Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə15/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   11   12   13   14   15   16   17   18   ...   205

31 

 

addım  idi.  Müasir  ateizm  dünyanın  elmi  cəhətdən  dərk  olunmasının  inkişafına 



əsaslanır. 

Atəşgah

  -  XVII  əsrdə  atəşpərəst  hindli  tacirlər  -  parslar  tərəfindən 

Bakının  yaxınlığındakı  Suraxanı  kəndində  inşa  edilmiş 

məbəd.  Gəlmə  parslar  eşitmişdilər  ki,  Bakı  yaxınlığında 

təbii  qaz  sızan  yer  var  və  ora  gedərkən  onun  üzərində 

sönməyən  alovun  olduğunu  görmüşlər.  Onlar  həmin  alov 

üzərində  məbəd  tikməyi  qərara  almışlar  və  o,  "Atəşgah" 

("Od yeri") adlandırılmışdır. 



Atlant

  -  qədim  yunan  əsatirinə  görə,  titan  (div);  Olimp  allahlarına  qarşı 

savaşda  iştirak  etdiyi  üçün  allahlar  tərəfindən  göy  qübbəsini  çiynində  saxlamağa 

məhkum edilmişdir. 



Atropat 

-  Atropatena  dövlətinin  yaradıcısı  və  ilk  hökmdarı,  Atropatilər 

sülaləsinin  banisi.  Əhəmənilər  şahı  III  Daranın  dövründə  Midiyanın  satrapı  idi. 

Belə  güman  etməyə  əsas  var  ki,  Atropat  əvvəllər  də  Midiyanın  irsi  hakimi 

olmuşdur.  O,  Qavqamela  yaxınlığında  Makedoniyalı  İsgəndərə  qarşı  savaşda 

midiyalılara,  kadusilərə,  albanlara  və  sakesinlərə  başçılıq  edərək  Əhəmənilərin 

tərəfində  vuruşmuşdur.  Əhəmənilər  dövlətinin  paytaxtları  süqut  etdikdən  sonra 

Atropat  Makedoniyalı  İsgəndərə  münasibətdə  mötədillik  göstərmişdir.  E.ə.  328-ci 

ildə  Makedoniyalı  İsgəndər  Atropatı  Yuxarı  Midiyanın  satrapı  təyin  etmişdir. 

Makedoniya  qoşunları  Hindistana  yürüş  edən  zaman  baş  vermiş  üsyanı  yatıran 

Atropat  üsyançıların  başçısı  Bariaksı  Makedoniyalı  İsgəndərə  göndərmiş  və 

bununla  da  fatehin  daha  çox  etibarını  qazanmışdır.  Makedoniyalı  İsgəndər  Nisa 

çöllərində dincələrkən Atropat da buraya gəlmiş və ona süvari amazonlardan ibarət 

100  nəfərlik  dəstə  bağışlamışdır.  Atropat  öz  qızını  İsgəndərin  görkəmli 

sərkərdələrindən  olan  Perdikkaya  ərə  vermişdir.  İsgəndərin  ölümündən  sonra  isə 

onun  yaratdığı  möhtəşəm  dövlətin  idarə  edilməsi  məhz  Perdikkaya  həvalə 

olunmuşdur.  Perdikkanın  hakimiyyəti  illərində  Atropat  Yuxarı  Midiyanın  satrapı 

kimi öz mövqeyini daha da möhkəmlətmişdi. Atropat Perdikkanın vəfatından sonra 

e.ə.  321-ci  ildə  müstəqil  hökmdar  oldu.  Bundan  sonra  onun  dövlətini  Midiya-

Atropatena  adlandırmağa  başladılar.  Bununla  da  Atropat  yeni  sülalənin  əsasını 

qoymuş oldu. 

Atropatena

  -  Urmiya  gölü  ətrafında  və  Arazın  hər  iki  sahilində  -  müasir 

Cənubi  Azərbaycan,  İran  Kürdüstanı  və  Şimali  Azərbaycanın  bir  hissəsində 

yerləşmiş  qədim  dövlətin  yunanca  adı.  Atropatena  dövləti  e.ə.  321-ci  ildə  - 

Makedoniyalı  İsgəndərin  dövləti  onun  diadoxları  arasında  parçalandıqdan  sonra 

yaranmışdır.  Atropatın  tabeliyindəki  torpaqlar  bölgüyə  daxil  olmayıb,  müstəqil 

dövlətə  çevrildi.  Onun  ərazisi  Əhəmənilərin  keçmiş  Midiya  satraplığının  şimal 

hissəsini  əhatə  edirdi.  Yeni  dövlətin  yaradıcısı  Atropat  olduğundan  o,  Midiya-

Atropatena  (Mada-Atarpatakana),  yəni  "Atropatın  Midiyası"  və  ya  sadəcə  olaraq 

Atropatena 

(Atarpatakana), 

yəni 


"Atropatın 

dövləti" 

adlandırıldı. 



32 

 

"Atarpatakana"dan sonralar "Azərbaycan" (ərəbcə forması) adı yarandı. Atropatena 



ərazisində  bir  çox  tayfalar  -anariaklar,  kadusilər,  kaspilər,  kirtilər,  mardlar, 

matienlər,  müklər,  ortokoribantilər,  pantimatlar, 

parikanilər,  parsilər,  utilər  və  b.  yaşayırdılar.  Lakin 

tarixçilərin  fikrincə,  burada  aparıcı  rol  sayca  və  dil 

üstünlüyünə  görə  çoxluq  təşkil  edən  Midiya 

tayfalarına  məxsus  imiş.  Strabon  bildirir  ki, 

Atropatena  "hərbi    qüvvə  baxımından  kifayət  qədər 

güclü ölkədir, belə ki, o, savaş zamanı 10 min süvari 

və  40  min  piyada  çıxara  bilər".  Atropatenada  əhalinin  əkinçiliklə  məşğul  olduğu 

bərəkətli vadilər var idi. Burada üzümçülük və şərabçılıq xüsusilə inkişaf etmişdi. 

Atropatenada  məbədlərə  məxsus  torpaq  sahibliyi  də  inkişaf  etmişdi.  Antik 

müəlliflərin bildirdiklərinə görə, Atropatenada maqlara məxsus bərəkətli torpaqlar 

var  idi.  Atropatenada  quldarlıq  mövcud  olmuşdur.  "Midiya  otu"nun  (qarayonca) 

bitdiyi  geniş  alp  çəmənlikləri  Atropatenada  köçəri  maldarlığın  inkişaf  etməsinə 

şərait yaratmışdır. O dövrlərdə Atropatenada Nisey atlan bəslənilirdi. Ölkə faydalı 

qazıntılarla - metal filizləri və neftlə zəngin idi. Antik dövrdə neftdən hərbi işlərdə 

istifadə  olunan  "Midiya  yağı"  düzəldirdilər.  Müstəqil  dövlətin  meydana  gəlməsi 

Atropatenanın iqtisadi həyatının canlanmasına səbəb oldu. Atropatenadan yerli və 

beynəlxalq  əhəmiyyətli  ticarət  yolları  keçirdi.  Atropatenanın  şəhər  həyatı  kifayət 

qədər 


inkişaf 

etmişdi. 

Antik 

mənbələrdə 



Atropatenanın  əhəmiyyətli  şəhərlərindən  Aqanzana, 

Qazaka,  Paytakaran,  Fanaspa,  Fraaspa  (Fraata, 

Faraspa) və s.-nin adları çəkilir. Güman edilir ki, artıq 

Atropatın  dövründə  Atropatenanın  paytaxtı  Qazaka 

şəhəri  olmuşdur.  Atropatenada  əsas  tikinti  materialı 

daş,  ağac  və  bişmiş  kərpic  idi.  Atropatenada  sənətkarlıq da  xeyli  inkişaf etmişdi: 

Atropatena sənətkarları müxtəlif saxsı qablar, o cümlədən zoomorf, naxışlı və şirli 

qablar  istehsal  edirdilər.  Ölkənin  sərvətləri  bir  çox  fatehi  özünə  cəlb  edirdi. 

Atropatenada  ellin  monarxiyasına  bənzər  siyasi  quruluşun  formalaşdığı  ehtimal 

olunur. 


Antik  mənbələrin  verdiyi  məlumata  görə,  Atropatın  varisləri  -  Atropatilər 

makedoniyalıları öz ölkələrinə "buraxmırdılar"; görünür, burada Atropatenanın öz 

müstəqilliyini qoruması nəzərdə tutulur. Antik mənbələrə görə, e.ə. III əsrin 20-ci 

illərində hökmdar Artabazanın dövründə Atropatenanın ərazisi təkcə cənuba deyil, 

həm də Arazdan şimalda Rioni çayının yuxarı axarlarınadək uzanaraq İberiyanı da 

əhatə  edirdi.  Həmin  dövrdə  atropatenalıların  Gürcüstanda  hökmranlığı  haqqında 

gürcü mənbələri də məlumat verir. Bu dövrdə Atropatilərlə erməni çarları, eləcə də 

Atropatena  və  erməni  əyanları  arasında  bağlanmış  nikahlar  sayəsində  Atropatena 

və  Ermənistan  arasında  sıx  əlaqələr  yaranır.  Müəyyən  dövrdən  sonra  Selevki 

hökmdarı  III  Antiox  Artabazanla  müharibəyə  başlayır;  nəticədə  Atropatena  bir 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə