Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə18/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   14   15   16   17   18   19   20   21   ...   205

37 

 

Avesta

  -  zərdüştilərin  müqəddəs  kitabı.  Avestanın  ən  qədim  hissələrinin 

yadda  qalmasını  asanlaşdırmaq  üçün  onlar  şer  formasında  tərtib  olunmuş  və 

nəsildən-nəslə  şifahi  ötürülmüşdür.  Antik  və  Şərq  mənbələrinin  verdikləri 

məlumata  görə,  Əhəməni  şahı  III  Dara  üzərində  qələbə  çalan  Makedoniyalı 

İsgəndər  "çoxlu  maq  öldürsə  də", "çoxlu  ocaq  söndürsə  də",  atəş  məbədini  qarət 

etsə  də,  habelə  zərdüştilik  rəvayətinə  görə,  Suzda  Əhəməni  şahlarının  sarayını 

yandırmaqla  Avestanın  12.000  dana  dərisi,  ya  da  taxta  üzərində  qızıl  hərflərlə 

yazılmış ilkin variantını məhv etsə də, Avestanın əsas məzmunu salamat qalmışdır. 

Tarixçi  Plini  yazır  ki,  Avesta  iki  milyon  sətirdən  ibarət  imiş.  Güman  edilir  ki, 

Makedoniyalı  İsgəndərdən  sonra  Parfiyada  e.ə.  I  əsrdə  salamat  qalmış  nüsxələr, 

eləcə  də  şifahi  zərdüşti  ənənəsi    əsasında  tərtib    olunmuş  Avesta  mətnlərinin 

ilkyazılı toplusu var imiş. Avestanın eramızadək çatmış hissələri III – IV illərlərdə 

İranda  ilk  Sasani  şahlarının  dövründə  bir  yerə  toplanılmışdı.  O  dövrdə  Avesta 

iyirmi  bir  kitabdan  (naskdan)  ibarət  imiş.  Avestanın  qanuna  çevrilmiş  mətninə 

onun pəhləvi (orta fars) dilinə tərcüməsi və “Zənd-Avesta” adlandırılan şərhlər də 

əlavə edilmişdi. Digər qeyri-müsəlman əsərlər kimi, Avestanın əlyazmaları ərəblər 

tərəfindən  ikinci  dəfə  amansızcasına  yandırılmışdır.  Hazırda  Avestadan  cəmisi 

dörd  yarımçıq  kitab  (nask)  -  Yaşt,  Yasna,  Visprat  və  Videvdat  -  dövrümüzə 

çatmışdır.  Avestanın  Yaşt  kitabı  ("pərəstiş", "mədh")  müxtəlif  ari  ilahilərinə  həsr 

olunmuş  22  mədh  nəğməsindən  ibarətdir.  Vedalarda  olan  qədim  hind  epos  və 

əsatirlərinə  bənzər  çoxlu  sayda  qədim  İran  epos  və  əsatirlərinin  bir  qismi  Yaştda 

qalmışdır. Bu bənzərliyə əsaslanaraq söyləmək olar ki, Yaşt Avestanın günümüzə 

çatan  daha  qədim  kitablarındandır.  Yasna  kitabı  ("dua  etmək", "qurban  vermək") 

Avestanın ən irihəcmli hissəsidir - 72 fəsildən ibarət olan bu hissəyə ibadət, adət və 

ayinlərin  icrası,  qurban  vermək  zamanı  oxunan  dualar  daxildir.  Yasnanın  ən 

mühüm  hissəsi  (17-ci  fəsli)  düzümü  Zərdüştün  öz  adına  çıxılan,  şer  formasında 

tərtib  olunmuş  Qathalardır  ("himnlər",  "şərqilər").  Bəzi  kitablarda  onu  "Qatalar" 

adlandırırlar.  Belə  hesab  edilir  ki,  Qathalar  Avestanın  ən  qədim  hissəsidir. 

Avestanın 24 fəsildən ibarət olan və müxtəlif allahlara pərəstişi ifa edən dualardan 

təşkil olunmuş Visprat ("Allahların hamısı") kahinlik kitabıdır. Avestanın Videvdat 

kitabı  ("Divlər  əleyhinə  qanun")  22  fəsildən  ibarətdir.  Videvdat  qanun  və 

göstərişlərdən  -  dindar  zərdüştilərə  nəyə  icazə  verilməsindən  və  nəyin  qadağan 

olunmasından  bəhs  edən  kitabdır.  Tarixçilərin  əksəriyyətinin  fikrincə,  Avesta 

Mərkəzi  Asiyada  tərtib olunmuş, sonralar isə  Midiya  və  İranda  yayılmışdı.  Digər 

mənbələrə  görə,  Avestanın  vətəni  Midiyadır.  Avesta  parslarda  saxlanılmışdır. 

Avesta  bizə  XIII  -  XIV  əsrlərin  son  əlyazmalarında  dövrümüzə  çatmışdır. 

Avropada  Avestanın  əsl  məzmunundan  XVIII  əsrin  ikinci  yarısında  fransız  alimi 

Düperronun həmin əlyazmalardan etdiyi tərcümələr vasitəsilə xəbər tutmuşlar. 



Avgi 

- qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida 

çan. Avginin tövləsini yalnız Herakl təmizləyə bilmişdi. 

Avisenna

 - bax: İbn Sina. 




38 

 

Avrasiya

 - dünyanın ən böyük  materiki, ərazisi təqribən 53,4 mln.  km; iki 

qitədən - Avropa və Asiyadan ibarətdir. 



avro

  -  Avropa  İttifaqı  (Aİ)  üzvü  olan  ölkələrin 

ümumi valyutası. 

Avropa

  –  qitə,  ərazisi  təqribən  10  mln.  km

2



"Köhnə  dünya"nın  Asiya  ilə  birlikdə  (Avropa  ilə 



Asiyanın  sərhədi  haqqında  bax:  Asiya)  Avrasiya 

materikini  əmələ  gətirən  hissəsi.  Atlantik  və  Şimal  Buzlu  okeanı  və  onların 

dənizləri ilə əhatə olunub. 

“Avropa Birliyi”

 - bax: "Avropa İttifaqı". 



"Avropa  İttifaqı"

  (Aİ)  -  1991-ci  ilin

 

dekabrında  Maastrixt  şəhərində 



(Hollandiya)  AİB  (Avropa  İqtisadi  Birliyi)  üzvü  olan  ölkələr  iqtisadi  və  siyasi 

inteqrasiyanı sürətləndirmək məqsədi ilə AİB-i Avropa 

İttifaqına  (Aİ)  çevirmək  qərarına  gəldilər.  Aİ  15  üzv-

ölkədə  (1999)  ümumi  səsvermə  ilə  seçilmiş  626  nəfər 

parlament  üzvündən  ibarət  Avropa  parlamentinə 

malikdir. 

Bundan 

əlavə, 


Aİ-nin 

siyasətini 

müəyyənləşdirməkdən  ötrü  Aİ-nin  üzv-ölkələrinin 

dövlət  və  hökumət  başçılarının  ən  azı  ildə  iki  dəfə  müşavirələri  keçirilir.  Aİ-nin 

mənzil-qərargahı  Strasburqda  (Fransa)  yerləşir.  Aİ-nin  üzv-ölkələrinin  əhalisi 

1993-cü  ildə  həmin  ölkələrin  sərhədləri  daxilində  sərbəst  hərəkət  etmək  hüququ 

əldə etdi. 1999-cu ilin yanvarında Aİ-nin üzv-ölkələri üçün vahid valyuta - "avro" 

dövriyyəyə buraxıldı. 



Avropa Şurası

 - 1949-cu il mayın 5-də on ölkə Belçika, Böyük Britaniya, 

Danimarka,  İrlandiya,  İtaliya,  Lüksemburq,  Niderland,  Norveç,  Fransa  və  İsveç 

tərəfindən  yaradılmış  təşkilat.  Həmin  ilin  avqustunda  Yunanıstan  və  Türkiyə  də 

onlara  qoşulmuşlar.  Avropa  Şurasının  əsas  məqsədi  insan  hüquqlarının,  plüralist 

demokratiya və qanunun aliliyinin qorunması; Avropa  mədəniyyətinin özəlliyinin 

dərk  olunması  və  inkişaf  etdirilməsinə  yardım  etmək;  Avropa  ölkələri  qarşısında 

duran  problemlərin  birgə  həlli  yollarını  tapmaq  (milli  azlıqlar,  ksenofobiya, 

dözümsüzlük,  ətraf  mühitin  mühafizəsi,  insanın  klonlaşdırılması,  QİÇS  (AİDS), 

nar-komaniya,  mütəşəkkil  cinayətkarlıq  və  s.);  siyasi  qanunverici  və  konstitusion 

islahatları  dəstəkləməklə  Avropada  demokratik  sabitliyin  möhkəmlənməsinə 

yardım  etməkdən  ibarətdir.  Avropa  Şurasının  mənzil-qərargahı  Strasburqda 

(Fransa)  yerləşir.  Avropa  Şurasının  32  üzv-ölkəsinin  nümayəndələri  l993-cü  ildə 

Avropa  Şurası  üzvlüyünün  genişləndirilməsi  yolunu  tutdular.  2001-ci  il  yanvarın 

25-də Azərbaycan Respublikası da Avropa Şurasının üzvü oldu. 

Avrora

 – qədim romalıların mifologiyasında sübh şəfəqi ilahəsi. 



avtarkiya

  -  qədim  yunan  filosoflarının  təliminə  görə,  xarici  (o  cümlədən 

maddi)  şəraitdən  asılı  olmamaq.  Avtarkiya  əsl  müdrikin  fərqli  cəhətidir.  Bəzən 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə