  Mağaranın 

divarları  heyvanların  qara  və  rəngbərəng  boyalarla 

çəkilmiş  çoxsaylı  real  təsvirləri  ilə  örtülmüşdü. 

Mağaranın  salonlarından  birinin    tavanı    yarımadam-

yarımheyvan qiyafəsində (tarixçilərin güman etdiklərinə 

görə,  maskalanmış  şamanların  fiqurları  ilə)  bəzədilmişdi.  Əvvəllər  alimlər  ibtidai 

insanların  bu  cür  sənət  əsərləri  yarada  bilmələrinə  inanmırdılar.  Yalnız  20  ildən 

sonra  başqa  yerlərdə  çoxsaylı  ibtidai  incəsənət  əsərləri  aşkar  olundu  və  tarixçilər 

mağara rəsmlərinin həqiqiliyini qəbul etdilər. Altamira rəsmləri e.ə. 15.000 - 8000-

ci illərə aid edilir. 

alternativ

  -  bir-birini  istisna  edən  iki  və  ya  daha  çox  imkandan  birini 

seçmək zərurəti. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə