Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə5/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   ...   205

11 

 

Ağqoyunlu 

-  Ağqoyunlu  tayfaları  və  dövləti  (1468  -  1503).  Başda 

bayandur  tayfasının  durduğu  türkdilli  ağqoyunlu  tayfa  ittifaqı  Mərkəzi  Asiyada 

meydana 

gəlmişdir. 

Ağqoyunlu 

tayfalarının 

bayrağında  ağ  qoç  rəsmi  təsvir  edildiyindən  həmin 

tayfalar  belə  adlandırılmışdır.  Ağqoyunlu  tayfaları 

XIII  əsrdə  Cənubi  Azərbaycan  və  İran  ərazilərinə 

köçərək  burada  məskunlaşmışdılar.  XV  əsrin 

əvvəllərində  ağqoyunlu  tayfaları  Qaraqoyunlu 

dövlətinin tərkibində idilər. Qaraqoyunlu dövlətinin 

daxili  vəziyyətinin  pisləşməsindən  istifadə  edən 

ağqoyunlu  tayfalarının  başçısı  Uzun  Həsən  1467-ci 

ildə  Muş  yaxınlığında  Cahanşahın  başçılıq  etdiyi 

qaraqoyunlu  qoşunlarını  məğlubiyyətə  uğratdı  və 

paytaxtı  Təbriz  olmaqla  əraziləri  Xorasandan  Kür 

çayınadək  yayılan  Ağqoyunlu  dövlətini  yaratdı.  Uzun  Həsən  özünü  padşah  elan 

etdi.  Rəqibləri  ilə  müharibələr  zamanı  Uzun  Həsən  şirvanşah  Fərrux  Yassar  və 

Ərdəbil  şeyxi  Cüneydlə  saziş  bağladı.  Mərkəzi  hakimiyyəti  və  inzibati  idarəetmə 

sistemini  möhkəmləndirməyə  çalışan  Uzun  Həsən  vergi  islahatı  keçirdi.  Osmanlı 

imperiyasına qarşı Avropada müttəfiq axtarmaq ümidində olan Ağqoyunlu dövləti 

Avstriya, Macarıstan, Polşa və Moskva knyazlığı ilə diplomatik əlaqələr saxlayırdı. 

Uzun  Həsənin  anası  Sara  xatun  dövlətin  xarici  siyasətində  mühüm  rol  oynayırdı. 

Osmanlı imperiyası ilə Ağqoyunlu dövləti arasında 1472-ci ildə başlanan müharibə 

1480-ci  ildə  türklərin  məğlubiyyəti  və  sülh  bağlanması  ilə  qurtardı.  Ağqoyunlu 

padşahlarının  böyük  miqdarda  soyurqal  paylamaları  nəticəsində  köçəri  əyanlar  o 

dərəcədə  gücləndilər  ki,  padşaha  tabe  olmaqdan  imtina  etdilər.  XV  əsrin 

axırlarında Ağqoyunlu dövlətini daxili didişmələr bürüdü və nəticədə dövlət 1499-

cu  ildə  iki  hissəyə  parçalandı  və  onlar  da  öz  növbəsində  bir-biri  ilə  düşmənçilik 

edən xırda mülklərə parçalandı. 1501-ci ildə İsmayıl Şərur yaxınlığındakı savaşda 

Ağqoyunlu  padşahlarından  olan  Əlvənd  Mirzənin  qoşunlarını  dağıtdı  və  Əlvənd 

Ərzincana  qaçdı,  İsmayıl  isə  1502-ci  ildə  Təbrizə  daxil  olub  Səfəvilər  dövlətini 

yaratdı. 1503-cü ildə Həmədan yaxınlığındakı savaşda I İsmayıl digər Ağqoyunlu 

hökmdarı  Murad  padşahın  qoşunlarını  darmadağın  etdi  və  Ağqoyunlu  dövlətinin 

varlığına son qoydu. 



ağsaqqal

  -  1)  Şərq  ölkələrində  hörmət  edilən  yaşlı  adam;  2)  Şərq 

ölkələrində  kəndli  icmasının,  camaatın  başçısı.  Ağsaqqal  hər  bir  icma  üzvü  üçün 

dövlət  vergisinin  miqdarını  müəyyənləşdirir  və  onun  yığılmasını  təmin  edirdi, 

bunun müqabilində isə məhsulun müəyyən hissəsi ona çatırdı. 

ağsaqqal

 - qədim dövrdə qəbilə icmasının başçısı. Ağsaqqallar qəbilənin 

bütün  yaşlı  kişilərinin  yığıncağında  (xalq  yığıncağında)  vəhşi  heyvanların 

davranışını, meyvələrin yığılma vaxtını, qədim rəvayətləri və davranış qaydalarını 

yaxşı bilən ən təcrübəli və nüfuzlu qəbilə üzvlərindən seçilirdi. Ağsaqqallar əmək 



12 

 

alətlərinin  hazırlanmasına,  yeniyetmələrə  ovçuluğun  öyrədilməsi  və  ərzağın 



bölüşdürülməsinə  rəhbərlik  edirdilər.  Tayfalar  yaranandan  sonra  hər  birinin 

başında  ağsaqqallar  şurası  dururdu.  Şuranın  tərkibini  isə  tayfaya  daxil  olan 

qəbilələrin ağsaqqalları təşkil edirdi. 

Ağsonqurilər  dövləti

  -  Cənubi  Azərbaycan  ərazisində  mərkəzi  Marağa 

şəhəri  olan  dövlət  (1108  -  1227).  Mənşəcə  Rəvvadilərdən  törənən  Ağsonqurilər 

sülaləsi tərəfindən idarə olunurdu. 



Ahura  Mazda

  -  Avestada  zərdüştilik  panteonunun  baş  allahı.  Hərfi 

mənası  -"müdrik  allah"  deməkdir.  Qədim  yunanların,  hindlilərin,  slavyanların 

davakar-ildırımyağdıran baş allahları - Zevs, İndra və Perundan fərqli olaraq Ahura 

Mazda  dünyanı  ağılın  gücü  və  vasitəsi  ilə 

yaradan  kahin  simasında  təsvir  olunurdu. 

Ahura  Mazda  bütün  mövcudatı  yaratmış, 

əvvəllər  mövcud  olmuş  şüurlara  can 

vermiş,  əvvəlcədən  şüur,  söz  və  əməli 

müəyyənləşdirmişdi. 

Ahura 


Mazda 

məhşərə  çəkir,  şər  qüvvələrlə  mübarizə 

aparır.  Ahura  Mazda  səma  ilə  Yer  arasında  vasitəçi  kimi  Zərdüştü  seçmişdir. 

Zardüştilikdə  hər  bir  insanın  mütləq  iradə  azadlığı  (seçimi)  olduğu  halda,  hər  bir 

canlı məxluq Ahura Mazda qarşısında cavabdehdir. Ahura Mazdanın təzühur edən 

qismi, onun "canı" Avestada alov adlanıb. Ahura Mazda tələb edirdi ki, ona edilən 

sitayiş, ibadət müqəddəs od qarşısında həyata keçirilsin. Onun şərəfinə şərab nəziri 

ayini  yalnız  xaoma  bitkisinin  şirəsi  ilə  süd  qarışığından  ibarət  ola  bilərdi.  Orta 

əsrlər İran ənənəsinə görə, Ahura Mazda Hörmüzd adlanır. 

axeylər  (axaylar) 

-  qədim  yunan  tayfalarından  biri.  Axeylər  Mikena, 

Pilos  və  s.  şəhərləri  tikmişlər.  Axey  şəhərlərinin  birləşmiş  qoşunları 

Aqamemnonun  başçılığı  ilə  Troya  şəhərinə  qarşı  müharibədə  iştirak  etmişdir. 

Homerə görə, axeylər qədim yunan tayfalarının ümumi adıdır. 

Axill,  Axilles

  -  Homerin  "İliada"  poemasının  qəhrəmanlarından  biri. 

Axillin  anası,  dəniz  ilahəsi  Fetida  oğlunun  ömrünü  əbədiləşdirmək  üçün  onu 

dabanından  yapışaraq  yeraltı  Stiks  çayının  sularında  çimdirmişdir.  Troyanın 

mühasirəsi  zamanı  Parisin  atdığı  ox  onun  yeganə  zəif  yeri  olan  dabanına 

dəyənədək  Axill  məğlubedilməz  idi.  Ona  görə  də  "Axilles  dabanı"  ifadəsi  "zəif 

yer" mənasını daşıyır. 

Axundov  Mirzə  Fətəli  (1812  -  78)

  -görkəmli  Azərbaycan  yazıçısı, 

Azərbaycan  ədəbiyyatı  klassiki,  milli  realist  nəsrin  və  dramaturgiyanın  banisi, 

filosof və maarifçi. Axundov Nuxada (Şəki) anadan olmuşdur. Mədrəsədə oxumuş, 

ərəb, fars, türk dillərini öyrənmiş  və  molla rütbəsi almışdır. Ruhani  mənsəbindən 

imtina  edən  Mirzə  Fətəli  rus-tatar  məktəbinə  daxil  olmuş  və  ona  başqa 

müəllimlərlə  yanaşı,  Mirzə  Şəfi  Vazeh  də  dərs  demişdir.  M.F.Axundov  1834-cü 

ildə  Tiflisə  köçmüş,  burada  əvvəlcə  dərs  demiş,  sonra  isə  Qafqazdakı  Rusiya 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə