Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə17/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   13   14   15   16   17   18   19   20   ...   205

35 

 

dövrü idi.  Atropatenalılar ermənilərə böyük təsir göstərmişdilər. Strabon yazır ki, 



atropatenalılar "necə deyərlər, ermənilərin adətlərini yaradanlardır".  Ermənistanda 

atropatenalıların məskunlaşdığı çoxlu, o cümlədən erməni müəlliflərinin hələ VIII 

əsrdən  göstərdikləri  Masis  (Ararat)  kimi  yerlər  var  idi.  Ermənistanın 

atropatenalılardan  törənmiş  bir  sıra  naxarar  nəsilləri  (məsələn:  Murasanlar) 

Ermənistanın  dövlət  iyerarxiyasında  mühüm  yerlər  tuturdular.  Qədim  erməni 

dilində  Midiya  dilindən  alınma  sözlər  meydana  çıxdı.  Eramızın  I  əsrində 

Atropatenanın "parfiyalaşması" məişətdə, memarlıqda və həyatın digər sahələrində 

kifayət qədər güclü idi. Atropatena ərazisində Parfiya şahlarının pulları, əsasən də 

draxma  geniş  yayılmışdı.  Eyni  zamanda,  Atropatena  mədəniyyətinin  Parfiyaya 

təsiri  də  xeyli  çox  idi.  Antik  müəlliflərin  tez-tez  "parfiyalıları"  "midiyalılar" 

adlandırması da  bunu təsdiq  edir. Atropatenada  sitayiş edilən əsas din zərdüştilik 

idi.  Ellinizm  dövründə  Atropatenada  zərdüştiliyin  mövqeyi  saxlasa  da,  o  hələ  də 

burada  hakim  din  olaraq  qalırdı.  Atropatenanın  Parfiya  ilə  yaxınlaşması  zamanı 

bütün xaricilərlə savaşlarında zərdüştilik onların bayrağına, özünüdərkinə çevrildi. 

Ərəb  tarixçilərinin  məlumatlarına  görə,  bu  dövrdə  Atropatenada  yeni  Avesta 

zərdüştiliyinin  ocağı  meydana  gəlir  və  Şiz  (müasir  Təxt-i  Süleyman  şəhərciyi)  

şəhərindəki  alovlu məbəd onun mərkəzinə çevrilir və sonralar Adurquşnasp adı ilə 

tanınır.  Atropatena  Sasanilər  dövləti  tərkibində  olan  zaman  Adurquşnasp 

məbədinin  rolu  və  əhəmiyyəti  o  qədər  böyük  idi  ki,  hətta  Sasani  şahları  taxta 

çıxandan sonra müqəddəs oda sitayiş etmək üçün buraya gəlirdilər. 



Atropatilər 

- əsası e.ə. 321-ci ildə Atropatenanın birinci hökmdarı Atropat 

tərəfindən  qoyulmuş  hökmdar  sülaləsi.  Atropatilər  sülaləsinin  bütün 

hökmdarlarının  adlarını  bilmirik,  belə  ki,  Atropatena  heç  də  həmişə  antik 

mənbələrin  əhatə  dairəsinə  düşməmişdir.  Mənbələrdə  Atropatilər  sülaləsi 

hökmdarlarından  Atropat,  Artabazan,  Mitridat,  Artavazd,  Ariobarzan,  II 

Ariobarzan  və  II  Artavazdın  adları  çəkilir;  Atropatilər  sülaləsinin  sonuncu 

hökmdarı  isə  Atropatenanı  eramızın  20-ci  ilinədək  idarə  edən  II  Ariovast  idi. 

Atropatilər  hökmdar  sülaləsi  eramızın  əvvəllərində  Parfiya  Arşakilər  sülaləsinin 

kiçik  qolu  ilə  əvəz  olunmuşdu,  sonuncu  isə  Atropatenanı,  görünür  ki,  onun 

Sasanilər tərəfindən işğalınadək idarə etmişdir. 

Attika

 - Orta Yunanıstanda, Afinanın özünün və kənd təsərrüfatı ilə məşğul 

olan ətraf ərazilərdən ibarət olan Afina polisinin yerləşdiyi vilayət. 

Attila 

(406 - 453) - 434 - 453-cü illərdə hunların qüdrətli hökmdarı. Attila 

qardaşı  Bleda  ilə  birlikdə  hunlara  rəhbərlik  edirdi;  Bleda  mülki  işlərə  baxırdı, 

Attila  isə  qoşunlara  sərkərdəlik  edirdi.  445-ci  ildə  qardaşının  ölümündən  sonra 

Attila  hunların  təkhakimiyyətli  hökmdarı  oldu.  İqamətgahı  Pannoniyada  yerləşən 

istedadlı  sərkərdə  və  rəhbər  olan  Attilanın  dövründə  hunların  tayfa  ittifaqının 

hakimiyyəti şərqdə Qafqaz dağlarına qədər, qərbdə  - Reyn çayına kimi, şimalda  - 

Danimarka  adalarınadək  genişləndi,  cənubda  isə  Dunayın  sağ  sahilini  əhatə  etdi. 

Müasirlərinin  "allahın  bəlası"  adlandırdıqları  Attilanın  başçılığı  ilə  447-ci  ildə 



36 

 

hunlar  Frakiya  və  İlliriyanı  talan  edib,  70  şəhər  və  qalanı 



dağıdaraq Fermopilə və Konstantinopolun ətrafına kimi irəliləyə 

bildilər.  Şərqi  Roma  imperiyasının  hunlara  ödədiyi  xərac  xeyli 

artırıldı.  Attila  451-ci  ildə  Qalliyaya  soxuldu  və  Katalaun 

çölündə  ömründə  ilk  dəfə  böyük  açıq  savaşa  girərək  Qərbi 

Roma  imperiyasının  və  onun  müttəfiqlərinin  qoşunları  ilə 

vuruşdu.  Burada  həlledici  qələbəyə  nail  ola  bilməyən  Attila  452-ci  ildə  Şimali 

İtaliyanı  talan  etdi,  Akvileya  şəhərini  dağıtdı,  Paduya,  Milan  və  s.  şəhərləri  ələ 

keçirdi. Roma papası I Leonun Attila ilə danışıqlarından sonra Roma şəhəri ödənc 

verməklə  hunlardan  xilas  edildi.  Pannoniyaya  qayıdıb  Şərqi  Roma  imperiyasına 

qarşı  yürüşə  hazırlaşan  Attila  qəflətən  açılan  burun  qanaxmasından  vəfat  etdi. 

Attilanın ölümündən sonra hun tayfa ittifaqı dağıldı. 

Avarayr  çölü

  -  Cənubi  Azərbaycanda,  Maku  şəhəri  yaxınlığında  yerləşir. 

451-ci  il  mayın  26-da  hunlarla  ittifaqda  olan  Sasani  qoşunları  Avarayr  çölündə 

Vardan Mamikonyanın başçılıq etdiyi üsyançıları məğlub etdilər. 



avarlar 

- V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq 

tərkibində  aparıcı  rolu  köçəri  maldar  türkdilli  tayfalar  oynayırdılar.  VI  əsrin 

ortalarında  Şərqi  Avropaya  gələn  avarlar  Xəzərin  qərb  sahilləri  boyu  çöllərə 

yayıldılar.  Avarların  ilk  elçiləri  558-ci  ildə  Bizans 

imperiyasına  - imperator Yustinianın yanına  gəlmiş, hərbi 

ittifaq  bağlamağı  təklif  etmiş  və  məskunlaşmaq  üçün 

onlara  yer  verilməsini  xahiş  etmişlər.  Bizans  avarlardan 

özünə  düşmən  olan  türkdilli  bulqar  və  sabir  tayfalarına, 

habelə  slavyanlara  -  antlara  qarşı  mübarizədə  istifadə 

etmişdir. Avarlar 567-ci ildə  german lanqobard tayfası ilə 

birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və 

yeni  tayfaların  birləşdirilməsindən  sonra  məşhur  sərkərdə 

Bayanın  başçılığı  ilə  Avar  xaqanlığının  əsası  qoyuldu. 

Pannoniyada  möhkəmləndirilmiş  konsentrik  çevrəli 

"xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, 

lanqobardlara. gürcülərə  və  digər tayfalara  habelə  onlara  xərac verməyə  başlayan 

Bvansa  qarşı  basqınlar  edirdilər.  Avarlar  Frank  dövlətinə  də  basqınlar  edirdilər. 

Lakin  daxili  çəkismələr  və  fəth  edilmiş  tayfaların  üsyanları  avarların  hərbi 

qüdrətinin tənəzzülünə və xaqanlığın dağılmasına səbəb oldu. VII min ortalarında 

avarlar  Qara  dənizin  şimal  ətrafından  sıxışdırılıb  çıxarıldı,  türkdilli  bulqarlar 

tərəfindən  680-ci  ildə  yaradılmış  Bulqar  çarlığı  isə  onları  cənubdan  sıxışdırmağa 

başladı.  Avarlar  790-cı  ildə  Böyük  Karlın  frank  ordusu  tərəfindən  tamamilə 

darmadağın  edildilər,  796-cı  ildə  isə  əsas  "xrinq"lər  süqut  etdi.  Sonralar  avarlar 

Qara  dənizin  qərb  sahilləri  və  Dunayboyu  ərazilərin  yerli  əhalisi  ilə  tamamilə 

qaynayıb-qarışdılar. 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə