Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə3/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   2   3   4   5   6   7   8   9   ...   205

 

müstəqil  ABŞ  dövlətənin  yaradılmasını  bəyan  edirdi.  Bəyannamədə  xalq 



suverenliyi prinsipi dövlət quruculuğunun əsası kimi, eləcə də xalqın istismarçılara 

qarşı 


üsyan 

etmək 


hüququ 

elan 


olunurdu. 

Bəyannaməsinin  müəlliflərindən  biri  T.Cefferson 

konqresin  lahiyəsinə  hətta  quldarlığın  ləğv  edilməsi 

haqqında  maddə  də  daxil  etmişdi.  Lakin  həmin  maddə 

əsasən plantatorlardan ibarət olan redaksiya komissiyası 

tərəfindən layihədən çıxarılmışdır. 



"açıq qapılar" doktrinası

 - 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb 

etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait 

yaratsınlar.  Özünün  iqtisadi  üstünlüyünə  arxalanan  ABŞ  bu  yolla  rəqiblərini 

Çindən sıxışdırıb çıxarmaq istəyirdi. 

Adıgözəl  bəy  Mirzə  (XVIII  əsrin  80-ci  illəri  -  1848)

  -  Azərbaycan 

tarixçisi.  XVIII  əsrin  sonunda  Qazaxdan  Qarabağa  köçmüş  bəy  ailəsində 

doğulmuşdur. Dövrünün savadlı adamlarından biri olub, bir neçə dil bilirdi. Gənc 

yaşlarında rus ordusunda qulluq edib və kapitan rütbəsini alıb. İstefaya çıxdıqdan 

sonra  Qarabağda  mahal  naibi  olub.  Əsas  əsəri  olan  "Qarabağnamə"ni  (1845) 

Adıgözəl  bəy  65  yaşında  ikən  yazmışdır.  "Qarabağnamə"  Qarabağın  siyasi 

tarixinin  1736-cı  ildən  1828-ci  ilə  qədər  olan  dövrünü  əhatə  edir.  Bu  əsərin 

yazılmasında  müəllif  rəvayətlərlə  yanaşı,  sənədli  materiallardan  da  istifadə 

etmişdir. Adıgözəl bəyin "Qarabağnamə"si Qarabağ xanlığının tarixi üzrə qiymətli 

mənbədir.  Adıgözəl  bəy  1826-cı  ilin  hərbi  əməliyyatları  vaxtı  dağıdılmış  Nizami 

məqbərəsinin bərpası işlərini 1847-ci ildə təşkil etmişdir. 



Adət (mərasim)

 - ayin və ya dini ibadətlə müşayiət olunan fəaliyyət. 



Afina Pallada

 - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə 

də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı 

hesab  edilirdi.  Afina  Pallada  məbədi  -      Parfenon  -  qədim  yunan  incəsənətinin 

möhtəşəm abidəsidir. 

Afina 

-  müasir  Yunanıstanın  paytaxtı.  Afina  şəhər  ilahəsi  - 

qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. 

II  minilliyin  sonlarında  Orta  Yunanıstanın  cənub-şərqində  yerləşən  Attika 

vilayətində  salınmışdır.  Attika  vilayətinin  təbii  şəraiti  arpa,  üzüm  və  zeytun 

ağacları  becərmək  üçün  əlverişli  idi.  Buna  görə  də  burada  üzümçülük,  şərabçılıq 

inkişaf  etmişdi;  burada  istehsal  olunan  yüksək  keyfiyyətli  zeytun  yağı  geniş 

ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq 

sənətinin  inkişafına  səbəb  olmuşdu.  Afina  sənətkarları  şəhərin  Keramik  adlanan 

rayonunda  məskunlaşdılar  ("keramika  "  sözü  buradan  yaranıb).  Afina 

sənətkarlarının  düzəltdikləri  amforalar  xüsusilə  məşhur  idi.  Pirey  adlı  əlverişli 

liman  da  Afina  yaxınlığında  yerləşirdi.  Buraya  taxıl,  taxta-şalban  və  qul 

gətirirdilər. Qulların  gümüş çıxardıqları Lavrion mədənləri də Attikada  yerləşirdi. 

E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar. 




 

Attika  tayfalarının  Afina  ətrafında  birləşdirilməsi  çar  Teseyin  adı  ilə 



bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın 

tarixi və mədəniyyətində mühüm rol oynayan şəhər-

dövlətə  çevrildi.  E.ə.  VIII  -  VI  əsrlərdə  Afinada 

əyanların  -  aristokratiyanın  hakimiyyəti  bərqərar 

oldu.  E.ə.  621-ci  ildə  ilk  dəfə  olaraq  hökmdar 

Drakont tərəfindən qanunverici adətlər yazıya alındı 

və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər 

məhdudlaşdırdı.  E.ə.  594-cü  ildə  demosun  güclü  təzyiqi  altında  Solon  Afinanın 

bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi 

Afina  vətəndaşı  oldu.  Amma  demosun  nisbətən  imkanlı  təbəqələri  hakimiyyəti 

böyük  mülkü  olan  aristokratlarla  bölüşdürməli  idilər.  Buna  görə  də  onların 

arasında  mübarizə  hələ  də  davam  edirdi.  E.ə.  560-cı  ildə  Afinada  siyasi  çevriliş 

oldu  -  Pisistratın  nəsli  aristokratiyaya  qarşı  yönəlmiş  tiraniyası  (istibdad  üsuli-

idarəsi)  quruldu.  Pisistratın  dövründə  Afina  xarici  siyasət  sahəsində  böyük 

nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su 

kəməri  çəkildi.  Homerin  poemaları  yazıya  köçürüldü.  Pisistratın  ölümündən  az 

sonra  onun  oğlanlarının  tiraniyası  e.ə.  510-cu  ildə  devrildi.  Nəsli  əyanların 

hakimiyyəti ələ  keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun  Klisfenin başçılığı ilə 

üsyanına  səbəb  oldu.  Üsyançıların  qələbəsi  əyanların  ağalığına  və  nəsli  icmanın 

axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin 

sonlarından  qoşun  və  donanmaya  komandanlıq  etmək  üçün  strateqlər  seçilirdi. 

Vətəndaşlar  arasında  mübahisələri  həll  edən  hakimlər  də  seçki  ilə 

müəyyənləşdirilirdilər.  Afinanın  istənilən  vətəndaşı  hakim  seçilə  bilərdi.  Yunan  - 

İran  müharibələri  dövründə  əvvəldən-axıradək  aparıcı  rol  Afinaya  məxsus 

olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən 

Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünün 

çiçəklənmə  dövrünə  qədəm  qoymuşdu.  Afinanın  dəniz  limanı  olan  Pirey  bütün 

qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr 

üçün daha mütərəqqi olan dövlət quruluşu - Afina demokratiyası bərqəqar olur. Ali 

hakimiyyət  mühüm  məsələlərin  həlli  və  vəzifəli  şəxslərin  seçkisi  ilə  məşğul  olan 

xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı. 

Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu 

da  az  imkanlı  ailələri  dövlətin  idarə  olunmasında  iştirak  etməyə  maraqlandırır. 

"Periklin qızıl dövrü" adlandırılan çağda ən görkəmli yunan alimləri,  memarları - 

tarixçi  Herodot,  filosof  Anaksaqor,  memar  və  heykəltəraş  Fidi  və  b.  Afinada 

yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi. 

Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri 

hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə. 

431 - 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı. 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə