Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə198/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   194   195   196   197   198   199   200   201   ...   205

398 

 

yaratmışdır.  1524-cü  ildə  Vasko  da  Qama  Hindistanın  vitse-kralı  təyin 



olunmuşdur. 

vassal

  (hərfən  -  "hərbi  qulluqçu",  "nökər",  "xidmətçi")  -  senyordan  torpaq 

payı alan feodal. Vassal  senyorun əmri ilə  yürüşə  getməyə, məsləhəti ilə senyora 

kömək  etməyə  borclu  idi.  İri  torpaq  payı  olan  vassalın  bəzən  öz  vassalları  da 

olurdu. Bundan əlavə, o, senyoru əsirlikdən pulla satın almalı idi. 



Vaşinqton Corc

  (1732  -  99)  -  Virciniya  plantatoru,  koloniya  qoşunlarının 

polkovniki, görkəmli dövlət xadimi, ABŞ-ın ilk prezidenti (1789 - 97). Vaşinqton 

Şimali  Amerikada  ingilis  koloniyalarının  müstəqilliyinin  qətiyyətli  tərəfdarı  idi, 

hindilərə  və  fransızlara  qarşı  hərbi  əməliyyatlarda  xüsusilə 

fərqlənirdi. Sonralar Vaşinqton özünü böyük sərkərdə və görkəmli 

siyasi  xadim  kimi  göstərə  bilmişdir.  Müstəqillik  uğrunda 

müharibədə  ABŞ  konqresi  ordusunun  baş  komandanı  təyin 

edilmişdi.  Vaşinqton  hərbi  işi  bilməyən  fermer  və  sənətkarların 

nizam-intizamını  möhkəmlətmək  məqsədi  ilə  orduda  ciddi 

tədbirlər görürdü. Vaşinqtonun və Lafayetin qoşunları 1871-ci ildə 

Yorktaun  yaxınlığında  ingilislərin  əsas  qüvvələrini  mühasirəyə  alıb  darmadağın 

etdilər. ABŞ-da konstitusiya qəbul edildikdən sonra 1789-cu ildə Vaşinqton ABŞ-

ın ilk prezidenti seçildi.  1793-cü ildə  ikinci  və  sonuncu dəfə  prezident vəzifəsinə 

seçilmək  üçün  öz  namizədliyini  irəli  sürməyə  razılıq  verdi.  ABŞ  paytaxtı 

Vaşinqtonun şərəfinə adlandırılmışdır. 



Vaterloo

 - Belçikada yaşayış məskəni. 1815-ci il iyunun 18-də burada "yüz 

gün  "lük  hakimiyyətə  qayıtmış  I  Napoleonun  qoşunları  ilə  hersoq  Vellinqtonun 

komandanlıq  etdiyi  birləşmiş  antinapoleon  müttəfiq  qoşunları  arasında  döyüş  baş 

vermişdir.  Fransız  qoşunları  72  min  nəfər  və  243  top, 

müttəfiq  qüvvələri  isə  67,5  min  nəfər  və  156  topdan 

ibarət  idi.  Çox  əlverişli  mövqe  seçən  Vellinqton 

qoşunlarını  yamaclar  arxasında  fransız  artilleriyasının 

atəşindən gizlətməyə müvəffəq oldu. İngilis əsgərlərinin 

cəsurluğu  sayəsində  fransızların  ilk  hücumu  uğursuz  oldu,  lakin  ikinci  hücum 

zamanı  onlar  bir  sıra  yüksəklikləri  ələ  keçirə  bildilər.  Döyüşün  həlledici  anında 

Prussiya  qoşunları  dəstəsi  marşal  Blüxerin  komandanlığı  ilə  yürüşlə  fransızların 

cinahına zərbə endirdi. Bu, Vellinqtona imkan verdi ki, əks-hücuma keçib fransız 

qoşunlarını  döyüş  meydanından  sıxışdırıb  çıxarsın.  Döyüşdə  fransızların  itkisi 

ölən,  yaralanan  və  əsir  götürülən  25  min  nəfər,  ingilislərin  -  15  min  nəfər, 

prussiyalılarınkı isə 7 min nəfər olmuşdur. Vaterloo yaxınlığındakı məğlubiyyət I 

Napoleonun  ikinci  dəfə  hakimiyyətdən  imtina  etməsinə  və  Müqəddəs  Yelena 

adasına sürgün edilməsinə səbəb olmuşdur. 



Vatikan

 - Romada Monte-Vatikano təpəliyində bir neçə məhəllədən ibarət 

olan cırtdan dövlət; katolik kilsə başçısının -Roma papasının iqamətgahı. 




399 

 

"Vays"  planı



  ("Voys"  -  alm.  "ağ")  -  faşist  Almaniyasının  Polşaya  qarşı 

müharibə planının şərti adı. Hitler tərəfindən 1939-cu il aprelin 3-də təsdiq edilib. 

1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücumu nəzərdə tuturdu. 

Vazeh

  -  əsərlərini  "Vazeh"  təxəllüsü  ilə  yazan  tanınmış  Azərbaycan  lirik 

şairi,  maarifçisi  Mirzə  Şəfi  Sadıq  oğlu  (1794  -1852).  Vazeh  Gəncədə  memar 

ailəsində  anadan  olmuşdur.  Atası  onu  ruhani  görmək  istəyirdi,  amma  atasının 

ölümündən  sonra  o,  mədrəsəni  tərk  edərək  bir  neçə  il  Cavad 

xanın  qızının  mirzəsi  olmuşdur.  Sonra  bir  müddət  mədrəsə 

şagirdlərinə nəstəliq xəttini öyrətmişdir. 1840-cı ildən 1846-cı ilə 

kimi  Vazeh  Tiflis  qəza  məktəbində  türk  (Azərbaycan)  və  fars 

dillərini  tədris  etmişdir.  Vazeh  1844-cü  ildə  Tiflisdə  "Divani-

hikmət"  ədəbi  dərnəyi  təşkil  etmiş  və  alman  şərqşünası  Fridrix 

Bodenştedt  də  bu  dərnəyin  üzvü  olmuşdur.  Vazeh  1846-cı  ildən 

1850-ci  ilədək  Gəncədə  rus  dilindən  dərs  demişdir.  O,  1850-ci  ildə  İ.Qriqoryevlə 

birlikdə  türkcə  (azərbaycanca)  "Kitabi-türk"  vəsaitini  hazırlayır.  Vazeh  təkrar 

Tiflisə qayıdır və Tiflis gimnaziyasında dərs deyir. O, Tiflisdə vəfat etmiş və orada 

da  dəfn  olunmuşdur.  Vazeh  öz  satirik  şerlərində  cəmiyyətin  çatışmazlıqlarını 

tənqid  edir,  şəxsiyyətin  azadlığı  uğrunda  mübarizəyə,  varlığın  dərk  olunması 

zərurətini qəbul etməyə, daimi hərəkətdə olan təbiəti anlamağa çağırırdı. Vazehin 

bir  çox  lirik  şerləri  xalq  mahnısına  çevrilmişdir.  O,  qəzəl,  rübai,  məsnəvi  və  s. 

formalarda yazıb-yaratmışdır. 

Mirzə Şəfi ilə Azərbaycan və fars dilləri üzrə məşğul olan Bodenştedt onun 

şerlərini alman dilinə tərcümə edir və onları "Mirzə Şəfinin şərqiləri" adı ilə nəşr 

etdirir. "Şərqilər" böyük uğur qazanır və demək olar ki, bütün Avropa  dillərinə və 

eləcə  də  bir  çox  Asiya  dillərinə  tərcümə  olunur  və  dəfələrlə  nəşr  edilir.  Şöhrət 

düşkünü  olan  Bodenştedt  az  sonra  özünü  "Şərqilər"in  müəllifi  kimi  qələmə 

verməyə  başlayır,  lakin  tapılmış  arxiv  sənədləri  və  digər  sənədlər  onun  ədəbi 

oğurluğunu ifşa edir və Mirzə Şəfi Vazehin müəllifliyini təsdiqləyir. 

Velaskes

  Rodriges  de  Silva  (1599  -  1660)  -  ispan  saray  boyakarı.  Dini, 

əfsanəvi,  tarixi  süjetlərlə,  xalq həyatı ilə bağlı əsərlər, eləcə də  portretlər çəkirdi. 

Ən  məşhur  əsərləri:    "Vakx"  "Bredanın  təslimi",  "Səhər  yeməyi",  "İpəyirən 

qadınlar".  Velaskesin  boyakarlığı  cəsarətli  realist  müşahidəçiliyi,  modelin 

xarakterinə  müdaxilə etmə  qabiliyyəti,  incə  harmoniya  həssaslığı,  zərif  və  zəngin 

koloritliyi ilə fərqlənir. 



Venera  (Zöhrə)

  -  Roma  əsatirlərində  ilk  vaxtlar  bahar,  bağ  və  bostan 

ilahəsi.  Sonralar  yunanların  Afrodita  ilahəsi  ilə  eyniləşdirilmiş,  məhəbbət  və 

gözəllik ilahəsi kimi ona sitayiş edilmişdir. 

Venesiya

 - İtaliyanın şimal-şərqində şəhər; əksər hissəsi Adriatik dənizinin 

Venesiya  körfəzindəki  adalarda  yerləşir.  Venesiya  şəhəri  IX  əsrdə  meydana 

gəlmişdir.  IX  –  XVI  əsrlərdə  Venesiya  Qərbi  Avropa  ilə  Şərq  ölkələri  arasında 

ticarət  vasitəçiliyinin  iri  mərkəzi  olmuşdur.  Orta  əsrlərdə  tabeliyində  müəyyən 




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə